Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə32/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   28   29   30   31   32   33   34   35   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     70 
 
 
ozanların, aşıqların tərənnüm etdiyi mənəvi dəyərlərdir. Ozan bir tərəfdən müəl-
lifdir, o biri tərəfdən xalqın özüdür, daha doğrusu, ümumxalq təfəkkürünün, xal-
qın  düşüncə  tərzinin  rəmziləşmiş  ifadəçisidir.  Tədqiqatçının  düzgün  müəyyən-
ləşdirdiyi  kimi:  “Burada  lap  qədimlərdən  gələn  morfoloji  təfəkkürün  də  ele-
mentləri hələ yaşamaqdadır. Burada müəllif-ifaçı özünü vəsf etdiyi təbiətdən və 
xalqdan  ayırmır.  Kökümüzə  xas  olan  bu  daxili  bütövlük,  xalqla,  təbiətlə  üzvi 
vəhdət müasirimiz olan Hüseyn Arifin timsalında yeni həyatını yaşayır. Bu gün 
çox  az  adam  tapıla  bilər  ki,  milli  tarixi  yaddaşın  çağdaş  müstəviyə  gətirilməsi 
sahəsində şairlə müqayisə oluna bilsin” (2). 
Hüseyn  Arif  poeziya  aləminə  damla  kimi  daxil  olur,  lakin  damla  olaraq 
qalmır,  dəryaya  qatılaraq  onu  özəlləşdirir,  dəryalaşır,  dənizləşir.  Çünki  getdiyi 
yolun  müqəddəsliyini  yaxşı  dərk  edir.  Onun  saldığı  yol  sinkretik  yoldur.  Bu 
yolda  milli poeziyamızın  “dəbdən düşmüş”, tarixdə qalmış  bütün şeir  formaları 
yenidən  cana  gəlir,  müasirləşir.  Min  illərdən  gələn  poetik  ənənələr  bu  günün 
gerçəkliyinə  sarılaraq  onu  öz  ağuşuna  alır,  keçmişimizin  bədiiləşmiş  al-əlvan 
obrazları ilə bu günün boz, nasiranə həqiqətlərini eyni bir tabloda çəkir və ikin-
ciləri də birincilərin bədii biçiminə salır. Xalq şairi bu gün onsuz da yaşayanlara 
yeni  rəngli,  yeni  çalarlı  ikinci  həyat  verməklə  yanaşı,  tarixin  küncündə  qalmış, 
atılmış, unudulmuş həqiqətləri yenidən həyat səhnəsinə dəvət edir: 
 Nə sirli-sehrli yaranıb həyat, 
 Ürək sözlə dolu, nisgillə dolu. 
 Yaxşı ki, bu günü görmədi Qırat, 
 Yaxşı ki, vaxtında köçdü Koroğlu (1,180). 
 Bunu da qeyd edək ki, Hüseyn Arif təkcə formanı yaşatmır, həm də milli 
poetik fəlsəfi ənənələrin davamçısı kimi çıxış edir. "Vaxtı zərrə-zərrə bölən" şair 
hər zərrədə bir aləm görür. Hər anın, hər məqamın öz gözəlliyini, sonsuzluğunu, 
əbədiyyətini  doyunca  duymaq  ehtirası  ilə  yanaşı,  duyduqlarını  öz  mənində 
yaşatmaq  istəyi  yaranır.  Milli  dəyərlərimizi  qorumaq  və  hələ  vaxt  var  ikən 
yetərincə istifadə etmək istəyi meydana çıxır. 
 Fakt üçün deyək ki, "Məni tələsdirmə"də şair böyük şairimiz S.Vurğunun 
“Mən  tələsmirəm”  şeirinə  cavab  olaraq  heç  yerə  tələsmədiyini  poetik  bir  dillə 
oxuculara  çatdırır,  dünya  ilə  estetik  təması  ön  plana  çəkir.  Zamanın  mənası  tə-
biətin ahənginə daha çox uyğunluqda hiss edir. Zaman keçdikcə insan təbiətdən 
uzaqlaşmır,  təbiətə  qovuşur.  Mənəvi  paklaşmanın  yolu  təbiətin  bakirəliyindən 
keçir. Onu tələsdirməsinlər, çünki əlində görüləsi işləri var, yoxsa gec olacaq. 
Əslində, Hüseyn Arif poeziyası tək özünü ifadə etmir, xalqın ulu keçmişi-
ni,  tarixi,  mənəvi  yaddaşını  sabaha  daşıyır,  Yunis  İmrəni,  Aşıq  Ələsgəri,  Dədə 
Şəmşiri davam etdirir, Səməd Vurğunu yaşadır. Hüseyn Arif bu böyük klassik-
lərin  sadəcə  zamanca  davamçısı  deyil,  eyni  zamanda  müəyyən  mənada  onların 
sintezi rolunu oynayır. 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     71 
 
 
H.Arifin  yaradıcılığında  hiss  o  qədər  güclüdür  ki,  burada  mücərrədlik, 
məntiq, rasional düşüncə əlamətləri axtarmaq adamın heç ağlına da gəlmir. Elmi 
təfəkkürə,  fəlsəfi  fikrə  şair  özü təşəbbüs  göstərmir,  həmişə  fikrin  fövqündə  da-
yanır. Şeirdə forma o qədər kamildir ki, təbiətin, canlı həyatın, real mənəvi pro-
seslərin daxili ahəngi bu forma ilə qaynayıb-qarışır; forma məzmunda, məzmun 
formada itir. Şairin duyğusu, ilhamı ifadə etdiyi, təsvir etdiyi, qələmə aldığı səh-
nəyə can verir, onu pərvazlandırır. Şair səhnədən çəkilir, oxucu təbiətlə, ictimai 
həyatla, sosial-mənəvi problemlərlə təkbətək qalır: 
Hər canlının öz hüsnü var, öz adı, 
Dağa dərə, dərəyə dağ deyilmir. 
Əsil bulaq qaynadıqca qaynadı, 
Əsil polad əyilmir ki əyilmir (1, 24). 
Xalq  şairinin  folklor  instinkti,  ənənəvi  poetik  təhkiyə  ənənəsinə  bağlılığı 
yaradıcılığında  etnik  mənəviyyat  kodeksinin,  qəhrəmanlıq-kişilik-ərlik  ideal-
larının  təcəssümünə  xüsusi  siqlət  gətirmişdir.  Vətəndaşlıq  konsepsiyası  bayatı 
kövrəkliyinə  ayrıca  məzmun  verir:  Çağdaş  poetik  təcrübəmizin  bu  maraqlı  nü-
munələrində narahat suallar, qisas, intiqam çağırışı eşidilməkdədir: 
Tanıdır insanı dözüm, etibar, 
Əbədi həyat da bir təsəllidir. 
Baba Koroğludan bir misal da var, 
“Qoç igidlər yarasından bəllidir” (1, 18). 
"Dərdimizin bayatı düzümü" (bayatı törəni) Azərbaycan poeziyasına xüsu-
si  patetika  (pafos),  intonasiya  tipi,  emosional  energetika  gətirmişdir.  Burada 
hansı müəllif emosionallığı yoxdur? 
Saz altında dillənən sözün improvizəsi təhtəlşüurdakı, yaddaşdakı xüsusi ad-
ları  (antroponimləri,  toponimləri)  çözüb  ritmə  hörür,  qafiyəyə  düzür.  Hüseyn  Arif 
müəllif  şəxsiyyəti,  onun  "görən  və  bitən  ürəyi"  daim  hadisələrə  müdaxilə  edir. 
Vətən  təbiəti  ilə,  onun  bütöv  coğrafiyası  ilə  bağlı  biliyini  nümayiş  etdirir,  türk 
insanının başına gələnlərə (başına gətirilənlərə) emosional münasibətini bildirir. 
Hüseyn Arif o şairlərdəndir ki, epik keçmişin etnos üçün aktuallığına işıq 
saflığı, şair səmimiyyəti ilə inanır. Koroğlunun, Dədə Qorqudun, Əsli-Kərəmin, 
Qərib-Şahsənəmin... gerçək varlığına inanır. Çünki Hüseyn Arifdə epik təfəkkü-
rün bütövlüyü pozulmamışdır. Bəlkə, müasir şairlərimizin savaş tariximizi epik 
vasitələrlə verə bilməmələrinin səbəbi elə budur? 
Ənənəvi şeirin ən yaxşı nümunələrini yaradan Hüseyn Arif yaradıcılığında 
müasirliklə tarixilik, xəlqiliklə bəşərilik vəhdətdədir və bütün bunlar şairin poe-
tik irsinin əbədiyaşarlığını təmin edir. 
İşin  elmi  nəticəsi.  H.Arifin əsərləri  poetik  gözəllik,  müdriklik  nümunəsi-
dir.  Çünki  bu  yaradıcılıq  çoxəsrlik  ədəbi  ənənələrə  söykənib,  türkün  ruhundan, 
qopuzundan qidalanıb, şifahi xalq ədəbiyyatının zəngin janrlarından faydalanıb. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə