17
qalmış ölkələrin tarixinin ilk dövrünə dair mühüm qaynaqlardan biri kimi
qiymətləndirilir. “Kitab əl-fütuh” (“Fəthlər kitabı”) 3 cilddən (və 8 hissədən) ibarət
olan əsərdir və 632-866-cı illərin tarixi hadisələrini əks etdirir.
12
Əl-Kufinin əsəri
belə bir cəhətilə dəyərlidir ki, burada başqa ərəb müəlliflərinin əsərlərində olmayan
məlumatlar var.
13
Əsərdə Azərbaycanın Ərdəbil, Beyləqan, Bərdə, Yunan,
Bərzənd, Dərbənd şəhərləri, həmin şəhərlərin əhalisinin yaşayış tərzi, Babək
hərəkatı, Beyləqanda və Bərdədə ərəblərə qarşı baş vermiş üsyanlar, ərəb-Xəzər
müharibələri haqqında məlumatlar vardır. Əl-Kufi Azərbaycan şəhərləri barədə
digər ərəb müəlliflərinə nisbətən daha geniş məlumat verir. Bu müəllif orta çağlar
ərzində Azərbaycanın şimalında başlıca dayaq məntəqəsi olmuş Dərbənd şəhərinin
təsvirinə daha çox diqqət yetirmişdir.
Əbu Hənifə əd-Dinəvərinin (895-ci ildə dünyasını dəyişmişdir) “Kitab əl-
əxbar ət-tivəl” (“Uzun rəvayətlər kitabı”) əsərində Babəkin başçılığı altında davam
etmiş müqavimət hərəkatının son mərhələsinə dair məlumatlar diqqətəlayiqdir.
897-ci ildə vəfat etmiş Əhməd əl-Yəqubinin “Tarix” əsərində tarixi hadisələrin
şərhi 872/873-cü ilədək davam etdirilmişdir. Bu əsərdə Azərbaycan tarixinə dair
verilmiş materiala başqa mənbələrdə təsadüf edilmir.
14
Coğrafiyaşünas Əbülhəsən
Əli ibn əl-Hüseyn ibn Əli əl-Məsudinin (956-cı ildə vəfat etmişdir) “Müruc əz-
zəhəb və mədain əl-cəvahir” (“Qızıltəmizləmə yerləri və əlvan daş mədənləri”) və
“Kitab ət-tənbih və-l-işrəf” (“Xəbərdarlıq və təkrar yoxlama kitabı”) əsərləri
təqdim olunan dövrün mühüm qaynaqlarındandır. Həmin əsərlər müəllifin böyük
səyahət müşahidələrinin nəticəsidir. “Bu əsərlər Abbasilər xilafətinin mədəni
həyatı haqqında ən yaxşı hesabatdır. Bunlarda hər bir ölkə, vilayət, şəhər və xalqın
tarixi və coğrafiyası haqqında məlumat verilir”.
15
995-ci ildə vəfat etmiş Əbülfərəc Məhəmməd ibn İshaq ən-Nədiminin “əl-
Fihrist” əsərində xürrəmilər hərəkatının meydana gəlməsi, bu hərəkatın ilk
mərhələsi haqqında mühüm məlumatlar verir. Əsər dövrün ərəb və qeyri-ərəb
xalqlarının ərəb dilində və ərəb qrafikasında müxtəlif elmlərə aid tərtib etdikləri
kitablar, əsər müəllifləri, onların həyat və fəaliyyəti, mövcud olan əsərlərin müsbət
və mənfi cəhətləri haqqında məcmuə səciyyəsi daşıyır. V.V. Bartoldun fikrincə, əl-
Nədiminin bu əsəri “İslamın ilk dörd əsrinin ədəbiyyatı və elmi haqqında daim əsas
məlumat mənbəyi olaraq qalacaqdır”.
16
Xürrəmilik təliminin, hərəkatın mənşəyi və
Babək haqqında məlumatlar yalnız ən-Nədiminin bu əsərində qorunub
saxlanmışdır.
Əbu İshaq İbrahim ibn Məhəmməd əl-Farisi əl-İstəxri, 951-952-ci ildə
vəfat etdiyi ehtimal olunan
17
ərəb coğrafiyaşünası və səyyahı olmuşdur. Onun
İranın Fars vilayətindəki İstəxr şəhərində anadan olduğu bəllidir. O, Yaxın və Orta
Şərqin bir çox ölkələrini, eləcə də Azərbaycanı səyahət etmiş və təqribən 930-933-
cü illərdə “Kitab məsalik əl-məmalik” (“Məmləkətin yolları kitabı”) əsərini Orta
Asiya coğrafiyaşünas alimi Əbu Zeyd ibn Səhl əl-Bəlxinin (850-934) dövrümüzə
gəlib çatmamış “Süvar əl-əqalim” (“İqlimlərin təsviri”) əsəri əsasında yazmışdır.
18
Əsərdə İslam ölkələrinin coğrafi, siyasi və iqtisadi vəziyyəti barədə məlumatlar
vardır. Əsərin Azərbaycana aid olan hissələrini N. M. Vəlixanlı Azərbaycan dilinə
tərcümə etmişdir.
18
Əsərdə X əsin Azərbaycan şəhərləri haqqında məlumatlar
vardır. 951-ci ildə Əbülqasım ibn Hövqəl tarixçi əl-İstəxrinin xahişilə onun əsərinə
düzəlişlər və əlavələr edərək “Kitab əl-məsalik və-l-məmalik” (“Yollar və
məmləkətlər haqqında kitab”) əsərini tərtib etmişdir.
19
Əbülqasım Übeydullah ibn Xordadbehin (Xurdazbih) “Kitab əl-məsalik
və-l-məmalik” (“Yollar və məmləkətlər haqqında kitab”) əsəri
20
dövrün
öyrənilməsi üçün mühüm mənbələrdən biridir. Mənşəcə fars olmuş müəllif
Bağdadda təhsil almış, müxtəlif inzibati vəzifələrdə çalışmış, xəlifə Müstəsimin
dövründə (833-842) poçt rəisi (“sahib əl-bərid və-l-xəbər”) olmuşdur. Vəfatı tarixi
dəqiq bəlli olmayan bu müəllifin əsərində Azərbaycanın iqtisadi həyatı, inzibati
bölgüsü, vergi sistemi, şəhərləri (Marağa, Ərdəbil, Bərdə, Təbriz, Urmiyə,
Bərzənd, Varsan və b.) haqqında da məlumatlar vardır. Coğrafi səciyyə daşıyan bu
əsər dövrünün bütün yazılı mənbələri ilə tanış olmuş və onlardan tam istifadə etmiş
şəxsin fəaliyyətinin nəticəsidir. Əsər müəllifinin 2 nisbəsi vardı: “Əl-Xorasani”
onun bu vilayətdən olduğunu, “əl-Farisi” isə sadəcə fars olduğunu bildirirdi.
21
Məlumat zənginliyi baxımından ibn Xordadbehin əsəri ərəv coğrafi ədəbiyyatının
elə əsərləri sırasındadır ki, “bunlarsız orta əsrlər Xilafətinin tarixini tədqiq etmək
olmaz”.
22
İbn Xordadbehin dövrün tələblərinə uyğun surətdə tərtib olunmuş “Kitab
əl-məsalik və-l-məmalik” əsəri tədqiqatçının ona lazım olan məlumatları tapa
biləcəyi, bizədək gəlib çatmış, təsviri səciyyə daşıyan ilk coğrafi əsərdir”.
23
Şəmsəddin ibn Abdullah Məhəmməd ibn Əbubəkr əl-Müqəddəsi (Əl-
Məqdisi) 946/47-1000-ci illərdə yaşamışdır. O, “Əhsən ət-təqasim fi mərifət əl-
əqalim” (“İqlimləri dərk etmək üçün ən yaxşı bölgü”) adlı əsərini yazmışdır. Əl-
Müqəddəsi Qüdsdə anadan olmuşdu, ərəb coğrafiyaşünas-səyyahı idi. O, İslam
ölkələrini gəzmiş, şəxsi müşahidələri və tarixi məxəzlər əsasında 985/986-cı ildə
qafiyəli nəsrlə bu əsəri yazmış, Azərbaycanı, Arranı və ona qonşu olan qərb
ərazilərini bir iqlimdə birləşdirərək onu “ər-Rihab” (geniş ərazi, zəngin yer)
adlandırmışdır. Əsərdə Azərbaycan vilayətləri, nahiyə və şəhərləri (Bərdə, Bakı,
Şamaxı, Dərbənd, Varsan, Təbriz, Urmiya, Marağa, Ərdəbil, Miyanə və b.),
sənətkarlıq sahələri, əhalinin məişəti və s. barədə məlumatlar tədqiq olunan dövrün
mədəni həyatının öyrənilməsi üçün əhəmiyyətlidir. Əsərdə Azərbaycan şəhərləri
əhalisinin dili, dini, mədəniyyəti, şəhərlərin salınma tarixi haqqında
24
dövrün
tələblərinə uyğun məlumatlar vardır.
Əbu Əli əl-Həəsn ibn Əli ibn İshaq ət-Tusi (Nizaməlmülk) 1019-1092-ci
illərdə yaşamışdır. O, Səlcuq dövlət xadimi olmuş, Sultan Alp Arslanın (1093-
1072) və Məlikşahın (1072-1092) vəziri vəzifəsini tutmuşdur. Nizaməlmülk Səlcuq
dövlət aparatının yaranması və inkişafında mühüm rol oynamış, elm və mədəniyyət
xadimlərinə himayəçilik etmiş, 1065-1067-ci illərdə imperiyanın bir çox
şəhərlərində “Nizamiyyə” mədrəsələri təsis etdirmişdi (1067-ci ildə Bağdadda
Dostları ilə paylaş: |