Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə37/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   33   34   35   36   37   38   39   40   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     82 
 
 
dur. Bu işin əsas  məqsədi  isə İsa Muğannanın  müraciət etdiyi əxlaq və davranış 
normalarını öyrənməkdir. 
 
İsa  Hüseynov  –  Muğanna  yaradıcılığında  diqqət yetirilməli  mühüm  istiqa-
mətlərdən  birisi  milli  əxlaq  və  davranış  normalarının  tarixi  kimlik  göstəricisi 
müstəvisində  araşdırılmasıdır.  Məlum  olduğu  kimi,  Azərbaycan  nəsri  bütün  za-
manlarda  mövzu,  düşüncə,  təhkiyə  özünəməxsusluqları  ilə  xarakterizə  olunur. 
Keçən əsrin altmışıncı illərində isə bədii nəsr yeni sferaya daxil olur. Bu, əlbəttə, 
bütünlükdə  ədəbi-bədii  düşüncədə  özünü  göstərən  fakt  kimi  bir  aydınlıqla  mü-
şahidə  olunur.  M.Hüseynin  “Yeraltı  çaylar  dənizə  axır”,  R.Rzanın  “Qızılgül  ol-
mayaydı”, S.Rəhmanın “Əliqulu evlənir”, “Yalan” komediyaları, İ.Şıxlının “Dəli 
Kür”, İ.Əfəndiyevin “Geriyə baxma qoca”, B.Vahabzadənin “Gülüstan”, İsa Mu-
ğannanın  “Yanar  ürək”,  “Saz”,  “Tütək  səsi”,  “Kollu  Koxa”  və  s.  əsərləri  ciddi 
dönüşün yeni mərhələdə başlanğıcı idi.  
İsa  Muğanna  yaradıcılığı  üçün  xarakterik  xüsusiyyət  “sərt  üslub”da  tarixi 
kimliyin  bütöv  görünə  biləcək  mahiyyətini  təqdim  edə  bilmək  idi.  Çünki  “sərt 
üslub”, düşüncələrini “boyaqsız-bəzəksiz” yazıya gətirmək Muğanna üçün yazıçı 
xarakteri,  yazı  üslubu  ilə  bağlı  idi.  Ona  görə  də  onun  bütün  yaradıcılığı  boyu 
hadisələrin  təsvir  və  təqdimində  epik  təhkiyə  ləngərli,  orijinal  düşüncə  tipi  ilə 
seçilir. Artıq bu üslubla İsa Muğanna sovet ideoloji sisteminin müəyyənləşdirdiyi 
birmənalı düşünmə modelini pozdu. Milli-mənəvi dəyərlərin, bəşəri əxlaq və dav-
ranış  normalarının  bədii  ədəbiyyata  bir  sistem  olaraq  gətirilməsi  yolunu  tutdu. 
Sovet  imperiya  sistemi  özünün  müəyyənləşdirdiyi  sərt  və  düşünülmüş  ideoloji 
konsepsiyasında “sovet adamı” formulunu yaratmaqla üst qatda milli dəyərlərdən 
uzaqlaşma  yolunu  tutmuşdu.  Əslində  belə  deyildi.  Ona  görə  də  bədii-estetik 
məfkurə, milli yaddaş həmin imperiya təsəvvürlərinin təlqinini birmənalı, birsəsli 
qəbul  və  davam  etdirmədi.  Çünki  burada  milli  əxlaq  və  davranış  normalarının, 
tarixi  kimlik  sisteminin  pozulması  üstünlük  təşkil  edirdi.  İ.Muğanna,  İ.Şıxlı, 
İ.Əfəndiyev, R.Rza, B.Vahabzadə, N.Xəzri, Qabil, N.Həsənzadə və s. sənətkarlar 
öz individual düşüncə tərzi ilə milli davranış və əxlaqi dəyərləri əks etdirən bədii 
nümunələr yaratmaq yolunu tutdular. Bir növ bədii düşüncədə sosialist realizmi-
nin  müəyyənləşdirdiyi  sistemdən  kənara  çıxan  əsərlər  yaratdılar.  İsa  Muğanna 
məhz yeni tendensiyanın, folklor təfəkkürünün bədii arenaya gətirilməsinin, milli 
yaddaşın  hərəkətinin  və  mühitdə  əsas  olaraq  görünüşünün  başlanğıcını  qoydu. 
“Anadil  ötən  yerdə”,  Toy”,  “Cəbhədən  məktub”,  “Yanar  ürək”,  “Saz”,  “Tütək 
səsi”,  “Kollu  Koxa”,  “Quru  budaq”,  “Doğma  və  yad  adamlar”,  “Faciə”,  “Ömür 
karvanı”, “Şəppəli”, “Məhşər”, “İdeal” və s. sırf milli düşüncənin hadisəsi olaraq 
bədii sferanı hərəkətə gətirdi. Mənəviyyatın ekologiyasındakı pozuntuları, başlan-
mış  çatları  aradan  qaldırmağa  çağırış  səsini  ucaltdı.  İ.Muğanna  bədii  ədəbiyyata 
yeni  təfəkkür  və  düşüncə  modelini  gətirdi.  Belə  mənəvi-əxlaqi,  sosial  yaddaş 
modeli  bir  növ  etnosun  dəyərlər  sisteminin  kodlarının  açılmasına  və  bütün 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     83 
 
 
olanların bu sistem üzərində qurulmasına üstünlük verirdi. İsfəndiyar kişi, Qılınc 
Qurban, Axsaq Hacı, Bəkir, Gövhər, Şolloy, Səməd, Meşəbəyi Mirqasım, Şamil, 
Zəhra,  Şərqiyyə,  Kollu  Koxa,  Sultan  Əmirli,  Cavanşir  və  s.  zəngin  obrazlar 
qalereyası  mühiti,  etnosun  həyat  kredosunu,  qaynar  məişətini,  bütünlükdə  ma-
hiyyətini  ifadə  etmək  anlamına  gəlir.  "Kollu  Koxa”,  “Saz”,  “Tütək  səsi”  bütün 
mahiyyəti ilə mətn hadisəsi olaraq tarixi kimliyə, milli əxlaq və davranış prinsip-
lərinə üstünlük verməklə yaranmış nümunələrdir. “Kollu Koxa”da başlanğıc epi-
zoda diqqət yetirək: “ – Cında qarı, Dingə Dəmir, Həsir Haşım!.. 
Siyahı uzundur. Bizim  Qaracalarda, uşaqları  və  yeniyetmələri çıxmaq şərti 
ilə,  neçə  adam  varsa,  bir  o  qədər  də  ləqəb  var.  Hamısını  uydurub  yaraşdıran  da 
Koxadır.  Daha  doğrusu,  Koxa  idi.  İndi  o,  kənddə  yoxdur.  İndi  onun  özünün  də 
ləqəbi  var:  Kollu  Koxa.  Bəs  bu  ləqəbi  kim  qoşub?  Nə  üçün  Kollu?  Koxa  bunu 
bilmir.  Çünki,  dediyim  kimi,  Koxa  kənddə  yoxdur.  Gələndə  görəcək  ki, özünün 
də ləqəbi var. Amma gələcəkmi? Ümumiyyətlə, bir də Qaracalara üz tutarmı? Bi-
zim  aramızda  baş  vermiş  hadisədən  sonra  mənim  sədr  olduğum  kolxoza  ayaq 
basmaq  istərmi?  İstərsə  nə  olar?...  Bu  barədə  fikirləşəndə  məni  dəhşət  götürür. 
Çalışıram ki,  heç olmasa  bircə saatlığa onu unudum,  mümkün olmur. Koxa qar-
şımda dayanıb nəfəs alır, azacıq çəp baxan iri, bir az çıxıq gözlərindən gülə-gülə: 
“Cında qarı, Dingə Dəmir, Həsir Haşım” – deyə sadalayır. Bununla da mənim iş-
gəncəm  başlanır”  (2,  259).  İsa  Muğanna  insanın  mənəvi  aləmini,  iç  dünyasını 
bütünlükdə etnosun dəyərlər sistemi ilə bağlı vermək baxımından əvəzsiz istedad 
sahibidir. Sanki  yazıçı düşüncəsi  mətndə  bir vahid olaraq kodlaşdırılır. Milli əx-
laq  və  davranış  formalarının  ifadəsi  və  müəyyənliyi  baxımından  Qılınc  Qurban, 
Cavanşir,  Sultan  Əmirli  kimi  obrazlardan  daha  çox  Kollu  Koxa,  Feldşer  Hacı, 
İsfəndiyar kişi geniş mahiyyətlidir. “Qocaların dediyinə görə, Koxa yalnız atasına 
rəhmət  oxutdurmaq  xatirinə  bu  işə  girişmişdi.  Bir  parası  da  bu  fikirdə  idi  ki, 
Çopurlar,  ümumiyyətlə,  nəsilbənəsil,  elə-obaya  yaxşılıq  eləyib  bundan  ruhlanar-
mışlar; Koxa da öz ata-babalarına oxşayıb. Hər nə isə fakt budur ki, Koxa gərək 
ki,  iki aya qədər, növbə  ilə  həyətlərdə kötük yardı. Bu  müddətdə isə, indi suyun 
altında qalmış Samux meşəsində anadan olub, orada da böyüdüyünə baxmayaraq, 
ata-baba kəndinin camaatına isinişdi” (2, 259). Göründüyü kimi, bu mətn və bun-
dan əvvəl  verdiyimiz epizod öz təbii təsvir və təfərrüatı  ilə Azərbaycan xalqının 
min  illərlə  tarixində  daşlaşmış  dəyərlər  sistemini,  yaddaşı,  təsəvvürləri  tarixi 
kimlik  nümunəsi  olaraq  özündə  işarələyir.  Qaracalar  kəndinin  timsalında  bütün-
lükdə  milli  düşüncəni  hərəkətə  gətirir.  Onun  bütün  əsərlərində  olduğu  kimi,  bu-
rada  da  folklor təfəkkürü,  şifahi  dil  modelləri,  nitq  janrları  və  aktları  ilə  mənəvi 
dəyərlərin  daşlaşmış  formullarını  təqdim  edir.  Kollu  Koxanın  verdiyi  ləqəblər, 
onların daşıdığı məna çalarları, işarələdiyi mahiyyət məhz etnosun milli dəyərlə-
rini  özündə  qoruyub  saxlayan  varislik  kodlarıdır.  Çünki  müəllifin  “Koxa  yalnız 
atasına rəhmət oxutdurmaq xatirinə bu işə girişmişdi. Bir parası da bu fikirdə idi 
ki, Çopurlar, ümumiyyətlə, nəsilbənəsil, elə-obaya  yaxşılıq eləyib  bundan ruhla-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə