Dədə Qorqud ● 2015/I 103
Onu da deyək ki, fikrimizcə, elə Nadir şahın da, Sovet hakimiyyətinin də
bu cür qadağaları ümumilikdə aşıq sənətimizə, xüsusən qədim dastançılıq ənə-
nələrimizə qarşı çox böyük ədalətsizlik, vurulan ağır zərbələr idi. Yeni, xüsusilə
XX əsr Azərbaycan məhəbbət dastanlarının keyfiyyətcə nisbətən aşağı səviy-
yədə olmasının bir səbəbini də, hesab edirik, məhz bunda axtarmaq lazımdır.
Orta əsr dastanları süjet xətti, macəraları və əhvalatları, hadisələri ilə əla-
qədar əsasən dörd hissəyə bölünür: qəhrəmanın anadan olması və ilk təlim-tərbi-
yəsi; aşiq və məşuqun buta almaları; qarşıya çıxan maneələr və onlarla müba-
rizə; sınaq meydanı və qəhrəmanların timsalında haqqın, ədalətin qələbə çalma-
sı. Bu göstərilən xüsusiyyətləri XX əsr Azərbaycan məhəbbət dastanlarına da
aid etmək olar. Sadəcə, bir sıra fərqləri nəzərə almaq lazımdır. Belə ki, XX əsrə
aid adıçəkilən nümunələrdə aşiq və məşuqun orta əsrlərdəki mücərrəd buta al-
maları müasir məhəbbət dastanlarında real, həyati sevgi ilə əvəz olunmuşdur.
Yəni artıq gənclər bir-birini yuxuda görüb eşqə düşmürlər. Onlar real həyatda
bir-birini görüb, könül verib, əhd-peyman bağlayırlar. Sonra da real həyatda mü-
barizə apararaq vüsala çatırlar. Beləliklə, dövrlər, məqsədlər, obyektlər başqa ol-
duğu üçün üsullar, mühitlər, fonlar, hətta ruh, ümumi ahəng də xeyli fərqlidir,
başqa-başqadır. Lakin bu fərqlə yanaşı, həmin ümumi xüsusiyyətlər qədim və
yeni (XX əsr) dastanların bir-birinə nə dərəcədə bağlanmasını, bununla da klas-
sik dastan ənənəsindən XX əsr aşıqlarımızın necə faydalanmalarını, istifadə et-
mələrini göstərir.
XX əsr Azərbaycan məhəbbət
dastanları bu yolla, bu üsulla yaranmışdır.
İstər qədim, istər müasir (XX əsr) dastanlarımızın yaradıcıları real həyat hadisə-
lərini təcəssüm etdirməklə yanaşı, öz təxəyyüllərinin gücündən də istifadə et-
mişlər. Dastanların mayasını, mövzusunu həm yaşadıqları, həm də özlərindən
əvvəlki dövrlərdən alsalar da, bu nümunələri epik boyalarla zənginləşdirmiş,
bədiiləşdirmişlər.
XX əsrin məhəbbət dastanlarının əsasını ilk növbədə ideal, ülvi, saf və
real, həyati sevgi duyğuları təşkil edir. Burada ilahi qüvvələrin iştirakı, daha
doğrusu, konfliktlərin həllindəki aparıcı rolu orta əsrlərin dastanlarına nisbətən
daha az nəzərə çarpır. Ön planda insanın öz gücü, iradəsi, əzmi dayanır. Bunun-
sa ən əsas səbəblərindən birini ictimai formasiyanın təpki və təsirində axtarmaq
lazımdır. Lakin buna baxmayaraq, XX əsr məhəbbət dastanlarımızın bir çoxu-
nun mövzuları lap qədim zamanlara gedib çıxdığından belə dastanların qəhrə-
manları heç də onların müəllifləri sayıla bilməz. Bunlara misal olaraq şair Nov-
ruzun “Sam şahzadə”, Aşıq Əlinin “Fərhad və Şirin”, “Şahzadə Bəhrəm”, şair
Nəbinin “Dilsuz və Xəzangül” və s. kimi XX əsr məhəbbət dastanlarını göstər-
mək olar. Həmin dastanlarda müəlliflər arxa planda dayanırlar. Əsas aparıcı ob-
razlar olan Fərhad, Şahzadə Bəhrəm, Dilsuz, Sam şahzadə isə həm qəhrəman,
həm çalıb-çağıran aşıq, həm də eşqə düçar olmuş aşiq kimi təsvir olunurlar.
Dədə Qorqud ● 2015/I 104
Bunlar, eyni zamanda, mövzusunu yazılı ədəbiyyatdan götürmüş dastan nümu-
nələri sayılır.
Qeyd edək ki, XX əsr məhəbbət dastanlarımızı orta əsr dastanlarından
fərqləndirən ən əsas cəhətlərdən biri də onların yaranma səbəbləri və üsullarıdır.
Fikrimizcə, orta əsr dastanlarının çoxu aşıq sənətinin inkişafı boyu təbii şəkildə
yaranaraq, get-gedə cilalanıb formalaşmışdır. Burada hansısa ustad aşıq dastan
yaratmağı qarşısına məqsəd qoyaraq, planlı şəkildə buna çalışmamışdır. Yəni
hər hansı bir ustad aşığın taleyi, həyatında baş verən hadisələr, məclislərdə, sə-
fərlərdə, sevgilisinə qovuşmaq uğrunda və s. başına gələn əhvalatlar, üzləşdiyi
çətinliklər, məşəqqətlər dildən-dilə, ağızdan-ağıza düşərək, get-gedə daha çox
maraq doğurub dastanlaşmışdır. Odur ki, bu ehtimal bir sıra tədqiqatçıların orta
əsrlərin məhəbbət dastanları ilə bağlı söylədikləri “dastanı ustad aşıq özü yara-
dır” qənaətinin ağlabatanlıq dərəcəsini azaltmış, heçə endirmiş olur. Baxmaya-
raq ki, həmin dövrdə dastana maraq güclü idi, məclislərdə aşığın dastan söylə-
məsinə tələbat vardı və s. Həmin dastanların yaranma səbəbinə gəldikdə isə, bi-
zə elə gəlir, hələ o dövrdə bu tələbat ola bilməzdi. Çünki onsuz da aşıq sənətinin
inkişafı boyu bu dastanlar təbii şəkildə öz-özünə yaranmaqda, ağızdan-ağıza,
məclis-məclis dolaşaraq, cilalanıb formalaşmaqda idi.
XX əsrdə yaranan yeni dastanlarınsa əksəriyyətinin yaranma üsulu və sə-
bəbi xeyli fərqli olmuşdur. Belə ki, son dövrlərdə, xüsusən Sovet hakimiyyəti il-
lərində mədəniyyət və incəsənətin bütün sahələri kimi, aşıq sənəti də birbaşa
dövlətin – siyasi ideologiyanın nəzarətində idi. Odur ki, şeir, roman, povest, he-
kayə yazıldığı kimi, yeni dastanlar da yaradılmalı idi. Üstəlik, qonorar da verilir-
di. Artıq tələbat xalqdan yox, siyasi hakimiyyətdən gəlirdi. Və yaradılan bütün
əsərlər kimi, dastanlar da sosialist ideologiyasına xidmət göstərməyə məhkum
edilmişdi. “Şahzadə Bəhrəm”, “Sam şahzadə”, “Dilsuz və Xəzangül”, “Fərhad
və Şirin”, “Tarlaçı qız”, “Soltan və Qəndab”, “Bəhmən və Humay”, “Şəmşir və
Sənubər” və s. kimi dastanlar buna əyani sübutdur.
Qeyd edək ki, XX əsr Azərbaycan məhəbbət dastanlarının bir çoxunda
müəllif arxa planda dayanır. İştirak edən qəhrəmanların özləri isə əsərdə həm
qəhrəman, həm çalıb-çağıran aşıq, həm də eşqə düşmüş bir aşiq kimi təqdim
olunurlar. Demək, “bəzi aşıqlar və yaxud aşıq tərzində yazan şairlər öz adları ilə
qəti surətdə bağlı olmayan dastanlar da yaratmışlar. Bu tip dastanlarda hətta qoş-
malar da onları yaradan aşığın, yaxud şairin adı ilə deyil, qəhrəmanların adı ilə
bağlı olmuşdur” (6, 6).
Lakin bununla yanaşı, XX əsrdə yaranan bir sıra məhəbbət dastanlarımız-
da müəllif həm də əsərin qəhrəmanı kimi çıxış edir. Bunlardan “Şəmşir və Sənu-
bər”, “Bəhmən və Humay”, “Tarlaçı qız”, “Soltan və Qəndab” və s. kimi yeni
dastanları misal göstərmək olar. Ümumiyyətlə, XX əsr Azərbaycan məhəbbət
dastanlarını iki qrupa ayırmaq mümkündür: 1) mövzusunu Şərqin qədim
hikmətamiz əfsanə, hekayə və rəvayətlərindən götürmüş dastanlar; 2) Sovet
Dostları ilə paylaş: |