On altı yaşladın.
Bir gün ola, düşəm öləm, sən qalasan -
Yay çəkmədün, ox atmadın,
Baş kəsmədin, qan tökmədin,
Qanlu Oğuz içində çöldi almadın.
Yarınki gün zəman dönib, bən ölib sən qalcaq tacım-
taxtım sana vermiyələr, - deyü sommı andım, ağladım, oğul!»
«Baybörə bəg, niyə ağlayıb bozlarsan?» Baybörə bəg
aydır: «Xan Qazan, necə ağlamıyayın, necə bozlamıyayım?
Oğulda ortacım yoq, qartaşda qədərim yoq! Allah-təala məni
qarğayubdur... Bəglər, tacım-təxtim üçün ağlaram. Bir gün
düsəm öləm, yerimdə-yurdumda kimsə qalmıya» - dedi».
Ümumiyyətlə, epos poetikasında «ömrün sonu» («ölüm
vəqti», «axır zaman», «axır vəqti») leksik zamanı ayrıca ekzi-
stensial dəyərə malikdir. Bu inanc-dəyər duyğusu yumlarda
da əksini tapır: «Ölüm vəqti gəldügində arı imandan ayırma
sın!»; «Axır vəqtində arı arı imandan ayırmasun!»
Patriarxal düşüncə üçün əcdad-varis ideyası mühüm
şərtlərdən biridir. Oğuzda övladsızlıq «qara eyib» sayılır.
Tanrı qarğısı («oğlu-qızı olmayanı tənri-təala qarğayıb
dır») oğuz mərasim xronotopunu iki yerə ayırır. Dirsə xanı öv
ladsız olduğuna görə neqativ mənalı məkana-qara otağa, övladı
olanları isə pozitiv məkana - ağ və altun otaqlara yerləşdirirlər:
«Xamm, bu gün Bayındır xandan buyruq söylədir kim.
oğlu-qızı olmayanı tənri-təala qarğayıbdır, biz dəxi qarğarız -
demişdir». Dirsə xan bu «qara» sözdən sarsılır, hirsli, qəzəbli
halda evə qayıdır.
Qazan xan ildə bir dəfə evini yağmaladır, İç Oğuz və
Dış (taş) Oğuz bəylərini, bir araya gətirir. Bu dəfə ritual -
etiket qaydaları pozulur: Dış Oğuz bəyləri törənə qatilmırlar:
«Şimdiyədəkin Qazanın evin billə yağma edərdik. Şimdi ne-
çün billə olmıyaruz» - dedilər».
90
«İnciklik situasiyası» (K.Abdulla) Qalın Oğuzda qanlı
ədavətə, qarşıdurmaya gətirib çıxardır: «cəmi Taş Oğuz bəg-
ləri Qazana gəlmədilər, ədavət eylədilər».
İç Oğuz və Dış Oğuz arasındakı bu törən konflikti Bey
rəyin ölümünü sakral akta - qurbanlığa çevirir: «Beyrək -
padşahlar padşahı həqqə vasil oldu». «Tale və insanın faciəvi
toqquşmasından törəyən hüznlü ovqat və çılğınlıq» [46, 95]
Oğuzda şivən yaradır. Beyrəyin ölümü İç Oğuz bəylərinə,
xüsusən Qazan xana güclü təsir edir.
«Dəstmalın əlinə alub ökür-ökür ağladı. Divanda zarlıq
qıldı. Həp anda olan bəglər ağlaşdılar. Qazan vardı, odasına
girdi; yedi gün divana çıqmadı, ağladı oturdı».
Şivən, mərhumun dil deyib ağlama mərasimin tərkib
elementidir, ağı bütövlükdə mərasimi mənasına izosemantik
olan verbal koddur. Şivən yas mərasiminin kulminasiyasıdır.
Qara şivən Qalın Oğuzda ölümlə bağlı acı yaşantıların,
üzüntülərin ritual ifadəsidir. «Ölən sandan təsirli, yanıqlı söz
lərlə oxşamaq, hönkür-hönkür ağlamaq, öz cırmaq, saç yol
maq kimi hallar şivənin başlıca əlamətləridir» [2,121].
«Məgər bir gün köprisinin yamacında bir bölük oba
qonmuş idi. Ol obada bir yaxşı - xub yigit sayru düşmüş idi.
Allah əmrilə ol yigit öldi. Kimi «oğul» deyü, kimi «qartaş»
deyü ağladı. Ol yigit üzərinə möhkəm qara şivən oldı».
«Oğlan böylə digəc bıldır-bıldır gözinin yaşı rəvan oldı.
Boyu uzun, beli incə Burla xatun boynilə qulağın aldı, düşdi.
Güz alması kibi al yanağın tutdı, yırtdı. Qarğu kibi qara saçını
yoldı. «Oğul!», «Oğul!» deyübən zarılıq qıldı, ağladı».
Şivəndə ağı-emosiya və ağı-ritual vəhdətdə olur. Şivən
situasiyası başqa ağlaşma situasiyalarmlan ehtiraslann faciəli
effektivliyi ilə fərqlənir. Şivəndə «yumru-yumru», «böğur-bö-
ğur», «ökür-ökür» ağlayırlar, «zarılıq qılırlar».
91
Miforitual mətnlər obsessiv diskursun ilkin qaynaqla
rıdır [226]. Bu mənada ağıları obsessiv diskursa şamil etmək
olar, (“obsessiya” terminini ilk dəfə alman psixiatrı Rixard
Kraft - Ebing psixologiyaya və psixiatriyaya daxil etmişdir),
çünki obsessiya müdafiə mexanizmi kimi çıxış edir, pasientin
öz “mən”ini qorumaq üçün problemə, yaxud travmaverici si
tuasiyaya reaksiya tipidir.
Ağlaşma-şivən yalnız obsessiv diskursun əlamətlərini
özündə əks etdirmir, həm arxetipik oğuzun emosional tipini,
psixoloji obrazım, müasir linqvistlərin təbiri ilə desək, dil
şəxsiyyətini ifadə edir.
Ağlaşma - şivən aktında personajların (xüsusən “Bamsı
Beyrək boyu”nda) psixoloji durumu, hüznlü ovqatı jestlərlə
və mimikalarla daha effektli təsvir edilir:
Bəzirganlar ata-anasının və bacılarının acı həsrətini me-
tonimik yolla - jestlərin təsviri ilə Bamsı Beyrəyə belə çatdı
rırlar.
«Ağ saqallu atanı, ağ birçəklü ananı
sorar olsan, sağdır, Bamsı!
Ağ çıqarıb qara geydilər səninçün, Bamsı!
Yedi qız qardaşın yedi yol ayırdmda
ağlar gördüm, Bamsı!
Güz alması kibi al yanaqların
yırtar gördüm, Bamsı?
«Vardı, gəlməz qardaş!» deyü
Zarılıq edər gördüm, Bamsı!»
«Beyrək baqdı gördi kim, kiçi qız qarmdaşı binardan su
almağa gəlür «qardaş Beyrək!» - deyü ağlar-bozlar. «Toyın-
dügünin qara oldı» deyü ağlar.
Beyrəkə qatı fəraq gəldi, qatlanmadı, buldır-buldır gözi-
nin yaşı rəvan oldı»:
92
Ağı-şivən personajların psixi-sosial davranışının inten-
sional-funksional tipini bildirir, morfosemantik səviyyədə ri
tual ağılara-oxşamalara çox yaxındır.
«Beyrəgin atası-anası baqdı gördü kim, görünməz ol-
mış. Ah etdilər, ağılları başlarından getdi. Gördülər ki, uçarda
quzğun qalmış, tazı dolaşmış yurtda qalmış. Gərdək paralan
mış, naib şəhid olmuş. Beyrəgin babası qaba sarıq götürüb ye
rə çaldı. Dartdı, yaqasın yırtdı. «Oğul!», «Oğul!» deyübən bö-
gürdi, zarlıq qıldı. Ağ birçəkli anası buldur-buldur ağladı, gö-
zinin yaşın dökdi, acı dırnaq ağ yüzinə aldı-çaldı. Al yanağın
dartdı, qarğu kibi qara saçını yoldı. Ağlayıbanı-sıqlayıbanı
evinə gəldi»;
Ölüm xəbəri, bəd xəbər kimi müəyyən ayinlərin yerinə
yetirilməsi ilə tamamlanır. Şivənin ritual emosional effekti
«qaba sarığı yerə çalmaq» jesti ilə müşayiət olunur: «Ağ-boz
atın quyruğım kəsdilər. Qırq-əlli yigit qara geyib - gög sarın
dılar. Qazan bəgə gəldilər, sarıqların yerinə urdılar»;
«Beyrək qalqdı, ağlayu-ağlayu qırq yigidin yanma gəldi.
Qaba sarıq götürdi, yerə çaldı»;
«Qazan bəgə gəldilər, sarıqların yerə urdılar. «Beyrək!»
deyü çoq ağladılar»;
«...Gərdək paralanmış, naib şəhid olmuş. Beyrəgin ba
bası qaba sarıq götürüb yerə çaldı».
Ritorik suallar ağı janrının illokutivliyini göstərməklə ya
naşı, ritual nitqin ekspressiv çalarlanm gücləndirir. Anaforik və
epiforik təkrarlar ağılarda emosional ifadəni şərtləndirir:
“Qarğu cida oynadanlar vardı, gəldi,
Altun cida oynadana, yarəb, noldı?
Qaraquc ata binənlər vardı, gəldi,
Bədəvi atlu bir oğula, yarəb, noldı?
Nökər gəldi, nayib gəldi
Yalnız bir oğula, yarəb, noldı?
93