Ağlaşmada və şivəndə ağı janrının funksionallığı və
strukturu onun semiotik strukturu ilə müəyyən edilir. Se-
miotik struktur deyəndə biz yalnız işarələr sistemini deyil,
həm də bu sistemi ötürən kommunikativ modeli nəzərdə tutu
ruq. (Y.M.Lotman kommunikasiya problemini tədqiq edərkən
R.Yakobsonun sxemini genişləndirərək, “Mən-Mən” tipli
avtokommunikasiya nəzəriyyəsini irəli sürür [179,165]).
Həmin proses nəticəsində məlumatın kodlaşdırılması
baş verir. Adresat, yeni məlumatlar deyil, yeni kodlar almış
olur. Belə kommunikasiya prosesində şəxsiyyəin özünün
yenidən formalaşması baş verir [179 ,72]
«Vay, al duvağın iyəsi! Vay, alnum-başım umurı! Vay,
şah yigidim, vay, şahbaz yigidim! Doyunca yüzinə haqma
dığım, xanım yigit! Qanda getdim, bəni yalnuz qoyub, canım
yigit! Göz açuban gördigim, könül ilə sevdigim, bir yasduqda
baş qoduğim! Yolunda öldigim! Qurban olduğim! Vay, Qa
zan bəgin inağı! Vay, Qalın Oğuzun imrəncəsi Beyrək! -
deyüb zarı-zarı ağladı».
Basat qardaşının Təpəgöz əlində ölüdüyünü eşidən kimi
hönkür-hönkür ağlayır. Bu soylamanı B.Abdulla ağı kimi
səciyyələndirir [2, 124].
«Basatın qarannulu gözləri yaşla toldı. Qarındaşıçün
soylamış, görəlim, xanım, nə soylamış, aydır:
Qıran yerdə tikilmiş otaxlarm,
O zalım yıqdırdı ola, qardaş!
Yügrək olan atlarun tavlasından
O zalım ayırdı ola, qardaş!
Bisərək-bisərək dəvələrin qatarında
O zalım ayırdı ola, qardaş!
Güvəncimlə gətürdigin gəlüncügin
O zalım səndən ayırdı ola, qardaş!
Ağ saqallu babamı
94
«Oğubdeyü ağlatdın ola, qardaş!
Qarşu yatan qara tağım yüksəgi qardaş!
Aqındılı görklü suyımın tasqunı qardaş!
Güclü belim qüvvəti, qarannu gözlərümin aydını, qardaş!
«Qardaşımdan ayrıldım!» deyü çoq ağladı, zarlıq qıldı!»
Buğacm öldüyünü bilən ana acısını ağı ilə belə anladır:
«Oğul, oğul, ay oğul! Ortacım oğul!
Qarşu yalan qara tağun yüksəgi oğul!
Qarannulıca gözlərim aydın oğul!
Sanı yelləri əsmədin, Qazan, qulağun çınlar,
Sərimsaq otın yemədin, Qazan, içüm göynər.
Sarı yılan soqmadan ağca tənüm qalqar-şişər.
Qurumışca köksimdə südim oynar.
Yalnızca oğul görünməz, bağrım yanar»...
Qazan xanın savaş meydanında oğlunu tapa bilməyəndə
ağlaması dastanın təsirli, görümlü səhnələrindən biridir:
«Qazan xan savaş meydanında, leş arasında oğlancığı
leşin bulmadı. Altunlıca qamçısın buldı. Yəqin bildi kim, oğlı
kafərə tutsaqdır, ağladı:
Qara tağım yüksəgi oğul!
Qanlu suyım taşqun oğul!
Qocalığım vəqti aldırduğım oğul! - dedi».
Filosof oğuz qəhrəmanlarının davranışını “impulsiv ərən-
lik” tipinə şamil edir: “İmpulsiv ərənlik, çılğın, partlayıç təsiri
bağışlayan ərənlikdir... İmpulsiv ərənlik üçün partlayış xa
rakterli duyğular, nərə, “vurub şıxmaq” xarakterlidir” [72,90]
Xan divanında oturmaq gənc oğuz bəyləri üçün sosial
davranışın hüququ mahiyyətini təşkil edir. Xan divanında so
sial iyerarxiyanın pozulması Tərs Uzamışın səbrini tükəndirir:
«Mərə Uşun qoca oğlı, bu oturan bəglər hər biri oturdığı
yeri qılıcilə-əturəgilə alubdur. Mərə, sən başumı kəsdin, qan
95
mı tökdün, acmı toyurdun, yalmcığın tonatdm!» - dedi. T ərs
Uzamışın bu imperativi affektiv akta çevrilir.
Əgrək aydır: «Mərə Tərs Uzamış, baş kəsub qan tökmək
hünərmi dir? - dedi. Aydır: Bəli, hünərdir ya».
Tərs Uzamışın sözi Əgrəgə kar eylədi: Turdı, Qazan
bəgdən aqın dilədi».
Əgrəyin xan divanında normaya uyğun olmayan davra
nışı da bu qəbildəndir: «Oğuz elində hələ ki, bir mövqe qa
zanmayan, özünü təsdiq etməyən Əgrəyin xan divanında k e
çib yuxarı başda oturması qəhrəmanın başqalarına bənzəmə-
məsindən, onun nəsə qəribə bir igid olmasından xəbər verir v ə
aydınlaşdırmaq istəmədiyimiz dəlilik məsələsi də daha çox
belə qəribəliklər içərisində üzə çıxır» [59, 22].
Oğuz insanın emosional impulsiv ifadə formalarından
biri də ofkəlilikdir.
Dəli Qaçar Bamsı Beyrək üçün elçiliyə gəlmiş Dədə
Qorqudu belə öfkə ilə qarşılayır, hətta onu təhqir edir:
«Dəlİ Qarcar ağzın köpükləndirdi. Dədə Qorqudan yü-
zinə baqdı. Aydır: Əleykəs səlam! Ay əməli azmış, feli dön
müş, qadır Allah ağ alnına qada yazmış! Ayaqlılar buraya gəl-
digi yoq. Ağızlılar bu suyımdan içdigi yoq. Sana noldı? Əmə
lini azdı? Felinmi azdı? Əcəlinmi gəldi? Bu aralarda neylər
sən?» - dedi».
T.Hacıyev bu “ofkə mətni”nin linqvopoetik strukturunu
belə səciyyələndirir: «Dəli Qarcarm bu öfkəli çıxışı struktura
malikdir. Əvvəlcə real məlumat verilir. Ardınca biri, sonra baş
qası olmaqla iki ümumi sual verilir. İki nəqli cümləyə qarşılıq
olan bu iki sualın arasında əvvəlki üç xitab - nidaya uyğun üç
sual düzülür: nidaların ardıcıllığı suallarda gözlənilir. Nidaların
və suallann kəmiyyət uyğunluğu ritmik detala dönür» [50, 76].
Çılğınlıq, öfkəlik, acığı tutmaq dastanda iki personajın -
Qaragünənin və Buğdüz Əmənin emosional davranışının
96
məzmununu təşkil edir və onların bədii portretini tamamlayan
detallardır:
«Qaradərə ağzında qadir verən, qara buqa dərisindən be-
şiginin yapuğı olan, acığı tutanda qara taşı kül eyləyən, qara bi-
gin yedi yerdə ənsəsində dügən Qazan qartaşı Qaragünə.. .»;
«Variban peyğəmbərlərin yüzini görən, gəlübəni Oğuz
da səhabəsi olan, acığı tutanda bıqlarından qan çıqan, bıği
qanlu Bugdüz Əmən».
Oğuzda etiket qaydalarının, sosial normalann, etik ya
saqların pozulması mütləq emosional reaksiyaya - acığa, qə
zəbə səbəb olur. Məsələn: Bəzirganlar Baybörə bəyin diva
nında etiketi pozub atanın deyil, onları xilas etdiyi üçün oğlun
(Beyrəyin) əlini öpmək istəyirlər:
«Bunlar böylə edicək Baybörə bəgin acığı tutdı. Bəzir-
ganlara aydır: «Mərə qavat oğlı qavatlar! Ata tururkən oğıl
əlinmi öpərlər?»
Bamsı Beyrək nişanlısının toyunda oxatma mərasimində
kənardan baxıb yay çəkib oxatan «şövkətli oğuz bəylərini»
öyürsə, Yalançı oğlu Yalancuğı isə söyür, təhqir edir:
«Əlün qırsun, parmaqların çürisin, hey, tonuz oğlı to
nuz, - deyirdi - göygülərə qurban ol!» - deyirdi. Yalançı oğlı
Yalançığm acığı tutdı.. .»
Şərəfə, qürura toxunan özgə sözü acıqla, öfkə ilə qar
şılanır:
«Böylə digəc Qaracıq çobanm acığı tutdı, todaqları təb-
sərdi. Çoban aydır:
Mərə, dini yoq, əqilsiz kafər!
Ussı yoq, dəməksiz kafər!
Qarşu yatan qarlı qara tağlar
Qarıyıbdır suyı gəlməz.
Şahbaz-şahbaz atlar
Qarıyubdur qulun verməz.
97