Dədə Qorqud ● 2015/I 114
gətirir. Dil baxımından sadə olan bu təmsil məna baxımından aktualdır və böyük
tərbiyyəvi əhəmiyyət kəsb edir. Aşağıdakı misralara diqqət yetirsək görərik ki,
təmsilin məzmununda qüvvətli təsir gücünə malik bir əxlaqi ideya var:
Vaqif ol, ey oğul, bu mənadan.
Yeni bir elmə daim ol talib,
Zifən ol zifünunədir qalib.
Kişi bir sənəti bilər xalis,
Çoxuna meyil edən qalar naqis (10, 29).
Seyid Əzim Şirvaninin təmsillərində xalq hikməti və yumorunun ən yaxşı
xüsusiyyətləri əks olunmuşdur. Bunlar uşaqların əqli cəhətdən yetkin, mənəviy-
yatca sağlam, şən və nikbin yetişməsi işinə müsbər təsir göstərir. Seyid Əzim
Şirvani uşaqlara məxsus əsərlərini yaradarkən yaxşı bələd olduğu Şərq ədəbiy-
yatından bol-bol bəhrələnmişdir. O, tədbil, iqtibas və tərcümə etmək yolu ilə
ərəb, fars və türk ədəbiyyatından azərbaycanlı uşaqların mütailəsinə xeyli əsər
daxil etmişdir. Bu nümunələr “Rəbiül-ətfal” və “Tacül-kütub”da əksər hallarda
ayrı-ayrı öyüd və nəsihətlərin məzmununa uyğunlaşdırılaraq, müəllifi göstə-
rilmədən verilmişdir. Bunlardan başqa şairin bilavasitə uşaqlar üçün nəzərdə tu-
tulmuş müstəqil tərcümələri də vardır. Bu baxımdan İran xalq ədəbiyyatı nümu-
nəsi – “Bəxtiyarnamə” dastanı və XIII əsrdə yaşamış məşhur fars-tacik şairi
Übeyd Zəkaninin “Siçan və pişik dastanı” diqqətə layiqdir. “Siçan və pişik
dastanı”nda alleqorik şəkildə orta əsr saray çəkişmələri və feodal müharibələri
tənqid olunur. Dastanın əyləncəli məzmunu, münaqişənin gərginliyi, xüsusilə
siçan və pişiyin şəxsləndirilməsi uşaq mütaliəsinə verilən tələblər baxımından
maraqlı idi (10, 29).
Azərbaycan ədəbiyyatına zəngin bədii irs bəxş etmiş Abbas Səhhət də bə-
dii yaradıcılığında təmsillərdən məharətlə istifadə edən şairlərimizdəndir. Onun
“Qarışqa və milçək”, “Ayı və arılar”, “Tülkü və meymun”, “Tülkü və qurd”,
“Ayı və şir”, “Sərçə və qarğa”, “Qurd və quzu”, “Fil və alabaş” və s. təmsillə-
rində lovğalıq, təkəbbürlülük, yalançılıq, ikiüzlülük kimi mənfi xüsusiyyətlər if-
şa edilir. Bu təmsillərdə şair xalq idrakına, xalq həyat və mənəviyyatına əsas-
lanır və sadə, aydın, konkret dil bu təmsillərin əsas məziyyətinə çevrilir. Abbas
Səhhət Krılovun “Qartal və toyuqlar”, “Qarğa və tülkü”, “Meymunlar”, “Qur-
bağa və öküz”, “Dovşan şikarda”, “Kəndli və tülkü”, “Eşşək və bülbül” adlı
təmsillərini də Azərbaycan dilinə tərcümə etmişdir. Krılovun təmsillərinin iki
xüsusiyyəti var: tənqid və nəticə. Onun təmsillərinin bir çoxu öz dövrünün icti-
mai nöqsanlarını, ayrı-ayrı hadisələri və tək-tək adamları tənqid edir. Onu da
qeyd edək ki, Krılov şeirlərinin birində deyirdi: “Yeri düşəndə nöqsanları qam-
çılamaqdan xoşum gəlir” (11, 5).
Abdulla Şaiq yaradıcılıgında da təmsillər xüsusi yer tutur. Əsrlərdən bəri
şair və yazıçılarımıza tükənməz mənbə olan zəngin folklorumuz Abdulla Şaiq ya-
radıcılığından da qırmızı xətlə keçir. Şair “Tülkü və aslan”, “Aslan, qurd və tül-
Dədə Qorqud ● 2015/I 115
kü”, “Tülkü və qurd”, “Tülkü və dəvə”, “Tülkü və xoruz”, “Dəvə və siçan”, “Arı
və eşşək”, “Arı və dovşan”, “Hacıleylək və sərçə”, “Dəvə, tülkü və qurd” təmsil-
lərinin mövzu və süjetini heyvanlar haqqında olan nağıllardan götürüb. Məsələn,
“Aslan, qurd və tülkü” təmsilinin mövzusunu türk xalqları arasında geniş yayılan,
qısa süjeti, kəskin satirası və dərin sözaltı mənası ilə seçilən “Qurd, tülkü, şir” və
ya “Dost dosta tən gərək” alleqorik nağılından götürmüşdür (12, 19) .
Beləliklə, görürük ki, şifahi xalq ədəbiyyatından istifadə zamanı sənətkar-
lar məhdud bir çərçivədə qalmamış, geniş bir ümumiləşdirmə bacarığı ilə dərin
mündəricəli əsərlər yarada bilmişlər. Bu isə sənətkarlara xalq varlığını daha də-
rindən duymaq, öz fikirlərini bariz və vüsətli cizgilərlə canlandırmaq üçün bö-
yük imkanlar açır.
İşin elmi nəticəsi. Heyvanlar haqqında nağıl və təmsillərin folklor araş-
dırmalarındakı əsas elmi istiqamət və prinsipləri müəyyənləşdirilib, elmi təhlili
aparılıb.
İşin elmi yeniliyi. Heyvanlar haqqında nağıl və təmsillərin aparıcı əxlaqi
kateqoriyaları müəyyənləşdirilmiş, obrazlar sistemi müqayisəli şəkildə öyrənil-
mişdir.
İşin tətbiqi əhəmiyyəti. Heyvanlar haqqında nağıl və təmsillərin bədii xü-
susiyyətləri və ictimai əhəmiyyəti böyükdür. Araşdırmalarımız həm nəzəri, həm
də folklor nümunələri əsasında aparılıb. Məqalə mühüm nəzəri və praktik əhə-
miyyətə malikdir. Qeyd etdiyimiz əsas elmi yeniliklər elmi faktların zənginləş-
məsində rol oynaya bilər.
ƏDƏBİYYAT
1. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. 2 cilddə, II cild. Bakı, Elm, 2006, 648
səh.
2. Azərbaycan folkoru külliyyatı. I cild. Nağıllar. Bakı, Səda, 2006, 400 səh.
3. Kəlilə və Dimnə. Bakı, Öndər, 2004, 304 səh.
4. Kazımoğlu M. Gülüşün arxaik kökləri. Bakı, Elm, 2005, 186 səh.
5. Pirsultanlı S.P. Azərbaycan ağız ədəbiyyatında təmsillər. Bakı, Azərnəşr,
2012, 95 səh.
6. Pirsultanlı S.P. Azərbaycan folkloruna dair tədqiqlər. Gəncə, 2006, 402 səh.
7. Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 20 cilddə, IV cild. Nizami Gən-
cəvi. Bakı, Elm, 1985, 640 səh.
8. Bakıxanov A. Seçilmiş əsərləri. Bakı, Avrasiya Press, 2005, 488 səh.
9. Qasımbəy Z. Seçilmiş əsərləri. Bakı, Avrasiya Press, 2005, 400 səh.
10. Seyid Əzim Ş. Seçilmiş əsərləri: 3 cilddə, III cild. Bakı, Avrasiya Press,
2005, 288 səh.
11. Krılov İ.A. Təmsillər. Bakı: Şərq-Qərb nəş. 2006, 144.
12. Şaiq A. Seçilmiş əsərləri. 3 cilddə, III cild. Bakı, Avrasiya Press, 2005, 536
səh.
Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Kamran Əliyev
Dostları ilə paylaş: |