müəllif üçün ən mühüm iş oxucunun öncə mətnin yaratdığı
hərəkəti, sonra mətnin nədən bəhs etdiyini anlamasıdır.
Y.B.Qryaznova «Performativ mətnin təhlili (P.Feyerabendin
«Metodoloji məcburiyyətə qarşı»)» adlı araşdırmasında belə
nəticəyə gəlir ki, performativ mətnlər spesifik semantikaya iti
likdir. Bu tipli mətnlərdə struktur elementlər - giriş, ön sözü,
haşiyələr, nəticələr və s. önəmlidir, çünki mətni kommunika
tiv fəaliyyətə çevirir [132].
C.Batler «Ekspressiv nitq: Performativlik siyasəti»
(1997) kitabında performativ diskurs və performativ subyek-
tivlik anlayışını genişləndirir, subyektiv performativliyin rito
rik - dil aspektinə diqqət yetiririr, performativ deyimin siyasi
təbiətini təhlil edir. C.Batler performativ deyim nəzəriyyəsi
nin əsas tezisindən istifadə edir: dil subyektivliyi, gerçəkliyi
formalaşdırır, performativ nitqin şərhi üçün İncildən klassik
bir nümunə gətirir - «İşıq olsun!» [115,164].
C.Batler performativ subyektivlik konsepsiyasını fransız
filosofu M. Fukonun hakimiyyət konsepsiyası ilə əlaqəlndirir:
vücudun rnaddiliyi hakimiyyət dinamikasının effektivliyi ki
mi, performativlik isə onu tənzimləyən diskurs kimi başa dü
şülür. Tədqiqatçı «vücud» kateqoriyası baxımından ekspres
siv nitqin fərqli tiplərini (nifrət nitqi, rasist nitqi, təhqir nitqi)
təhlil edir.
C.Batler «Cins» anlayışının diskursiv hüdudları haqqın
da» (1993) kitabında «sitat»ın performativliyi prinsipini da
vam etdirir. C.Batlerə görə, cinsin performativliyi bədəni və
seksualltğı formalaşdıran qanunun sitatlığıdır və bu fikrin
sübutu üçün məhkuma hökm oxuyan hakimi misal gətirir. Ha
kim hökm çıxardarkən qanunu sitat gətirir: hökmün yerinə ye
tirilməsini məhz sitatın performativliyi təmin edir [Bu haqda
bax: 115,213-215].
Performativlik problemi tanınmış fransız poststruktura-
10
listi R.Bartin «Müəllif ölümü» adlı əsərində də qaldırılır.
R.Bartın fikrincə, «yazı» özü refleksiv - performativ aktdır
(müq. et: «...artıq «yazmaq» felinin mənası nəyisə qeyd et
mək, nəyinsə şəklini təsvir etmək, çəkmək deyil. Oksford
məktəbinin filosofları kimi dilçilərin «performativ» adlandır
dığı mənada olmalıdır») [111, 387-388].
Görkəmli Kanada medievisti P.Gümtor «performans»
anlayışını orta əsr poeziyasına tətbiq edir, bu zaman «mətn»
(Text) və «əsər» (Werk) anlayışlarını fərqləndirir: «əsər»
səslə, musiqi və bədənlə, xüsusi kontekstdə, təkrarsız və
situativ, spesifik publikativ ifa olunur [287,24].
P.Gümtor orta əsrlər üçün «performativlik» anlayışım
ənənəvi mətnin gerçəkləşdirilməsi (realizə olunması), məlum
olanın tanınması kimi müəyyənləşdirir. Performativlik o şeyi
konkretləşdirir və aktuallaşdırır ki, tamaşaçı - dinləyici onu
yenidən tanıyır. Mətn yalnız performans üçün mənbə olur
[287, 9-50].
Orta əsrlərin narrartiv məkanında performativ I iyə müəy
yən təcrübəni (ritual, adət-ənənə) proqramlaşdıran, yaxud mo
delləşdirən sistem kimi baxılır. O.M.Freydenberqə, görə ar-
xaik mədəniyyətdə hər söz hərrəkə bərabərdir “[261,104].
V.N.Toporov yazır ki, bu vəziyyət o mədəniyyətlərdə saxlanı
lır ki, orda dilin ritual funksiyası itməyibdir və deməli, ritual
funksiyalı hər deyim mahiyyətcə performativdir” (söz məldir
və ya hətta ilk növbədə söz deyil, əməldir)” [244,146].
Orta əsrlərdə etnik toplumun həyatı üçün ritualların,
mərasimlərin, yaşam normalarının, oyunların icrası (perfor
mance) çox əhəmiyyətli məsələ idi. İnsanın gündəlik həyatı
sanki teatr səhnəsində oynanılırdı, performativlik aktı isə hə
min tamaşanı «düzüb-qoşurdu».
Performativlik müəyyən kommunikativ hadisələrin situa
siyaların, toplumun və fərdin dış dünya ilə ünsiyyət münasi
11
bətlərini də modelləşdirir. Performans toplumsal yaddaşın əsas
forması və etnik sosial təcrübənin əsas ötürülmə kanalı olur.
