Dədə Qorqud ● 2015/I 68
muzun hafizəsində saxlanıb. Onu "saz üstündə quran çoban şairi" adlandıranlara
Vurğun mərdanə cavab verirdi:
Bəli, – dedim, – saz üstündə!..
Lakin onun mənasını,
Vətənimin, millətimin qəhrəmanlıq dünyasını
Simfoniyalar lisanilə öz evimdə ötmüşəm mən,
Vaşinqton salonları keçməmişdir ürəyimdən.
Sizin kimi nökər olub yad ocağı qalamadım,
Vətənimin vüqarı tək vüqarlıdır mənim adım..."(3, 89).
Səməd Vurğunu inkar edənlərə onun özündən sonra Hüseyn Arif kəskin
cavab verdi. Həmin inkarın mahiyyət etibarilə nihilist niyyət daşıdığını bildirdi:
Nihilist yatmayıb əli varaqda
Nələr uydururdu, nələr deyirdi
Lakin öz qadını başqa otaqda
"Aygün "dən parçalar əzbərləyirdi (3, 67).
Hüseyn Arif "Yolda" poemasında əslində Səməd Vurğunu xalqın mənəvi
simvolu kimi səciyyələndirdi. O özü Vurğunun şair varisi olduğunu yenidən
təsdiqlədi. Zaman irəlilədikcə bu tükənməz mövzunun daha dərin açılacağına
ümid bəsləməklə poemanı bitirdi:
Çoxdur açılmamış incə nöqtələr,
Xalq əziz oğlunu hey anacaqdır.
Vurğunun haqqında ən böyük əsər
Hələ indən belə yaranacaqdır (3, 65).
Hüseyn Arifin "Dilqəm" poeması saza, aşıq sənətinə ucaldılan ən böyük
abidədir. Məqsədini gerçəkləşdirmək üçün şair aşıq poeziyasının tarixi keçmi-
şini araşdırdı. Əslində, Yəhya bəy olmuş, amma nakam məhəbbətin Dilqəm et-
diyi aşığın ağrılarını yaşadı. Şairin başladığı bu poema kədərli bir hekayətə çev-
rildi. Ona qədər şeirinə xas olmayan qəm motivləri gətirdi. Demə, bu onu göz-
ləyən dəhşətli kədərdən xəbər verirmiş. Poema yazılanda oğlu Arif gəncliyinin
çiçəklənən illərini yaşayırdı. Ancaq əsər bitməmiş Arifin gənc ömrü yarımçıq
qaldı. Şair bu böyük dərdini ələm silsiləsində açıq bildirdi. Əsəri oxuyanlar bu
sarsıdıcı qəmə şərik oldular. Bundan sonra Hüseyn Arif şeirində qəmli motivlər
gücləndi. Taleyin sərt hökmü ilə şərtlənən bu vəziyyəti şeirinin yeni səciyyəsi
kimi qəbul etdi:
Arif gedən gündən Hüseyn adlı
Bir kədər şairi gəldi dünyaya (4, 90).
"Natavan" poemasını şair oğlu Arifin xatirəsinə həsr etdi. Öz taleyində
Natəvan taleyinə bir bənzərlik aradı. Onun bənzərsiz poetik dünyasını ədəbiy-
yatımıza gətirdi, müdrik qadın obrazı yaratdı, üzüntülü əhvalını şeirdə bölüş-
məklə onu yüngülləşdirmək istədi.
Dədə Qorqud ● 2015/I 69
Hüseyn Arif poeziyamızda bədii lirikanın gözəl nümunələrini yaratmışdır.
Onun poetik irsi son dərəcə adi və sadə sözlərlə, lakin böyük ustalıqla qələmə
alınıb, əsərləri sanki tariximizin bədii ifadəsidir. Adətən klassik poeziyanı oxu-
yarkən həmin əsərlərin yazıldığı dövrə qayıdırıq və bu əsərləri əsasən sənətkar-
lıq baxımından qiymətləndirir, onları bədii-estetik bir hadisə kimi düşünmürük.
Onlar bu gün bizim yaşadığımız həyatdan nə isə fərqli bir hadisə kimi qəbul olu-
nur. Klassik poeziyanı bu günün problemləri, hiss və həyəcanları kontekstində
qavramaq ancaq tək-tək oxuculara müyəssər olur.
Həmişə keçmişin, tarixin çiynindən sabaha boylanan şair daim torpaqdan
güc alır, elin müdrik yaradıcılığından faydalanır, vətənin ətrini, küləyin mehrini
göydə yox, yerdə axtarır:
Vətən nə zümrüddür, nə yaqut, nə zər,
Qızıl bu gün məndə, sabah səndədir.
Əbədi özüllər, əbədi köklər,
Bir ovuc torpağın üzərindədir (1,15).
Müasir Azərbaycanın öz milli-mədəni köklərinə qayıdışını təmin et-
mək üçün Hüseyn Arif onunla tarixi keçmişimizə səyahətə çıxmır, əksinə,
tariximizi çağdaş həyatımızın iştirakçısı etməyə çalışır. Füzuli daha Leyli
həsrətinə deyil, müasir ictimai gerçəkliyimizin dərd-sərinə ağlayır. Dədə
Qorqud, Xətai, Koroğlu öz hikmət, qeyrət və qəhrəmanlıq örnəyi ilə bugün-
kü azərbaycanlının köməyinə gəlir.
Müşfiq ilhamından maya alan, Yunis İmrə bulağında saflaşan, Nizamidən
hikmət, Füzulidən heyrət, Sabirdən qeyrət götürən şeirin özü və taleyi də bir əf-
sanəyə dönür, xalqın yaddaşında yaşayır. O bir qayda olaraq uluların qəlbi ilə
duymağı, təbiətin musiqisini dinləməyi öyrənir, çağdaş həyatımızı, insanları, tə-
biəti təkcə öz nöqteyi-nəzərində deyil, həm də böyük ozanlarımızın bədii yara-
dıcılıq prizmasından müəyyənləşdirməyə çalışır. Canlı insan olaraq ozanlaşır,
şairləşir, ilhama gəlir, təbiətin, cəmiyyətin problemlərinin ifadəçisinə çevrilir:
Təbiət dediyin ən böyük rəssam,
Adi çəkisi də bir möcüzədir.
Dünənlə qocalıb yaşa dolsa da,
Bu günlə o yenə gəncdir, təzədir (1, 23).
Milli özünüdərkin ən mühüm vasitələrindən biri şifahi xalq ədəbiyyatına
və klassik poeziyaya qayıdışdır. Əlbəttə, milli müəyyənliyi dərk etmək üçün
keçmişə qayıtmaq yeganə yol deyildir. Daha doğrusu, müasir milli mən, heç
şübhəsiz, keçmişdəkindən xeyli fərqlidir. O, keçmiş tarixi mərhələlərdəki milli
“mən”i genetik olaraq özündə saxlayan, lakin həm də yeni dövrün acılı-şirinli
töhfələrini ehtiva edən bütöv mədəni-mənəvi bir sistemdir.
Lakin itirilmiş, unudulmuş mənəvi dəyərlər də var. Ona görə də bu gün
həm də milli köklərə qayıdışdan söhbət gedir. Milli köklərimizin dərkinə xidmət
edən ən qədim mənbələr "Dədə Qorqud"dan üzübəri şifahi xalq yaradıcılığıdır;
Dostları ilə paylaş: |