Ata qollı sapammca gəlməz mana!
Bəkil oğlu Əmran da kafirlə qarşılaşmada öz atmı (al
ayğır), geyimini (dəmirdən) və silahlarım (qılınc, süngü, ox)
belə öyür:
Hərzə-mərzə söyləmə, mərə itim kafər!
Altımda al ayğırın nə bəgənməzsən, -
səni gördi, oynar.
Əgnimdəki dəmür donum çığnüm qısar.
Qara polad üz qılmcum qmın doğrar.
Qarğı dalı sügüm nə bəgənməzsən,
Köksün dəlüb gögə parlar.
Ağca tozlu qatı yayım zarı-zarı inlər.
Sadaqda oxum kişin dələr.
Yanımda yigitlərim savaş dilər.
Ümumiyyətlə, öymə - öyünmə aktları “Kitabi-Dədə,Qor-
qud”da epik qəhrəmanların ritual-nitq davranışının əsas for
malarından biridir. Öymə-öyünmə Oğuzun gündəlik həyatının
və yaşam psixologiyasının tərkib elementlərindən biridir:
«Av ağartdılar. Çün av yarağı oldı, kim atın ögər, kim
qılıcın, kim çəküb atmağın ögər. Salur Qazan nə atın ögdi, nə
kəndin ögdi. Əmmə bəglərin hünərin söglədi».
Hər bir oğuz bəyi özünü, atını, ovçuluq məharətini ög-
düyü halda, Salur Qazan «təvazökarlıq» edir, yəni özünü öy-
mür.
Ancaq başqa bir epizodda Qazan xan Bəkilin ovçuluq
məharətini tərifləyib öymür, onun ovçuluq hünərini atın hünə
ri ilə əlaqələndirir: «Yoq, at işləməsə, ər ögünməz. Hünər
atındır», - deyib Bəkilin xətrinə dəyir, onun incik salır.
Özünüöymə, təkəbbürlük oğuz bəylik - ərənlik əxlaqına
və davranışına yad (“Müqəddimə”də Dədə Qorqud soyla-
masmı xatırlayın: «Təkəbbürlük eyləyəni Tənri sevməz»)
məsələlərdir.
86
Özünüöymənin, təkəbbürün ibrət nəticəsi “Dəli Dom-
rul” boyunun süjetini təşkil edir. Dəli Domrul quru çay üzə
rində körpü yapıb gələnə-gedənə özünü öyməyə başlayır:
«Məndən dəli, məndən güclü ər varmıdır ki, çıqa mə
nimlə savaşa, - deyirdi, mənim ərligim, bəhadarlığım, cılasun-
luğım Ruma, Şama gedə çavlana», - deyirdi».
Dəli Domrulun bu təkəbbürlü davranışı - onun «ulu dər
gahda gəzib mənlik eyləməsi» Uca Tanrının xoşuna gəlmir,
onu cəzalandırmaq istəyir.
Qanturalı kafirlərlə ağır savaşdan sonra düşünür ki,
Selcan xatun Oğuzda gedib ögünərsə, Qanturalımn “başına
qaxınc, üzünə toxunc” deməkdir. Bu, psixoanalitik anlamda
Qanturalımn kastrasiyası deməkdir, yəni bəylər içində onun
hörmətdən düşməsi, sosial nüfuzun itirilməsi deməkdir.
Qalqubam Selcan xatun, turduğmda,
Yelisi qara Qazlıq atun bindügində,
Babamın ağ-ban eşiginə düşdigində,
Oğuzun ala gözli qızı-gəlini bildıqda
Hər kişi sözin söglədikdə,
Sən orada turasan, ögyəsən:
«Qanturalı zəbun oldı,
At ardına aldım çıqdım» - deyəsən
Gözüm döndi, könlüm getdi
Öldürərəm səni! - dedi».
Ögünməklik ərlik - alpərənlik məkanında qadının (övrə
tin) varlığını mümkünsüz edir, çünki ögünmə - ögmə baha-
dırlıq diskursuna aid olan davranışdır.
«Bəg yigit, ögünərsə, ər ögünsün, - aslandır.
Ögünməklik Övrətlərə böhtandır.
Ögünməklə övrət ər olmaz»
Öymə epik qəhrəmanın bədii portretini yaratma üsulla
rından biri olub, epitetlər vasitəsilə qəhrəmanın zahiri
87
gözəlliyi, hünəri və ov-savaş atributları ilə bir yerdə təqdim
edilir. Bu tipli portret-öymələr partiarxal təfəkkürlə, epik dilin
ritual funksiyası sıx bağlı ilə olub, türk qəhrəmanlıq poeziya
sının estetik ənənələrindən qaynaqlanır. Dirsə xanın öz Xatu
nunu öyməsinə diqqət yetirin:
Bərü gəlgil başum baxtı, evim taxtı,
Evdən çıqub yuriyəndə səlvi boylum!
Topuğunda sarmaşanda qara saçlum,
Qurulu yaya bənzər çatma qaşlum!
Qoşa badam sığmayan dar ağızlum,
Güz almasına bənzər al yanaqlum,
Qavunum, verəgim, döləgim!
Qanturalmın Selcan xatunu öyməsində həmin klişelər-
dən, formullardan istifadə olunur:
Yalab-yalab yalayıban incə donlum!
Yer basmayıb yüriyən,
Qar üzərinə qan danmış kibi qızıl yanaqlım!
Qoşa badam dar ağızlum!
Qələmçələr çaldığı qara qaşlım!
Qurması qırq tutam qara saçlım!
Aslan uruğı, sultan qızı.
Ozan öymələri ov-savaş kontekstilə bağlı olur. “...Oğul,
at üzərindən məni qap, döşəgimə çıqar,-dedi. Aslan ənigi ye
nə aslandır. Atası at üzərindən qarvadı-tutdu, döşəginə çıqar-
dı. Cübbəsin üzərinə büridi. Qapısın örtdü”.
Beləliklə, «Kitabi-Dədə Qorqud»da öymə həm davra
nış-etiket aktı olmaqla yanaşı, həm də orta əsr bahadırlıq dis-
kursunda panegerik janrdır, ərlik - bəylik hadisəsidir. Oğuz-
namələri bütövlükdə bütövlükldə dini-ritual kult və sosial eti
ket sferası ilə əlaqədar olduğunu janr güman etmək mümkün
dür.
88
II FƏSİL
EPİK FATİKA VƏ OĞUZ DAVRANIŞ
STREOTİPLƏRİ
2.1. Şivən və öfkə; oğuz insanının impulsivliyi
«Kitabi-Dədə Qorqud»un davranış məkanında epik söz
yüksək ritual emosionallığı və ekspressivliyi ilə seçilir. Bu
ekspressivlik və emosionallıq obyektiv gerçəkliyin təsviri ilə
yanaşı, həm də oğuz insanının psixoloji durumunun bədii ifa
dəsidir.
Epik qəhrəmanların emosiyası ritual situasiyalarla, so
sial davranış normaları və ekspressiv nitq aktları ilə şərtlənir,
emosiya necə deyərlər «mədəni artefaktlardır» [133,96].
Dastanda personajların əsas “emosional - ekspressiv yü
kü” ağlaşma - şivən sferasına düşür. Ataların ağlaması fərqli
«illokutiv gücü» malikdir: Baybörə bəy oğuzda hər kəsin oğlu
ilə Bayandır xanın söhbətinə qatıldığını görüncə ürəyi qana
dönür: «Bayandır xanın qarşısında Qaragünə oğlı Qarabudaq
bəy dayanıb durmışdı, sağ yanında Qazan oğlı Uruz durmışdı.
Sol yanında Qazılıq qoca oğlı bəg Yegnək durmışdı. Baybörə
bəg bunları gördügündə ah eylədi».
Ənənəvi Oğuz mədəniyyətini «postfiqurativ mədəniyyət
tipinə» (M.Mid) aid etmək olar, yəni oğuzda hünəri, təcrübə
ni, davranışı oğul atadan görüb öyrənir:
«Oğul atadan görməyincə süfrə çəkməz». Ona görə də
Qazan xamn onaltı yaşma çatmış, ancaq hələ hünər göstər
məmiş oğlundan narahatlığı bu üzdəndir:
«Qazan sağına baqdı, qas-qas güldi. Solma baqdı, çoq
sevindi. Qarşusına baqdı, oğlancığım - Uruzı gördi. Əlin-əli
nə çaldı ağladı:
89