Dədə Qorqud ● 2015/I 57
mədəniyyətində oğuz invariant strukturunun əsas xassəsi olaraq işarələnir. Oğuz
ritualının əsasını təşkil edən oğuz “toy”unda Oğuz xaqanın kosmosu sim-
vollaşdıran oğullarından Göy xanın, Dağ xanın və Dəniz xanın dünya anası ağacla
bağlıdır. Belə ki, bu xatun oğuzun soy törətməsi üçün Allah tərəfindən Oğuz
xaqana göndərilmiş və Oğuz xaqan onu ağac koğuşunda görmüşdür (5, 14).
Onu da qeyd etmək yerinə düşər ki, oğuzşünaslıqda uyğur versiyası adla-
nan “Oğuz Kağan” dastanından aldığımız bu örnək daha qədim olmasıyla bəra-
bər Vahid Allah, yaxud eyni anlamı ifadə edən Tək Tanrı missiyası ilə yüklüdür.
Məhz Oğuz oğullarının ağacla bağlılığı ilkin olaraq bu əsas üzərində pöhrələn-
miş, ağaca olan sayğı ağacın sakrallaşmasına səbəb olan Tanrıya inancdan qida-
lanmışdır. Oğuz mifoloji modelinin əsasını təşkil edən dünya ağacı oğuz kos-
moqoniyasını, xüsusilə də etnoqoniyasını ifadə edir. Təsadüfi deyil ki, oğuz
kosmosu ritual səviyyədə ilkin olaraq ağacla işarələnir. “Oğuz Kağan” dastanın-
da oğuz invariant strukturunun əsasını təşkil edən və paradiqmalaşıb müxtəlif
örnəklərə yayılan, eləcə də türk mənşəli Azərbaycan folklorunun müxtəlif janr-
larında, həmçinin dastanlarda motivlər olaraq daşınan oğuzun toy ritualı məhz
ağac üzərində qurulmuşdur: “Oğuz kağan böyük qurultay çağırdı, nökərləri, eli
çağırdı. Gəlib, genəşib oturdular. Sağ yanda Qırx qulac ağac dikəldi. Onun ba-
şına bir altun toyuq qoydu. Ayağına bir ağ qoyun bağladı. Sol yanda Qırx qulac
ağac dikəldi. Onun başına bir gümüş toyuq qoydu. Ayağına bir qara qoyun bağ-
ladı. Sağ yanda buzuklar oturdu. Sol yanda Üçoqlar oturdu. Qırx gün, qırx gecə
yedilər” (5, 33).
Göründüyü kimi oğuz ritualının gövdə hissəsini, əsas modelini ağac təşkil
edir, digər vasitələr məhz ağac üzərində simvollaşır. Elə bu baxımdan da oğuz
epik ənənəsinə yayılan örnəklərdə ağac sakral hesab olunur, ağaca and içilir,
ağac inamı meydana gəlir. Bu inam Vahid Allah inancına qarşı durmur, onun
quruluşunun məntiqi düzümü olaraq qəbul olunur. Təsadüfi deyil ki, məhz bu
yerdə, bu toy ritualında, təsvir olunan bu yığıncaqda və yaxud qurultayda Oğuz
xaqan (kağan) ona verilən missiyanı tamamladığını, özündən sonrakı dövrün
prioritetini elan edir: “Oğuz kağan yurdunu bölüşdürüb oğlanlarına verdi. Dedi:
“ Ay oğullar! Mən çox yaşadım, çox vuruşmalar gördüm, çox nizələr, oxlar
atdım, ayğırımla çox yerlərdən keçib getdim, düşmənləri mən ağlatdım, dost-
larımı güldürdüm. Göy Tanrı qarşısında borcumu yerinə yetirdim. Sizlərə veri-
rəm yurdumu”– dedi” (5, 34). Bu mətndə açıq-aşkar görünür ki, Oğuz xaqan və-
siyyət edir, ona Tanrı tərəfindən verilən vəzifənin tamamlanmasını, özünün dün-
yadan köçəcəyini bəyan edir. Oğuz xaqan oğuznamələrdə heç bir yerdə tanrılar
demir, yalnız Tanrı ifadəsi işlədir. Bu da oğuzların Vahid Allah inancına malik
olmasına əyani dəlildir. Məhz bu ifadənin Oğuz xaqanın fəaliyyətinin sonucu
olaraq bu yerdə işlənməsində ağac əsas struktur model olaraq ritualın əsas sü-
tununu təşkil edir. Elə bu baxımdan ağacın digər örnəklərlə müqayisədə mərkəzi
yerdə tutulması ona pərəstişdən irəli gəlmir, vahid tövhid inancını simvollaş-
Dədə Qorqud ● 2015/I 58
dıran model olmasından qaynaqlanır. Əlbəttə, su üçün qeyd etdiklərimiz ağac
üçün də keçərlidir. Yəni ağac mətnlərdə sakral və adi səviyyələrdə özünü gös-
tərir. Ağacın adi səviyyədə görünməsi Allahın yaratdığı təbiətin bitki parçası
olduğundan irəli gəlməklə vahid inancı inkar etmir, onu yaradılış aktı olaraq təs-
diqləyir. Oğuzların inanc və qəzavatlarını əks etdirən KDQ-də bu sistemdən irəli
gələn anlayış kimi ağacla bağlı qiymətli örnəklər vardır. Oğuz epik ənənəsinin
ən böyük ədəbi örnəyi olan KDQ-də dünya ağacı qaba ağac olaraq obrazlaşır.
Qaba ağacın oğuz soyunu ifadə etməsi Basatın Təpəgözlə qarşılaşıb döyüşmə-
sində yalnız fiziki qüvvənin deyil, həmçinin mənəvi müqayisənin hərbə-zorba
sual-cavabında Basatın Təpəgözə verdiyi cavabda üzə çıxır. Ən maraqlı da ora-
sındadır ki, məhz qaba ağacın dünya modeli kimi işarələndiyi bu yerdə ağaca
inam vahid sistemin bir parçası olaraq proyeksiyalanır:
Qalarda-qoparda yerim günortac!
Qaranqu dün içrə yol azsam, umum Allah.
Qaba ələm götürən xanımız – Bayındır xan!
Qırış güni ögdin dəpən alpımız Salur oğlı Qazan!
Anam adın sorar olsan – Qaba Ağac!
Atam adın deirsən – Qağan Aslan!
Mənim adım sorarsan, – Aruz oğlı Basatdır,- dedi” (10, 102).
KDQ-də əsas obraz olan Qazan xanın oğlu Uruz xanın II boyda çıxılmaz
situasiyada rədif səviyyəsində olan “Ağac” soylamasında ağaca müraciət olun-
masında islam dininə məxsus bilgilərin əsas etibarilə diqqət çəkməsi Uruz xanın
Allahu-Taalaya sığınmasını göstərməklə bərabər ağac inamının tövhid inancına
bağlılığını bir daha nəzərə çatdırır:
Ağac-ağac dersəm sana, ərinmə ağac!
Məkkə ilə Mədinənin qapusı ağac!
Museyi-kəlimin əsası ağac!
Şahi-Mərdan Əlinin Düldülünin əyəri ağac!
Zülfüqarın qınilə qəbzəsi ağac!
Şah Həsənlə Hüseynin beşigi ağac! (10, 47-48) və s.
KDQ-də bu kimi nümunələr həddindən artıq çoxdur və bu istiqamətdə
izləmə daha geniş araşdırmaların mövzusu ola bilər.
Biz yuxarıda nümunələrlə bəhs açmışdıq ki, bir çox məhəbbət dastanla-
rında süjet xətinin hərəkətverici başlanğıc nöqtəsi olaraq kompozisiya quruluşu-
na daxil olan giriş kimi “yuxuda butavermə” hadisəsi mövcud olur ki, məhz
sonrakı hadisələrin inkişafı, kulminasiyadan finala qədər bu süjet prosedurundan
asılı olur. Bu mətnlərdə dini-ürfani məzmunda çıxış edir. Elə bu da dastanlarda
inancların dini-teoloji qavramlarla bağlılığını bir daha müşahidə etmək imkanı
verir. Ürfani-təsəvvüfi məzmunda olan buta verilmə yuxu zamanında baş tutur.
Elə buna görə də dastan qəhrəmanına yuxuda bərəkətli su (əksər halda Kövsər
suyu) içirilir. Əlbəttə bu dini bilgilərin dastan süjetində dini-ruhani məzmunda
Dostları ilə paylaş: |