Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   26   27   28   29   30   31   32   33   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
100 
 
 
 
Arifi. «Şahname-yi Al-i Osman»Topqapı Sarayı Muzeyi 1517 
Əlqas Mirzənin hüzura qəbulu vərəq 471



Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
101 
 



Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
103 
 
 
 
 
 
IV FƏSİL  
 
XVI-XX əsrlər Osmanlı təzkirələrinə görə Azərbaycanlı 
şairlər 
 
(tədqiqat-orijinal mətn) 
 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
104 
 
 
Saib Təbrizi. Divan. 
Süleymaniyyə Kitabxanası. Hacı Mahmud əfəndi 5048. vərəq 1 a.  


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
105 
Arifi
 
Arif  Çələbi  (?-h.969/1561)  Osmanlı  xanədanı  haqqında  fars 
dilində  qələmə  aldığı  «ġahname-yi  Al-i  Osman»  adlı  əsəri  ilə  ta-
nınmıĢdır. Əsl adı Fəthulla olub, Ģeirlərini Arif və Arifi təxəllüsü 
ilə yazmıĢdır. Xəttat DərviĢ Çələbinin oğlu, ana tərəfdən ġeyx Ġb-
rahim GülĢəninin  nəvəsidir.  Qaynaqlarda  atasının  Əlqas mirzənin 
niĢançısı  olduğu  və  onunla  birlikdə  Ġstanbula  gəldiyi  qeyd  olun-
muĢdur. Prof. T.Yazıçı Əlqas mirzənin Ġstanbula gəliĢ tarixi olan 
1547-ci  ildən  öncə  Arifinin  burada  olmasını  sübut  edən  faktlar 
olduğunu yazır. Belə ki, alim «Mənaqib-i Ġbrahim GülĢəni» əsəri-
nə  əsasən,  Mühyi  GülĢəninin  1546-cı  ildə  Heydər  Ağanın  evində 
Arif Çələbini gördüyünü dəlil gətirir
280
.  
Arifi  Çələbi  atası  ilə  birlikdə  Ġstanbula  gəlmiĢ,  yazdığı  qə-
sidələr  sayəsində  Qanuni  Sultan  Süleymanla  tanıĢ  olmaq  fürsəti 
əldə etmiĢdir. Sultan Süleyman tərəfindən Arif Çələbiyə  «ġahna-
mə» yazmaq tapĢırılmıĢdır.  
25 akça müqabilində “ġahnamə” yazmağa baĢlayan Arif Çə-
ləbi  əsərin  20-30 min  beytini  tamamlayınca,  Ģairə  70  akça  ve-
rilmiĢ,  əsərinə  miniatürlər  çəkilməsi  üçün  evində  «nəqqaĢxana» 
qurulmuĢ və burada iĢləmək üçün nəqqaĢlar təyin olunmuĢdur.  
T.Yazıcı  Arif  Çələbinin  indiyə  kimi  Osmanlılar  haqqında 
fars dilində  «ġahnamə»  yazan  yeganə  Ģair olduğunu  qeyd  edir
281

Daha əvvəl bu iĢ Fateh  Sultan Mehmed tərəfindən ġəhdiyə tapĢı-
rılmıĢ, ancaq Ģair  vəfat etdiyindən əsər yarımçıq (cəmi 4000 beyt) 
qalmıĢdır.   
Arifinin  beĢ  cilddə  olan  və  nəfis  miniatürlərlə  bəzədilən 
«ġahname-yi  Al-i  Osman»  adlı  bu  əsərinin  birinci  cildi  peyğəm-
bərlərə,  ikinci  cildi  Ġslamın  yaranmasına,  üçüncü  cild  qədim  türk 
                                                 
280
 Йазыъы Т. Арифи Фетуллащ Челеби. ДИА. С. 372. 
281
 Йеня орада. С. 372. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
106 
dövlətləri və Səlcuqlara, dördüncü cild Osmanlı dövlətinin qurulu-
Ģuna,  beĢinci  cild  isə  Qanuni  dövrünün  bir  qisminə  (1520-1555) 
ayrılmıĢdır.    
Əsərdən günümüzə birinci və beĢinci cildlər tam Ģəkildə çat-
mıĢdır. Ġkinci və dördüncü cildlərin sonu naqisdir və bir neçə min-
yatürü qalmıĢdır. Üçüncü cild isə dövrümüzə çatmamıĢdır.  
60 000 beytdən ibarət olduğu qeyd olunan «ġahnamə»nin ən 
böyük hissəsi (təqribən 36 000 beyt) «Süleymannamə» adını daĢı-
yan  beĢinci  cildi  təĢkil  etməkdədir.  On  beĢ  sətirdə  dörd  sütünda 
yazılmıĢ və altmıĢ doqquz miniatürü olan bu əsər Topqapı Sarayı 
Muzeyində (Hazine № 1517) mühafizə olunmaqdadır
282
. Əsəri bö-
lüm-bölüm yazaraq hökümdara təqdim edən Arifi, sarayda çalıĢan 
digər  azərbaycanlılar  Əflatun  ġirvani  və  nəqqaĢbaĢı  ġahqulu 
tərəfindən  qısqanılmıĢ  və  hökümdara  pis  Ģair  kimi  təqdim  edil-
miĢdirsə də, bunun bir nəticəsi olmamıĢdır. Çünki, AĢiq Çələbinin 
də  qeyd  etdiyi  kimi,  bu  60 min  beytin  10 min  hətta  20 min  beyti 
pis  olsa  da,  qalan  50 min  və  ya  40 min  beyti  Arifinin  dəyərli 
sənətkar olduğunu isbat edir.  
Arifinin «Vəqayi-yi Sultan Bayəzid mə Səlim xan» adlı əsəri 
də  vardır.  Əsər  20  Ģaban  966  /  28  may  1559-cu  ildə  II  Səlim  ilə 
qardaĢı Bəyazid arasındakı savaĢdan bəhs edir. Bu əsərin iki nüs-
xəsi Türkiyə kitabxanalarında mühafizə olunmaqdadır. Bunlardan 
biri Ankara Universiteti dil və tarix-coğrafiya fakültəsi kitabxana-
sında Müzəffər Ozak kolleksiyasında 84 Ģifrəsi ilə saxlanılmaqda-
dır.  Ġkinci  nüsxəsi  isə  Topqapı  Sarayı  Muzeyi  Kitabxanasındadır 
(Rəvan 1540).  
ġairin «Fütühat-i Cəmilə» adlı baĢqa bir əsəri vəzir Sokullu 
Mehmed  və  Əhməd  paĢanın  1543-cü  il  Peç,  1551-ci  il  Lipva, 
1552-ci  il  TımıĢvar  və  Əgri  qalalarının  fəthi  və  mühasirəsindən 
                                                 
