Məhz personajların ritual - mərasim kodunda ünsiyyəti
“Kitabi-Dədə Qorqudun” xüsusi dilini formalaşdırmışdır. Ri
tualda istifadə olunan semiotik vasitələr davranış elementlə
ridir (ritual-davranış kateqoriyası). P.A.Florenski yazırdı ki,
mərasimin müəyyən edilmiş heç bir sərhədi yoxdur: mahiy
yətcə — mərasim hər şeydir, mərasim olmayan nə varsa, kulto-
sentrik təcrübənin vahid toxumasını yaratmır. Biz hər dəfə
faktiki olaraq davranışımızın sərhədini mərasim sərhədi ad
landırırıq. Məsələn, biz küçədə papağımızı çıxarıb təzim
edirik — bu, mərasimdir, yoxsa adətdir? Yəqin ki, çoxu deyə
cək ki, bu, adətdir, yəni təzim etməni mərasimi içinə almır.
Amma İoann Damaskin təsdiq edir ki, tanışlarla qarşılaşan da
papaq çıxardırıq və papağımızı ona görə çıxartmalıyıq ki, biz
insandakı ilahi obraza dini sitayişimizi ifadə edirik: insan -
elə ikonanın özü — Rəbbimizin ikonasıdır. Deməli, təzimetmə
- küçədə tanış adama təzim etmək - artıq «adət» deyil, «mə-
rasim»dir [259, 130].
“Xəbərləşmə”, mərasim davranış sferasının arxetipidir.
Xəbərləşmə aktına müəyyən kommunikativ taktikanın yerinə
yetirilməsi üsulu kimi baxmaq olar. Xəbərləşmə süjet yaratma
mexanizmi kimi çıxış edir.
Xəbərləşmə “Kitabi-Dədə Qorqud” da təbiət obyektləri
(dağ, su, ağac) və varlıqları (qurd, köpək) ilə yaxud, özgə
dünya təmsilçiləri (Əzrayıl) ilə informasiya mübadiləsindən
ibarətdir. “Kitabi-Dədə Qorqud” da xəbərləşmə sistem halm-
dadır, yaxud sistem içində sistemdir. M.Cəfərli yazır ki,
“dastançılıq ənənəsində belə, “xəbərləşmə” sistem halını da
şıyır və sistemlilik məhz strukturdan xəbər verir...İnsanla per-
sonifıkasiya olunmuş Təbiət arasındakı hər hansı münasibətin
əski ritual-mifoloji kontekstdə modeli var. Və müxtəlif xəbər
ləşmə tiplərinin tutuşdurulması həmin modelin struktur for
masını təsəvvür etməyə imkan verir” [22,122]
102
Qazan xan yağmalanmış evinin xəbərini sudan, qurddan
və köpəkdən sorur. Onun su ilə, qurd və köpək ilə xəbərləş
məsi mifopoetik düşüncə hadisəsidir.
V.Hacıyev (Hacılar) Borçalı folklorunun maraqlı nümu
nəsi olan «Qismətini axtaranın nağılı»nda su ilə xəbərləşmə
motivini misal gətirir: «Yolçu yoluna davam etdi. Bir az ge
dəndən sonra suya rast gəldi. Salam verdi, su salamını aldı:
«Məndən qabaq buradan adam keçdimi?» Su dedi: «Yox,
keçməyib»
«Qismətini axtaranın nağılı»nda da qəhrəman eynilə
Qazanın xəbərləşdiyi nəsnələrlə rastlaşıb onlarla həmsöhbət
olur. Bu ardıcıllıq nağılda boydakmm eyni olmasa da, mahiy
yətcə ordakılarm eynidir»... [49,45; 46]
«Qazan öginə bir su gəldi. Qazan aydır: su həq didarın
görmişdir. Bən bu suyla xəbərləşim!» - dedi. Görəlim, xanım,
necə xəbərləşdi. Qazan aydır:
Cağnam-cağnam qayalardan çıqan su,
Ağac gəmiləri oynadan su,
Həsənlə Hüseynin həsrəti su,
Bağ ilə bostanın ziynəti su,
Ayişə ilə Fatimənin nigahı su,
Şahbaz atlar gəlüb içdigi su,
Qızıl dəvələr gəlüb keçdigi su,
Ağ qoyunlar gəlüb çevrəsində yatdıgi su,
Ordumun xəbərin bilürmısın, degil mana!
Qara başım qurban olsun, suyum, sana! - dedi.
«Su qaçan xəbər versə gərək?!
«Folklor, yaxud m if qəhrəmanının qurdla xəbərləşib on
dan məsləhət alması «Oğuznamə» silsiləsinə daxil olan epik
əsərlərdə geniş yayılmışdır. «Kitabi-Dədə Qorqud»da Qazan
xanın qurdla xəbərləşməsi bu qədim inanışın əks-sədasıdır»
[49,47].
103
Sudan keçdi, bu gəz bir qurda tuş oldı. Qurd yüzi müba
rəkdir, qurdlan bir xəbərləşəyim», - dedi. Görəlim, xanım, nə
xəbərləşdi.
Qazan aydır:
Qaranqu axşam olanda güni doğan,
Qar ilə yağmur yağanda ər kibi duran,
Qaraquç atları gördügində kişnəşdirən,
Qızıl dəvə gödügində bozlaşdıran,
Ağca qoyun gördügində quyruq çırpub qamçılayan,
Arqasını urub bərk ağılın ardın sökən,
Qarma-bükəc səmüzin alub tutan,
Qanlı quyruq üzüb çap-çap udan
Avazı qaba köpəklərə qavğa salan,
Çaqmaqluca çobanları dünlə yügürdən,
Ordumun xəbərin bilürmısm, degil mana!
Qara başım qurban olsun, qurdum, sana! - dedi.
Qurdla xəbərləşmə dastanın Vatikan nüsxəsində də yer
almışdır: «Qazan bəy qurtdan xəbər sordu. Aydur: Mərə sırtı
yoluq boz quit, ordumdan xəbər ver bana. Yoqsa qarış verürin
şimdi sana, - dedi» (V-58). V.Zahidoğlu «sırtı yoluq» ifadəsi
ni «üzü nurlu, üzü mübarək» kimi şərh edir [ 90,152-153].
Əski təsəvvürlərdə insanın qabağma itin çıxması pis
əlamət sayılırdı. Bir çox xalqların inanc ənənəsində köpək öz
gə dünya ilə bağlı olan xtonik varlıqdır. İt (köpək) heç vaxt
bir yerdə dayanıb durmur, «o dünya» ilə «bu dünya» arasında
hərəkət edir [271, 71-79]. Mifoloji mətnlərdə isə köpək həm
də ölüm xəbərçisidir.
«Qaraca Çobanın qara köpəgi Qazana qarşu gəldi. Qazan
qara köpəklə xəbərləşdi, görəlim, xanım nə xəbərləşdi. Aydır:
Qaranqu axşam olanda vaf-vaf ürən!
Acı ayran töküləndə çap-çap içən!
Gələn xırsuzları qorqudan!
104
Qorqudulan şəmatəsilə ürküdən!
Ordumın xəbərin bilürmısən, degil mana!
Qara başım sağlığında eyülüklər edəm, köpək, sana! -
dedi.
Köpək qaçan xəbər versə gərək?! Köpək Qazanın atının
ayağına çap-çap düşər, sin-sin sinlər. Qazan bir tumar ilə
köpəyi urdı. Köpək çəkildi, gəldüği yola getdi».
N.Cəfərov yazır: «Epos» sadəcə dastan deyil, müxtəlif
süjetlər və motivlər verən, mənsub olduğu xalqın ictimai-es
tetik təfəkkürünü bütövlükdə ifadə edən möhtəşəm dastan po
tensiyasıdır» [26, 12]. Bu mənada xronotop “dastan potensi
yasını “gerçəkləşdirən ən vacib kateqoriyalardan biridir, “...
mənalar sferasına iştənilən giriş yalnız xronotop vasitəsilə baş
verir” [147, 406]. Xronotop həm janrı və süjeti, həm də insan
obrazı müəyyən edir.
«Kitabi-Dədə Qorqud»da xəbər yalnız kommunikasiya
vahidi deyil, həm də müxtəlif məkanları və ya lokal xronotopla-
n birləşdirən, bir araya gətirən vasitədir və geniş (dominant)
xronotoplar içində çoxlu lokal xronotoplar seçilir, yəni «xrono-
toplar bir-birinə bağlana, bir yerdə mövcud ola bilər, əvəzoluna,
qarşılaşdınla, müqayisə oluna bilər, yaxud daha mürəkkəb
qarşılıqlı münasibətlərdə ola bilər» [147,401]. Ona görə də nitq
janrları xronotop məsələsi ilə bir yerdə nəzərdən keçirilməlidir.
Amma bəzi tədqiqatçılar haqlı olaraq güman edirlər ki,
xronotop yalnız “zaman - məkanın deyil, həm də zamanı” -
baş verdiyi yerdir”, “prosesə, hadisəyə, yaxud subyektin duru
muna xas olan zaman və məkan iradəsi və janr tamamlan
masıdır” [ 275;276].
Xronotop “janrın struktur qanunudur”, janrdan aslı ola
raq, məsələn, macəra romanının xronotopu, bioqrafik və avto-
bioqraflk romanların xronotopu, folklor xronotopu, cəngavərlik
romanının xronotopu) bir sıra xronotopları fərqləndirmək olar.
105