Şor dastanında Altın - Tayçı adlı bahadırın ölümünün
təsvirində həmin simvolik obrazdan istifadə olunur:
«Üç gündən sonra qaba ağac qırıldı, qüdrətli bahadır
canını tapşırıb öldü. Ay bozarıb öldü; günəş saralıb batdı. Du
man içindən bir qız çıxdı. Bu zaman uzaqda bir ağac sındı və
yıxıldı; Bahadır da can verib öldü».
Ağacın quruması \ ağacın yıxılması mifopoetik düşün
cədə ölümü simvolizə edir. Yuxuda ağacın yıxılmasını gör
mək doğmalardan yaxınlardan kiminsə ölümünü bildirən pis
əlamət sayılır: əgər yuxuda cavan ağacı «yıxılırsa» - cavan,
qoca ağac «yıxılarsa», deməli, qoca adam öləcək. Meşədə ca
van ağacların kəsilməsini yasaq edirdilər; qorxurdular ki,
bundan sonra uşaqlar ölə bilər; «Əgər qoca ağac yıxılıbsa, de
məli, şaman ölübdür» [258, 322]. Yuxuda ağacın yıxılması
ölümə işarədir.
Türklərin ritual-inanc diskursunda dağ geniş yayılmış
arxetipik obrazlardan biridir. Dağ mifoloji obrazı kimi qor-
qudşünaslıqda ətraflı təhlil olunduğundan bu mövzuya yeni
dən qayıtmaq fikrində deyilik. Yalnız onu əlavə edə bilərik ki,
oğuz eposunda dağ mifoloqemi strukturyaradıcı funksiyası ilə
yalnız ritual məkanı (ov, savaş, evlənmə) formalaşdırmır.
Həm də nitq janrlarının motiv - obraz strukturunda mü
hüm mənayaradıcı mövqeyə malikdir, xüsusən alqış-qarğış
larda, muştuluqda, yumlarda «görklü aqmdılı su», «kölgəlicə
qaba ağac», «qara dağ» deyimləri ovsun-dua təcrübəsindən
gələn formullardır.
M.Ərgun əmindir ki, dağ, ağac və su üçlüyündə ünsür
lərin hər biri cənnətlə və ya dolayısı ilə Tanrıyla əlaqədardır.
«Sakral düşüncədə müqəddəs bilinib tapınılan dağm zirvəsiy-
lə mübarək üzlü müqəddəs ağacın qolları-budaqları cənnətə
qədər gedib çatır. Üzü mübarək müqəddəs su da cənnətdən çı
xıb yenidən cənnətə dönür. Bu dualardakı başlıca düşüncə be
26
lədir: «Sənin elinin, əzizlərinin, müqəddəslərinin cənnətlə,
Tanrıyla bağları qırılmasın!» [44, 11).
«Kitabi-Dədə Qorqud»un performativ nitq janrları sis
temində Oğuz bəylərinin sakral hakimiyyətdən - Baymdır
xandan, Qazan xandan xahişləri-diləkləri fəallığı ilə seçilir.
Bəylərin xahişləri- diləkləri adətən kafirlər üzərinə yürüşə -
aqma, ovaçıxma ilə əlaqədar olur.
Kafir üzərinə aqınla, savaş-ovla bağlı bütün xahişlər
“yuxarıda”razılıqla qarşılanır, yerinə yetirilir. Bu tipli xahişlə
rin-istəklərin adresantı (Bayındır xan, Qazan xan) sakral haki
miyyətdir.
Qazılıq qoca «Baymdır xandan aqm dilədi. Baymdır xan
dəstur verdi: «Nerəyə dilərsən, var!» - dedi».
Yegnək atasının kafir əsirliyində olduğunu bilən kimi,
xanlar xanı Bayındır xanın divanına vanb, ondan qoşun istəyir:
«ləşkər ver, məni babam tutsaq olduği qələyə göndər! - dedi.
Bayındır xan buyurdu: «Yigirmi dörd sancaq bəgi gəl-
sün!» - dedi!»
Əgrək hünər göstərməli, baş kəsib, qan tökməlidir ki, ad
qazansın, bunun üçün «Qazan bəgdən aqın dilədi. Aqın verdi,
çağırtdı».
Türk simvolik təfəkküründə hakimiyyət sakral işarəlidir.
Baymdır xan və Qazan xan epik hakimiyyətin simvolik təcəs
sümü, «müdrik qoca», «müdrik hökmdar» arxetipinin daşı
yıcısıdırlar.
Ona qörə də Oğuz toplumunun nüfuzlu qarantı olan Ba-
yındır xanın, Qazan xanın sözü həmişə performativdir:
«Mərə dəlü ozan! Məndən nə dilərsən? Gətirli otaqmı
dilərsən? Qul-qaravaşmı dilərsən? Altun-aqçamı dilərsən, ve
rəyim! - dedi. Beyrək aydır: «Sultanım, məni qoşan da şülən
yeməgin yanma varsam. Qarnım acdur, toyursan» - dedi.
