Azərbaycan Ģairləri Osmanlı təzkirələrində
82
Mövlana Tərzi haqqında:
Buy-i Ģeir ilə gər səba gahi,
Mülk-i mənaya etsə gər rahi.
Edə xak-i məzar-i Xaqani,
Lalədən ərz-i dağ-i heyrani
198
.
MəliküĢ-Ģüəra-yi Rum Həzrət-i Ġsməti Əfəndi haqqında:
ġeirinün sinə-çak ü heyrani,
Ruh-i Ürfi, rəvan-i Xaqani
199
.
Güfti aĢağıdakı beytində özünü Xaqaniyə bənzədir:
Mənəm ol mülk-i nəzmə Xaqani,
Nəzm-i Ürfi zəmin-i nisyani
200
.
Nizami Gəncəvi və Osmanlı ədəbiyyatı
Osmanlı təzkirələri üzərində apardığımız araĢdırmalar dahi
Azərbaycan Ģairi Nizami Gəncəvinin poeziyasının Osmanlı ədə-
biyyatının formalaĢmasına və inkiĢafına böyük təsir göstərdiyini
ortaya çıxardı. Bir çox Osmanlı Ģairləri Nizami yaradıcılığının
vurğunu olmuĢ, onun əsərlərini tərcümə etmiĢ, onun təsiri ilə Ģeir-
lər yazmıĢ, öz Ģeirlərində onu ehtiramla yad etmiĢlər.
Prof. N.Araslı özünün «Nizami və türk ədəbiyyatı» adlı san-
ballı araĢdırmasında Nizami yaradıcılığının türk bədii ədəbiyya-
tına təsirini, onun türk tərcümə ədəbiyyatı və ilk məsnəvilərin ya-
ranmasındakı rolunu öyrənmiĢdir.
Biz isə burada Nizami Ģeirinin Osmanlı ədəbiyyatına təsirini
təzkirələrin məlumatları əsasında Ģərh etməyə çalıĢacağıq.
198
Йеня орада. с.165.
199
Йеня орада. с. 173.
200
Йеня орада. с. 88.
Azərbaycan Ģairləri Osmanlı təzkirələrində
83
Türk ədəbiyyatında Nizamidən edilmiĢ ən yaxĢı tərcümə
əsəri kimi ġeyxinin «Xosrov və ġirin» poemasını göstərə bilərik.
ġeyxinin tərcüməsi öz poetik dəyəri ilə xüsusilə seçilməkdədir
201
.
XV əsr Ģairi Kütahyalı Mövlana Yusif ġeyxi «Xosrov və ġirin»
əsərini yazmıĢdır. O, bunu Sultan Murada təqdim etmiĢ, lakin bə-
ziləri bunun Nizamidən tərcümə olduğunu bildirib, onu sultanın
xidmətindən kənar etmiĢdilər
202
. ġeyxi «Xosrov və ġirin» yazmıĢ-
dır və bu əsər böyük Ģöhrət qazanmıĢdır
203
. Bu əsər onun qardaĢı
oğlu Mövlana ġeyxoğlu Mustafa tərəfindən tamamlanmıĢdır:
«Mövlana ġeyxinin vəfatından sonra «Xosrov və ġirin»i tamamla-
yaraq təmizə ġeyxoğlu Mustafa çıxarmıĢdır. ġeyxinin sözlərindən
onun yazdıqları heç fərq olunmaz. Gerçəkdən, qayət gözəl yazmıĢ-
dır»
204
. Qınalızadə və Bəyaniyə görə ġeyxi «Xosrov və ġirin»
nəzm etmiĢdir
205
. F.e.d. N.Araslı ġeyxinin «tərcüməsində Nizami
ideyalarını olduğu kimi saxlamaqla bərabər, Nizami Ģeirinin dərin
məna və gözəlliyini də qorumağa çalıĢmıĢ, öz tərcüməsini Nizami
səviyyəsinə qaldıra bilməsə də, dahi Ģairin ölməz sənətini türk
oxucusuna yaxĢı çatdıra bilən qüvvətli tərcümə əsəri yaratdığını»
yazır
206
.
Osmanlı ədəbiyyatının sütunlarından sayılan XV əsr Ģairi
Ədirnəli (baĢqa bir məlumata görə, Bursalı) Əhməd paĢa (ö. 902 /
1497) «Leyli və Məcnun» məsnəvisini yazmıĢdır. Səhi bəyin yaz-
dığına görə, bu məsnəvinin nəzmi düzülmüĢ inci kimi idi, lakin
«qeyb olmuĢdur (yəni itmiĢdir) və əldə mövcud deyildir»
207
.
Səhi bəy təzkirəsində Tütünsüz ləqəbi ilə məĢhur olan, Ģeirdə
Rizvan təxəllüsündən istifadə edən və öz dövrünün savadlı və
201
Араслы Н. Низами вя Тцрк ядябиййаты. Бакы: Елм, 1980, с. 21.
202
Латифи Тезкиретцш-шуара. с. 339-340, 342-343; Сещи Бей. Тезкире «Щешт-
бищишт». с. 106-109.
203
Кылыч Ф. Мешаирцш-шуара. с. 819-820.
204
Сещи Бей. Тезкире «Щешт-бищишт». с. 113.
205
Ейдуран А. Кыналызаде Щасан Челеби. Тезкиретцш-шуара. с. 642; Бейани
Мустафа бин Ъаруллащ Тезкиретцш-шуара. с. 52.
206
Араслы Н. Низами вя Тцрк ядябиййаты. с. 29.
207
Сещи Бей. Тезкире «Щешт-бищишт». с. 56.
Azərbaycan Ģairləri Osmanlı təzkirələrində
84
görkəmli dövlət adamlarından olan Əhməd bəyin, Nizaminin
«Xəmsə»sini türkcə tərcümə etdiyini yazır
208
.
ġeyx AğĢəmsəddinin kiçik oğlu Mövlana Həmdi Çələbi
(ö.909/1503-04 və ya 914/1508-09) «Leyli və Məcnun» nəzm et-
miĢdi
209
. Lətifiyə görə, ġeyxzadə Mövlana Həmdi Çələbi, Nizami-
nin «Xəmsə»sinə türkcə cavab yazmıĢ və zəmanədən Ģikayətləndi-
yi bir Ģeirində Nizamini xatırlayaraq, artıq Ģairlərə layiqli qiymət
verilmədiyinə diqqət çəkmiĢdir:
Nizami Ģimdi etsə «Pənc-gənc»in,
Kiməsnə bir pula almazdı pəncin
210
.
XV əsr Osmanlı Ģairi Bursalı Ülvi, Nizami Gəncəvi «Xəm-
sə»sindən bəzi parçaları türk dilinə tərcümə etmiĢdi:
Gətür saqi Ģərab-i ergüvanı,
Cavan eylər o pir-i natüvanı.
Ki pir oldum bəni bir naya döndür,
Rux-i zərdüm gül-i həmraya döndür.
ġəfa bulur əgər nuĢ etsə xəstə,
Səfa bulur içərsə dil-i Ģikəstə.
O, həmçinin türkcə «Həft peykər» («Yeddi gözəl») məsnəvi-
si yazmıĢdır
211
. Bəyaniyə görə, o, bunu Nizamidən tərcümə etmiĢ-
dir
212
.
Fəğani Qaramani (öl. 938 / 1531-32) də «Ġskəndərnaməyi
ġahnamə bəhrində Xəmse-yi Nizamidən lətif ü tər tərcümə etmiĢ-
208
Йеня орада, с. 83.
209
Сещи Бей. Тезкире «Щешт-бищишт». с. 103; Бейани Мустафа бин Ъаруллащ
Тезкиретцш-шуара. с. 38.
210
Латифи Тезкиретцш-шуара. с. 236.
211
Йеня орада, с. 399.
212
Бейани Мустафа бин Ъаруллащ Тезкиретцш-шуара. с. 60.
Dostları ilə paylaş: |