Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   21   22   23   24   25   26   27   28   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
82 
 
 
Mövlana Tərzi haqqında: 
 
Buy-i Ģeir ilə gər səba gahi, 
Mülk-i mənaya etsə gər rahi. 
Edə xak-i məzar-i Xaqani, 
Lalədən ərz-i dağ-i heyrani
198

 
MəliküĢ-Ģüəra-yi Rum Həzrət-i Ġsməti Əfəndi haqqında: 
 
ġeirinün sinə-çak ü heyrani, 
Ruh-i Ürfi, rəvan-i Xaqani
199

 
Güfti aĢağıdakı beytində özünü Xaqaniyə bənzədir: 
 
Mənəm ol mülk-i nəzmə Xaqani, 
Nəzm-i Ürfi zəmin-i nisyani
200

 
Nizami Gəncəvi və Osmanlı ədəbiyyatı  
Osmanlı  təzkirələri  üzərində  apardığımız  araĢdırmalar  dahi 
Azərbaycan  Ģairi  Nizami  Gəncəvinin  poeziyasının  Osmanlı  ədə-
biyyatının  formalaĢmasına  və  inkiĢafına  böyük  təsir  göstərdiyini 
ortaya  çıxardı.  Bir  çox  Osmanlı  Ģairləri  Nizami  yaradıcılığının 
vurğunu olmuĢ, onun əsərlərini tərcümə etmiĢ, onun təsiri ilə Ģeir-
lər yazmıĢ, öz Ģeirlərində onu ehtiramla yad etmiĢlər.  
Prof. N.Araslı özünün «Nizami və türk ədəbiyyatı» adlı san-
ballı  araĢdırmasında  Nizami  yaradıcılığının  türk  bədii  ədəbiyya-
tına təsirini, onun türk tərcümə ədəbiyyatı və ilk məsnəvilərin ya-
ranmasındakı rolunu öyrənmiĢdir. 
Biz isə burada Nizami Ģeirinin Osmanlı ədəbiyyatına təsirini 
təzkirələrin məlumatları əsasında Ģərh etməyə çalıĢacağıq. 
                                                 
198
 Йеня орада. с.165. 
199
 Йеня орада. с. 173. 
200
 Йеня орада. с. 88. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
83 
Türk  ədəbiyyatında  Nizamidən  edilmiĢ  ən  yaxĢı  tərcümə 
əsəri kimi ġeyxinin  «Xosrov və ġirin» poemasını göstərə bilərik. 
ġeyxinin tərcüməsi öz poetik dəyəri ilə xüsusilə seçilməkdədir
201

XV  əsr  Ģairi  Kütahyalı  Mövlana  Yusif  ġeyxi  «Xosrov  və  ġirin» 
əsərini yazmıĢdır. O, bunu Sultan Murada təqdim etmiĢ, lakin bə-
ziləri  bunun  Nizamidən  tərcümə  olduğunu  bildirib,  onu  sultanın 
xidmətindən kənar etmiĢdilər
202
. ġeyxi «Xosrov və ġirin» yazmıĢ-
dır və bu əsər böyük Ģöhrət qazanmıĢdır
203
.  Bu  əsər  onun  qardaĢı 
oğlu  Mövlana  ġeyxoğlu  Mustafa  tərəfindən  tamamlanmıĢdır: 
«Mövlana ġeyxinin vəfatından sonra «Xosrov və ġirin»i tamamla-
yaraq təmizə ġeyxoğlu Mustafa çıxarmıĢdır. ġeyxinin sözlərindən 
onun yazdıqları heç fərq olunmaz. Gerçəkdən, qayət gözəl yazmıĢ-
dır»
204
.  Qınalızadə  və  Bəyaniyə  görə  ġeyxi  «Xosrov  və  ġirin» 
nəzm  etmiĢdir
205
.  F.e.d.  N.Araslı  ġeyxinin  «tərcüməsində  Nizami 
ideyalarını olduğu kimi saxlamaqla bərabər, Nizami Ģeirinin dərin 
məna və gözəlliyini də qorumağa çalıĢmıĢ, öz tərcüməsini Nizami 
səviyyəsinə  qaldıra  bilməsə  də,  dahi  Ģairin  ölməz  sənətini  türk 
oxucusuna  yaxĢı  çatdıra  bilən  qüvvətli  tərcümə  əsəri  yaratdığını» 
yazır
206

Osmanlı  ədəbiyyatının  sütunlarından  sayılan  XV  əsr  Ģairi 
Ədirnəli (baĢqa bir məlumata görə, Bursalı) Əhməd paĢa (ö. 902 / 
1497) «Leyli və Məcnun» məsnəvisini yazmıĢdır. Səhi bəyin yaz-
dığına  görə,  bu  məsnəvinin  nəzmi  düzülmüĢ  inci  kimi  idi,  lakin 
«qeyb olmuĢdur (yəni itmiĢdir) və əldə mövcud deyildir»
207
.  
Səhi bəy təzkirəsində Tütünsüz ləqəbi ilə məĢhur olan, Ģeirdə 
Rizvan  təxəllüsündən  istifadə  edən  və  öz  dövrünün  savadlı  və 
                                                 
201
 Араслы Н. Низами вя Тцрк ядябиййаты. Бакы: Елм, 1980, с. 21. 
202
  Латифи  Тезкиретцш-шуара.  с.  339-340,  342-343;  Сещи  Бей.  Тезкире  «Щешт-
бищишт». с. 106-109. 
203
 Кылыч Ф. Мешаирцш-шуара. с. 819-820. 
204
 Сещи Бей. Тезкире «Щешт-бищишт». с. 113.   
205
  Ейдуран  А.  Кыналызаде  Щасан  Челеби.  Тезкиретцш-шуара.  с.  642;  Бейани 
Мустафа бин Ъаруллащ Тезкиретцш-шуара. с. 52. 
206
 Араслы Н. Низами вя Тцрк ядябиййаты. с. 29. 
207
 Сещи Бей. Тезкире «Щешт-бищишт». с. 56. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
84 
görkəmli  dövlət  adamlarından  olan  Əhməd  bəyin,  Nizaminin 
«Xəmsə»sini türkcə tərcümə etdiyini yazır
208
.  
ġeyx  AğĢəmsəddinin  kiçik  oğlu  Mövlana  Həmdi  Çələbi 
(ö.909/1503-04  və  ya  914/1508-09)  «Leyli və  Məcnun»  nəzm et-
miĢdi
209
. Lətifiyə görə, ġeyxzadə Mövlana Həmdi Çələbi, Nizami-
nin «Xəmsə»sinə türkcə cavab yazmıĢ və zəmanədən Ģikayətləndi-
yi  bir  Ģeirində  Nizamini  xatırlayaraq,  artıq  Ģairlərə  layiqli  qiymət 
verilmədiyinə diqqət çəkmiĢdir: 
 
Nizami Ģimdi etsə «Pənc-gənc»in, 
Kiməsnə bir pula almazdı pəncin
210

 
XV  əsr  Osmanlı  Ģairi  Bursalı  Ülvi,  Nizami  Gəncəvi  «Xəm-
sə»sindən bəzi parçaları türk dilinə tərcümə etmiĢdi: 
 
Gətür saqi Ģərab-i ergüvanı, 
Cavan eylər o pir-i natüvanı. 
 
Ki pir oldum bəni bir naya döndür, 
Rux-i zərdüm gül-i həmraya döndür. 
 
ġəfa bulur əgər nuĢ etsə xəstə, 
Səfa bulur içərsə dil-i Ģikəstə. 
 
O, həmçinin türkcə «Həft peykər» («Yeddi gözəl») məsnəvi-
si yazmıĢdır
211
. Bəyaniyə görə, o, bunu Nizamidən tərcümə etmiĢ-
dir
212
.  
Fəğani  Qaramani  (öl.  938  /  1531-32)  də  «Ġskəndərnaməyi 
ġahnamə bəhrində Xəmse-yi Nizamidən lətif ü tər tərcümə etmiĢ-
                                                 
208
 Йеня орада, с. 83. 
209
  Сещи  Бей.  Тезкире  «Щешт-бищишт».  с.  103;  Бейани  Мустафа  бин  Ъаруллащ 
Тезкиретцш-шуара. с. 38. 
210
 Латифи Тезкиретцш-шуара. с. 236. 
211
 Йеня орада, с. 399. 
212
 Бейани Мустафа бин Ъаруллащ Тезкиретцш-шуара. с. 60. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə