326
87. Lələ köçüf yurd ağlıyıf,
Dönüf-dönüf bir də ağlıyıf.
88. Nəəzerdin
ı
qapılarda kı, niyə də yarmaça
271
səni alerdı?
89. Nə taxda arxalan, nə baxta.
90. Nə umursan
ı
bajınnan, bajın ölür ajınnan.
91. O iti Allah vursun ki, döyülə-döyülə qoyuna gedir.
92. Oğlan evi qız gələnətən,
Qız evi ölənətən (əziyyət çəkməlidir).
93. Olmuyaydın qazı, ağrımıyeydı başın
ı
.
94. Ölüm köhnə borşdu. Gej, ya tez hamı onu ödəməlidi.
95. Özgəyə buzov güdənin çatısı əlində qalar.
96. Özün basdırdığın
ı
ağaca söykən.
97. Pambıx deyiləm ki, alışıf yanam.
98. Parıya dəymə, pütünə dəymə, dorğa, doyuncax yi.
99. Pisin
ı
i özgüyə vermə, ayıfdı, yaxşın
ı
ı özgüyə vermə,
hayıfdı.
100. Sadağa saraydan çıxmaz.
101. Salam verdih, borşdu çıxdıx zəvzəyə.
102. Saman tüşdü, Zaman öldü.
103. Sarı yağla yağlıyır,
Qaynar şişlə dağlıyır. (Bir yandan əzizləyir, o biri
yandan döyüb incidir).
104. Sarımsax işdi-daşdı,
Soğan yalqız başdı.
105. Səbir eliyəjən, qavra edəjən, səbir eləmiyəjən, harya
edəjən? Yəni səbirsiz olsan, harda ölüb-itdiyin bilinməyəcək.
106. Səhsən, doxsan, bir gün yoxsan
ı
.
107. Səninçün qış sabaha qədərdi.
108. Sən almalı taladan gəlifsən
ı
, mən p...lu küllühdən?!
109. Siçan olmamış dağarcıx divi deşir.
271
Yarmaça – yarılmış odun parçası
327
110. Soruşa-soruşa Haja da gedəllər.
111. Sürüngən salamdan yüyrək köpəyoğlu yaxşıdı. (Kö-
nülsüz salamdan, könüllü köpəyoğlu demək yaxşıdı).
112. Sürünün çovanı özünnən olanda quzular ekiz olur.
113. Torvasına bax, duzunu al, anasına bax, qızını al.
114. Tülküyə dedilər, get yumşax tühlü bala gəti, getdi öz
bazlasını ətdi.
115. Vələsin közü, varrının sözü.
116. Yağlı g...ə quyrux bağlıyıllar.
117. Yalanın mənzili olmaz.
118. Yaxşı qızı yaxşı yerə verəllər.
119. Yavaş eşşəyi cüt-cüt minəllər.
120. Yi daddını,
Gətir atdını. (Yaxşıca ye ki, oğul doğasan
ı
).
121. Yiməh adamı iki eləmir, yekə eliyir.
122. Yoxsulu çəkəllər dar əyağına, varrını çəkəllər xan
əyağına.
123. Yol kəsənin yolunu nə vaxsa Allah kəsir.
124. Yuxudan oyatdılar, başımın üsdə dağ boyda dərd gör-
düm.
125. Zərgərin yüz zərbəsi dəmirçinin bir zərbəsinə bara-
vardı.
328
DEYİMLƏR
1. Ağ ayranı itə tökəllər, qara kişmişi civə. Qaraşın qız-
lara təsəlli vermək üçün işlədilən ifadədir.
2.
Ajam, ajam, öfkə ajı döyləm = Ajam, quyrux ajıyam,
bağır-öfkə ajı döyləm. İnsanın özünə hörmət qoyması
anlamında işlədilir.
3. Atdanan güllü bağa. Adamın rahatlıq və gözəllik axta-
rışı ilə bağlı deyilən ifadədir.
4. Ayran tapbır işməyə, çadralı gedir gəzməyə. Kasıb,
amma özündən razı, ədabaz adamlar haqqında işlədi-
lən ifadədir.
5. Bajıdı, özü də soğannan ajıdı. Bacıdan narazı qaldıq-
da işlədilən ifadədir.
6. Balağı batdax, davanı çatdax. Pinti adam haqqında iş-
lədilən ifadədir.
7. Belimə qara un bağlıyıf. Nə eləsəm, hörmətim yoxdu.
Gəlinin qayınanadan narazılığını bildirmək üçün işlə-
dilən ifadədir.
8. Bəzəndi qaz, etdi naz. Ədabaz, özündən razı insanlar
haqqında deyilən ifadədir.
9. Bizimki bazara qədər deyil, məzara qədərdi. Sevgidə,
dostluqda etibarı, sədaqəti bildirmək üçün işlədilir.
10. Döyər, söyər ərim yox, yel aparası da öyüm yox. Qa-
dının heç nədən qorxub çəkinmədiyini bildirmək üçün
işlədilən ifadədir.
11. Elə elə qapına bir də soğana gəlsinnər. Münasibətləri
korlamamaq mənasında işlədilən ifadədir.
12. Elə gözəldi yasdıx kimi. Qadının ətli-qanlı və yaraşıqlı
olmasını vurğulamaq üçün istifadə olunan ifadədir.
13. Eləjə ölmüş eşşəh gəzellər nalını sökməyə. Öz mənfəə-
tini güdən, başqalarından sui-istifadə etməyə çalışan
adamlar üçün işlədilən ifadədir.
329
14. Filankəs yer qılışdıyır. Bərk əsəbiləşən adam haqqın-
da deyilir.
15. Genə buludun g..ü (dalı) cırılıf. Yağış çox yağanda
işlədilən ifadədir.
16. Haramın başı dağca olsa da, divi qılcadı. Yəni haram
mal yığılar, ancaq bir anda əldən çıxar. = Yad oğlu-
nun başı dağcağ olsa da, divi heş qılcax da döyül. Yad
adama etibar etmək olmaz mənasında işlədilir.
17. Xoruzunu qoltuğuna vermək.
Köhnə vaxtı elçi gedəndə oğlanı da apararmışlar. Oğlanın
qoltuğuna bir xoruz verərmişlər. Oğlan xoruzu qoltuğuna alıb
aparır, qıza verir, qız da aparıb bir küncə qoyurmuş. Əgər danı-
şıq tutsa, qız evindən razılıq alınsa, xoruzu kəsirmişlər, hamısı
yeyirmiş, danışıq tutmasa, qaytarıb xoruzu oğlanın qoltuğuna
verirmişlər, aparıb gedirmiş.
18. Koroğlu Koroğludu, onu da Giziroğlu suya basdı. Heç
kim məğlubedilməz deyil.
19. Qoy qazan örtülü qaynasın. Yəni söhbəti cox açıb-
ağartmayaq.
20. Nək
272
gələ, keçi qapıya tək gələ. Yoldaşlı gedib tək
qayıdan adamlara deyilir.
21. Taylı dooşan kimi gəzer. Həmişə bir yerdə gəzən iki
nəfərə deyilir.
22. Üzü qara qız kimi qayıtdı üsdümə. Kimsə bir işi ba-
carmadıqda işlədilən ifadədir.
23. Yanında tişini qurtdalıyası döy. Sirr saxlamağı bacar-
mayan, boşboğaz adamlar haqqında işlədilən ifadədir.
24. Yenə çərşənbə tonqalına dönmüsən
ı
. Bir insanla az-az
görüşəndə işlənən ifadədir.
272
Nək – “tək” sözünə qafiyə yaratmaq üçün işlədilən sözdür. Ən çox uşaq
oyunlarında işlədilir.
Dostları ilə paylaş: |