Dədə Qorqud ● 2015/I 110
bəzi əhəmiyyətli, vacib məsələləri əks olunmuşdur. Hikmətamiz fikirlər və mü-
lahizələr bütün hekayələrin əsasında durur. Hər əhvalatda müəyyən nəticə çıxa-
rılır (3, 3-6).
Azərbaycan şifahi və yazılı ədəbiyyatında heyvanlar haqqında nağıllar və
təmsillərin yeri və rolu müəyyənləşdirilmiş, elmi mənzərəsi yaradılmışdır. Hey-
vanlar aləmindən bəhs edən nağıllarda və təmsillərdə süjet sadə olur. İştirakçı-
ların sayı yaxşı tanış olan heyvan və quşları əhatə edir. Bir sıra süjetlər əşya və
hadisələrin sadalanması üzərində qurulur, heyvan, əşya və insanlar bir-biri ilə
asılılıqda güstərilir.
Diqqət yetirsək görərik ki, heyvanlar haqqında nağılların və təmsillərin
üzərində sanki zamanın möhürü var. Belə ki, burada ayrı-ayrı heyvanlar, bitkilər
və digər canlılar insan kimi şəxsiyyətləndirilib danışdırılır və onların timsalında
cəmiyyətdə olan yaramaz insanların eyibləri müxtəlif hərəkət və danışıqlar vasi-
təsilə özünü göstərir. Məsələn, “Dost dosta tən gərək” nağılı bunun bariz nümu-
nəsidir. Bu nağılda da nümunəvi dostluğun təsviri mümkün deyil. Ona görə ki,
bu dostluq əxlaqi normalara yox, “heyvani sərbəstliyə” əsaslanır. Bu sərbəstlik
imkan verir ki, yeməyi ələ keçirmək ehtirası başlıca çıxış nöqtəsi kimi özünü
göstərsin, kim güclüdürsə yeməyi ələ keçirsin, kim hiyləgərdirsə, ölümdən yaxa-
sını qurtarsın, kim gücsüz və axmaqdırsa dərisi boğazından çıxarılsın. Bu cür
heyvani sərbəstlikdə didaktika axtarmaq yerinə düşmür. Bizcə nağılın adı sadəcə
olaraq “Dostlar” olmalı idi. Belə bir başlıq nağıldakı “heyvani sərbəstlik” məz-
mununu inkar yox, təsdiq edərdi. “Dost dosta tən gərək” nağıl yox, didaktik alle-
qoriya üçün daha münasibdir (4, 43).
Heyvanlar və quşlar da nağıllarda düşünür və danışır. Təbiətin canlandırıl-
ması isə animist dünyagörüşündən irəli gəlir. Poetik şərtilik daşıyan bu xüsusiy-
yətə təmsillərdə də təsadüf olunur. Deməli, nə personajlar, heyvanlar, nə də on-
ların düşünmək və danışmaq qabiliyyəti təkcə heyvanlar haqqındakı nağıllarda
təsadüf olunmur. Bir cəhəti də göstərmək lazımdır ki, heyvanlar aləmindən bəhs
edən nağıllarda və təmsillərdə hadisələr əsasən sadə şəkildə inkişaf edir, bəzən
nikbin, bəzən də əksinə sona yetir. Sehrli nağıllarda isə hadisələr möcüzəli yolla
həll edilir, həm də xeyirin qələbəsilə sona yetir. Bu, sehrli nağıl poetikasının
əsas xüsusiyyətlərindən biridir. Ancaq sehrli nağıllara diqqət yetirsək görərik ki,
onlarda heyvanlar əsas iştirakçı olmayıb köməkçi funksiyasını yerinə yetirir.
Heyvanlar aləmindən bəhs edən nağıllarda və təmsillərdə isə müxtəlif heyvan və
quşlar iştirakçı olur, onların hərəkət və münasibətləri süjetin əsasında durur.
Eləcə də heyvanlar haqqında nağıl və təmsillərdə bütün heyvanlar və quşlar hər
biri fərdi səciyyə daşıyır, hərəkət tərzlərinə, xarici görünüşlərinə görə qiymət-
ləndirilirlər. Belə ki, tülkü həmişə hiyləgər, xoruz lovğa, it sədaqətli verilir və s.
Heyvanlar haqqında nağıllarla təmsillər bir-birini tamamlayıcı mahiyyətdədir.
Ona görə də heyvanlar haqqında nağıl və təmsillər özünəməxsus süjet tərkibi,
obrazlar sistemi, ənənəvi formul və üsulları, bədii təsvir vasitələri ilə seçilir.
Dədə Qorqud ● 2015/I 111
Məhz bunlar heyvanlar haqqında olan nağılları və təmsilləri digər epik janrlar-
dan fərqləndirməyə imkan yaradır və onların folklor araşdırmalarındakı əsas el-
mi istiqamət və prinsiplərini müəyyənləşdirməyə, səciyyəvi xüsusiyyətlərini aş-
kara çıxartmağa imkan yaradır. Qeyd etdiyimiz kimi, ayrı-ayrı şair və yazıçı-
larımız tərəfindən təmsillər nəzmə çəkilərək, yenidən işlənmiş və bunlara onla-
rın subyektiv mülahizələri əlavə edilmişdir.
Prof. S.Pirsultanlı qeyd edir ki, təmsilin tarixi obrazlı sözün tarixi qədər
qədimdir. Təmsil həm Şərq, həm də Qərb ədəbiyyatında, həm şifahi, həm də ya-
zılı bədii nümunələrdə, həm ən qədim dövrlərdə, həm də bizim günlərdə möv-
cud olan ciddi, kəskin, fəal və böyük ictimai-əxlaqi təsirə malik ədəbi formadır.
Bir ədəbi forma, bir janr kimi təmsilin müəyyənləşmiş poetikası, üslubu, tələb-
ləri, normaları, spesifik tematikası, üslubu və surətlər aləmi, dünyaca məşhur
nümayəndələri var. Təmsil janrının ayrıca bir ədəbi janr kimi formalaşıb, xüsusi
mövqe qazanmasında şifahi təmsil təcrübəsi, yazılı ədəbiyyatla müştərək əlaqə
nəticəsində təmsil janrı güclü bir dünyəvi ədəbi forma kimi kamala çatmışdır.
Təmsil janr olaraq bir zərurət kimi meydana gəlmişdir. Təmsillər yurdumuzun
hər yerində yox, daha çox Ucar və Kürdəmirin Şilyan kəndində və başqa
bölgələrdə yayılmışdır (5, 28).
Təmsillərdə mənəvi-etik problemlərə həsr edilmiş bir sıra nümunələrdə
maraqlı cəhətlətdən biri də budur ki, bu nümunələrin müəllifləri müxtəlif olub,
müxtəlif maraq dairəsinə, müxtəlif yazı materialına, yaradıcılıq imkanlarına və
digər xüsusiyyətlərə malikdir. Onu da qeyd edək ki, mənəviyyat problemi, mə-
nəvi-əxlaqi axtarışlar mövzusu şifahi və yazılı ədəbiyyatın əzəli və əbədi prob-
lemi və mövzusudur. Odur ki, olduqca geniş bir sahədir. Bu genişlik müasir ədə-
bi prosesin hərəkət və irəliləyişində də aydın görünür. Təmsillərdə nakəslər əq-
rəb, ilan, qurbağa, tikan cildində də tənqid atəşinə tutulur. Onu da qeyd edək ki,
bu heyvanlar Azərbaycan təmsili üçün yeni deyil, sadəcə onlar yeni cəhətləri ilə
çıxış edir və bu heyvan surətlərinin arxasında insanların hərəkətləri, münasibət-
ləri durur. Təmsillərin hamısı real həyatla bağlı olub, yaşadığımız illərin hadi-
sələri ilə səsləşir, insanların ilk baxışda gözə görünməyən mənfi xislətlərini açıb
göstərə bilir. Ümimiyyətlə, təmsillərdə millətin ruhu və o ruhun incə meyl və
hərəkətləri təsvir edilir. Cəmiyyətin sağlamlığı və ya ondakı əyintilər, adamların
yaşadığı mənəvi mühitin müsbət və ya mənfi, kamil və ya naqis cəhətləri bu və
ya digər dərəcədə təmsillərdə əks olunur. Varlığın, gerçəkliyin, mənəvi mühitin
təmsillərdə izi, əlaməti olduğu kimi, onların da həmçinin varlığa, gerçəkliyə,
mənəvi mühitə də təsiri olur.
Quşlarla, ilanlarla əlaqədar elə əfsanələr də var ki, mahiyyətində təmsil
dayanır. Prof. S.Pirsultanlının 1985-ci ildə çap etdirdiyi “Azərbaycan xalq
əfsanələri” kitabında verilmiş “İlan məhəbbəti” və “Qu quşu” əfsanələri daha
çox təmsillərlə bağlıdır. Bu tədqiqat bir məsələni də üzə çıxarır. Quşlarla,
ilanlarla və başqa canlılarla bağlı olan əfsanələrin təmsillərlə bağlılığı çox ma-
Dostları ilə paylaş: |