Dədə Qorqud ● 2015/I 63
Oğuz epik ənənəsinin əsasını təşkil edən Oğuz kosmoqoniyasında qurdun
yeri ən kamil səviyyədə “Oğuz Kağan” dastanında görünür. Oğuznamələrin ən
qədim versiyalarını özündə daşıyan bu dastanda qurd yerə Tanrı tərəfindən
göndərilir (5, 19-20). Oğuz xaqanın Tanrıya tapındığı yerdə göydən onun üçün
şüa içində xatun enirsə, yenə də vəzifəsini həyata keçirdiyi zaman göydən şüa
içində çadırına boz qurd enib qoşunun qabağına enir, orduya bələdçilik edib
Oğuz xaqanı qələbədən-qələbəyə götürür: “Oğuz kağan bir yerdə Tanrıya
tapınırdı. Qaranlıq çökdü. Göydən bir göy şüa düşdü. Günəşdən işıqlı, aydan
parlaq idi. Oğuz kağan ona sarı getdi, gördü ki, bu şüanın içində bir qız var...
...Dan yeri ağardıqda Oğuz kağanın çadırına gün tək bir şüa girdi. O şüadan boz
tüklü, boz yallı böyük bir erkək qurd çıxdı. O qurd Oğuz kağana üz tutub dedi:
Ay Oğuz! Sən Urum üstünə getməyə hazırlaşırsan. Ay Oğuz! Mən səninlə öndə
gedəcəyəm” (5, 13-29).
Təsadüfi deyil ki, boz qurd Oğuz xaqanın Urum üzərinə getməyə hazır-
laşdığı zamanda göydən enir və yenə də təsadüfi ifadə olmayaraq məhz Urum
xaqanın qardaşı Urus bəyin oğlu Oğuz xaqanın Tanrı missiyası daşımasını bə-
yan edir: “Bizim xoşbəxtliyimiz sənin xoşbəxtliyindir, bizim soyumuz sənin nə-
sil ağacının budağıdır. Tanrı sənə böyük yer tapşırıb. Mən sənə başımı, canımı
verərəm (5, 21, 22).
Qurd inancı ilə bağlı ən əsas dastanlardan biri də Ərgənəkon (Ergenokon)
dastandır. Bu dastan mifolji struktura malik olub demək olar ki, bütün türk
xalqlarının mif və folklorunda müxtəlif şəkillərlə özünü göstərir. Bu dastanın
süjet xətti Azərbaycan folklorunun müxtəlif janrlarında müxtəlif motivlərdə
özünü göstərir. N.Cəfərov, K.V.Nərimanoğlu türklərin “Törəyiş dastanları”ndan
bəhs açarkən göstərirlər ki, “ Yaradılış (törəniş) Saka, Alp ər Tonqa, Şu, Oğuz
Kağan, Siyenpi, Göytürk, Uyğur...əsatiri dastanları əsasən Sibir, Altay, Orta
Asiya, Qafqaz türklərinin folklorundan toplansa da ayrı-ayrı türk xalqlarının
ortaq qaynağıdır. Bu mənada Azərbaycan ədəbiyyatının kökünü bu dastanlarsız
təsəvvür etmək olmaz” (19, 138). Bu mənada Ergenokon dastanlarında bəhs olu-
nan qurd obrazı Azərbaycan folklorunun da ortaq nümunəsidir. Məlumdur ki,
Azərbaycan türkləri mənşə etibarilə və dil qrupu baxımından oğuzlarla bağlıdır.
Bu səbəbdən Oğuz epik ənənəsində qurd obrazının araşdırılması daha məqsədə
uyğundur. Ergenokon dastanı qurd vasitəsilə türklərin qurtuluşunu ifadə edən
dastandır. Elə qurtuluş sözü də leksik baxımdan qurt (qurd) kökündən törəmədir.
Bu barədə M.Ə.Rəsulzadə də məqalə yazmışdır (22). Hətta biz qeyd etmək is-
təyirik ki, “Oğuz Kağan” dastanındakı qurd obrazı ergenekon dastanlarından da-
ha qədim qatlara malik olmasıyla araşdırma tələb edir. Bunu bu dastandakı ob-
razın daha arxaik spesifikası təzahür etdirir. Ergenokon dastanlarında qurd xi-
laskar olaraq əksər hallarda yer üzündə işarələnirsə, “Oğuz Kağan” dastanındakı
qurd göydən gəlmişdir. Bu daha qədim versiyanı şərtləndirir. Ancaq hətta bu
mətn strukturunda da qurd pərəstiş obyekti və yaxud subyekti deyil, Tanrı tərə-
Dədə Qorqud ● 2015/I 64
findən türklərə xilaskar mədəni qəhrəman olaraq göndərilmişdir. Məhz KDQ-də
qurdla bağlı müsbət anlayış ifadə edən ifadələr, xüsusilə “qurd üzü mübarəkdir”
kimi qavramlar bəzi tədqiqatlarda iddia olunduğu kimi qurda tapınmanı deyil,
qurdun xilaskar funksiyasının bu mətndə də daşınmasından xəbər verir. Elə mə-
lum yerdə Qazan xanın yurdunu qurtarmaq üçün qurda müraciət etməsi məhz
bundan irəli gəlir (10, 45). Biz qazların Romanı xilas etməsi ilə bağlı tarixi bilgi-
lərə söykənən örnəklərdə də bu qurtarıcı funksiyanı görürük ki, bu heç də qaz-
ların tapınaq yeri olmasından xəbər vermir. M.Adilov bəhs açır ki, Romanı təbii
funksiyaları ilə təhlükədən xilas etdiklərinə görə “O zamandan Romada qazlara
xüsusi ehtiram bəslənir” (23,61, 62 ). Məhz biz türk xalqlarında, xüsusilə oğuz
epik sistemində qurda pərəstişi deyil, ehtiram əlamətini müşahidə edirik. Bu ba-
xımdan bu örnəklərdə qurd toteminin də dünyagörüşü forması kmi deyil, yuxarı-
da qeyd etdiyimiz kimi məcazi anlayışlar olaraq özünü göstərməsi qənaətində-
yik. Aydındır ki, kult anlayışı da bu qəbildən olmaqla əvvəldə nəzər yetirdiyimiz
kimi folklorumuzda pərəstiş anlayışı olaraq diqqət çəkmir.
İşin elmi nəticəsi. Dastanlarda inancları işləyərkən əsas etibarilə dastan-
larımızdan keçən su, ağac, dağ, daş, qaya, qurdla bağlı anlamların inanc səviy-
yəsində yozulmasının yanlışlığını həm də ona görə bu örnəklərlə əsaslandırmağa
çalışdıq ki, dastanlarımızda vahid sistemin tərkib hissəsi olan bu anlayışların öz
mövcud olduğu sistemdən təcrid olunmasını daha aydın şəkildə nəzərə çatdıra
bilək. Əlbəttə, mahiyyəti etibarilə bu çox geniş bir mövzudur və daha geniş təd-
qiqat həcmi tələb edir. Bu baxımdan da ümid edirik ki, gələcəkdə bu mövzu ət-
rafında izlədiyimiz istiqamətdə neçə-neçə yeni irihəcmli elmi tədqiqatların mey-
dana çıxmasının şahidi olacağıq.
ƏDƏBİYYAT
1. Ədəbiyyatşünaslıq terminləri lüğəti (Tərtib edən Mirəhmədov Ə.). Bakı, Azər-
nəşr, 1965, 150 s.
2.Təhmasib M.H. Azərbaycan xalq dastanları (Orta əsrlər). Bakı, Elm, 1972,
399 s.
3. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. II hissə. Bakı, Elm, 2006, 648s.
4. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, Maarif, 1981, 401 s.
5. Oğuznamələr (İşləyib çapa hazırlayanlar: K.V.Nərimanoğlu və F.Uğurlu).
Bakı, Bakı Universiteti nəşriyyatı, 1993, 94 s.
6. Rəşidəddin F. Oğuznamə (Fars dilindən tərcümə, ön söz və şərhlərin müəllifi
R.M.Şükürova). Bakı, Azərbaycan Dövlət NPB, 1992, 72 s.
7. Əbülqazi Bahadır xan. Şəcərei-Tərakimə (Türkmənlərin soy kitabı) / Rus di-
lindən tərcümə edən, ön söz və göstəricilərin müəllifi və biblioqrafiyanın tərtibçisi
İ.M.Osmanlı. Bakı, Azərbaycan Milli Ensiklopediyası NPB, 2002, 146 s.
8. Rzasoy S. Oğuz mifinin paradiqmaları. Bakı, Səda, 2004, 200 s.
9. İslamzadə A. Oğuz epik ənənəsində “Qaracuğın qaplanı” xan statusunun funk-
sional göstəricisi kimi // “Dədə Qorqud” jur., № 4, Bakı, 2012, s. 3-16
Dostları ilə paylaş: |