yaşını Allah versün!» - dedi.
Qalın Oğuz bəgləri əl götürdülər, dua qıldılar. «Bu ad
bu yigidə qutlu olsun!» - dedilər».
Dədə Qorqudun adqoyma mərasimində Dirsə xana,
Baybörə bəyə ünvanlanan müraciəti-diləyi ritm-intonasiya ba
xımdan alqış-dua xarakterli performativ mətndir. Ovsunlara-
dualara xas olan ekspressivlik, leksik təkrarlar Dədə Qorqud
sözünün magik effektini gücləndirir:
«Sözüm dinlə, Baybörə bəg! Allah-təala sana bir oğul
vermiş, tuta versün! Ağır sancaq götürəndə müsəlmanlar ar
xası olsun! Qarşı yatan qara qarlı tağlardan aşar olsa, Allah-
təala sənin oğluna aşut versün! Qanlu-qanlu Qarabalıq kafirə
girəndə Allah-Tala sənin oğluna fürsət versün! Sən oğlum
«Bamsam» deyü oxşarsan. Bunun adı Boz ayğırlı Bamsı Bey
rək olsun! Adını bən verdim, yaşım Allah versün! - dedi»:,
«Oğuz bəyləri gəlüb, oğlan üstinə yığnaq oldılar, təhsin
dedilər. Dədəm Qorqut gəlür oldı. Oğlanı alub babasına vardı.
«Hey Dirsə xan! Oğlana bəglik vergil, Təxt vergil, ərdəmli-
dir!..»
Oğuzların inanc - mərasim dünyası bütövlükdə arzu-di
lək dünyasıdır. «Dədə Qorqud» məkanı qəhrəmanların istək-
diləklərinə yetdiyi kommunikativ məkandır:
«Böylə digəc Qalın Oğuz bəgləri yüz gögə tutdılar. Əl
qaldırıb dua eylədilər».
Onların əl qaldırıb dua eyləməsi sadəcə inancla bağlı
jest-davranış aktı deyil, həm də sosial statusla arzu-istək mo-
dallığı arasında qurulan münasibətin formasıdır.
«Bamsı Beyrək boyu»nun süjeti Dədə Qorqudun, Oğuz
bəylərinin sakral sözündən, yəni performativ aktın gerçəkləş
məsindən başlayır. Bəybican bəy Allahdan qız övladının ol
masım diləyir:
«Bəglər, mənim dəxi haqqıma bir dua eylən. Allah tala
30
mana bir qız verəcək olursa, siz tanıq olun, mənim qızım Bay
börə bəg oğlma beşikərtmə yavuqlı olsun!» - dedi».
Oğuz atalarının Bəybörə bəyin bir diləyi — arzusu da oğ
lunun hünər göstərib ad qazanması, xan divanında layiqli yer
tutmasıdır.
«Mənim dəxi oğlum olsa, xan Bayındırın qarşusın alsa-
dursa, qulluq eyləsə, mən dəxi baqsam, sevinsəm, qıvansam,
güvətısəyim!»
Hacət diləyən-adresantın kommunikativ mövqeyi hacət
dilənəndən-adresatdan asılı olur.
Oğuzda hacət diləyi üçün, «duaların müstəcab olması»
üçün müəyyən ayinlər keçirilir: aclar doyuzdurulur, çılpaq
olanlar geyindirilir, dərvişlərə nəzir verilir:
«Dirsə xan disi əhlinin sözilə ulu toy elədi. Hacət dilədi.
Atdan-ayğırdan, dəvədən buğra, qoyundan qoç qırdırdı. İç
Oğuz, Taş Oğuz bəylərin üstinə yığnaq etdi. Ac görsə, toyur-
dı. Yalın görsə, tonatdı. Borcluyı borcmdan qurtardı. Dəpə
kibi ət yığdı. Göl gibi qımız sağdırdı. Əl götürdilər, hacət di
lədilər. Bir ağzı dualının alqışilə Allah-təala bir əyal verdi».
Dirsə xanın xatunun «diləklə bir oğul bulması»
müəyyən ayinlər nəticəsində baş tutur:
“Quru-quru çaylara su saldım.
Qara donlu dərvişlərə nəzir verdim.
Yanıma ala baqduğımda qonşuma eyü baqdım.
Umanma-usanana aş yedirdim.
Ac görsəm, doyurdum.
Yalıncıq görsəm, donatdım.
Dilək ilə bir oğul güclə buldım».
Eposda qızdiləmə - qız istəmə «elçilik mətni»nin, evlən
mə-toy mərasiminin bir hissəsidir, elementidir. Dədə Qorqudun
Dəli Qarçardan Banıçiçəyi istəməsi və Qanturalınm Trabzon
elçiliyi ritual davranış formalarına müvafiq yerinə yetirilir:
31
Qarşu yatan qara dağım asmağa gəlmişəm
Aqmdılı görklü suyum keçməyə gəlmişəm.
Gen ətəgünə, dar qoltuğuna qısılmağa gəlmişəm.
Tanrının buyruğıyla, peyğəmbərin qövliylə
Aydan arı, gündən görkli qız qardaşın Banıçiçəyi
Bamsı Beyrəgə diləməgə gəlmişəm!
«Yııxu - xəbərdarlıq» kimi ənənəvi motivlərin performa-
tivliyi epik süjetdə davranışı «proqramlaşdırma» prinsiplərinə
tabedir. «Yuxugörmə» formulu özüylə
əyyən təhkiyə sıra
sını gətirir, yuxunun mahiyyəti-məzmunu danışılır, sonra yu
xunun yozumu verilir, yəni qəhrəmana xəbərdarlıq olunur və
bundan sonra qarşıya çıxan sınaqların, təhlükələrin «təqdimatı»
başlayır. Məhz qəhrəmanın kənardan verilən «replikalara»,
sirli, ilahi işarətlərə - əlamətlərə reaksiyası hadisələrin yeni
süjet ardıcılığı ilə şərtlənir, yəni süjetyaratma aktına çevrilir.
«Kitabi-Dədə Qorqud»da yuxunu danışma və ya yuxu
yozma proseduru ritual dialoq kimi qurulur. Yuxuyozumu
əslində hadisə ilə işarə arasında müəyyən məna eyniliyinin ta
pılması, simvolik əlamətlərin şərhidir, L.Vitqenşteynin sözləri
ilə desək, bir simvolun başqa bir simvolun əvəz etməsi, yaxud
bir mərasimin başqasının yerinə qoyulmasıdır [128,252].
Eposda yuxugörmə və yuxuyozma prosedurları yüksək
statuslu qəhrəmanlar - Qazanxan və Qaragünə arasında baş
verir. K.Q.Yunq göstərir ki, Şərqi Afrika qəbilələrində adi
adamların yuxuları əhəmiyyətli deyil, qəbilə üzvləri, ümumiy
yətlə, yuxu gördüklərini inkar edirlər. Yalnız qəbilə başçısı
nın, şamanların «böyük» yuxuları qəbilənin həyatı və rifahı
üçün önəm daşıyır.
İngilislərin buraya gəlməsindən sonra, «böyük» yuxuları
görmək an
dairə komissiya sədrinin funksiyasına şamil
olunur [280,46].
Yuxuyozanın kommunikativ məqsədindən asılı olaraq,
32
yuxu “mətnin”də əlamətlərin şərhi qaydalar, sınamalar və afo
rizmlər (atalar sözü, məsəllər) kimi səslənə bilir.
Yuxu yozumları kommunikativ intensiyasma - məqsə
dinə görə, qaydalara, quruluşuna görə sınamalara yaxındır,
praqmatik iç strukturu sınamaların və qaydaların bəzi cəhət
lərini özündə əks etdirir. Sınamalar kimi, yuxular da meta
forik-simvolik dilə malik olan aktlardan biridir. Yuxuyozumu
hadisələrin uğurlu\uğursuz, xeyirii\xeyirsiz olmasını şərh edir
və kompozisiyasına görə, əlamətlərə-sınamalara, kommunika
tiv intensiyasma görə qaydalara yaxındır. Folklorşünaslar belə
bir mülahizə irəli sürürlər ki, atalar sözlərinin müəyyən his
səsi mənşəcə sınamalardan və qaydalardan törəmişdir. (Məsə
lən: «Şimal müdrikliyi. Dolqanların, neneslərin, nqasanlann
atalar sözləri və məsəlləri» kitabındakı 60 nqasan mətnindən
32-si qaydalar və sınamalardır).
Yuxuların əsas funksiyası yalnız proqnostik (öncəgörən-
lik) məlumat-bilgi vermək deyil, həm də artıq baş vermiş ha
disələr haqqında xəbər-informasiya verməkdir.
«Məsəl-sınama» adlanan bu tipli mətnlər sual formasın
da olsa da, yozumu təsdiq formasındadır. Məsələn: Qaragünə
Qazan xanın yuxusunu belə yozur:
«Qaragünə aydır: Qara bulut dedigin sənin dövlətindir.
Qar ilə yacmur dedigin təşkərindir. Saç qaycudur. Qan qara
dır. Qalansın yora bilmən, Allah yorsun!»
Qaragünənin yuxuyozumu performativ akt kimi Qazan
xanın növbəti hərəkətini şərtləndirir: Qaragünənin yuxuyozu
mu Qazan xanm ovu yarımçıq kəsib evə qayıtmasına səbəb
olur.
Yuxunun çin olması da yuxu yozumunun performativlik
əlamətidir. «Yegnək qarşıda olacaq hadisələrin proqramını
yuxuda görür və yuxusu çin olur» [50] - Yegnəyin yuxuda
Dədə Qorquddan öyüd alması yuxu aktının performativlik
33