Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   73   74   75   76   77   78   79   80   ...   94

 
 
283
gərəh  ürəyində  deyəsən.  Bunnan  qorxuluğu  adamın  canınnan 
çıxardırsan
ı
. İnanıllar ki, torpax ağırrığı, azar-bezarı götürür. 
Orda başqa şey ola bilməz ‒ yumurtadı, çörəhdi, kömür-
dü: adamı  torpaxdan keçirənnən  son
ı
ra üçünü də bir eliyillər, 
çıxacax yerə qoyullar, qalır torpağın altında. O qazdığımız ye-
ri  möhkəmcə  doldururux.  Boş  qalmasın  dana.  Belə  eliyillər 
ki, qorxulux getsin, ağırrığ qalsın torpağın altında. 
Eyni vaxda, eyni gündə başqa adam üçün yerdən çəhmə 
eləməh olmaz. Gərəh başqa vaxdı, başqa yerdə olsun. O qazı-
lan  yerdən başqasını keçirməh olmaz. Necə adam olur olsun, 
hər kəsinki gərəh ayrı olsun. 
 
34. 
Qorxan adamın qorxuluğunu götürməhçün onun paltarı-
nı  kürəh  tərəfdən  cırıllar.  Kürəyinə  xoruzun  qanınnan  vurul-
lar. Bu da onun qorxuluğunu götürür. 
Yarım  isdəkan  su  götürürsən
ı
,  suyun  içinə  yeddi  dənə 
kibrit çöpünü yandırıf atırsan
ı
, bir də qapının dəsdəyinə həmin 
sudan götürüf tökürsən
ı
, qapının dəstəyinnən axan suyu qorxan 
adama içirdirsən
ı
. O da qorxuluğu götürür. 
 
35. 
Üzərrihdi,  ilan  qavığıdı,  dağdağandı,  soğan  qavığıdı,  it 
tüküdü, pişih tüküdü – bax bunnarın hamsını bir yerdə yandı-
rıf  qorxmuş  adama  iylədellər.  Deellər:  “Pısmıllahırəhmanı-
rəhim, qorxun bunnan getsin”. 
 
36. 
Uşağın, ya böyüyün qorxuluğunu götürməh üçün yatan-
da nəzih pambığı didif qoyullar da, pışqeyi
231
 çəkellər, yandı-
                                                             
231
 Pışqa – rus dilindəki spiçka sözünün şivə variantıdır. 


 
 
284
rellar.  Gözdööllər,  yanan  kimi  getdi  o  başdan  çıxdı,  deellər: 
“Pısımillahirəhmanirəhim,  qorxun
ı
u,  xatan
ı
ı-balan
ı
ı  bunnan 
kutareyrım”. 
 
37. 
Kuşburnu
232
 ağacının, çıvığının birini puçaxnan kəsməə-
sən
ı
, puçax bulamaasan
ı
, qırasan
ı
, üş dəfə uşağın başınnan sala, 
əəğınnan  çıxardasan
ı
.  Bax  o  da  qorxuyu  götürməyə  çox  yax-
şıdı.  Dəəsən
ı
:  “Xatan
ı
ı,  balan
ı
ı,  qorxuluğun
ı
u  bunnan  götü-
rörüm”. Onnan qorxulux gedey. 
 
38.  
Kökə  qayırıf,  sancağa  keçirif  də  uşağın  üsdünə  asellar, 
qorxmasın yatanda. Qorxmasın deyin düymə kimi göycəyh yu-
mruloyullar, onun da içini dəlellər, sapa keçirif asellar üsdünə. 
 
39. 
Tüfəngin  çiyinnən  asılan  yekə  qayışı  var.  Tüfəngin  qa-
yışınnan uşağı üş dəfə keçirirsən
ı
, bir dəfə də tüfəngi atırsan
ı

Tüfəngi  əlində  saxlıyırsan
ı
,  uşağı  da  əlinə  alırsan
ı
,  bu  qay-
daynan keçirirsən
ı
. Bir, iki, üç. Tüfəngi atırsan
ı
 ki, cin-şeytan 
getsin tüfəngin səsinə. 
 