Qazan aydır: «Dəlü ozan, dövlətin dəpdi. Bəglər, bu-
27
günki bəgligim bunun olsun. Qoun, nerəyə gedərsə getsün,
neylərsə eyləsün, - dedi».
«Kitabi-Dədə Qorqud»un performativlik paradiqmasm-
da öyüd məsləhət, hacət, dilək, xahiş-istək və əmr-buyruq ki
mi nitq aktları geniş yer tutur. Boyların süjet təşkilində onla
rın rolu danılmazdır: qəhrəmanların arzusunu, istəyini ifadə
etməklə, adresatı «hərəkətə» gətirməklə epik süjet dramatik-
ləşir, kommunikativ hadisələr təşkil edilir,’'sahmana salınır”.
«Dilək diləmə» aktı personajları daha fəal və qarşılıqlı
kommunikativ münasibətlər sisteminə [bax: 24] daxil edir. Di
lək diləmə aktında adətən adresant adresatdan asılı olur, adresat
isə yüksək simvolik mövqeyə, sakral statusa (Tann, Dədə Qor
qud, Baymdır xan, Qazan xan...) malik olur. «Ol zamanında
bəglərin alqışı, qarğışı qarğış idi. Duaları müstəcab olurdı».
Alqış-dua mətnlərinin performativ mahiyyətini də dilək
(diləmə) intensiyası təşkil edir. «Özünəməxsus janr göstəricisi
olan alqış mətnlərinin kökləri mifoloji düşüncənin ilkin çağla
rına bağlanır. Alqış, metafora kimi görünsə belə, əslində, mə
caz olmayan sözün bir nəsnəni yaratmaq, «həyata gətirmək»
kimi bir gücü olduğuna dair əski mədəniyyətdəki ən arxaik
mifoloji görüşlərin bir ifadəsidir» [19, 34].
Adətən Tanrını öymə, Tanrıya yalvarma formalarında
ifadə olunan dilək diləmə əski inanclarla və islam etiqadı ilə
bağlı olur, alqış-dua mətnlərində gerçəkləşir:
Dilək diləmə aktı əsasən adqoyma situasiyasında da ger
çəkləşir «Dədə Qorqut gəlir, igidə taleyini müəyyənləşdirən ad
verir. Qalın Oğuz bəyləri də əl götürüb dua eləyərək bu adm bu
yi^itə qutlu olmağını diləyirlər. Çünki adla tale bir-birini artıq
tapmışdır və həmin ad həmin şəxsdə eyniyyətdə olub onun
mahiyyətini əks etdirir. Mahiyyətdən gəldiyinə görə qəhrəma
nın davranışını da ona verilən ada uyğundur» [18, 34].
Adalma-adqoyma mərasimi eposda sosial statusun əsas
28
formalarından biridir. Gənc Oğuz bəyi (neofiti) ad almaqla
assosiallıqdan, mənasızlıqdan, mahiyyətsizlikdən qurtulub,
mənaya malik olur.
Eposda neofitin statusunun dəyişməsi ilə bağlı situasiya
larda deyilən alqış söz onun taleyini pozitiv planda dəyişir.
Qəhrəmamn-neofitin potensial özgəliyi, assosiallığt ritual söz
lə - dua-alqışla aradan götürülür. Dədə Qorqudun alqış-duası
(diləyi) situasiyanı arzu olunan səviyyədə modelləşdirməyə
yönəlir:
«Hey Dirsə xan! Oğlana bəglik vergil,
Təxt vergil, - ərdəmlidir!
Boym uzın bədəvi at vergil,
Binər olsun, hünərlidir!
Ağ ayıldan tümən qoyun vergil,
Bu oğlana sişlik olsun, ərdəmlidir!
Qaytabandan qızıl dəvə vergil bu oğlana,
Yüklət olsun, hünərlidir!
Altun başlu ban ev vergil bu oğlana,
Kölgə olsun, ərdəmlidir!
Çigin quşlu cübbə ton, vergil bu oğlana
Geyər olsun, hünərlidir!
Bayandır xanın ağ meydanında bu oğlan cəng etmişdür.
Bir buğa öldürmüş sənin oğlın, adı Buğac olsun. Adım bən
verdüm, yaşını Allah versün, - dedi».
Dədə Qorqudun bu arzu-diləyi, alqış-duası -- performa
tiv sözü Bəybörə bəyin oğlu Beyrəyin «tale mətnini» müəy
yənləşdirir. «Dədəm Qorqut gəldi, oğlana ad qodı. Aydır:
«Sözüm dinlə, Bəybörə bəg! Allah-təala sana bir oğul vermiş,
tuta versün! Ağır sancaq götürəndə müsəlmanlar arxası olsun!
Qarşu yatan qara qarlı tağlardan aşar olsa, Allah- təala sənin
oğlına aşut versün. Sən oğlını «Bamsanı» deyü oxşarsan; bu-
nın adı Bozayğırlıq Bamsı Beyrək olsun! Adım bən dedim,
29