Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/94
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51034
1   ...   82   83   84   85   86   87   88   89   ...   94

 
 
317
182. Dam tiksən
ı
, dağlar sənin
ı

Bağ salsan
ı
, bağlar sənin
ı

Götür, qoynun
ı
da saxla, 
Ac qalsan
ı
, saxlar səni. 
 
183. Ay çıxır pərri-pərri, 
Qapıları qoşa nərri. 
Gireydim yar qoynuna, 
Çıxeydım tərri-tərri. 
 
184. Hasını deyim, 
Oxuyum, “Yasin”in deyim. 
Bir canım var, min dərdim, 
Heş bilmirəm hasını deyim? 
 
185. Ay axşamlar, 
Ay doğar, ay axşamlar. 
Öylü öyünə gedər, 
Bəs yetim harda axşamlar? 
 
186. Ay qabağı, 
Buluddu ay qabağı. 
Açılmaz yetim üzü, 
Heç gülməz ay qabağı. 
 
187. Laxdalandı, 
Ay doğdu, laxdalandı. 
Sən gəlib çıxanatan 
Qəbrim üsdü taxdalandı. 
 
188. Nərdivanə, 
Əyax qoy nərdivanə. 
Yar qədrini yar bilər, 
Nə bilər hər divanə. 
 
189. Yazı qəm, 
Qışı möhnət, yazı qəm. 
Mən getsəm, sənə qurvan
Sən getmə, mən yazığam. 
 
190. Əzizin
ı
əm, güvən gəz, 
Dağda bitər güvəngəz
257

Yad eldə bəy olunca 
Öz elinə güvən gəz. 
 
191. Fələyin qəhri man
ı
a, 
Qəzəbi, qəhri man
ı
a. 
Doldurdu qəm piyaləsin, 
İçirdi zəhri man
ı
a. 
 
192. Nədən yana, 
Pərvanə nədən yana. 
Yaxşı dost yaman gündə 
Çəkilir nədən yana? 
 
193. Bənd olaydım, 
Bülbülə kəmənd olaydım. 
Kaş ki sən can verəndə, 
Yanın
ı
da mən olaydım. 
 
194. Məzə qannı, 
Mey qannı, məzə qannı. 
                                                             
257
 Güvəngəz – bitki növü 


 
 
318
Qorxuram, cavan öləm
Yurdumda gəzə qannı. 
 
195. Gülü gülüsdan üsdünə, 
Gün tüşüf bosdan üsdünə. 
Gedin deyin o çakqala, 
Gəlməsin astan
258
 üsdünə. 
 
196. Eləmi, veran düzə, 
Yol gedir Verandüzə
259

Qarğaram, anan ölər, 
Dağılar fərən düzə. 
 
197. Yasəməni, 
Dolan gəl yasəməni. 
Çağırırsan
ı
, toya çağır. 
Çağırma yasa məni. 
 
198. Dağların başı qardı, 
Divi anbar-anbardı. 
Əvvəli şirin dünyanın 
Axırı zəhrimardı.  
 
199. Boz at oynamasın, 
Çək cilovun, toylamasın, 
Gələndə elə gəl, get, 
Ürəklər oynamasın. 
 
 
                                                             
258
 Astan – aslan 
259
 Verandüz – yer adı  
200. Bu dağnan, 
Enif də gəl bu dağnan. 
Mən ajalnan ölməzdim, 
İndi ölürəm bu dağnan. 
 
201. Dağların başı ilə, 
Divinin daşı ilə. 
Mən səni axdarıram, 
Gözümün yaşı ilə. 
 
202. Qardaş demə, qan olar, 
Qan olar, tufan olar 
(= Dünya tar-mar olar), 
Qardaş gedən yollara, 
Bajılar qurvan olar. 
 
203. Eləmi, gəmi gəldi, 
Kür (= su) daşdı, gəmi gəldi. 
Ağla, gözdərim, ağla, 
İnnən belə ayrılığın dəmi gəldi 
= Ağlasana, a gözdərim, 
Ayrılıx dəmi gəldi. 
 
204. Eləmi, birəz bəri, 
Gəncədən birəz bəri. 
Ayə, sən mənim ağzımın  
tamıydın
ı

Dilimin də əzbəri. 
 


 
 
319
SAYAÇI SÖZLƏRİ 
 
1. Qoyunun yüzü gəldi, 
Dolandı düzü, gəldi. 
Çovanın qucağında 
Bir əmlik quzu gəldi. 
 
2. Qoyunun üçü gəldi, 
Dolandı köçü gəldi. 
Sürünün qavağında 
Bir ala keçi gəldi. 
 
3. Nənəm göycə qoyun, 
Tükü var göycə qoyun. 
Yiyən sənin ucundan 
Allanır zəycə qoyun. 
 
4. Əzizin
ı
əm, qoyunun ağı, 
Dolandı gəldi dağı. 
Oğlannara çarıx bağı, 
Qızdara cehiz ağı. 


 
 
320
TAPMACALAR 
 
1. Taf tappaca, 
Gül yappaca, 
Məməli xatın,  
Dişdəri yox. 
(toyuq) 
 
2. Çil töyuğum, 
Çiləmə töyuğum. 
Başını kəsdim, 
Qanı yox. 
(xalça) 
 
3. Atdım atana, 
Dəydi kotana, 
Dəryada balığa, 
Düzdə ceyrana
260

(ildırım) 
 
4. Oanı qəya, 
Buanı qəya, 
İçində sarı maya
261

(yumurta) 
 
5. Dağdan gəlir sel kimi, 
Bəyirir oğlax kimi. 
(şimşək) 
                                                           
260
 Bu tapmaca Gün kimi də 
cavablandırılır – tər. 
261
 Bu tapmaca nehrə yağı kimi də 
cavablandırılır – tər. 
6. Göydən gəlir hənir-hənir, 
Yerə tüşür halqa dəmir. 
Vur başına, götür gəmir. 
(qoz) 
 
7. Damda dana böyürər, 
Yengəm ona yüyürər. 
(dolu) 
 
8. Qara Fatı künşdə yater. 
(süpürgə) 
 
9. Bizim öydə bir kişi var, 
Xor-xor yatışı var. 
(pişik) 
 
10. Tıfıl-tıfıl tıfılqa
262

Heç açılmaz tıfılqa. 
Əməş-küməş bağında 
Heç açılmaz tıfılqa. 
(qəbir) 
 
11.  O  nədi,  ağaca  çıxar 
adamnan, 
Bir nəlvəki badamnan, 
Nə dili var, nə ağzı, 
Hey danışar adamnan. 
(kitab) 
                                                           
262
 Tıfılqa – burada: sandıq 


 
 
321
12.  O  nədi,  qarannıx  yerdə 
qan uyuşar. 
(qatıq
 
13. Gələn leyli, gedən leyli, 
bir davan üsdə duran leyli. 
(qapı) 
 
14. O nədi, nə yerdədi nə göydə, 
Qəndildədi qəndildə. 
(pəncərə) 
 
15. Bir belə midicik, 
Vurdu yıxdı gidicik. 
(patron) 
 
16. Yüyürdüm o təpəyə, 
Yüyürdüm bu təpəyə, 
Əyağım tüşdü sarı küpəyə. 
(çəkmə) 
 
17. Dağdan gəlir dağ kimi, 
Qolları budax kimi. 
Əyiler su işməyə, 
Bəyirey oğlax kimi. 
(araba) 
 
18. Buxarı, ha buxarı, 
Tüsdüyü çəkir yuxarı. 
Cənnət tərəfdən bir oğlan 
çıxdı, 
Çiyni məxmər çuxalı. 
(Nikolay vaxtının kəllə 
qəndi) 
 
19. Dilim-dilim nar, 
Dizimətək qar. 
Uşdu kəhlih, qaldı dilbər. 
(saman, xırman, buğda) 
 
20. Dərya içərisində bir gül 
pitif 
Genə su deef ağlar.  
(ürək) 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə