Dədə Qorqud ● 2015/I 122
ƏDƏBİYYAT
1. Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, Maarif, 1974, 438
səh.
2. Cəlal M., Hüseynov F. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, Maarif, 1982,
436 səh.
3. Dalqat U.B. Qadji Murat. Moskva, Nauka, 1967, s. 6-7
4. Şekspir V. Seçilmiş əsərləri. 2 cilddə, I c. Bakı, Öndər, 2004, 736 səh. səh.143-
192
5. Cəlal M., Hüseynov F. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, Maarif, 1982, s.70
6. Arif M. “Gümüşü, narıncı…”. “Ədəbiyyat və incəsənət” qəzeti, 13 oktyabr 1973
7. Çəminzəminli Y.V. Əsərləri. Üç cilddə. II cild. Bakı, Avrasiya Press, 2005,
664 səh.
8. Rəhimov S. Aynalı. Bakı, Azərnəşr, 1959, 221 s.
Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy
Dədə Qorqud ● 2015/I 123
Azərbaycan folklorundan yeni nümunələr
QƏRBİ AZƏRBAYCAN FOLKLOR NÜMUNƏLƏRİ
Azərbaycan Respublikasının siyasi sərhədlərindən kənarda yaranmış bütün
dəyərlərimiz xalqımızın sosio-mədəni həyatının tərkib hissələridir. Bu gün xəritə-
lərdə “Ermənistan” deyə göstərilən ölkənin XX əsrin əvvəllərində əhalisinin ən azı
70 faizi Azərbaycan türklərindən ibarət idi. Yaşanan ictimai-siyasi hadisələr, milli
zəmində baş verən böyük çaxnaşmalar nəticəsində təəssüf ki, bu gün bundan bəhs
etmək mümkün deyil. Bu gün bir əsrdə üç böyük köç verən və tamamilə etnik tə-
mizlənmə yolu öz əzəli torpaqlarından uzaqlaşdırılan yerli əhali dünyanın müxtəlif
ölkələrinə səpələnmiş vəziyyətdədir. Bu torpaqlarda indi tək bir müsəlman türk ya-
şamamaqla bərabər, onların yaratdığı tarixi, mədəni, toponomik mirasları çox ciddi
bir dövlət siyasəti ilə yer üzündən silinməkdədir. Tarixi türk torpaqları üzərində qu-
rulan bu dövlət təxminən yarandığı 90 ildə dünya mədəniyyət tarixində bənzərinə
çox az rast gəldiyimiz bir barbarlıqla bölgənin türk izlərini, bütün maddi və qeyri-
maddi mədəni irsini silmək üçün dağıdıcı bir missiyanı öhdəsinə götürmüşdür.
XX əsrin 20-ci illərində və 1948-1953-cü illərdə iki böyük köçlə bir milyon-
dan çox insanın bölgədən çıxarılmasına baxmayaraq, yenə də 1989-cu ilə qədər
bölgədə çox canlı və koloritli milli həyat yaşanır, adət və ənənələr ciddi şəkildə
qorunurdu. Toy, nişan, dini və milli bayramlar, xüsusilə Novruz, Qurban bayramı,
eləcə də yas mərasimləri, məhərrəmlik, adətə, yerli əhalinin dili ilə desək, görənəyə
uyğun həyata keçirilirdi. Kosa-kosa, qaravəlli, dirədöymə, aşıqsalma, çilikağac,
beşdaş və digər oyunlar oynanır, uzun qış gecələrində babalar və nənələr nağıl,
aşıqlar dastan söyləyirdi.
Qərbi Azərbaycan bölgəsinin coğrafi və təbii şəraiti heyvandarlıq üçün çox
əlverişli idi. Əhali mayın sonundan etibarən mal-qara ilə yaylaqlara qalxır,
oktyabrın ortalarına qədər orada qalır, bol süd-ağartı məhsulları tədarük edir, ilk qar
düşməzdən əvvəl geri qayıdırdı. Burada milli həyat əsrlər boyu beləcə davam
edirdi. Bölgənin zəngin və bənzərsiz folkloru var idi. Şəyatin, Fəriştə, Şeşə, Dam-
dabaca, Hal anası və digər mövzularda mifoloji və əsatiri hekayələr, holavarlar,
vəsfi-hallar, Novruz mərasimləri, xüsusilə Xıdır İlyasla bağlı inam və etiqadlar,
qorxulu nağıllar, müdrik atalar sözləri, gülməli lətifələr, yanıqlı bayatılar, nanay və
tırınqılar, maraqlı aşıq rəvayətləri dillər əzbəri idi.
Qərbi Azərbaycandan üç böyük köç dalğası ilə buraya gəlmiş insanlarla gö-
rüşmək, onlardan hələ hafizələrdə yaşayan folklor örnəklərini toplamak bu gün çox
vacib məsələ olaraq folklorşünasların öhdəsinə düşür. 1920-ci illərdə Azərbaycana
sığınmış insanlardan bu gün həyatda olanı çox azdır, demək olar ki, yox dərəcəsin-
dədir. 1948-1953-cü illərdə köçə məcbur edilmiş insanlardan bu gün yaşayanlar var
Dədə Qorqud ● 2015/I 124
və bölgə folklorunun böyük daşıyıcıları da məhz onlardır. 1988-1989-cu illərdəki
son köçlə Azərbaycana gəlmiş insanlar arasında orta və yaşlı nəsil folklor daşıyı-
cılarıdır. Köçə məcbur qaldıqları vaxt yeniyetmə və uşaq olanlar təəssüf ki, bu gün
doğulduqları torpaqların folklor və dialektoloji baxımdan daşıyıcıları sayılmır. On-
lar bu gün yaşadıqları torpaqların ləhcə və folklorunu mənimsəmişdirlər.
Qərbi Azərbaycandan buraya gəlmiş insanlarla görüşdüyümüz zaman müxtə-
lif maraqlı məqamlarla qarşılaşdıq. Toplama zamanı əsasən köç vaxtı yaşanmış kə-
dərli xatirələr daha çox danışılmışdır. Biz bu xatirələrin çox böyük tarixi faktlar
olduğunu nəzərə alaraq, onları olduğu kimi folklor mətnlərinin daxilində verməyi
qərara aldıq. Toplanmış materiallar yazıya alınarkən söyləyicinin tələffüzünün tə-
biiliyinə toxunmamağa, yerli ləhcələri qorumağa, mətnə müdaxilə etməməyə çalış-
dıq. Qərbi Azərbaycandan müxtəlif dövrlərdə köç etmiş insanlardan topladığımız
folklor nümunələri mətnlərindən bir qismini oxuculara təqdim edirik.
Nailə ƏSKƏR
AMEA Folklor İnstitutunun elmi işçisi
Musa Peyğəmbər ilə əlaqədar 3 əfsanə
I
Bir dəfə Allahla görüşəndə (güya Allah onnan üzbəüz, qalan peyğəmbərrər-
nən sufatını göstərmədən görüşürmüş) Musa peyğəmbər Allaha deyir:
– Bir günnüyə Allahlığı mana ver.
– Ey Musa, başarmazsan!
– Ver, sına.
– Yaxşı, verdim.
“Allah Musa” gəlir bir dəyirmana çıxır. Görür ki, bir kişi daşa ağnağaz arxa-
sında gətirdiyi buğduyu töküf üyüdür. O biri daşa da bir çuval buğdası olan bir
adam buğda töküf üyüdür. Buğdası çox olan kişi gözgözə qoyuf bir çamçax buğda-
sı az olandan oğurruyuf öz buğdasına qatır. Bir çamçax da oğurruyanda Musa tez
oğrunun biləyinnən yapışır.
Əsl Allah gülür və deyir:
– Görürsən ki, başarmırsan?
Musa deyir:
– Cənab Allah, dözə bilmədim neyniyəydim?
– Sən çoxun bərəkətini aza verməliydin, əmə biləyindən tutursan.
Dostları ilə paylaş: |