Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   70   71   72   73   74   75   76   77   ...   94

 
 
272
bir maqamda bulax şakqıyır, başdıyır qaynamağa. Bular içer. 
Deer  ki,  hökümdara  da  götürəh  bir  qav.  Görür  hanı?  Yoxdu. 
Çəkildi getdi. 
 
4. 
Qışda qoorğa
221
 qoururdular da, səhərə qoyurdular. Gu-
ya Xıdır bavamız gəlif, əlini beləjə baseydı. 
Analığım rəhmətdih  gedeydi, şərbət qayırıf  da  mal  töy-
ləsinə  apareydı.  Qara  çırağı  yandıreydı.  Guya  Xıdır  bavaları 
gəlif. Şərbəti aparıf orda içeydilər. Deeydilər ki, onda mal bə-
rəkətdi olar, qışdan salamat çıxar. 
Bizə  də  deellərdi,  guya  Xıdır  bavamız  bacanın  deşiyin-
nən gəley, bərəkət gətirey. Guya Xıdır bavamız gəldi, əllərini 
də  qoydu,  getdi,  əlinin  izi  qaldı.  Səhər  böyühlər  deellərdi  ki, 
bu axşam Xıdır bava gəlmişdi, əllərini də qoyuf gedif, gördü-
n
ı
üzmü? Hindi Allahın qadasını alım, qayıfdan əli qoyuf dana. 
Uşaxlar söyünüşürdü ki, bu axşam Xıdır bava əlini qoorğamı-
za  basıf.  Xıdır  bava  əlini  basannan  son
ı
ra  qoorğanı  yiillərdi. 
Gejə  yarıya  kimi  qoorğa  çəkirdih.  Qooruf  da  un  çəkirdih. 
Son
ı
ra  da  gətirif  kimi  şirniyə  qatıf  yiirdi,  kimi  soğança  eliyif 
içinə töküydü. 
Buların  hamısı  Böyüh  Çillədə  oluydu,  onnan  son
ı
ra 
cəmlələr
222
 düzülüydü. Deeydilər, cəmlələr gəldi. Söyünüşür-
düh. Hindi ancağ çərşənbə deellər. O vax deeydih böyüh cəm-
lə, kiçih cəmlə. 
 
5. 
Xıdır yelnən gəler. Onun atı yeldi. Onun bayramında çı-
ra  yandırellar.  Pambığı  yağa  batırıf,  ağacın  başına  doluyuf 
yandırıllar ki, mala, heyvana, insana köməh olsun. 
                                                             
221
 Qoorğa – qovurğa, buğdanın, qarğıdalının qovrulmuşu 
222
 Cəmlə – istilik 


 
 
273
6. 
Bu bayramda buğda arıtdıyıllar, qoyurullar. Onnan son
ı
-
rasına onu qoyuruf kirkirədə
223
 çəkillər, son
ı
ra da qava qoyul-
lar. Deellər, gərəh niyyət eliyif bir otaxda, pəncəriyə qoyasan
ı

O  qoyuda  bir  nişan  tüşsə,  əl  izi  qalsa,  ona  deyellər  ki,  pey-
ğəmbərlərimiz,  məleykələr  gəlif  əlin  vuruf.  Hər  kimin  qoyu-
dunda  əl  izi  olmasa,  ona  deellər  ki,  nəzirin  qəbul  olmuyuf. 
Axırıncı  çillənin  iyirmi  günü  qalanda  olur  bu  bayram.  Onda 
səməni də qoyullar. Çillə çıxanda, bayram gələndə, o səməni-
yi çəkillər, səməniyi  yaxşıca  yolullar. Onu bir qazanda döyüf 
qaynadellar, olur halva kimi, halveyı nejə görüfsən
ı
, o qayda o 
səməniyi  pişirillər.  Onnan  son
ı
ra  da  genə  onu  nəzir  eliyillər: 
ilim,  günüm  yaxşı  keşsin,  uşağım  salamat  olsun,  yerdən  ur-
zam  gəlsin,  gələn  il  genə  həmən  səməniyi  qoyajam,  paylıy-
jam.  Onnan  görürsən
ı
  yeddi-səkgiz  öyə  qaynatdı  payladı,  nə-
zirin verdi. Hamı da dedi, nəzirin qəbul olsun. 
 