40. İLAN AĞZI BAĞLAMA 
 
İlanın  dilini-ağzını  bağlamaxdan  ötəri  bir  sapı  götüröl-
lər, deellər: 
İlan ilan ahudu
İlannarın şahıdı. 
Kəlbəlada küş-küşü. 
                                                             
232
 Kuşburnu – itburnu 


 
 
285
Bağladım ilan dişi. 
Dəyməsin, dolaşmasın, 
Bənd oluf ilişməsin. 
Həzrət Süleymanın pıçağı, 
Fatma nənənin qurşağı. 
Son
ı
ra  sapı  üflüyə-üflüyə  bağlıyıllar,  düyün  vurullar. 
Bunnan da ilanın ağzı bağlanır. 
 
41. QURD AĞZI BAĞLAMA 
 
Mal-heyvan  çöldə  qalanda  qurdun  ağzını  bağleyırıx. 
Deerih: 
     
Pismillah, 
     
Pəsmihəsən qulfu Allah
     
Qulfu Allahdan bir qalay aparrım, 
     
Oanımız həsər, buanımız həsər, 
     
Əlinin qılıncı kəsər, 
     
İmamlarımızın möhürnü basar, 
     
Yamannarın yolnu kəsər, 
     
Füröy qurdun-quşun ağzını bağladım. 
Deef,  dörd  yanımızı  fülöyrüh.  Yanı  qurd-quş  gəlməsin 
heyvana.  
 
42. DİL-AĞIZ BAĞLAMA 
 
Birinin  ağzını  bağleyıllar,  qıfıla  salellar.  Qıfıla  salınan 
heş bir vax açılmır. Çünki aparıf o qıfılın açarın çaya tulloyul-
lar. Daa o getdi ömür boyu. 
Eləsi də var, o qıfıla imkan yoxdu. Yazey-pozoy, haçarı 
saley də, qıfılleyır. Baxdı qıfıla tüşən deer ki, helə bil dilimi-
ağzımı  bağleyıflar,  nıtqımı  bağleyıflar.  Nıtqı  bağleellar  dır-
nağnan,  başının  saçınnan,  paltarınnan.  Yığıllar  hamısını  bir 


 
 
286
yerə, düyün vurullar. Düyünə də nə qədər pul isdiyillər ki, ver 
açem. Ona da güjümüz çatmeyir. 
 
43-44. QURD YAĞI 
 
43. 
Qurt yağı var. Birinin üsdünə vurallarsa, ömründə imkan 
yoxdu. Üzümüzdən irağ olsun. Bir qadının üsdünə qurt yağın-
nan vurullarsa, yoldaşı helə bilər, qurt görür. Uzağ olsun, helə 
yolnan ayilələri dağıdellar. 
 
44.  
Onu deellər ki, canavarın bir tişini, iki dənə qarpajax tiş-
dəri var – alt-üsd, onu götürüllər, bir də onun  yağınnan götü-
rüllər.  Molluya  yazdırellar,  kimi  isdəməsən
ı
,  onun  paltarına 
sürtdün
ı
mü, kutardı. Daa ayilə pozulmalıdı, qadın kişinin, kişi 
də qadının gözünə pis görünəjəh. Bax bunu belə eşitmişəm. 
 
45. TAS QURMA 
 
Molla Musa vardı. Gətirdi tas qurdu. Tasın qırağında üş 
gün bizi oturtdu, bir xəsdə oğlan  vardı, duaynan o oğlanı sa-
ğaltdı.  Bayavoy  da  uşağıydı,  vergi  verilmişdi,  nədi,  möhgəm 
xəsdələnmişdi.  Molla  cinnərə  əmr  elədi  ki,  oğlana  toxunma-
yın
ı
. Onun ətrafına cız çəkdi. Oxudu dedi, bu cızdan içəri heş 
kəs girə bilməz. Cız çəkdi, kimnən danışer, nə danışer, bilmi-
rih.  Əyağüsdə  qoydu  oğlanı.  Dedi,  aparın
ı
,  iki  sutka  yatajax, 
üçüncü  sutka  ayılajax.  Onnan  son
ı
ra  heş  kəsə  toxunmuyjax. 
Hindi bu saat sappasağlamdı, oğlu-uşağı, evi-eşiyi var. 
 
 
 
 
46. YEL XƏSTƏLİYİ 
 
Əyaxda yel olanda bu duanı oxuyallar ki, xəsdəlih çəki-
lif getsin. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə