Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   34   35   36   37   38   39   40   41   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
134 
Qitə 
Rəvaniylə məgər Pinti Həmidün, 
Bir aradan yaradılmıĢ rəvani. 
Birinün nanı vəsfi layəzükun
292

 
Birinün suyı nəti ləntərani
293

Vəli pinti Həmidün nanı yinə, 
Ġki ol dənlidür ab-i Rəvani.
 
 
 
Sənə  ihda  və  ərbəin  və  tisamiədə  dide-yi  canı  bu  aləm-i 
mihən ü əhzandan göz  yumub, nərgis-i cinanı rövzə-yi cinana ni-
garan olmaqla dar-i fənadan irtihal və civar-i mülk-i mütəala inti-
qal eyləmiĢdür.
 
                                                 
292
 Нябя 29 
293
 Янам 143 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
135 
Bidari
 
Bidari  və  Səhabi  XVI  əsrdə  Türkiyəyə  köçmüĢ  Azərbaycan 
mühacirət  ədəbiyyatı  nümayəndələrindəndir.  Təzkirəçilərdən  Əh-
di, AĢiq Çələbi, Qınalızadə, Bəyani və Riyazi əsərlərində Bidarini 
xatırlamıĢlar:  «Əcəm  əsillidir».  AĢiq  Çələbiyə  görə  Həmədanda, 
Qınalızadəyə görə isə Dərgüzində anadan olmuĢdur. ġair Səhabi-
nin qardaĢıdır. Ruma gəlmiĢdir. Təzkirəçilər əcəm əsilli olmasına 
baxmayaraq,  türkcəsinin  qüsursuz  olduğunu  bildirirlər.  H.  968 
/1560-61-ci ildə vəfat etmiĢdir. 
 
Aşiq Çələbi. «Məşairüş-şüəra». s. 213-214 
 
Səhabi mərhumun bəradəri idi. Əcəmi mövlud və Həmədani 
mihtəd-i səyrafi sənət və sərraf-i cəvahir-mərifət idi. Ba-vücud ki, 
sair  əcəmlər  əda-yi  türkidə  qasirdür  bu  nəfis-əbyata  və  səlis  kəli-
mata qadirdür. Bu mətlədən tülu-yi mehr-i güftarı zahir və bu mət-
lə gün gibi sübh-i səbahət-i kəlamına bürhan-i bahirdür.  
 
Mətlə 
Göz-göz itdüm cism-i zari navək-i dildardan, 
Sərbəsər çeĢm oldum, amma doymadum didardan. 
 
 
Qınalızadə «Təzkirətüş-şüəra». s. 236 
 
 
Vilayət-i bəhin-i Əcəmdən bəlde-yi güzin-i qəsəbe-yi Dərgü-
zindəndür.  Səhabi  mərhumun  bəradəridür.  Əgərçi  əhl-i  hirfətdən 
səyrafi sənətdür. Lakin sərraf-i cəvahir-i zəvahir-i mərifətdür. Ba-
vücud ki, tayifə-yi əcam əksəriyya əda-yi türkidə racil ü qasirdür, 
amma ki, məzbur əda-yi nəfis ü Ģərifə və kəlimat-i səlisə vü lətifə 
qadirdür. Bu əĢar anun güftarındandur. 
 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
136 
 
Göz-göz oldı cism-izarum navək-i dildardan, 
Cümlətən çeĢm oldum, amma doymadum didardan. 
 
Digər 
Surət-i yar ilə dil xanəsini deyr eylə, 
Yarı hər güĢədə bir surət ilə seyr eylə. 
 
Digər 
Qəddüm hilalə döndi, tənüm bir xəyaldür, 
Yəni əcəl gəlüb bəni bulmaq mühaldür. 
Təcil idüb həlakümə qəsd etmə ey əcəl, 
ġayəd vüsal-i yarə irəm ehtimaldür. 
 
ÇeĢm-i  bidarı  nərgisvar  gülzar-i  aləmdə  tamam  uyanmadın 
və cism-i pür-mihnət ü bəlası ab-i həyat ü bəqaya qanmadan sənə 
səman  və  sittin  və  tisamiədə  axirətə  intiqal  eylədi.  Qayətdə  mey-
xar idi. Ol Kərim-i Qaffar əfv itmiĢ ola.       