7. 
Xıdır  Nəvi  (Xıdır  Elles  peyğəmbərinin  adıyla  bağlıdı)  gə-
ləndə günortadan buğduyu yüüf qurudor, kirkireynən çəkif qoyut 
hazırrıyıllar.  Son
ı
ra  bağdan  –  bar  gətirən  ağaşdan  öydə  olan 
adamların sayına görə çuvux qırellar, qürbətdə olannarı da yadın-
nan çıxartmamalısan
ı
. Çuvuğun uzunnuğu 10 santımetir olor. Bu 
çuvuxların  ujuna  pambıx  doluyuf  ərimmiş  yağa  batırellar.  Yağ 
yaxşı  əriməlidi,  əyər  az  ərisə,  pambıx  yammaz.  Bu  çuvuxları 
qoma bağlıyıllar. Buğdanın (qoyutun) ortasına qoyuf yandırellar. 
Hər kəş əlinə oxloy, ya da cuvux alıf bir-birini qovalıyarax deer: 
Hakqı dərvişin, 
Çıra qurğuşun, 
Kərəməli bavam, huuuuuuuy! 
                                                             
223
 Kirkirə – ev şəraitində buğdanı üyütmək üçün istifadə olunan dairəvi daşlar 


 
 
274
Bu  qaşdı-qovdu  qarannıxda,  yanan  çuvuğun  işığında 
olor kun, Xıdır Nəvi uşaxların oynamağını görüf söyünsün.  
Dədə-bavadan qalma çillənin axırıncı adna axşamı Xıdır 
Nəvidi. Kirkirədə buğda, qardalı
224
 üyüdülör. Buğdanın qoor-
ğasını  yerə tökməh olmaz. Yoxsa Xıdır Nəvi adamın gözünü 
tökər,  çomağınnan  vurar.  Üsdə  çıra  yanmasa,  qoyut  yiilməz. 
Öydəki adamlarnan heyvannarın sayı qədir çuvuğu  yandıran-
nan son
ı
ra dalına baxmadan çıxersan
ı
. Əyər baxsan
ı
, Xıdır Nə-
vi  səni  vurar,  gözünü  tökər.  Xıdır  Nəviyə  hörmətsizdiy  eli-
yəndə  o  adamı  yaman  kökə  qoyor.  Deellər  kin,  bu  Çöllər
225
 
Xıdır  Nəviyi  keçirmellər.  Bu  Çöllərdən  bir  nəfər  qoorğuyu 
çeyinə
226
  töküf  yiyə-yiyə  yol  gedermiş.  Yolda  qoorğuyu  çe-
yinnən  dağıdıf  yerə.  Xıdır  Nəvi  də  hersdənif  onu  öldürüf. 
Bunnan son
ı
ra taa Çöllər nəsli Xıdır Nəviyi keçirmer.  
 
8. ÇİLLƏLƏR 
 
Rəvayətə  örə,  Kiçih  Çillə  Böyüh  Çillədən  soruşor  kun, 
nağayra bildin
ı
? Böyüh Çillə cavaf verer kin, getdim, döyranı-
mı sürdüm, peçin qırağına  yığıf gəldim. Kiçih  Çillə deer kin, 
həə,  indi  mən  də  gedif  peçin  içinə  töküf  gələrəm.  Bu  bir 
inanşdı. Qışın söyux keşməsini görkəzer.  
 
9-15. ÇƏRŞƏNBƏLƏR 
 
9. 
Dörd dənə çərşəmbə  var. Birinci  yalançı çərşəmbə, axı-
rıncı  xəvərçi  çərşəmbədi.  Din
ı
şiyellər
227
,  xeyir  danışana  deel-
                                                             
224
 Qardalı – qarğıdalı 
225
 Çöllər – nəsil adı 
226
 Çeyinə – ətəyinə 
227
 Din
ı
şiyellər – xəlvətcə qulaq asırlar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə