Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə38/69
tarix16.11.2017
ölçüsü5,05 Kb.
#10691
1   ...   34   35   36   37   38   39   40   41   ...   69

Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     84 
 
 
narmışlar; Koxa da öz ata-babalarına oxşayıb” deməsilə obrazın davranışlar siste-
minin  genetikasına  diqqət  yetirməyin  gərəkliyini  bədii  arenaya  gətirir.  Bütün-
lükdə Kollu Koxa haqqında yarımaydın, yarımqarışıq təsəvvürə aydınlıq gətirir.  
Əlbəttə, keçən əsrin altmışıncı  illəri  müstəvisində bədii  nəsri təhlil  edəndə 
bu  dəyərlərin  bir  məqsəd  olaraq  bədii  arenaya  gətirilməsi  özünü  daha  çox  İsa 
Muğannada göstərdi. Təbii şəraitdə mühiti təqdim etmək, obraz və hadisələri mü-
hitin özündə axtarmaq və canlı, həyatla səsləşən və həyatı ifadə edən obrazlar qa-
lereyası  yaratmaq  sistemli  şəkildə  İsa  Muğannanın  yaradıcılıq  keyfiyyəti  olaraq 
meydana  çıxdı.  “Yanar  ürək”,  “Saz”,  “Tütək  səsi”,  “Kollu  Koxa”,  “Anadil  ötən 
yerdə”,  “Koroğlunun  çən  qalası”,  “Toy”,  “Yekədiz  Məcid”,  “Şəppəli”,  “Cəbhə-
dən məktub”, “Şinel”, “Zəhər” və s. əsərlərin yaratdığı etnik-mədəni mühit tarixi 
genetikası  ilə oğuz düşüncəsinə,  mədəni  həyatın  ifadəsinə  hesablanmışdır. Bura-
da  hadisələrin  məkan  etibarilə  konkretləşməsi  əslində  ikinci  dərəcəli  məsələdir, 
üzdə olan, yazıçının ifadə edib çatdırmağa çalışdıqları yaddaşa, milli əxlaqa tarixi 
kimliyə hesablanır. Qılınc Qurban, Cavanşir, İsfəndiyar kişi daha çox epos təfək-
kürünün hadisələri və obrazlarıdır. “Kollu Koxa” da Kollu Koxa Cavanşir və Qı-
lınc  Qurban  arasında  gedən  mükalimə  bunun  tipik  nümunəsidir.  “Koxa  yenə  də 
nə  isə,  mənə  aydın  olmayan  şeylər  danışırdı.  Birdən  ondan  heyrətli  sözlər  eşit-
dim: 
– Bu gün mən, Qurban kişi, səni də, bizim sədri də öz bildiyim sayaq kəs-
mişəm.  
– “Nə?! Necə yəni səni də, bizim sədri də kəsmişəm?!” 
Mən dik atıldım. 
– Koxa! Bu nə deməkdir?! Sən kimsən, Qurban kişini, ya da məni necə kə-
sə bilərsən?! Nəyə görə?! Ümumiyyətlə, bir məni başa sal görüm bu nə söhbətdir! 
O,  mənə  yenə  də  yanakı,  yəni  çaşlığı  düzəlmiş  gözlərlə  baxıb  səsimi  xırp 
kəsdi. 
– Sən dillənməsən yaxşıdır, Cavanşir. 
– Niyə?! 
– Çünki bütün işlərin, necə deyərlər, mayeyi-fəsadı sənsən. 
– Nə iş! Nə mayeyi-fəsad, canım?! 
–  Mənim  bu  gün  Qılınc  Qurban  təki  hörmətli,  əziz  adamımızın  üstünə  qı-
lınc qaldırmağımın günahı səndədir, Cavanşir. 
– Mən bu danışıqlardan heç nə qanmıram! Sən Qılınc Qurbana qılınc qaldı-
rırsan?! 
– Səbr elə, qoy kişiynən sözümü qurtarım, qandıraram, – deyə o, yenə Qur-
ban kişiyə baxdı. – Sən gəl mənlə höcətləşmə, Qurban kişi, – dedi. – İndi ki, biz 
ikimiz  də  Qılınc  Qurbanıq,  gəl  höcətləşməyək  sən  öz  təqsirini  boynuna  al,  mən 
də varsa, özümünkünü boynuma alım, qılınclarımızı birləşdirək. O vaxt, inşallah 
işlərimiz yağ kimi gedər.  
Koxa qımışdı. 


Dədə Qorqud ● 2015/I                                                                                                                                                                     85 
 
 
– Hə, birləşdirəkmi? Sən qoca Koroğlunun misri qılıncı, mən cavan Koroğ-
lunun ləqəb qılıncı”! (2, 259). Bu mətn özlüyündə epos təfəkküründən gələn ele-
mentlərlə zəngindir. Qılınc Qurban  məhz  bütün  fəaliyyəti, davranış  və  mənəviy-
yatı ilə epos yaddaşından gələn elementlərlə işlənmişdir. Elin-obanın, bütünlükdə 
böyükdən – kiçiyə sahib olduğu etnosun keşiyində dayanması, əxlaqı və davranışı 
ilə  Qılınc  Qurban  adını  qazanmış  və  təsəvvürdə  də  bu  cür  daşlaşmışdır.  Qılınc 
Qurban bir antroponim olaraq folklor təfəkküründən gəlir. Bədii nəsr məkanında 
60-cı illərdə və ondan sonrakı onilliklərədə İ.Şıxlının “Dəli Kür”də Cahandar ağa, 
“Ölən dünyam”da Ömər Koxa, F.Kərimzadənin “Qarlı aşırım”da Abbasqulu bəy, 
Kərbəlayi və s. obrazlarla bir sırada dayanır. Etnosun tarixi yaddaş, əxlaq timsalı 
kimi  təsir  bağışlayır.  Kollu  Koxanın  “sən  qoca  Koroğlunun  misri  qılıncı,  mən 
cavan Koroğlunun ləqəb qılıncı” düşüncəsi İsa Muğannanın yaddaş hərəkəti, xalq 
düşüncəsində  olan  koroğluluğun  milli  müstəvidə  yeni  mühitdə,  yeni  şəraitdə 
qayıdışı  idi.  Yazıçı  çox  yaxşı  bilirdi  ki,  bu  koroğluxanlıq  etnosun  milli-mənəvi 
yaddaş  hadisəsidir.  Ədəbiyyatşünas  Y.Qarayev  bir  məqamı  vurğulayaraq  yazır: 
“Həqiqi, böyük elm və sənət onda yaranır ki, alim də, yazıçı da hər dəfə hər yeni 
əsərə  başlayanda  həm  də  xeyir  və  halallıq,  şərəf  və  namus,  vicdan  və  həqiqət, 
sabah və gələcək barədə düşünməyə başlayır. İnsan və onun dəyəri! – sənətdə də, 
elmdə də nə bu sərvət səviyyəsinə qalxmırsa, o həqiqi elm və həqiqi sənət səviy-
yəsinə  qalxmır!  Əgər  ən  “dahiyanə”  kəşfdə,  sosial-iqtisadi,  yaxud  bədii-fəlsəfi 
təhlildə  ekologiya  iştirak  etmirsə,  həm  elmi,  həm  də  ekoloji  qiymət  eyni  vaxtda 
verilmirsə, onu kamil hesab etmək çətindir... Mənəviyyatın ekologiyası bu sahədə 
ikiqat həssaslıq tələb edir” (4, 100). İsa Muğannanın yaradıcılığı sovetlər imperi-
yasının  apardığı  mənəviyyat  ekologiyasının  aşınması  prosesinin  bir  növ  mahiy-
yətini ortaya qoydu. Yazıçı düşüncəsində bütün olanlar  mənəvi dəyərlərin  ifadə-
sinə, əxlaq anlayışına,  milli düşüncənin  yaşarılıq və qorunuşu  məsələsinə  yönəl-
mişdi. Məhz o səbəbdən də Qılınc  Qurban, Cavanşir, Sultan Əmirli kimi obraz-
ların yanında Kollu Koxa, feldşer Hacı, İsfəndiyar kişi və s. kimi fərqli dünyagö-
rüşə,  milli  dəyərlərə  daha  çox  yüklənən  şəxslər özünə  yer  alır.  Yazıçı  bu  rənga-
rənglikdə, müxtəlif xarakterlər toplusunda cəmiyyəti, sosial mühiti bütün tərəfləri 
ilə  təqdim  edir.  Ona  görə  də  sovetlər  dönəminin  formalaşdırdığı  “sovet  adamı” 
düşüncəsi İsa Muğannanın əsərlərində görünmür. Bununla da o, mənəviyyat eko-
logiyasının sovetlər dönəmindəki başlayan aşınma prosesinə özünün yazıçı möv-
qeyini  bu  əsərlərlə  nümayiş  etdirirdi.  “Kollu  Koxa”  bunun  klassik  nümunəsidir. 
Kollu Koxanın təsəvvüründə yer alan “hər bir yaxşının yaman tərəfi var. Hər bir 
yamanın da yaxşı tərəfi var. Sənin qələmin də ondan ötrüdür ki, yaxşının yaman 
tərəfini  göstərib  deyəsən”  qənaəti  bütünlükdə  əsərin  mahiyyətinə  dayanır.  (2, 
301).  
Göründüyü kimi, İsa Muğanna milli əxlaq və davranış normalarının pozul-
masına, mövcud tarixi kimliyin qorunmasına bütün vəziyyətlərdə üstünlük vermiş, 
oradakı deformasiyalara qarşı determinator funksiyası yerinə yetirən Kollu Koxa 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə