Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   18   19   20   21   22   23   24   25   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
73 
Ģahzadə  ikən  Amasyada  asitanəsinə  gəlüb  Sultan  Səlim-i  mər-
humun  cülusından  sonra  Ġstanbula  gəlüb  Sultan  Süleyman-i  mər-
hum dövrində nəqqaĢbaĢı olmıĢdı». 
Səhabi Qanuni Təbrizi alınca Qədri Əfəndi Səhabini Ġstanbu-
la gətirmiĢdir. «Qədri Əfəndi, Molla Səhabinün hər mərifətə əhliy-
yət və hər qabiliyyətə mühalliyyətin fəhm idüb, müsahibət idərək, 
Ruma gətürmiĢdür». 
Sultan  Səlim  Təbrizə  gedərkən  xocası  Həlim  Çələbi,  ġah 
Qasımla tanıĢ olmuĢ və onu Ġstanbula gətirmiĢlər. 
ġahi Sultan Səlim zamanında Ruma gəlmiĢdir. 
Osmanlı ölkəsində doğulmuş azərbaycanlı şairlər 
Bu Ģairlərin böyük qisminin ata-babası müəyyən səbəblə Os-
manlı ölkəsinə gəlib, burada yaĢamıĢ azərbaycanlılardır.  
Qınalızadə və AĢiq Çələbi, Arifinin atasının Əlqas Mirzənin 
niĢançısı olduğunu və onunla birlikdə Osmanlı ölkəsinə gəldiyini 
yazır:  «Babası  ərbab-i  məarif  və  zürəfa-yi  Əcəmdən  hüsn-i  xəttə 
qadir qanunları üzrə yarlıq-nüvislikdə mahir olmağın, Əlqas Mirzə 
(Həzrətiylə)  Ruma  gəldükdə  xidmət-i  mir    ü  Ģahzadədən  azadə 
olub...»
170
.  
Cəlili  XV  əsrdə  yaĢayıb-yaratmıĢ  Azərbaycan  Ģairi  Hami-
dinin oğludur. Hamidi Osmanlı ölkəsinə mühacirət edən azərbay-
canlılardandır.  Təzkirəçilər  Cəlilinin  əcəmli  olduğunu  bu  Ģəkildə 
bildirirlər:  «Babası  Əcəmdən  gəlmiĢ  Hamidi  təxəllüsi  ilə  məruf 
qüdəma-yi ürəfadan imiĢ». 
HaĢiminin  də  atası  Əcəmdəm  Ruma  mühacirət  etmiĢdir: 
«Babası  vilayət-i  Əcəmdən  mühacirət  ilə  daxil-i  mülkət-i  Rum 
olub,  bu  dəxi  övlad-i  rüsul  və  əhfad-i  bətüldən  olmaqla  məxləs-i 
mərqumla mövsüm olmıĢdur». 
«ġirvanizadə  Məhəmməd  RüĢdi  Əfəndi  üləma-yi  mütəbəh-
hirindən  və  təbəqe-yi  aliyye-yi  nəqĢbəndi  məĢayix-i  güzinindən 
ġirvani ġeyx Ġsmayil Siracəddin Əfəndi mərhumun sülbündən mə-
dine-yi Amasyada bin iki yüz kırk beĢ sali xilalında qədəmnihade-
yi sahe-yi vücud olub». 
                                                 
170
 Ейдуран А. Кыналызаде Щасан Челеби. Тезкиретцш-шуара. с. 619. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
74 
Səbatinin  atası  Qarsa  gəlmiĢ,  onun  vəfatından  sonra  Səbati 
Ərzuruma getmiĢdir. 
Sosial-iqtisadi səbəblər 
Bəhayi təxəllüslü Azərbaycan Ģairinin iĢləmək üçün Ġstanbu-
la gəldiyini Mahmud Kamal Ġnal təzkirəsindən öyrənirik: “Pədəri, 
sənətiylə  keçinir  və  ailəsi  kəsir  olduğundan  kəsb-i  məiĢət  için 
əniĢtəsi  Məhəmməd  Ġsmayıl  Ağanın  rəfaqətiylə  Tiflisə  gedib 
doqquz ay sonra avdət eylədi. 1310 / 1892-93 də Ġstanbula gəldi”. 
Təhsil almaq üçün gələnlər 
Əbdi Ġstanbula təhsil almaq üçün gəlmiĢdir: «Ġstanbula gəlib 
təhsil-i elm etdikdən sonra Belqrad mühafizi Səlim, Harburt valisi 
Xosrov  paĢaların  kitabətlərində,  Hələb  valisi  Mustafa  Məzhər 
PaĢanın divan kitabətində xidmət etmiĢdir». 
Feyzi  təhsil  almaq  üçün  o  zamanlar  Osmanlı  ərazisi  olan 
Bağdada getmiĢdir. “1276 (1859- 1860)-da Nəcəfə əzimətlə – Ġran 
gəncləri için o zaman Darül-Fünun hökmündə bulunan mədrəsəyə 
daxil oldu. Ġkmal-i təhsildən sonra fərize-yi haccı əda etdi. Təbdil-
i hava üçün Misirə gedən füzəla-yi vüzəradan Sami paĢaya mülaki 
oldu.  PaĢa,  Ġstanbula  avdətində  birliktə  gətirdi  və  konağına 
müsafir etdi”. 
