M.
Baxtinin nəzəriyyəsi hardasa Y.M.Lotmanm məişət
davranışı nəzəriyyəsi ilə [180] kəsişir. Y.M.Lotmanın məişət
davranışı semiotik nəzəriyyəsi bədii mətn struktur nəzəriy
yəsinə oxşar qurulubdur. Hər bir davranış janrının öz üslubu,
kompozisiyası və tematikası var. Janrın sərhədi bir adamın və
ya insan qrupunun hərəkətlərinə başqalarının reaksiyası olur.
Y.M. Lotman Rusiyada davranış janrları sisteminin
XVIII əsrə şamil edir və ədəbi janrların kodlaşdırılması və hə
yat məkanının differensiallaşması ilə əlaqədardır [180,258].
«Kitabi-Dədə Qorqud» mürəkkəb funksional əlaqələrin
gerçəkləşdiyi davranış sistemidir.
Bu sistemin “nitq qrammatikası” qaydaları üzrə qurul
muş sadə və mürəkkəb, elementar və kompleks, monoloji və
dioloji nitq janrlarının kontaminasiyası kimi öyrənilməsi tari
xi poetikanın vacib problemlərindən biridir.
“Kitabi-Dədə Qorqud”da ritual davranış situasiyası “se-
miozisin istiqamətini müəyyənləşdirən mental modeldir və
mətnlər (işarə kompleksləri) ilk növbədə müəyyən «de
yimlər», «replikalar» olub, daim kommunikativ məkanda
verilir [bax: 266].
“Kitabi-Dədə Qorqud”un nitq davranışı məkanında sis-
temyaradıeı nitq janrları personajlar, adresant və adresat üçün
zəruri diskursiv məkanlar yaradır ki, bu da öz növbəsində
mətnin sosial, mətnin ritual kontekstini şərh etməyə, epik nar-
rativdə ünsiyyətin mahiyyətini, dialoq fəlsəfəsini bərpa etmə
yə imkan verir.
K.Abdullayev davranış yasaqlarının epik mətn daxilində
xüsusi bir sistem yaratdığını göstərir [5], bu mənada yasaqları
davranış janrları kimi səciyyələndirmək olar.
N.
Cəfərov «Kitabi-Dədə Qorqud»un poetik sistemində
müraciətlərin tipologiyasını verir, «nitq janrı, nitq aktı» ter
minlərini işlətməsə də, müraciətlərin sistem təşkili, adresant-
6
adresat məsələsinə toxunur [27].
«Kitabi-Dədə Qorqud» yalnız orta əsrlərin təhkiyə mə
dəniyyətinin xüsusiyyətlərini özündə ehtiva etmir, həm də
müəyyən diskurslarm (epik, dini, ritual) informasiya resursla
rını əks etdirir.
“Kitabi-Dədə Qorqud”un kommunikativ-diskursiv mə
kanı elə bir kontinumudur ki, bəzən nitq janrlarını iyerarxi
yasını müəyyən etmək çətin olur, “burada da təhkiyə ilə dia
loqun ayrı-ayrılıqda aparmalı olduqları funksiya dəqiq sərhəd
lərə bölünməmişdir. Təhkiyə ilə müəllif dilindən verilən bir
hadisə çox zaman dialoq vasitəsi ilə sürətlərin də dilindən ve
rilir” [4,17].
Biz araşdırmamızda fransız poststrukturalistlərin (xüsu
sən M.Fukoda) ən populyar termin olan “diskurs” terminin
dən və N.Mehdinin bu çoxmənalı termininə verdiyi izahı
veririk: “Diskurs həmənki tekstdir, bir-iki cümlədə abzas da,
geniş mətn də ola bilər. Ancaq diskursun tekstdən bir fərqi
var. Tekst şəhəri də, təsviri də, Göy Məscidi də bildirə bilər,
yəni onların hərəsini tekst saymaq olar. Diskurs isə sözdən
düzlənmiş tekstləri bildirir.” [72,329].
“Kitabi-Dədə Qorqud”un ritual davranış məkanın bərpa
sı üçün elə nitq janrları və aktları seçilmişdir ki, eposun
ideoloji xarakterinə, ritorik sisteminə uyğun gəlir. Ritual dav
ranış diskursunun funksionallığı performativ və ritual-fatik
nitq janrları ilə gerçəkləşir, orta əsrlərin inanc düşüncəsi və
dünyagörüşü ilə sıx bağlıdır.
7
I FƏSİL
«KİTABİ-DƏDƏ QORQUD»
PERFORMATİV NİTQ HADİSƏSİ KİMİ
1.1. Epik dilin performativ təcrübisi
Son illər müasir humanitar elmlərdə “performativlik”
(performativity) mövzusu aparıcı rol oynamağa başlamışdır.
Antropoloqlar, filosoflar, dilçilər, ədəbiyyatşünaslar, tarixçilər
və sənətşünaslar bu mövzuya daha çox müraciət edirlər. Bəzi
müəlliflər müasir elmdə və mədəniyyətdə bir “performativ
dönüş”ün olduğunu da qeyd edirlər [121]. Bu, həm də müasir
incəsənətdə “performans” janrının geniş yayılması ilə də
bağlıdır.
Performativlik çağdaş etnokulturoloji diskursun, xüsu
sən ritual nəzəriyyəsinin ayrılmaz hissəsidir. «Performativlik»
geniş planlı termindir və müəyyən şərtlər içində nitq aktla
rının (nitq aktları nəzəriyyəsi) yerinə yetirilməsi, teatral-ritual
aktların səhnələşdirilməsi və ifa edilməsi (V.Temerin nəzəriy
yəsi) ilə əlaqədardır. V.Temerin «Dramatik ritual, ritual teatr»
[289], V.İzerin «Mimesis və performans» [286], «Perfoma-
tivlik və performans», S.Tambianın «Ritual performativ nə
zəriyyəsi» [288] adlı tədqiqləri bu qəbildəndir. C.Ostinin per
formativlik nəzəriyyəsi (205) çağdaş humanitar elmlərdə artıq
universal-mədəni konsepsiyaya çevrilmişdir. C.Ostin ilk dəfə
olaraq göstərdi ki, deyimin tələffüz edilməsi həm informasi
yanın bildirilməsi və başqa hərəkətlərin yerinə yetirilməsidir.
İnsanlar ünsiyyət prosesində sadəcə cümlə qurmurlar, onlar
dan nitq aktları olan əmr, vəd, təşəkkür bildirmə və s. hərəkət
lərin yerinə yetirilməsi üçün istifadə edir. C.Ostin performativ
cümlələrin mövcudluğunu aşkar etməklə nitq aktları nəzəriy
8
yəsinin əsasmı qoydu. Təhkiyə strukturuna malik olan cümlə
o zaman performativ ola bilər ki, yalnız hərəkəti təsvir etmir,
həm də bu hərəkətin özünə bərabərdir [207, 19-20]
Performativliyə həsr olunmuş araşdırmaların çoxluğuna
və tədqiq istiqamətlərinin genişliyinə baxmayaraq, bu anlayı
şın şərhində hələ də qeyri-müəyyənlik və terminoloji anlaşıl
mazlıq var. Bunu aşağıdakı kiçik icmaldan bilmək olar.
Performativlik prinsipini mətnə ilk dəfə XX əsr alman
filosofu Y.Habermas tətbiq etmişdir. Onun fikrincə, perfor-
mativliyin mahiyyəti ondadır ki, hər bir mətn nədən bəhs et
məyindən öncə nəyisə adlandırır, söyləniləm bəyan edir, ya
xud müşaiyət edir (288).
S.Tambianın ritual performativlik nəzəriyyəsində ritual
performativlik sosial interaktiv proseslərdən asılı olaraq, «tən
zimlənən improvizasiyalar» kimi nəzərdən keçirilir və onun
fikrincə, ritual fəaliyyətin performativliyə keçməsi üç halda
mümkündür: l) C.Ostin mənasında - konvensional nitq aktla
rının həyata keçirilməsi; 2) dramatik performans mənasında -
iştirakçılar müxtəlif vasitələrdən istifadə edirlər və hadisəni
intensiv oynayırlar; 3) indeksial (Pirs) mənada - aktyorlar
performans zamanı oyuna yad element daxil edirlər [288]
Alman ədəbiyyatşünası V.İzer «oxu aktı»nı performa
tivlik anlayışının resepsiya nəzəriyyəsinə daxil edir.
V.İzer göstərir ki, mətni anlama situasiyası oxu aktında
«fərdi oxu situasiysı» kimi hər dəfə yenidən yaradılır və ya
yenidən yaranır, çünki oxucu hər dəfə yeni situasiya ilə qarşı
laşır. Bu, bədii mətnin oxusuna xüsusilə aiddir. Bədii nitq
performativ deyimin kontekstual şərtlərini nitq aktlarından
fərqli təşkil edir [286]
Performativ mətnlərin semantik-struktur təhlili göstərir
ki, müəllifin bütün gücü, intensiyası ilk növbədə oxucuya
mətni necə oxumağı və anlamağı göstərməyə yönəlir, yəni
9