282
  Aтыл  E.  Süleymanname,  The  Illustrated  History  of  Sцleyman  the  Magnificent 
(Sцleymanname,  Muhtesem  Sцleyman’ın  Resimli  Tarihi),National  Gallery  of  Art, 
Washington,  Harry  N.  Abrams,  Inc.  Publishers,  New  York,  1986,  271  п.;  S.Адыгузел 
Ф.  Арифинин  «Сцлейманнаме»синдеки  минйатцрлерде  салтаната  илишкин 
симэелер. Докуз Ейлцл Цниверситеси, Эцзел Санатлар Енститцсц. Доктора Тези. 
2007.    


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
107 
bəhs  edir.  Əsərdə  Arifinin  adı  qeyd  olunmamıĢdır.  T.Yazıcı  kita-
bın mövzusunun «Süleymannamə»nin müvafiq bölümü ilə bənzər-
liyi və bu əsərə də «Süleymannamə»ni bəzəyən Əbu Turab əl-Hə-
sən əl-Hüseyni tərəfindən müniatür çəkilməsi kimi faktları gətirə-
rək,  «Fütühat-i  Cəmilə»nin  Arifiyə  aid  olması  xüsusunda  heç  bir 
Ģübhəyə  yer qalmadığını  yazır
283
.  Bu  əsərin  yeganə  nüsxəsi  Top-
qapı Sarayı Muzeyində saxlanır
284
.  
Arifinin haqlarında bəhs olunan bu əsərlərindən baĢqa, AĢiq 
Çələbiyə görə, Xaqani qəsidəsinə nəzirəsi, insan orqanları ilə bağlı 
«Sənəmül-xəyal»  və  «Fərəsül-xəyal»  adlı  iki  mənzuməsi  və  mü-
əmmaya dair «Risalə fil-müəmma» adlı bir əsəri vardır. Bu əsərlə-
rin hamısı fars dilində qələmə alınmıĢdır və günümüzə çatmamıĢ-
dır.  
Almanya  Milli  Kitabxanasında  Arif  Çələbinin  indiyə  kimi 
adı  çəkilməyən  əsərinin  -  «Cəvahirül-məarif  və  zəvahirül-əvarif» 
adlı əsəri mühafizə olunmaqdadır. Ms.or.oct. 2609 Ģifrəsi ilə mü-
hafizə  olunan  əsərin  həcmi  100  vərəq,  sətir  sayı  15,  ölçüsü 
205x145 (140x80 mm)dir. Əlyazma nəsx xətti ilə köçürülmüĢdür. 
Əsər türk dilində qələmə alınmıĢdır.   
Arifi, Qanuni dövrü komandanlarından Xadim Süleyman Pa-
Ģanın Hind səfərini əks etdirən 2 000 beytlik türk dilində bir əsər 
də  qələmə  aldığı  təzkirələrdə  qeyd  olunsa  da,  dövrümüzə  qədər 
gəlib çıxmamıĢdır. 
Arifi  h.966/1558-ci  ildə  Misirə  getmiĢ  və  üç  il  sonra  orada 
vəfat etmiĢdr.     
Təzkirəçilərdən  AĢiq  Çələbi,  Qınalızadə  Həsən  Çələbi  və 
Bəyani təzkirələrində Arifini xatırlamıĢlar. 
 
Aşiq Çələbi «Məşairüş-şüəra». s.558. 
 
 
                                                 
283
 Йазыъы Т. Арифи Фетуллащ Челеби. ДИА. С. 372. 
284
 Ебращими Д. Арифи Фетуллащ Челеби ве «Футущат-и ъемиле»синин тенкидли 
метни. Истанбул Цниверситеси. Сосйал Билимлер Енститцсц. Йцксек лисанс тези. 
1991.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə