Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   71   72   73   74   75   76   77   78   ...   94

 
 
275
lər,  sağ  olsun,  öydə  din
ı
şədim,  xeyir  eşitdim.  Pis  danışana 
deellər nahax getdim onun qapısına mən. O xəvərçidi. 
 
10. 
Doxsan  iki  yaşında  bir  arvat  varıydı.  Uşağıydım,  mə-
nim on-on iki  yaşım varıydı. Deerdi ki, bu çərşəmbə heç, bu 
çərşənbə yalançı çərşəmbədi. Boz ay girmiyif, bax onda çər-
şəmbə  yalançı  çərşəmbədi.  Boz  ay  girif,  ayın  iyirmi  ikisin-
nən son
ı
ra çərşəmbə olanda düz çərşəmbə olor. Xıdır Nəviy-
nən Boz ayın birinci çərşəmbəsi arasındakı çərşəmbə yalançı 
olor. Nənəm deerdi, dəriyə  gederdih su gətirməyə. O birinci 
olan  çərşəmbiyə  deerdi,  heş  vacib  də  döy.  Hələ  deer,  qoy 
uşax  yatsın.  Bu  çərşəmbə  yalançı  çərşəmbədi.  Su çərşəmbə-
sində  ağaç  əyiler,  başını  suya  salleer  su  işməyə.  Su  çərşəm-
bəsində  bir  qarı  gətirer  də  inansınnar  deyin  kalçee
228
  ağacın 
putağına  bağleer.  Ağaş  əyiler  ki,  su  içə,  su  bədəninə  yayıla. 
Kalçee  düz  göyə  qaldırer.  Savax  camahata  deer  ki,  mənim 
kalçam  ağacın  başına  çıxıf.  Deellər  ki,  niyə  çıxıf?  Deer  ki, 
inanmeyjıydın
ı
ız  kin,  ağaç  əyilif,  başınnan  su  içer.  Kalçee 
bağladım ki, görün kü, ağac əyilif başınnan su içer. 
 
11. 
Cəmlələr  yadımdadı,  birinci  cəmlə,  ikinci  cəmlə,  üçüncü 
cəmlə,  dördüncü  cəmlə,  axırda  da  bayram  gəley.  O  cəmlənin 
biri suya tüşöy, biri oda tüşöy, biri torpağa tüşöy, biri yelə tüşöy 
– hərəsi birinə tüşöy, onatən da bayrammız gəley, yaz oloy. 
 
12. 
Bizdə  «cəmlə»  deellər,  biri  oda  tüşür,  biri  suya  tüşür, 
biri yelə tüşür, biri də torpağa. 
                                                             
228
 Kalça – camışın balası 


 
 
276
Neynirsən
ı
  elə,  martın  iyirmi  iksi  gejə  saat  on  ikidə  il 
təhvil olor. İl təhvil olanda balıx suda çöyrülür, sular bir dəyqə 
diyanır. Məsələn, Kür çayı diyanır, balıx içində görükür. 
 
13. 
Bu çərşəmbələr girəndə köhnə arvatdar əlimizə cəm ve-
rerdi, su gətirderdi, niyyət tutordular. Deerdilər, bu cəmin ge-
din birini boş eleen
ı
, birini doldurun
ı
. Gederdih. Ağlımız hası-
nı kəserdi, cəmin birnə suyu doldurordux, gətirerdih əlmizdə. 
Ya düz gələrdi, ya səf gələrdi. Niyyət tutan özü bilerdi onu. 
 
14. 
Boz  ayın  dört  çərşəmbəsi  olor.  Əmə  dört-beş  ildən  bir 
Boz  aya  beş  çərşəmbə  tüşör,  onda  o  çərşəmbeyi  yalançı  çər-
şəmbə  addandırellar.  Birinci  çərşəmbeyi  muştuluxçu,  qalan-
narını da həqiqi, ya da cəmlələr addandırellar. 
Pütün  çərşəmbələri  biz  təmtəraxnan  keçirerih.  Çərşəm-
bələrdə ərişdə aşı pişirellər, qapı pusmuya gedellər, niyyət tu-
tollar.  Su  gətirellər.  Su  gətirməyin  üsdündə  qız-gəlinnər  bir-
birlərinnən bəhsə girerdilər. Obaşdan oyanıf hamıdan tez suya 
çatmax isdiyirdilər. Əllərində soğan, sarımsax, kömür götürüf 
suya salam verellər: 
– Salaməlöyküm, a su, əlöykümsalam, a su. 
Üş dəfə bunu deyənnən son
ı
ra soğanı, sarımsağı, kömü-
rü suya atıf “mən ajılığımı, qaralağımı san
ı
a  verirəm, ay çay, 
sən də əvəzində  man
ı
a abaddıx, şirinnih gəti” deef çaydan su 
götüröllər,  əllərində  qum,  bir  az  da  su  çıxardıf  öyə  gətirer, 
mallarının,  kartovunun  üsdünə  səpellər  kin,  bin-bərəkət  gəti-
sin, həmən ili ruzuları artıx olsun. 
 
 
 


 
 
277
15. 
Çərşəmbələrdə cavan uşaxlar kosa bəziyillər, saznan-ba-
labannan bir dəsdə düzəldif qapı-qapı gəzif kosa payı yığellar. 
Qapıyı döyöllər, qapıya kim çıxsa, oxuyollar: 
Beyjə nə gejəsidi? 
Noyruz gejəsidi. 
Verin
ı
 mənim payımı. 
Verənin oğlu olsun
Vermiyənin kor qızı. 
Təndirə tüşsün, 
Qırmızı pişsin. 
Çərşəmbələrdə  təzə  gəlini  qonax  çağırellar,  ağsakqallar 
küsülüləri barışdırellar. 
 
16. NOVRUZ FALLARI 
 
Bu fala ilin axır çərşənbəsi baxıllar. Özü də bu fala qız-
dar baxa biləllər. Qız sakit, heş kimnən danışmadan ləyənə su 
tökür. Əlinə bir böyüh güzgü alır. Həmin güzgüdə Aya baxır. 
Qız  sevdiyi  oğlanın  şəklini  görərsə,  bu,  onun  xeyrinədi.  De-
məh, təzə il onun üçün uğurlu olajax, mətləbi həyata keçəjəh. 
Pütün bu vaxdı qız danışarsa, fal düz çıxmaz. 
 
17. BƏXTİ BAYRAM 
 
Baxdı  bayram  Noyruz  bayramında  keçirileydi.  Qızdar 
öydən yağ, əriştə, yumurta, düyü götüröydülər. Aşağıda çayın 
qırağında yekə söyüd ağacı varıydı, onun divində aparıf qaza-
nı  quroydular,  orda  aş  pişireydilər,  özdərinə  yelləncəh  quruf 
yelləneydilər.  Yalnız  qızdar  oloydu.  Oynoydular,  pişirey-çü-
şüröy,  yiif-içif  çıxıf  gəleydilər.  Bizim  vaxdımızda  belə  oluf. 
“Baxdı  bayram”  deerdilər  adına.  Ona  görə  “Baxdı  bayram” 
deermişdər ki, qızdarın hamısının baxdı açılsın. 


 
 
278
18. AYIN TUTULMASI 
 
Ay  tutulanda  nənəm  rəhmətdih  əlimizə  bir  qazan,  bir 
dənə  də  taxda  qaşıx  verərdi  ki,  qazanın  g...nə  taxta  qaşıxnan 
döyün
ı
, Ayın üzü açılsın. Ayın üzü tutulanda heş də yaxşı ha-
disələr olmur. Ona görə də biz taxda qaşıxnan  qazanın g...nə 
vuruf Ayın üzünün açılmağını gözdüyürdüh. 
 
19. TƏKNƏDƏ KÖKƏ SAXLAMA 
 
Köhnədən  çörəh  salırdılar.  Gərəh  hər  dəfə  balaca  kökə 
də saleydın
ı
. Çörəyi heş  vax kökəsiz pişirməzdim. Çörəh ku-
tardımı,  dalınnan  kökə  salerdım.  O  kököyü  balaca  uşaxlar 
yiirdilər, ya da ən axırda yiilirdi. 
Təhnəmizə  qoyurdux  kin,  bu  kökə  bizə  bərəkət  versin, 
öyümüz urzalı olsun. Həməşə kökəni təhnənin dal tərəfinə qo-
yardıx.  Çörəh  yiilir-yiilir,  axırda  kököyü  çıxardırdıx.  Kökəni 
pişirməsəh, olmaz. Məleykələr həməşə ojağın, suyun qırağın-
da  hərrənellər.  O  kököyü  ona  görə  pişiririh  kin,  çörəh  kuta-
randa  məleykələr  tullana-tullana  sajın  qırağında  hərrənellər 
ki, görəh kökə pişirillərmi? Əgər pişirmersən
ı
sə, qarğış eliyil-
lər ki, səni görüm kökə tutan əllərin
ı
  heş  var olmasın. Qarğış 
eliyə-eliyə, ağlaşa-ağlaşa gedellər.  
 
20. HƏMZAD 
 
Çiy  yumurtuyu  suyun  içinə,  cəmin  içinə  qoyurdular. 
Son
ı
ra da doğan arvadın kravatının altına çiy yumurta qoordu-
lar ki, zahıya həmzat-zad keşməsin. 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə