hüdudlarında baş verir. Başqa dünyanın nümayəndəsi zahirən,
görkəmcə qeyri-müəyyənliyə malik olduqlarından onlar ya
tanınmır, ya da adi gözlə görünmürlər.
Tanıma \ tanımama situasiyası (məsələn, əsl adaxlının
tanınmamazlığı motivi) arxaik epik süjetlərdə geniş yer tutur.
Beyrək öz nişanlısının toyunda mifoloji «özgə»nin görünməz
liyini, tanınmazlığını imitasiya edir. «Bu» dünyanın sakinləri
adətən «o» dünyadan gələnləri ya görmürlər, ya da tanımırlar.
Banıçiçəyin Beyrəyi da tanımaması bu üzdəndir.
Qazan xan qardaşı Qaragünəyə yuxusunda gördüyünü
xəbər verir: «Bilmirsən, qarındaşım Qaragünə, duşumda nə
görindi? Qara qayğulu vaqiə gördüm, yumruğumda talbınan
şahin bənim qışumı alur gördüm, düm qara pusaraq ordumun
üzərinə tökilir gördüm...».
Epik metonimiya üçün “göz (baxış)” demonoloji perso
najı səciyyələndirmə üsullarından biridir. Dəli Domrulun de
monoloji personajla qarşılaşması, görüşməsi və xəbərləşməsi
süjetdə situasiyasının dəyişməsinə səbəb olur.
Demonoloji personaj (Əzrayıl) Dəli Domrulun gözünə
birdən (nagahan) görünməklə özünün gerçək varlığını, gerçək
mahiyyətini ona hiss etdirir.
«Dəli Domrul qırq yigit ilən yeyüb-içüb oturarkən naga-
handan Əzrayıl çıqa gəldi. Əzrayılı nə çavuş gördi, nə qapuçi.
Dəli Domrulun görər gözi görməz oldı, tutar ələri tutmaz oldı.
Dünya-aləm Dəli Domrulun gözinə qarannu oldu».
Arxaik düşüncə üçün hadisənin bir anda, qəfil, gözlə
nilmədən baş tutması səciyyəvidir. «Kitabi-Dədə Qorqud»un
xronotopunda «nagahan», «nagah», «birdən» zaman zərfləri
nin geniş yer tutması da bu üzdəndir.
Əski təsəvvürlərə görə, insan demonoloji personajla
qarşılaşarkən ona tərəf baxmamalıdır. Ancaq oğuz qəhrəman
ları istər-istəməz xtonik, demonik varlıqları gözləri ilə gör
118
mək, baxışla qarşılamaq zorundadırlar. Onların demonik-mi-
foloji varlıqlarla (Əzrayıl, Təpəgöz) ilk fatik dialoqu-xəbər
ləşməsi «göz»dən başlayır. «Bu dünya»nm «o dünya» ilə -
Əzrayıllın Dəli Domrul ilə, ünsiyyəti «göz» üstündə qurulur.
Dəli Domrulun Əzrayılla kontaktı elə gözlənilməz olur
ki, onun ilk emosional təəssüratı da «heybətli qocanın» -
Əzrayılın «gözcügəzi» ilə bağlı olur:
«Ağzın içi buz kibi,
Sümüklərin tuz kibi oldı.
Mərə sağalçığı ağca qoca,
Gözcigəzi cöngə qoca,
Mərə, nə heybətli qocasan?»
Bacıların qardaşı (dəli ozanı) tanıması və xəbərləşməsi
Beyrəyin «gözlərindən» başlayır:
«Qara qıyma gözlərin cöngəlməsəydi,
Ağam Beyrək diyədən, ozan, sana!
Yüzini qara saç örtməsəydi,
Ağam Beyrək diyədəm, ozan sana!
Qunt-qunt biləklərin solmasaydı,
Ağam Beyrək diyədəm, ozan, sana!
Apul-apul yurişındən
Aslan kibi tutışmdan.
Qanrıluban baqışından
Ağam Beyrəgə bənzədürəm, ozan səni!»
«O dünya»nın nümayəndələri adətən eybəcər görünüş
ləri ilə, anormal fiziki görkəmləri ilə fərqlənirlər. Yad, «özgə
dünya» sakinlərinin neqativ təsviri mifoloji düşüncə üçün
səciyyəvidir. Onların yadlığı fiziki çatışmazlığı ilə, anormal-
lığı ilə qabardılır.
«Yedi başlu əjdərhanm yetüb vardım,
Heybətindən sol gözün yaşardı.
119
Hey gözüm, namərd gözüm, müxənnət gözüm,
Bir yılandan nə var ki, qorxdum.. .»
«Kitabi-Dədə Qorqud» da Beyrək gözləməkdən, ağla
maqdan kor olmuş atasının gözlərini açır.
«Bu məhələdə bəglər Beyrəgi gətürdilər. Qazan bəg ay
dır: «Muştuluq, Baybira bəg! Oğlan gəldi» - dedi. Baybirə
bəg aydır: Oğlım, idigin andan biləyim, sirça barmağını qa-
natsun, qanını dəsmala dürtsün, gözimə sürəyin: acılacaq
olursa, oğlım Beyrəkdir!» - dedi».
Zira ağlamaqdan gözləri görməz olmuş idi. Dəsmalı
gözinə silçək, Allah-təalanın qüdrəti ilə gözi açıldı».
Yüksəklikdən, yuxarıdan baxma motivi eposun məkan
təşkilində əhəmiyyətli rol oynayır. Köşk, çardaq epik məkan
semiotikasının obyektləri kimi çıxış edir ki, bu da qəhrəman
lara ətrafı görməyə, uzaqları seyr etməyə imkan verir.
Oğuz bəyləri ətrafı (savaş və ya tamaşa meydanını) yük
səklikdən (təpə başından, köşkdən, çardaqdan) baxıb müşahi
də edirlər, yaxud xəbərləşirlər.
«Atına mahmuz urdı. Bir yüksək yerə çıqdı, gözlədi,
gördü kim, bir dərənin içində toz gah dərilür, gah tağılur»;
«Məgər ol gün kafərlərin ağır günləriydi. Hər biri ye
məkdə-içməkdə idi. Beyrəyi dəxi götürüb, qopuz çaldırırlardı.
Beyrək yuca çartağdan baqdı, bazırğanları gördü. Bunları
gördiyində xəbərləşdi»;
«Beyrək gedli Bambam dərə başına çıqdınmı, qız?
Qanılamb dört yanına baqdınmı qız?»
Epik kommunikativ məkanda xəbər, xəbərləşmə daha
çox - görmə-baxma aspekti ilə bağlıdır.
Beləliklə, xəbər-xəbərləşmə fatik nitq janrların epik xro-
notopu təşkil etməsi “Kitabi-Dədə Qorqud” da süjet poe
tikasının özəl cəhətlərindən biridir.
120
NƏTİCƏ
«Kitabi-Dədə Qorqud»un ritual davranış poetikasında
nitq janrlarının “sistem içində sistem” kimi bərpası adresant-
adresat münasibətlərinin, söyləyici ozan və auditoriya obra
zının təsvirini mümkün edir, söyləyicinin kommunikativ stra
tegiyasını müəyyənləşdirir, eləcə də sosial, ritual davranış
tiplərini öyrənməyə kömək edir.
«Kitabi-Dədə Qorqud» performativ komponentlərin da
ha üstün olduğu epik mətnlərdən biridir, türklərin arxaik per-
formativ təcrübəsinin möhtəşəm örnəyidir, performativ “das
tan - potensiyası”dır. (N.Cəfərov).
Performativlik (alqış-qarğış, vəsiyyət, öymə, and, xeyir-
dua, yuxuyozumu) bilavasitə epik dilin ritual funksiyası ilə
əlaqədardır. «Kitabi-Dədə Qorqud “ da ritual diskursun ele
mentləri müxtəlif səviyyələrdə (ailə-məişət ritualı, ov-oyun
ritualı, dini inanc ritualları və.s), kommunikativ situasiyalarda
mövcuddur. Ritual diskurs epik təhkiyənin məzmun və ifadə
planını ifadə edir. Ritual öz məqsədi, strukturu ilə mifoloji
hadisə və epik təhkiyə arasında vasitəçi rol oynayır. “Ən əsası
- mərasim süjetyaradıcı başlanğıc kimi çıxış edir və buna
müvafiq olaraq onun tərkib hissələri və elementləri epos uçun
səciyyəvi məna kəsb edir - onların konflikti üzə çıxır və ya
açıq görsənir və mərasim iştrakçılannın davranışı mərasim
deyil, epik xarakterli olur. Daha doğrusu, mərasimdə olduğu
kimi qalır, amma daxilən dəyişir” [216,79].
Ritual davranış diskursu “Kitabi-Dədə Qorqudu”n süjet
məntiqini, xronotopları təşkil edir. Buraya faktik ünsiyyətin
elementlərini də daxıl etmək olar.
Ritual ”Kitabi-Dədə Qorqud” təhkiyəsində bir çox hal
larda klişe- formul səviyysində çıxış edə bilir.
«Kitabi-Dədə Qorqud» özü bir soylama-boylama aktı
olaraq yüksək performativliyə malikdir və funksionallığı per-
121