Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə39/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   35   36   37   38   39   40   41   42   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
124
bu istiqamətdə investisiya-kapital qoyluşlarının artırmasında əhə-
miyyətli rol oynamaqla, fond bazarının ticarət dövriyyəsinin art-
masına, səhm bazarının kifayət qədər kapitallaşmasına müsbət tə-
sir göstərər.
Beynəlxalq təcürbə fond bazarında satışa çıxarılan qiymətli ka-
ğızların, səhmlərin bazar qiymətini müəyyən edən müxtəlif indeks-
lərdən istifadəni zəruriləşdirir. Azərbaycan bazarında belə
qiymətləndirici indekslərdən, səhmlərin bazar qiymətini daha ay-
dın müəyyən edən vasitələrdən istifadə yubanmaqdadır. Belə in-
dekslər ölkə iqtisadiyyatının inkişafının başlıca qiymətləndirici
göstəricisinə çevrilməklə, əsasən də təkrar səhm bazarının inkişa-
fında önəmli rol oynaya bilər. Qiymətli kağızların dövriyyəsinin
artırılmasında, bu sahədə şəffafığın yüksəldilməsində qiymətləndi-
rici indekslərin tətbiqinin zəruriliyi nəzərə alınmalı, onun isti-
fadəsini təmin edəcək texniki-iqtisadi metodoloji sənədlərin hazır-
lanması məsələsi də xüsusi diqqət mərkəzində saxlanılmalıdır.
Ümumilikdə, bazarın müəyyən dərinliyinə nail olmaqla, indeks-
lərin tətbiqinə nail olmaq daha məqsədəuyğundur. Belə ki, bazarın
təkmilləşdirilməsi, aparalan əməliyyatların çeşidinin və key-
fiyyətinin yüksəldilməsi bu dərinliyin təmin edilməsində xüsusi
əhəmiyyət kəsb edər.
Bazarın inkişafı, burada iştirakçıların və investorların fəallığının
yüksəldilməsi, onların qarşılıqlı maraqların qorunması məsuliyyət-
lik-inam səviyyəsinin gücləndirilməsi kimi məsələlərlə sıx bağlı-
dır. Bununla bağlı həmçinin informasiya şəffaflığının artırılması
da zəruri məsələlərdən hesab olunur. Sahə üzrə hüquqi-normativ
bazanın məhz bu baxımından təkmilləşdirilməsinə ehtiyac art-
maqdadır. Müvafiq hüquqi-normativ bazanın təkmilləşdirilməsi və
informasiya sisteminin gücləndirilməsi ilə bağlı aşağıdakı amillərə
diqqətin artırılması məqsədəuyğundur:
v İnformasiyanın açılması üçün zəruri olan tələblər sisteminin
səmərəliliyinin artırılması;
v Müəssisələrin informasiya şəffaflığının səviyyəsinin yüksəl-
dilməsi;


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
125
v İnformasiyanın açılması sisteminin səmərəliliyinin artırılması;
v İnformasiyanın açılmasının hüquqi mühitini müəyyən edən
qanunvericiliyin təkmilləşdirilməsi, informasiyanın açılması üzrə
tələblərin yerinə yetirilməsi üzrə yoxlama və nəzarət mexanizm-
lərinin gücləndirilməsi, belə tələblərin pozulmasına görə məsu-
liyyətin artırılması;
v Emitentlərin məsuliyyətinin artırılması.
Fond bazarının inkişafı baxımından yeni alət kimi bələdiyyələrin
qiymətli kağızlarının buraxılmasına ehtiyac vardır. Bu qurumlar ge-
niş  əhali kütləsi üçün borc qiymətli kağızları buraxa, cəlb olunmuş
vəsaitləri bələdiyyə proqramlarının reallaşmasında istifadə edə
bilərlər. Hazırda regionlarda sosial-iqtisadi inkişafa nail olmağın ən
vacib amillərindən biri kimi yeni maliyyələşmə aləti olan bələdiyyə
qiymətli kağızlarının buraxılması da hesab oluna bilər.
Azərbaycanın fond bazarında xarici investorların fəaliyyətinin
təşkili ölkə iqtisadiyyatının inkişaf etdirilməsində vacib amillərdən
biridir. Azərbaycan fond bazarı xarici investorlar və beynəlxalq
qurumlar üçün cəlbedicidir. Onlar kapital yatırılması imkanları
baxımından Azərbaycan bazarını kifayət qədər perspektivli bazar
hesab edirlər ki, bu da ölkədə  əlverişli investisiya mühiti ilə
əlaqədardır. Həmçinin, bazarın fəaliyyətinin genişləndirilməsi ilə
bağlı investorların maarifləndirilməsinə, investisiya və korporativ
idarəetmə mədəniyyətinin yüksəldilməsinə və bu istiqamətdə xü-
susi proqramların işlənib hazırlanmasına və həyata keçirilməsinə
də ehtiyac vardır.
Ölkədə iri və orta müəssisələr əsasən əvvəl dövlətə məxsus və
blok halında özəlləşdirilən və səhmdar cəmiyyətinə çevirilən
müəssisələrdir. Bu müəssisələrin səhmdarlarının təkrar bazarın in-
kişafında necə maraqlı olacaqlarını araşdırmaq zəruridir. Həmçi-
nin, kiçik və orta müəssisələr fond bazarından maliyyə vəsaiti əldə
etmək məqsədilə istifadə edə bilərlər, lakin bu zaman yeni
səhmdarların da məqsədi mühümdür. Onlarda təkrar bazarın, xüsu-
silə də səhm bazarının inkişafında maraqlı olmasalar demək ki,
birja yenə əvvəlki bazar kimi fəaliyyət göstərəcəkdir.


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
126
Fond bazarının inkişafı ilə bağlı onun institusional, infrasturktur
sistemin təkmilləşdirilməsinə, beynəlxalq bazarlarla daha geniş ti-
carət əlaqələri yaratmaq potnsialının artırılmasına da diqqət artırıl-
malıdır. Həmçinin, bazarda maliyyə vasitəçiliyi fəaliyyətinin artı-
rılması, korporativ idarəetmə mexanizminin genişləndirilməsi, işti-
rakçıların peşəkar hazırlığın yüksəldilməsi məslələri də sistemli şək-
lidə həll edilməlidir.
Ölkənin fond bazarının inkişafı ilə bağlı mühüm rol oynayan
yerli müəssisə və təsərrüfat subyektlərinin fəallığı amili də öz
həllini tapmalıdır. Mövcud amil müəssisə və təsərrüfatların maddi-
texniki bazasının gücləndirilməsi, maliyyə-təsərrüfat fəaliyyətinin
genişləndirilməsi, rəqabətqabiliyyətli məhsul istehsalına yönümlü-
lüyün artırılması kimi mühüm istiqamətlərlə sıx bağlıdır. Bu baxım-
dan yerli müəssisə və təsərrüfatların idarəetmə sisteminin təkmilləş-
dirilməsi, onlar üzrə daha səmərəli dəstək mexanizminin müəyyən-
ləşdirilməsi, bu sahədə metodoloji-standart bazasının beynəlxalq
tələblər baxımından təkmilləşdirilməsi kimi kompleks tədbirlərin
həyata keçmə prosesi sürətləndirilməlidir.
4.6. Azərbaycan Respublikasında fond bazarının inkişaf
problemləri
Müasir fond bazarının əsas vəzifələri ilə yanaşı - vasitəçi və
qiymətyaratma, həmçinin ictimai istehsal tənzimləyicisinə xidmət
göstərmək, istehsalçılara ictimai tələblər haqqında informasiya təq-
dim etmək, iqtisadiyyatın bir sektorundakı ehtiyatların digərlərinə
və ayrı-ayrı sektorların daxilində  əridilməsinə kömək göstərmək
kimi digər vəzifələrini də qeyd etmək xüsusi zərurətdən irəli gəlir.
Ölkənin fond bazarının (Bakı Fond Birjası) fəaliyyətə başladığı
vaxtdan hal-hazıradək keçdiyi yol qısa olmayıb. Bu gün bu bazar
bütün qiymətli kağızlar bazarının (QKB) infrastrukturunun əsası-
dır. Buna baxmayaraq, QKB-nin inkişafındakı çatışmazlıqlar, həm
də birjanın vəziyyətindən xəbər verir. Beləliklə, mövcud ölkə ba-


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə