8
labirintindən çıxmaq mümkün deyildir. İctimai sistemin strukturu nə qədər
mürəkkəbdirsə, onun başlıca qanunlarının və dəyişən formalarının, onun meydana
gəlməsinin, inkişafının və ölüb getməsinin konkret-tarixi tədqiqi bir o qədər
vacibdir”
1
.
Azərbaycan tarixinin vahid, müəyyən qədər sabit, tarixi gerçəkliklərə
uyğun olan, obyektiv konsepsiyanın yaradılması zərurəti keçən əsrin sonlarına
doğru siyasi müstəqilliyini yenidən qazanmış ölkəmiz üçün xüsusi aktuallıq kəsb
edir. Azərbaycanın şimal torpaqları XIX əsrin ilk onilliklərində rus işğalına məruz
qaldıqdan sonra xalqımızın öz mədəni irsindən uzaqlaşdırılması
istiqamətində xeyli
“tədbirlər” görüldü. Etiraf etmək lazımdır ki, Azərbaycan tarixinin bir çox
məsələləri Sovet hakimiyyəti illərində (1920 – 1991) də təhrif olunmuş surətdə,
irəli sürülmüş ideoloji tələblərə uyğun şəkildə işıqlandırılmışdır. İmperiya mərkəzi
(Moskva) hər vasitə ilə Azərbaycan xalqının (eləcə də digər SSRİ xalqlarının)
etnogenezi, mədəniyyət tarixi problemlərinin həllolunmaz səviyyədə qalmasına
can atır, “xalqlar dostluğu” ideyasını təbliğ etməklə, asılı xalqların özünütanıma
prosesini ləngitməyə çalışır, yalnız rus mədəniyyətini “dünya səviyyəsinə uyğun
olan dəyərlər sistemi” kimi təbliğ edir, “rus amilinin geridə qalmış xalqlara
mədəniləşdirici təsir göstərməsi faktına” diqqəti cəlb edirdi. Həmin dövrdə
ölkəmizin tarixinə həsr olunmuş əsərlərin əksəriyyətində “Rusiya-Azərbaycan
münasibətləri, əlaqələri” bölməsi vacib, məcburi ünsürə çevrilmişdi. Təsadüfi
deyildir ki, ən azı orta təhsil almış Azərbaycan vətəndaşlarının əksəriyyəti milli
tarix faktlarından daha çox Rusiyanın keçmişinə aid olan faktları daha yaxşı bilirdi.
Lakin xalqın öz tarixindən, mədəni irsindən uzaqlaşması prosesi 1991-ci ilin
sonlarınadək davam etdi. Mütərəqqi olan əks-proses başlandı. Yeni əsrin
“Azərbaycan nəsli milli mədəniyyət məsələlərinə böyük bir həssaslıqla yanaşır.
Mədəniyyət adamları, yəni ədəbiyyatçılar, sənətkarlar, müəllimlər, humanitar
sahələrə mənsub olanlar – tarixçilər və başqaları milli mədəniyyətləri ilə atəşin bir
eşqlə bağlıdırlar. Onlar bu mədəniyyətin ümumtürk dəyərləri və bağlarına çox
böyük əhəmiyyət verirlər: onlar milli mədəniyyəti məzmunca da, formaca da
yüksək tuturlar”
2
. Müasir Azərbaycan ictimai fikrində belə bir qənaət
formalaşmışdır ki, vətən tarixinin, mədəniyyətinin obyektiv şəkildə, xalqın ümdə
mənafelərinə uyğun tərzdə araşdırılmasının başlıca şərti ölkənin siyasi
müstəqilliyidir. “Xalqın düşüncəsində Azərbaycan məfhumu coğrafi bir mənadan
ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir
Azərbaycan yoxdur”
3
.
Monoqrafiyanın başlıca tədqiqat obyekti orta əsrlərin Azərbaycan
mədəniyyəti, onun təkamülünün əsas mərhələləri, mühüm cəhət və
xüsusiyyətləridir. XXI əsrin əvvəllərinədək Azərbaycan tarixşünaslığında milli
mədəniyyətin orta çağlardakı inkişafı prosesinə həsr olunmuş, xüsusi monoqrafiya
yox idi (X. Qasımovun 1992-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyası XVI –
XVII əsrlərin Azərbaycan mədəniyyətinin tədqiqinə həsr olunmuşdu, əsər