Qalın Oğuz elinə xəbər vara,
Qanlı qoca oğlı Qanturalı netmiş deyələr:
Qara buğa gəldügində qılçatmamış,
Qağan aslan gəldügində nə kiçikmiş?! - deyələr.
Ulu-kiçi qalmaya, - söz aydına,
Qarı-qoca qalmaya, - qu aydma.
Ağ saqqallu baban bunlu ola,
Qarıcıq olmuş anan qan-yaş dökə.
Xanım, qalqubanı yerindən durmaz olsan,
Altı cəllad ənsəndə yalın qılıc tutar.
Ğafillicə görklü başın kəsər.
Aşağadan yuqarı baqmazmısan?
Qarşuna ala qaz gəldi, şahinin atmazmısan?
Sarı donlu Selcan xatun işarət edər görməzmisən?
Səni dəvə bumından zəbun olur dedilər, bilməzmisən?
Sarı donlu Selcan xatun köşkdən baqar,
Kimsə baqar, eşqlə oda yaqar!
San donlu bir «hu». Qanturalı Uru durdu. Mərə, qolca
qopuzum çalun, ögün məni! Yaradan Qadir Tanrıya sığındım.
Bir buğradan dönəyinmi? İnşallah, bunun dəxi başın kəsəyim!
- dedi.
Yigitlər Qanturalıyı ögüp soylamış, görəlim, xanı mnə
sönləmi:
Qab qayalar başında yuva tutan,
Qadir, ulu Tanrıya yaqın uçan,
Mancılığı ağır daşdan ğızıldayıb qatı enən,
An gölün ördügin şaqıyıb alan,
Qaba öykə dib yürürkən dartub uzən,
Qarıncığı ac olsa, qalqub uçan,
Cümlə quşlar sultanı çal qaraquş
Qanadıyla sağsağana kəndözin şaqıdarmı?
Alb yigitlər qırış güni qırımından qayırırmı? - dedilər.
22
Sarı donlu Selcan xatun köşkdən baqar
Kimə baqsa, eşqiylə oda yaqar!
Sarı donlı qız eşqinə bir «hu!» - dedi.
Qanturalı Adı görklü Məhəmmədə salavat gətürdi. Də
vəyə bir dəpmə urdı».
Beləliklə, otuz doqquz igidin qopuz çalıb Qanturalım
öyməsi ritual təkrar kimi, müəyyən ssenari içində baş verir.
Qanturalının hərəkətlərinin və öymə formullarının təkrarlan
ması (muq.et: C.Ostinnin performativ deyimlər nəzəriyyəsi
işığında ovsun təcrübəsində sözlə əməlin eyniləşməsi) [205]
ritual mahiyyətlidir.
Ritual sözün performativliyi nəticəsində Qanturalı hər
üç sınaqdan qalıb çıxır və Trapezund təkuru qızını ona vermə
li olur:
«Vallah, bu yigidi gözüm gördi, könlüm sevdi», - dedi.
Qırq yerdə otaq dikdirdi. Qırq yerdə ala gərdək dikdirdi. Qan-
turalıya qızı gətürüb, gərdəkə qoydular».
Muştuluq şad, xeyir xəbər olub, dünyalar arasında mü
badilə aktlarından biridir.
Muştuluq sevincin, şad xəbərin ifadəsi olub, qəhrəmanın
ölülər dünyasından dirilər dünyasına, «özgə»dən «özünün-
kü»yə keçidini təsdiqləyir.
«Həm «oğlın gəldi» deyü Aruza muştladı. Aruz sevindi.
Qalın Oğuz bəglər ilə Basata qarşu gəldi»;
«At ağızlı Aruz qoca evinə çapar gəldi. Atasına Basatın
sevinc verdi: «Muştuluq! Oğlun Dəpəgözi dəplədi!» - dedi;
«Bu mərhələdə bəglər Beyrəyi götürdilər. Qazan bəy
aydır: «Muştuluq, Baybörə bəg! Oğlun gəldi!» - dedi».
«Haman qız sıçradı, ata mindi, Beyrəyin atasına-anasma
muştuluğa çapar getdi».
Dastanda müjdə (muştuluq) xəbəri çatdıranlara «muşt-
çu» deyilir:
23
«Qanlu kafər əlindən babasını tartıb aldı. Qalın Oğuz
elinə gəlüb çıqdı. Ağa yüzil anasına muştçu saldı»;
«Oğlan babasına muştçu göndərdi, qırımım aldum» -
dedi»;
«Bunlı qoca ilə Yapağlı qocayı Oğuza muştçı göndərdi.
Ağboz atlar binübən yortışdılar. Qalın Oğuz ellərinə xəbər
gəldi»;
«Ağ saqqallı babasına muştçu göndərdi. «Babam mana
qarşu gəlsün!» - dedi».
«Uşun qocaya çapar gəldi. «Muştluq! Gözün aydın!
Oğullarun ikisi billə sağ-əsən gəldi». - dedilər».
Muştuluğun maddi rəğbəti əndirmə forması da var.
B.Abdulla muştuluğu müəyyən xəbərin əvəzində verilən hə
diyyə kimi səciyyələndirir: «İntizarı, nigarançılığı çəkilən
müəyyən məsələ, uğurlu hadisə sandan xəbər gətirənə, gözay
dınlığı verənə bilavasitə həmin xəbəri gözləyənin mütləq hə
diyyə verməsi əskilərdən «muştuluq» adı ilə davam edib gə
lən adətdir, ənənədir...» [2 , 101].. Sərgəym nişanlısı ona xe
yir xəbər gətirəni hədiyyələrlə rəğbətləndirəcəyini bildirir:
«Xeyir xəbər gətirənə at, ton verəm, qaftanlar geydü-
rəm».
Dəli Qarcar Bayındır xanın divanına varıb, Beyrəklə
bağlı xəbər gətirənə: «Bir yiğit olsa, dirisi xəbərin gətirsə,
çarğab (çuxa), altun-ağça verərdim», - deyir.
Müştuluq mətninin strukturu alqış-dua mahiyyətli olub,
əsas motivlərin-formulların təkrarlanması ilə magik intonasi
yası, ritul onu dilin miforitual təcrübəsi ilə bağlılığını göstərir.
Arğab-arğab qara tağın yıxılmışdı, yucaldı, axır!
Qanlu-qanlu suların sovğulmuşdı, çağladı, axır!
Qaba ağacın qunmışdı, yaşardı axır!
Müqayisə üçün boyların sonunda alqışlarda - yumlarda
imperativlərə və formullara diqqət yetirək:
24
Qarlu qara tağların yığılmasun!
Gölgəlicə qaba ağacın kəsilməsin!
Qamən aqan görklü suyun qurumasın!
Bu mətnlərdə, ümumiyyətlə, eposun dilində sıx-sıx ke
çən «qanlu-qanlu sular», «axmtılı görklü sular», “qarlı qara
dağlar”, “gölgəlicə qaba ağac” folklor klişeləri olub müqəd
dəs, mübarək varlıqları adıdır.
Bol sulu, axmtılı çayların quruması, qarlı qara dağların
yıxılması, qaba ağacın kəsilməsi metaforik mənada Ölümü
bildirir.
Ağac ilə «insan planı»nm semantik eyniləşdirilməsi türk
miforitual ənənəsinin bütün səviyyələri üçün səciyyəvi haldır.
Banıçiçək qayınatasına, qayınanasına verdiyi muştuluq
da Beyrəyin əsirlikdən qurtulmasını ağacın yenidən yaşarma-
sına, göyərməsinə, yıxılmış dağların yenidən ucalmasına bən
zədir. K.Abdulla ilə razılaşırıq ki, «öz köküylə bu bənzətmə
real bir inanca söykənməlidir» [6,26].
«Arğab-arğab qara tağın yıxılmışdı, yucaldı axır!
Qanlu-qanlu suların sovğulmuşdu, çağladı, axır!
Qaba ağacın qunmışdı, yaşardı, axır!»
«Uşun qoca oğlu Segrək boy»unda oxşar soylama keçir:
«Qarşu yalan qara tağın yıqılmış idi, yucaldı axır!
Qaba ağacda tal-budağm qunmışdı,
yaşarıb gögərdi, axır!»
Ağacın yaşarıb göyərməsi yeni həyatdan («dirilmədən»)
xəbər verir. Sayan - Altay türkləri inanırlar ki, əgər məzar üs
tündə ağac bitirsə, deməli ölən adam «bu dünya»da xoşbəxt
imiş.
Şor dastanlarında bahadırın ölümü ilə ağac yıxılır, ay-
günəş ölür: “yeddinci gündə böyük ağac yıxıldı, nəhəng baha
dır nəfəsini çəkdi və yıxıldı. Ay ağarıb öldü, günəş saralıb öl
dü” [145, 169]
25