Narrativ (təhkiyə) müasir ədəbiyyatşünaslıqda “Perso
najların vasitəsiz nitqi istisna olmaqla, epik əsərin bütün mət
ni, hərəkət və hadisələrin zaman üzrə təsviri, mühakimə.... ki
mi qəbul edilir [229,280]. Narrativin əsas təhkiyə vahidi ha
disə olduğundan, onda “Kitabi-Dədə Qorqud”da epik narra
tivin əsas kateqoriyası kimi ritual hadisənin, ritual davranış
hadisəsi olduğunu düşünə bilərik.
«Kitabi-Dədə Qorqud»da təhkiyə sisteminin, epik üslu
bunun əsasını performativ vahidlər (deyimlər, formullar, per-
formativ - diskursiv təcrübələr və konstruksiyalar) təşkil edir.
«Kitabi-Dədə Qorqud”un linqvopoetik təhlili göstərir ki, bir
sıra sintaktik konstruksiyalar performativ deyimlər - kons
truksiyalar öz növbəsində sisteminə daxildir:
“Performativ konstruksiyalar, demək olar ki, bütün növ
nitq aktlarında reallaşır, onlar 1) deklarativlərin (konstativ-
təstiq), 2) direktiflərin (inyunktiv- əmr və rekvestiv-xahiş), 3)
verdiktivlərin (qərarların, təqdir və qeyri-təqdir), 4) permis-
sivlərin (icazə), 5) ekzersi-tiflərin (qərar, ləğv), 6) komissivlə-
rin (zəmanət, öhtəlik and, vəd), 7) ekspozitivlərin (razılıq,
mübahisə, etiraz), 8) satisfaktivlərin (minnətdarlıq, təəssüf,
üzvxahlıq, arzu), və s. funksional ekvivalentlərdir” [53,82].
«Kitabi-Dədə Qorqud»un epik təhkiyəsində performa-
tiylik və sakral semiozis sujetqurmanın ən vacib komponen
tidir. Hər bir boyun süjeti özlüyündə «mübarizədir». Oğuz
bəylərinin hər qələbəsi, ovçuluğa və savaşa çıxmaları uğurlu
fəaliyyət - davranış aktları kimi epik süjetin performativ re
surslarından qaynaqlanır.
Performativlik eposda sadəcə sözlə işin-əməlin, sözlə
hərəkətin - fəaliyyətin eyniliyi deyil, həm də Oğuzda sosial
hakimiyyətin, sosial nüfuzun bir ifadəsidir.
12
Eposda performativ vahidlər - ritual və yaxud rituallaş-
mış performativlər sakral semiozisdə gerçəkləşir və sakral-
ibadət perfomativləri, aqioqrafık mətnlər (yaxud sakral narra
tiv perfovmativlər) dini performativləri, ritual performativləri
(yalvarışlar, mədətdiləmə, öymələr, votivlər, profetizmlər
keriqmativlər və s.) əhatə edir.
Ənənəvi türk (oğuz) mədəniyyətinin daha çox verbal
(şifahi) realizmə, ritual sözə əsaslanması eposda nitq davranı
şının fərqli tiplərində ifadəsini tapmışdır. Etnik toplumun sözə
magik münasibəti şifahi kommunikasiyanın intensivliyini də
şərtləndirmişdir.
«Kitabi-Dədə Qorqud»un şifahi xarakterli olması, şifahi
sözün performativ mahiyyəti eposda istənilən ritual dialoqu
kommunikasiyanın universal mexanizminə çevirir.
«Kitabi-Dədə Qorqud»u performativ vahidlərin üstün ol
duğu möhtəşəm epik mətnlərə aid etmək olar: söyləyici oğuz
ların «mütləq keçmişini» (M.Baxtin), epik əcdadların hünər
lərini təsvir etsə də, epos qətiyyən informativ xarakter daşımır.
«Kitabi-Dədə Qorqud» ritual nitq hadisəsidir, dilin
ritual funksiyasının və arxaik performativ tərcrübənin mü
kəmməl örnəyidir. Performativlik etnik toplumun ritual təcrü
bəsi ilə sıx bağlı olduğundan, «xüsusi təfəkkür tipi, xüsusi mi-
fopoetik sözdür - sakral söz-əməldir» [252,60].
Bir sıra performativ nitq aktları - öyüdlər, yasaqlar, yu-
xugörmələr və yuxuyozmaları oğuznamə personajlarının dav
ranışının əsasım təşkil edir. Yasaqlar, xəbərdarlıqlar, yuxular,
yuxuyozumun gənc oğuz igidinin inisiasiya sınaqları ilə bağlı
qarşına çıxan təhlükələr onun «tale mətni»ni müəyyənləşdirir.
Qəhrəman mifoloji məna yaradıcılığının mediatorudur. O, də
yişmə-yeniləşmə prosesini canlandırır. Qəhrəmanın identifi-
kasiyası yasaqlar və təhlükələr kontekstində baş verir.
Performativlik linqvokültüroloji kateqoriya kimi bizim
13