Dədə Qorqud ● 2015/I 105
ideologiyasının təsiri nəticəsində yaranan “yeni həyat”ın tərənnümünə həsr
olunmuş dastanlar. Bunlardan birinci qrupa aid olanlar keyfiyyət baxımından
nisbətən mükəmməldir. Burada ideal, saf məhəbbət duyğularının tərənnümü
aparıcı mövqeyə malikdir. Müəllifin özü haqqında ağızdolusu danışmaması,
təvazökarlıq məsələləri də bu qrup dastanlarda diqqətdən yayınmır. Mövzuları
çox-çox qədim zamanlardan götürüldüyü üçün Aşıq Əli (“Fərhad və Şirin”,
“Şahzadə Bəhrəm”), şair Nəbi (“Dilsuz və Xəzangül”), şair Novruz (“Sam
şahzadə”) və başqa müəlliflər bu dastanlarda arxa planda dayanmağa məcbur
olurlar. Görünür, onların təvazökarlıqları da bu məcburiyyətdən irəli gəlir.
“Şahzadə Bəhrəm, Dilsuz, Sam şahzadə və bu kimi aparıcı surətlər isə həm
qəhrəman, həm çalıb-çağıran aşıq, həm də eşqə düçar olmuş aşiq kimi çıxış
edirlər” (1, 11).
İkinci qrupa daxil edilən “yeni həyat”ın tərənnümünə həsr olunmuş “Tar-
laçı qız” (Aşıq Həsən Pərvanə), “Bəhmən və Humay” (Aşıq Bəhmən) kimi das-
tanlarda müəllif həm də əsas aparıcı obraz – əsərin qəhrəmanı rolunda çıxış edir.
Bu qəbildən olan “Şəmşir və Sənubər” dastanı isə tamamilə avtobioqrafik səciy-
yə daşıyır. Burada qədim ozan-aşıq sənətinə xas təvazökarlıq qaydaları tama-
milə pozulmuş olur desək, yanılmarıq. Lakin buna baxmayaraq, adıçəkilən əsər
müasir bir dastan olaraq maraq doğurur.
Qeyd edək ki, orta əsrlərin məhəbbət dastanları ilə XX əsr Azərbaycan
məhəbbət dastanlarının bir başlıca fərqi də ondan ibarətdir ki, müasir dastanlar-
da əsas aparıcı obraz kimi müəllifin əsərdə iştirak edib-etməməsindən asılı ol-
mayaraq, onun həmin dastanın müəllifi olması bizə apaydınca bəllidir. Orta əsr
məhəbbət dastanlarınınsa əsas aparıcı obrazları olan Abbas, Aşıq Qərib, Kərəm,
Qurbani və başqalarının həmin dastanların müəllifləri olub-olmaması, əslində,
bir ehtimal olaraq qalır.
Əvvəlcədən diqqətə çatdıraq ki, ərsəyə gətirdiyimiz araşdırmanın – tədqi-
qat işinin ayrı-ayrı bölmələrində bu və digər məsələlərə mümkün qədər aydınlıq
gətirilməyə çalışılmışdır.
Diqqət mərkəzinə çəkdiyimiz məsələlər geniş və ardıcıl tədqiqata cəlb
edilərək, hərtərəfli işıqlandırılmış, bizdən əvvəlki neçə-neçə müəllif tərəfindən
irəli sürülən fikir və mülahizələr, qəbul olunmuş konsepsiyalar şərh edilmişdir.
Aparılan çoxsaylı araşdırmalara, gəlinən nəticələrə, verilən şərhlərə, aparılan
təsnifatlara öz mövqeyimizdən münasibət bildirmək də diqqətimizdən yayınma-
mışdır. Elmi-məntiqi dəlillərə söykənərək obyektivlik hissini qorumaq mövzu
boyu ən başlıca məqsədimiz olaraq qalmışdır.
Araşdırmada bir sıra görkəmli alim və tədqiqatçıların razılaşmadığımız
mülahizə və qənaətlərinə etirazımızı bildirərkən etik çərçivələri maksimum
pozmamağa çalışmağımızı da xüsusi qeyd etmək istərdik.
İşin elmi yeniliyi: Məqalədə klassik məhəbbət dastanları ilə yeni yaranan
dastanların yayılma arealı, bədii-sənətkarlıq xüsusiyyətləri, keyfiyyət fərqi və
Dədə Qorqud ● 2015/I 106
bunun səbəbləri yeni elmi-nəzəri baxış bucağı altında şərh edilərək, özünə-
məxsus məntiqi qənaətlər irəli sürülür.
İşin elmi nəticəsi: Məqalədə məlum müəlliflər tərəfindən yaradılmış XX
əsr Azərbaycan məhəbbət dastanlarının çoxsaylı nümunələr əsasında təhlili apa-
rılaraq, klassik məhəbbət dastanları ilə müqayisədə xeyli aşağı səviyyədə dayan-
ması qənaətinə gəlinmişdir. Bu keyfiyyət fərqini yaradan səbəblər araşdırılmış-
dır.
ƏDƏBİYYAT
1. Azərbaycan dastanları. Beş cilddə, V cild (“Ön söz”ün müəllifi Abbasov İ.),
Bakı, Elm, 1972.
2. Azərbaycan dastanları. Beş cilddə, I cild (“Ön söz”ün müəllifi Təhmasib
M.H.), Bakı, Azərbaycan SSR EA Nəşriyyatı, 1965.
3. Aşıq Alı. Əsərləri. Bakı, Avrasiya Press, 2006.
4. Aşıq Ələsgər (ikinci kitab). Bakı, Elm, 1973.
5. Azərbaycan xalq dastanları (“Ön söz”ün müəllifi Nəbiyev A.). Bakı, Yazıçı,
1981.
6. Koroğlu (“Ön söz”ün müəllifi Təhmasib M.H.). Bakı, SSR EA Nəşriyyatı,
1965.
Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Paşa Əfəndiyev
Dədə Qorqud ● 2015/I 107
Sevinc ƏLİYEVA
AMEA Folklor İnstitutunun elmi işçisi
e-mail:
sevincaliyeva80@rambler.ru
HEYVANLAR HAQQINDA NAĞIL VƏ TƏMSİLLƏR FOLKLOR
ARAŞDIRMALARINDA
Xülasə
Məqalədə şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətləri öyrənilib. Eləcə də heyvan-
lar haqqında nağıllar və təmsil janrının şifahi və yazılı ədəbiyyatda yeri və rolu müəyyənləşdi-
rilib, elmi təhlili aparılıb. Təmsil janrının əsas xarakterik xüsusiyyətləri sənətkarların yaradıcılığı
əsasında təhlil edilib.
Açar sözlər: epik, folklor, heyvan, insan, lirika, nağıl, yazılı ədəbiyyat, janr, təmsil, tül-
kü, şifahi ədəbiyyat
THE MAIN SCIENTIFIC DIRECTION AND PRINCIPLES OF TALES ABOUT
ANIMALS AND FABLES IN FOLKLORE INVESTIGATIONS
Summary
In the article the similar and distinctive features of the oral and written literature are
investigated. The position and role of the tales about animals and the fable genre are also defined
in the oral and written literature and the scientific analysis is given. The main characteristic
features of the fable genre have been analysed on the basis of the great authors.
Key words: epic, folklore, animal, human, lyric, tale, written literature, genre, fable, fox,
oral literature
СКАЗКИ О ЖИВОТНЫХ И БАСНИ В ФОЛЬКЛОРНЫХ ИССЛЕДОВАНИЯХ
Резюме
В статье изучены сходства и различия особенности литературы в устной и пись-
менной форме, а также проведен научный анализ о сказках животных, определен роль и
место устной и письменной литературы в представленном жанре. Главной характеристи-
кой особенности этого жанра были проанализированы на основе творчество ремесленни-
ков.
Ключевые слова: эпический, фолъклор, животное, человек, лирика, сказка, писъ-
менная литература, жанр, басня, лиса, устной литература
Məsələnin qoyuluşu. Heyvanlar haqqında nağıl və təmsillərin şifahi və
yazılı ədəbiyyatda mövqeyi araşdırılmış, onların ideya-bədii xüsusiyyətləri mü-
qayisəli şəkildə təhlil edilmişdir.
İşin məqsədi. Məqalədə qarşıya qoyduğumuz əsas məqsəd heyvanlar haq-
qında nağıl və təmsillərin əsas xarakterik xüsusiyyətlərini N.Gəncəvi, A.Bakı-
xanov, Q.Zakir, S.Ə.Şirvani, A.Şaiq və A.Səhhətin əsərləri əsasında təhlil et-
məkdir.
Bəşər tarixində mövcud olan hər bir xalqın milli dəyər və ənənələrinin
yaradıcısı və daşıyıcısı kimi formalaşan folkloru var. Güneyli-Quzeyli Azərbay-
Dostları ilə paylaş: |