Hafiz  qardaĢı  ilə  təhsil  almaq  üçün  Ruma  gəlmiĢdir.“Ġkisi 
bilə  elmi  ilə  Ģöhre-yi  diyar  və  məqbul-i  üləma-yi  əsr  ü  məvali-yi 
kibar olmıĢlardur”. 
Xəlilinin də Ruma gəlmə səbəbi burada təhsil almaq olmuĢ-
dur: “Əsər ü əzmanda Sultan Məhəmməd Xan Qazi dövründə ca-
vanlığı zamanında Ġzniq nam qəsəbəyə gəlüb, təhsil-i elmə məĢğul 
ikən...”. 
ġamaxıda doğulub boya-baĢa çatmıĢ Ġzzi Ġstanbula təhsil al-
maq üçün gəlmiĢdir: «Ġqlim-i irfan və Ģəhr-i ġirvandan zühur edib 
Ġstanbula gəlib, təhsil-i mərifət və fənn-i inĢada kəsb-i məharət et-
məklə  dövlət-i  aliyye-yi  Osmaniyyədə  bəzi  kibarın  katibi  və  nə-
dim ü müsahibi... olub». 
Seyyid Nigari, Mövlana Xalid Bağdadinin Ģöhrətini eĢidərək 
Osmanlı ölkəsinə gəlir, daha sonra Amasyaya gələrək, ġeyx Ġsma-


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
75 
yıl  Siracəddin  ġirvaniyə  mürid  olur.  Bir  müddət  sonra  vətənə 
qayıtsa  da,  ikinci  dəfə  siyasi  səbəblər  üzündən  Osmanlı  ölkəsinə 
mühacirət etməli olur.  
Səburi təhsil aldıqdan sonra Ġstanbula gəlmiĢdir. 
Səyahət məqsədilə gələnlər 
Təzkirəçi  Əhdinin  «bir  dostu  ilə  Ġstanbula  gəldiyini  və  bir 
müddət burada yaĢadığını, görkəmli Ģəxsiyyətlər, alim və Ģairlərlə 
yaxından tanıĢ olduğunu, Osmanlı ölkəsində topladığı məlumatlar 
əsasında  «GülĢəni-Ģüəra»  adlı  təzkirəsini  tərtib  etdiyini»  təzkirə-
lərdən öyrənirik. 
Həbibi  «Diyar-i  Əcəmdən Sultan  Bayəzid zamanında  Ruma 
gəlmiĢ pərgarvar nöqte-yi cahanı ayağı altına almıĢ, aləmi səyahət 
eyləmiĢ, əhl-i elm ü mərifət kiməsnə idi». 
Nütqi  ġirvanda  anadan  olmuĢdur.  Səyahət  üçün  Osmanlı 
ölkəsinə getmiĢ və orada qalmıĢdır: «Hilal-i vücudı üfq-i vilayət-i 
ġirvandan zahir ü əyan olub, bad-i səba gibi vihad ü tilal və səhab-
misal  hizbat  ü  cibaldə  püyan  və  ənhar-girdar-i  gülistan-ı  cahanı 
seyran idərək, Darüs-səltənətül-aliyyəyə ki...». 
Saib  Təbrizi  gəncliyində  Həcc  ziyarətinə  getmiĢ,  dönüĢdə 
Osmanlı dövlətinin bəzi Ģəhərlərini gəzərək Ġsfahana gəlmiĢdir. 
Sayi  Ġstanbula səyahət təriqi ilə gəlmiĢdir. 
Bəzi  Ģairlərin  isə  Osmanlı  ölkəsinə  gəlməsi  haqqında  bilgi 
verilsə  də,  səbəbinə  aydınlıq  gətirilməmiĢdir.  Məsələn,  Məhvi 
«ələl-təriqüs-səyahət  iki  yüz  altmıĢ  üç  tarixlərində  Dər-səadətə 
müvəssülət  eyləyüb». Və  ya  Nəsimi  «Murad Xan Qazi dövründə 
Ruma gəlmiĢdür». 
Təzkirəçilər bəzi Azərbaycan Ģairlərinin isə sadəcə «əcəmli» 
olmasını  qeyd  etməklə  kifayətlənmiĢlər.  Məsələn,  «Bəsiri:  əcəm-
dir. Uğurlu oğlu Məhəmməd Mirzənin xidmətində olmuĢdur». Ha-
fiz «Diyar-i Əcəmdən qarındaĢı Quqla Əcəm ilə gəlmiĢdür». 
Təzkirəçələr  bəzi  Ģairlərin  gəlmə  səbəbini  konkret  olaraq 
qeyd  etmir.  Məsələn,  DərviĢ  Səfinin  Osmanlıya  getmə  hekayəsi 
belədir.  Sultan  Səmai,  Mövlana  “Divan”ını  gətirmək  üçün  Azər-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə