“Kitabi-Dədə Qorqud”un invariant-konseptual sistemin
də xəbər xronotopu. Xəbər xronotopu başqa xronotoplarla —
yal, sərhəd, şəhər, mərasim, xronotopları ilə sıx əlaqədar
şərtlənir və müvafiq kommunikativ məkanı əhatə edir.
«Kitabi-Dədə Qorqud»da xronotopik dəyərlərin bir
fərqli və özünə məxsus cəhəti ondadır ki, burda məkan epik
qəhrəmanların sosial statusu ilə sıx bağlıdır, toposlar (“soyuq-
soyuq sular”, “aqmdılı görklü sular”, “ala dağ”, “qara dağ” . ..)
mənsubluq prinsipi ilə təqdim olunur, yəni məkan göstərici
ləri epik qəhrəmanın atributlarından biri kimi çıxış edir.
«Kitabi-Dədə Qorqud»da başqa eposlarımızdan fərqli
xronotopik strukturlar təqdim olunur. Oğuz epos xronotopu
əsasən lokal, ritual xronotoplardan təşkil olunur. Epos xrono
topu yalnız oğuz bəylərinin ritual məkanını və ritual zamanını
əhatə etmir, həm də epik və sakral landşaftın mükəmməl mü
kəmməl təsvirini də verir.
Epik narrativ təhkiyə xronotopları bir-birilə uzlaşdırır,
xronotoplarm bir-birinə keşidini şərtləndirir. Hətta ozan (söylə-
yici) xronotopu personaj xronotopları ilə iç-içədir, çünki bu xro-
notoplan eyni emosiya, eyni dünyagörüşü və inanc birləşdirir.
Epos xronotopunun əsas vahidlərindən biri də sərhəd
xronotopudur.
«Kitabi-Dədə Qorqud»da sərhəd xronotopu bir-birilə
bağlı olan, yaxud bir-birinin davamı olan məkanların arasın
dakı münasibətləri müəyyənləşdirir. Sərhəd «özgə dünya»nm,
kafir dünyasının mövcudluğunu və ya yaxınlığını bildirir,
qəhrəmanın sosial statusunu dəyişdirən simvolik hüduddur.
Sərhəd obrazı hərəkət ideyası ilə, qəhrəmanın məkan hü-
dudulanndan kənaraşıxma imkanı ilə sıx başlıdır. Məhz sərhəd
neofitin vasitəsilə “o dünya”ya keçidi baş tutur bax: [129]).
«Kitabi-Dədə Qorqud»un məkan semiotikası üçün sər
həd obrazının simvolik-mifoloji mənası mühüm şərtdir: əgər
106
sərhəd qəhrəmanın Oğuzdan kənara çıxmasını bildirirsə, sim
volik-mifoloji mənada «bu dünya»dan («özününkü») «o düıı-
ya»ya
(«özgə»)
keçməsidir.
«Kafər sərhədinə çıxmaq», «sərhədi keçmə» inisiasiya,
ovçuluq, - evlənmə ritual aktlarının tərkib elementidir. Qazan
xan on altı yaşına çatmış oğlunu sınaqdan keçirmək üçün
özüylə kafər sərhədinə götürür:
«Mən bu oğlanı alayım, ova gedəyim. Yedi günlük azuğ-
la çıqaym. Ox atdığım yerləri, qılıc çalub baş kəsdiyim yerləri
göstərəyim. Kafər sərhəddinə, Cızığlara, Ağlayana, Gögçə tağa
aluban çıqayın. Sonra oğlana gərək olur, a bəglər!» - dedi».
Qanturalı Trapezunda təkur qızının dalmca gedərkən ka
fir sərhədini keçməli olur: «Yedi gün yedi gecə yortdılar. Ka-
fərin sərhədinə irdilər.. .»
Dastanda dünyalar arasında kommunikativ əlaqə adətən
sərhəd vasitəsilə baş tutur və bu təmas ilk növbədə viziual
kodda gerçəkləşir.
Məsələn, gözçi (gözətçi) sərhəddə gördüklərini təkura
xəbər verir: «Gözçi gözlədi, gördi ki, at Bəkilin, Bəkil üzərin
də degil, əmma bir quş dəkli oğlandır».
Dəli Domrul sərhəd xronotopu ilə (quru çay, körpü ilə)
bağlı son dərəcə maraqlı obrazlardan biridir. Dəli Domrulun
quru çay üzərində qurduğu köıpü («Məgər xanım, Oğuzda
Duxa qoca oğlı Dəli Domrul deyərlərdi, bir ər var idi. Bir
quru çayın üzərinə bir körpi yapdırmışdı») dünyaları birləş
dirən mediatorun maddi invariantıdır.
“Quru çay” dastanda başqa təbiət obyektləri kimi, həm
də bir landşaft toposudur. Nə qədər təzadlı olsa da, admın tər
kibində «qum» epiteti olan çaylar əslində sulu çaylardır. Mə
sələn, Ukraynada «Suxoy Torets», «Mokny Torets», «Suxiye
Yalı” və ”Mokrıe Yalı» tipli hidronimlər əslində həmişə sulu
olur [bax: 139, 495].
107
V.Zahidoğlu türk dillərinin leksikası əsasında, «Kitabi-
Dədə Qorqud»dakı «quru çay» ifadəsini «sulu çay» kimi oxu
yur [90, 145] və folklorşünas B.Abdulla da bu yozumla razı
laşmışdı: «bir halda çay qurudur, daha onun üstündən körpü
yapmağa nə ehtiyac vardır... Belə olduqda nə üçün istəyən
bir yana dursun, istəməyən də döyülə-döyülə bu körpüdən ke
çilməyə məcbur edilməli, üstəlik ödənc də ödəməlidir?... Bəl
kə bu çay quru, sulu çaydır?... Bəli, bu çay elə doğurdan da
belədir» [ 2, 39-40].
Ümumiyyətlə, “axirət dünyasının” çayın, suyun o tərə
fində olması [181,77] inamına bir çox xalqların mifologiya
larında rast gəlinir. Məsələn, yunan mifologiyasında Stiks və
Axeron, hind mifologiyasında Bayqarani, yəhudi miflərində
Dinor, slavyan mifologiyasında Unutqançay (reka-Zabveniə),
fin mifologiyasında Manala çayı ölülər-dirilər səltənətini ayı
rır. Manalanm sularında batmaq ölüm mənasındadır. Papuas
ların yas mərasim nəğmələri ruhun səyahətini çayaşağı «...»
ölülər səltənətinə müşayiət edir, hətta Yeni Qvineyada ölünü
qayıqla çaydan keçirmək adəti yas mərasiminin vacib hissə
sini təşkil edir [264, 282]. Yuxularda körpüdən keçmə xəstə
lik, ölüm əlaməti kimi yozulur.
Körpü dəfn-yas mərasimi ilə bağlı mifopoetik obrazlar
dan biridir. Rusiyanın bəzi bölgələrində, məsələn, Pskovda
dəfn mərasimində, çay üzərində «körpücük» qoymaq ənənəsi
günümüzə qədər gəlib çatmışdır. Şərqi slavyanların inancına
görə, mərhumun ruhunun axirət dünyasına keçməsi üçün su
üzərində «körpü» yapılmalıdır [bax: 167, 753].
Arxanglesk, Murmanck pomorlarının yas ənənəsində
“körpü ölür - dirilər” arasında mediator tunksiyasını yerinə
yetirir: ərləri dənizdə olmuş xanımlar körpüyə çıxıb ah-nalə
çəkirlər beloruslarda da ölülər üçün “körpü qurmaq” adəti
olub. Toy mərasimi ilə bağlı falabaxmalarda körpü simvolun
108
dan istifadə olunur: adaxlı nişanlısını yuxuda körpüdən keçir
məsi üçün yastığının altında saman çöpündən “körpü qurur”.
Dəli Domrulun «iki dünya»nm sərhədində-köıpüdə dav
ranışım arxaik ritualın qalığı kimi də izah etmək olar: «Məgər
bir körpisinin yamacında bir bölük oda qonmuş idi. Ol obada
bir yaxşı-xub yıgit sayru düşmüş idi. Allah əmrilə ol yigit
öldi. Kimi «oğul» deyü, kimi «qardaş» deyü ağladı. Ol yigit
üzərinə möhkəm qara şivən oldı».
Əski təsəvvürlərdə, inanclarda məişət planı ilə kosmik
plan arasında bir əsaslı fərq qoyulmurdu: mərhumun ruhunun
“o dünyaya” keçməsi mütləq nəsə ödənilməliydi! «Keçəndən
otuz üç aqça alurdı, keçmiyəndən dögə-dögə qtrq aqça alurdı».
B.A.Uspenski ruhu çaydan keçirtmə üçün ödəniş haqqı
nın ödənilməsi ilə bağlı bir əhvalata istinad edir. Knyaz
Q.A.Potyomkin Yassadan Nikolayev şəhərinə gedərkən yolda
onu qəfil ölüm yaxalayır və onun gözlərini qapamaq üçün
«ciblərini töküşdürüb imperial (pul vahidi. - R.R.) axtarmır
lar... Kazakın verdiyi bir mis quruşla ölünün gözünü qapadı
lar» [Bax: 263 ,150].
Yunan miflərində mərhumun ruhu «o dünyaya keçiri
ləndə bərə haqqı ödənilir, yoxsa ruh qəbul edilməz, geri qay
tanlar: yunan mifologiyasında Xaron mərhumun dilinin altın
da saxladığı bir obolu alır [193, 584].
Maraqlıdır: Dəli Domrulun Əzrayılla görüşməsi və xə
bərləşməsi məhz iki dünyanın sərhədində - körpüdə baş verir:
«Dəli Domrul aydır: «Mərə, Əzrayil, dedüguniz nə kişi
dir kim, adamın canın alur? Ya Qadir Allah, birligin, varlığın
haqqıyçun, Əzrayili mənim gözümə göstərgİl, savaşayım, çə-
kişəyim dirəşəyim, - yaxşı yigidin canın qurtarayım».
«Qara Dərvənd ağzı», «Gürcüstan ağzı» Oğuz sərhədlə
ridir, kafirlərin metonimik mövcudluq ifadəsidir. Kafirlərlə,
109