Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   19   20   21   22   23   24   25   26   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
76 
baycana gəlib, ġah Ġsmayılın məclislərində iĢtirak edir və buradan 
qayıtdıqda DərviĢ Səfini də özü ilə Osmanlı ölkəsinə aparır. 
 
3.2. Azərbaycanlıların Osmanlı mədəniyyətinə töhfəsi 
 
Türkiyəyə  köçmüĢ  Azərbaycan  Ģairləri  Osmanlı  dövlətinin 
mədəni  həyatında mühüm rol oynamıĢ,  müxtəlif elm və  sənət  sa-
hələrində bacarıqlarını nümayiĢ etdirmiĢlər. Osmanlı sultanları bu 
Ģəxslərə himayə göstərmiĢlər. Səhinin yazdığına görə, II Məhəm-
məd «Əcəmdən mərifətli kimsələri aratır, buldurur və qorur, gözə-
tirdi»
171
. Həmdi Çələbi Azərbaycan alimi ġeyx Məhəmməd Sührə-
vərdinin nəslindən idi və AğĢəmsəddinin oğlu idi
172

Vaxtı  ikən  Ağqoyunlu  Sultan  Yaqubun  sarayında  çalıĢmıĢ 
musiqiçi Ustad Zeynalabidin Əcəmdən Ruma gedib, ġahzadə Qor-
qudun xidmətinə daxil olmuĢdu
173
.  
Azərbaycanlı  Səbati  «Kimya-yi  səadət»i  Sultan  Süleyman 
üçün tərcümə etmiĢdi.  
Azərbaycanlı Ģair Arifinin atası DərviĢ Çələbi Səfəvi xidmə-
tində  olmuĢ,  ġirvan  valisi  olan  Səfəvi  Ģahzadəsi  Əlqas  mirzənin 
niĢançısı vəzifəsində çalıĢmıĢdı və onunla birlikdə Ruma gəlmiĢdi. 
O, maarifli bir adam olub, divani xətti ilə yarlıq (fərman) yazmaq-
da mahir bir Ģəxs idi
174
. Arifinin özü Ģairliklə bərabər, həm də ta-
rixçi  olmuĢ,  nəzmlə  Osmanlı  tarixinə  dair  əsərlər  yazmıĢdır.  O, 
Sultan  Süleymanın  sifariĢi  ilə  Osmanlı  dövlətinin  baĢlanğıcından 
etibarən «Təvarix-i Al-i Osman» adlı 60 min beytlik bir əsər yaz-
mıĢ,  həmçinin  Süleyman  paĢanın  Hindistana  səyahətindən  bəhs 
edən 2 min  beytlik  poema  qələmə  almıĢdır
175
.  O,  nəqqaĢlıq sahə-
sində  də  usta  bir  Ģəxs  idi.  Maraqlıdır  ki,  Osmanlı  sarayında  nəq-
qaĢbaĢı vəzifəsini tutan digər bir azərbaycanlı – Təbrizli ġahqulu 
                                                 
171
 Сещи Бей. Тезкире «Щешт-бищишт». с. 44. 
172
 Кылыч Ф. Мешаирцш-шуара. с. 314. 
173
 Ейдуран А. Кыналызаде Щасан Челеби. Тезкиретцш-шуара. с. 108-109. 
174
 Бах: Арифи 
175
 Кылыч Ф. Мешаирцш-шуара. с. 558. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
77 
Pənahi onu qısqanmıĢdır
176
. Qanuni Süleymanın nəqqaĢbaĢısı ġah-
qulunun məharətini AĢiq Çələbi xeyli tərifləyir və onun istedadını 
Mani və Behzaddan üstün tutur.   
Mir  Barmaqsız  ləqəbli  Mir  Hüseyn  Qəribi  Ģair  olmaqla  ya-
naĢı, həm də din alimi və təliqnevis idi.   
Bəhayi  Ģairliklə  yanaĢı,  həm  də  mahir  xəttat  olmuĢdur.  O, 
xəttatlığı  Türkiyəyə  köçməzdən  öncə,  hələ  Təbrizdə  olarkən  mə-
nimsəmiĢ və təliq, nəstəliq, Ģikəstə və nəsx-i ərəbi xətlərində gözəl 
yazmağı öyrənmiĢdi. O, həm də musiqiĢnas idi və muğamatı yaxĢı 
bilirdi
177
.  
AĢiq  Çələbi,  Bərdəli  Hafizin  ġərəfəddin  Əli  Yəzdinin  «Zə-
fərnamə»sini türkcə tərcümə etdiyini yazır. 
Əcəm əsilli Ģair BəĢarət ġəmsi Ədirnədə yaĢayırdı və müəm-
ma  deməkdə  mahir  idi.  AĢiq  Çələbi  və  Qınalızadə  təzkirəsində 
onun Əmri ilə münasibətlərindən söz açılır
178

Qarabağlı Ġshaq Əfəndinin «məĢhuri-afaq» olduğu qeyd edil-
miĢdir.  Onun  nəslindən  olan  Kamil  Ġshaqzadə  Ģahmat  və 
xəttatlıqda mahir idi
 179
.  
Qarabağizadə  Ġbrahim  Əfəndi  1180-ci  ilin  Ģəvval  (1767-ci 
ilin mart) ayına qədər Sekban Əli mədrəsəsində vaiz olmuĢ, daha 
sonra onu Mehmed Samih əvəz etmiĢdir
180
.  
Fatin, ġeyx Siracəddin ġirvaninin məĢhur NəqĢbəndi Ģeyxlə-
rindən oluduğunu bildirir. 
Türkiyəyə  köçmüĢ  bir  çox  azərbaycanlı  Ģairlərin 
yaradıcılığında doğma dilin təsiri duyulurdu. Mahmud Kamal Ġnal, 
Rəmzi  Babadan  bəhs  edərkən  onun  «Azərbaycan  Ģivəsində» 
yazdığını  və  Türkiyədə  bu  Ģivəyə  «tutqun  (vurğun)  olanların» 
olduğunu qeyd edir. 
                                                 
176
 Йеня орада, с. 558. 
177
 Мащмуд Кемал Инал. Сон асыр тцрк шаирлери. 1. ъ. с. 251. 
178
 Ейдуран А. Кыналызаде Щасан Челеби. Тезкиретцш-шуара. с. 178-179; Кылыч 
Ф. Мешаирцш-шуара. с. 158-159. 
179
 Рамиз ве Адаб-ы Зурафасы. с. 254. 
180
 Йеня орада, с. 156. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
78 
Osmanlı təzkirələrində verilən məlumatlara əsaslanaraq deyə 
bilərik  ki,  azərbaycanlı  Ģairlər  yalnız  Osmanlı  poeziyasının 
tərəqqisinə  xidmət  etməmiĢ,  həm  də  musiqiçi,  tərcüməçi,  xəttat, 
tarixçi,  nəqqaĢ,  ilahiyyatçı,  Ģahmatçı  və  s.  sənət  sahibləri  kimi 
bütün Osmanlı mədəniyyətinə töhfələr vermiĢlər.  
 
3.3. Osmanlı şairləri Azərbaycanda 
 
Təzkirələrə görə bəzi Osmanlı Ģairlərinin Azərbaycana bu və 
ya digər səbəblə gəlməsi faktlarına rast gəlirik. 
Mövlana  ġeyx  RövĢəni  «xəlvətilər  zümrəsindən  olub», 
«Əcəm  diyarına  gedərək,  ġeyx  Seyyid  Yəhyaya  xidmət  etmiĢ, 
uzun  müddət  riyazətə  çəkilmiĢ  və  Ģeyxin  tərbiyələri  ilə  təbiətinin 
aynasını  parladıb,  qəlbinin  aynasını  saflaĢdırmıĢdı.  Sonunda 
Allahın  yardımı  və  hidayəti  sayəsində  təkkə  sahibi  Ģeyx  oldu». 
Onun bir neçə min müridi, mühibbi və 500-ə qədər səccadə sahibi 
xəlifəsi  olsa  da,  bunların  ən  üstünü  Ġbrahim  GülĢəni  olmuĢdur. 
RövĢəni «Təbrizdə həqq civarında vətən tutub, Allahın rəhmətinə 
ulaĢdı»
181
.  
Əsl adı Əhməd olan Kilisli Fəqri Dədə əvvəlcə ġah Ġsmayıl 
Səfəvinin hüzuruna gedib orada qalmıĢ, lakin Sultan Səlimin qələ-
bəsindən sonra Osmanlı tərəfə keçmiĢdi
182
.  
AĢiq  Çələbinin  məlumatına  görə,  «ol  dövrdə  qəvabil-i  Rum 
bəra-yi  təhsil-ülum  Əcəmə  gedib-gəlirdilər»
183
.  Məsələn,  Həlimi 
Çələbi (KIN, 318; L, 230), ġeyxüĢ-Ģüəra Mövlana ġeyxi (L, 338), 
məntəĢəli  Əhməd  (SAF,  78),  Kami  (AÇ,  355)  və  s.  kimi  məĢhur 
Osmanlı Ģairləri təhsil almaq üçün Əcəm diyarına üz tutmuĢlar. 
Müəmmayi  Səlaniki  (L,  501),  DəĢti  təxəllüslü  Konevi  Dər-
viĢ Əbdülhəyy (M, 30), BehiĢti (AÇ, 207; S, 167-168), Əmri (AÇ, 
168),  DərviĢ  DəĢti  (ED,  202),  Bəzmi  (SAL,  245;  R,  36),  Həlimi 
(AÇ, 312),  Mehmed Hakim  (SAL, 293),  Bəyzadə  Lütfullah  Əbdi 
                                                 
181
 Сещи Бей. Тезкире «Щешт-бищишт». с. 124-125. 
182
 Есрар Деде. Тезкире-и шуарайи мевлевийе. с. 424-425.  
183
 Кылыч Ф. Мешаирцш-шуара. с. 355. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə