mələrə turkman etnomədəni hadisəsi kimi baxan [38; 41;42J
Ə.Əskər yazır: «Oğuznamədə kənardan görünən «islami ün
sürlər» heç də asan görünməyən türkmanlıqdan doğur. Söhbət
o xalqdan gedir ki, onun tarixi islamla başlayır. Bu xalqın tə
fəkkürü «ənənədən gələn ünsürlərlə» «islami ünsürlərin» sin
tezindən yoğrulmuşdu və biz Oğuznamədə bu təfəkkürlə üz-
üzə dayanmışıq <.. .>
Oğuznamə, deyildiyi kimi, etnosun tarix meydanına çı
xışım Allahın birliyinə inam ideyası ilə əlaqələndirir. Ona gö
rə də oğuzların cahangirlik yürüşləri istər-istəməz Allahın bir
liyinə inananların öz siyasi iradələrini dünyaya diqtə etmək
istəyi kimi yozulur» [42,32].
İslam gerçəkliyi, islamın sakral obraz-ad dünyası oğuz
eposu və “türkmanlığın” (Ə.Əskər) ritual nitq təcrübəsi üçün
«ikinci dil», yəni epik dil üstündə qurulmuş ikinci dil olur. Bu
«ikinci dil» həm türkman-oğuz insanının «ünsiyyət məkanın
da» təkamül təcrübəsini əks etdirir, həm də qazilik-şəhidlik
ideologiyasının kontekstini müəyyən edir.
«Kitabi-Dədə Qorqud»da islam diskursu və onun nitq
janları türkman- oğuz insanının sakral Sözə, sakral adlara
münasibətinin parlaq təzahürü olur.
Bu ideologiyanın təsiri nəticəsində Dədə Qorqud mifo
loji obrazı da müqəddəs müsəlman obrazına - “vilayət issf’nə
transformasiya olunur.
Orta əsr mədəniyyətində, «yazılı söz - şifahi söz» qarşı
durması kontekstində yazılı sözün mövqeyinin güclənməsi
oğuznamə mühitinin, epos auditoriyasının, verbal realizmin
tədricən məhdudlaşmasına gətirib çıxarır, Oğuznamələrin bir
janr kimi, bir ədəbi etiket kimi ideoloji-sosial sistemdən çıxma
sına, mifoloji dünyaduyumun pozulmasına səbəb olur. N.Meb-
dinin fikrincə, «dastan («Kitabi-Dədə Qorqud» - R.R.) həm də
onu yazıya alanın şüurunda baş verənlərin inikasıdır. Yazıya
54
alanın şüuru isə elə bir dövrün məhsulu idi ki, bu zaman oğuz
dünyaduyumu islam ilə pozulub sökülürdü [70,235-236].
Klassik türk eposu olan “Kitabi-Dədə Qorqud” islam ri
torikasını qəbul etməklə yeni mifoloji düşüncə tipi və ritorika
tipi yaratmış olur.
Əlbəttə, eposda yeni sakral mənalar məkanının forma
laşmasında əski ritorika tipi ilə bağlı olan etiketlərin və dav
ranış formullarının, nitq janrlarının rolu danılmazdır. Uca
Tanrıya ünvanlanan yalvarışlar, diləklər, xahişlər, alqış-dualar
əski performativ üslubun əsasını təşkil edir.
Tanrı ilə Oğuz qəhrəmanları arasında kommunikativ
münasibətlər (məsələn, «Dəli Domrul boyunda») səmimi sə
viyyədə qurulur: İslam diskursunun performativliyi qəhrə
manların inamını gücləndirir, yaşam rifahını və dünyadüzəni-
nin sabitliyini təmin edir.
Oğuz bəylərinin taleyində, Uca Tanrının varlığı, kafir
lərə qarşı axınlarda, savaşlarda Tanrının köməyi («Tanrım
qurtardı»; «Qaranu dün içində yol azsam ümum Allah»; «Al
lah mənim evümi qurtaracaq olur isə səni əmir-i axur eylə
yin» və s. formullar) arxetip bahadır obrazının qazilik, şəhid
lik statusuna keçməsindən xəbər verir.
Oğuz bəyləri üçün “doğru söz” məhz Tanrı sözüdür, Al
lahın kəlamıdır, “doğru yol” isə «dini - Məhəmməd yoludur».
Söz və Yol inancı onların Oğuzun «sası dinli» kafirlər üzərinə
yürüşünə - qəzasına mənəvi-dini bəraət qazandırır.
Oğuz insanı nüfuzlu sözün performativ gücünə inanır
İslam diskursu performativləri (ismi-əzəm, amin, kəlimeyi-
şəhadət) verbal magiyanın elementi kimi çıxış edir.
Dədə Qorqudun “ismi-əzəm” duası ilə, yəni Allahın əm
ri ilə Dəli Qarcarın əli quruyur:
«Dədə Qorqudun ardından Dəli Qarcar irdi. İsmi-əzəm
oqıdı.
55
Dəli Qarcar qıhcm əlinə aldı. Yuqarısından öfkə ilə həm
də qıldı. Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala. Dədə Qorqut
ayıtdı: «Çalırsan əlün qünsm!» - dedi.
Həq təalanın əmrilə Dəli Qarcarm əli yuqaruda asılı
qaldı. Zira Dədə Qorqut vilayət issi idi, diləgi qəbul oldı».
Basat «Kəlmeyi-şəhadət» oxuyub Tanrının varlığına,
Tanrının birliyinə iman gətirir. Məhz bu inanc duyğusu onu
Təpəgözün əlindən qurtulmasına yardım edir:
«Dəpəgöz aydır: «Şöylə çalayım ki, günbəndlə tartağan
olasan», - dedi. Basatm dilinə bu gəldi kim, «la ilahə illallah,
Məhəmməd rəsulallah» - dedi. Dedi, həman dəm günbəd ya
rıldı, yedi yerdən qapı açıldı. Birindən taşra gəldi».
«Kitabi-Dədə Qorqud»un poetik sistemində islam dü
şüncəsindən qaynaqlanan sitatlar maraqlı kommunikativ möv
qeyə malikdir. Orta əsrlərdə kitab - yazı mədəniyyətinin şifa
hi mədəniyyətə, xüsusən ritual nitq sferasına təsiri epik təh
kiyəyə sitat mövqeyi, yaxud bir sitat konteksti qazandırmış
dır. Bu sitatlar ən nüfuzlu sözün - Quranın əks-sədasıdır.
Oğuz insanı özünün sakral dünyasını Ata (əcdad) sözü ilə Al
lah Kəlamının vəhdətindən yaradırdı və onu profan gerçək
liyin sərt, amansız müdaxilələrindən qoruyurdu.
Müqəddəs Kitab (Qurani-Kərim) oğuz insanma həqiqə
tin nə olduğunu müəyyənləşdirməyə imkan verməklə yanaşı,
epos fəlsəfəsinə yeni həqiqət rejimi gətirdi. Eposun mütləq
sözü Müqəddəs Kitabdan sitatları mütləq söz kimi tanıdı və
qəbul etdi. Mütləq söz isə həmişə performativdir.
Qurarı şeirləri - sitatlar sakral deyimlər kimi epos poeti
kasına və personajların kommunikativ dünyasına üzvi surətdə
daxil olur, performativ nitq aktı kimi isə oğuz qəhrəmanları
nın kafirlər üzərində qələbəsinə inamının ifadəsi olur.
«Qan-Turalı gözün açdı, qapaqların qaldırdı. Gördi gə
lin at üzərində geyinmiş, süğüm əlində. Yer öpdü. Aydır:
56
«Amənna və səddəqna! Məqsədimiz həq təala dərgahında ha
sil oldı» deyüb an sudan abdəst aldı. Ağ alnını yerə qodı. Eki
rikət nəmaz qıldı, atına mindi. Adı görglü Məhəmmədə sala
vat gətürdi. Qara tonlı kafərə at saldı. Qarşu vardı».
«Amənna və səddəqna» - «inandıq» (təsdiq etdik), «iman
gətirdik» deməkdir. «Amənna və səddəqna» - performativ for
mulu Qurani-Kərimdən bir sitat olub adətən kafirlərin, büt
pərəstlərin İslam dininə iman gətirdiyi situasiyalarda işlədilir.
Quranda bəyan edilir: «Kitab əhlindən olan zalım kəslər
bir yana qalanları ilə mübahisə eləyəndə yalnız gözəl sözlər
deyin. Deyin: «Bizə nazil olana da sizə nazil olana da biz
iman gətirmişik. Bizim də Tanrımız sizin də Tanrınız birdir.
Biz Ona təslim olmuşuq» (219,46).
«Səddəqna» ilə «o dünyanın», yəni cənnətin gerçəkliyi
də təsdiq edilir: «Həmd olsun Allaha, gerçəyə çevrilmiş bizə
verdiyi vədi, bizi cənnət torpağına varis eləmiş. Cənnətin ha
rasında istəsək qala bilərik. Əməl salehlərin «əcri nə gözəl
imiş!» - deyər onlar (139, 74).
Klassik inanc poeziyamızda, məsələn, Nəsiminin şeirlə
rində bu deyimə rast gəlirik. Böyük ifran şairimiz «səddəqna»
və «amənna» deyimləri ilə Fəzullahm üzündəki ilahi - mənə
vi nurun müqəddəsliyinə və bununla ayələrin təsdiq olunma
sına işarə edir.
Dü əqlü helmü xu Məhəmməd şəninə gəldi,
Pəs «Amənnavü» «Səddəqna» anın alinə övladır.
yaxud:
Nuri - imanlar cəmalın kim ki, «Səddəqna» deməz.
Kafırü müşrikdir, ana div əgər dersək, nola!
Quran sözünün performativliyi oğuz qəhrəmanlarının
davranışına, hünər-ərənlik əməllərinə dərin etik-ideoloji məna
verir. Bu baxımdan, «Kitabi-Dədə Qorqud» bütövlükdə orta
əsr oğuz (türk) ədəbiyyatı üçün xüsusi bir janr anlayışıdır,
57