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
137 
Cəlili 
Cəlili  XV  əsrdə  yaĢayıb  yaratmıĢ  Hamidi  təxəllüslü  Azər-
baycan  Ģairinin  kiçik  oğludur.  Hamidi  h.843/1439-cu  ildə  anadan 
olmuĢ,  bir  müddət  ġirvanĢahlar  sarayında  çalıĢmıĢdır.  Divanında 
yer alan iki qəsidədən Hamidinin h.865/1461-ci ildə Kastamonuda 
Ġsfəndiyaroğlu  Ġsmayıl  bəy  və  eyni  ilin  baharında  Bursada  Fateh 
Sultan Mehmedin sədrəzəmi Mahmud paĢa ilə qarĢılaĢdığı məlum 
olur.  Mahmud  paĢa  üçün  yazdığı  qəsidənin  baĢlığında  bunun 
Anadoluda  yazdığı  ilk  qəsidə  olduğunu  bildirən  Hamidi,  rəcəb 
ayının 10-dan bəri onunla görüĢmək üçün gözlədiyini ifadə edir
294
.  
Mahmud paĢa vasitəsilə Fateh Sultan Mehmedlə görüĢən və 
Fatehin yaxınları arasına daxil olan Hamidi söylədiyi bir sözə görə 
h.881/1476-cı ildə Murad-i Xudavəndigar türbədarlığına təyin olu-
naraq Bursaya göndərildi. Bir il sonra Ġstanbula gələrək padĢahdan 
əfv  olunmasını  dilədisə  də,  təkrar  Bursaya  göndərilməsi  əmr 
edildi. Kiçik oğlu Cəlilinin h.893/ 1488-ci ildə Bursada anadan ol-
duğu  və  atasını  erkən  yaĢında  itirdiyini  nəzərə  alaraq,  Hamidinin 
XVI əsrin əvvəllərində Bursada vəfat etdiyini söyləmək olar.    
Hamidinin əsərlərinin böyük bir hissəsi fars dilindədir. Əsər-
lərindən biri  «Külliyyat»dır. Buraya  «Həsbihalnamə» və  «Divan» 
daxildir.  Külliyyatın  əlyazması  Türk  Tarih  Qurumu  kitabxana-
sında (№ 68) və  Ġstanbul Arxeoloji Muzeyində (№ 84)  mühafizə 
olunmaqdadır. Ġsmayıl Hikmət Türk Tarih Qurumundakı nüsxənin 
faksimilesini  tədqiqat  hissəsi  ilə  birlikdə  «Külliyyat-i  divan-i 
Mövlana Hamidi» adı ilə 1949-cu ildə Ġstanbulda nəĢr etdirmiĢdir. 
Külliyyatın əvvəlində  yer alan  «Həsbihalnamə»də Hamidi öz hə-
yatı  haqqında  məlumat  vermiĢdir.  «Vəsiyyətnamə»  Hamidinin 
baĢqa  bir  əsəridir.  Bundan  əlavə,  Hamidinin  II  Bayəzidə  təqdim 
                                                 
294
 Цнвер И. Щамиди. ДИА. Ъ. 8. с. 461. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
138 
olunmuĢ  «Tarix-i  Al-i  Osman»  adlı  türkçə  mənzum  əsəri  də  var-
dır.  
Hamidinin kiçik oğlu olan Cəlili haqqında Səhi, Lətifi, AĢiq 
Çələbi, Qınalızadə Həsən Çələbi, Bəyani, Riyazi, Fayizi təzkirələ-
rindən məlumat əldə edirik. Cəlilinin əsl adı Ədbülcəlildir. H.893 
/1488-ci ildə Bursada anadan olmuĢdur. Əcəmdən gələrək Bursada 
yerləĢən  bir  ailədəndir.  Cəlili  hələ  gənc  yaĢda  olarkən  atası  vəfat 
etmiĢdir. Təhsilini Bursada alan Cəlili mədrəsədə oxumaq üçün Ġs-
tanbula  gəlmiĢdir.  Burada  Ģair  Ahi  ilə  tanıĢ  olmuĢ,  meyxanələrdə 
Ģeir söhbətlərində birlikdə olmuĢlar. Yavuz Sultan Səlimə mədhi-
yələr  yazmasına  baxmayaraq  padĢahdan  iltifat  görməmiĢdir.  Hələ 
o zamanlarda  yalnızlığa meyilli olmuĢdur. Bir müddət sonra ayaq 
yalın  yollara  düĢərək  izini  itirmiĢdir.  Öldüyü  zənn  edilərək  altı, 
akçalıq ülufəsi (maaĢı) kəsilmiĢ və mirasçıları mallarını paylamıĢ-
lar. Ancaq bir müddət sonra yeri öyrənildikdə qohumları onu Bur-
saya  gətirmiĢlər.  Ülufəsi  üç  akçaya  endirilmiĢdir.  O  zamandan 
sonra kimsəylə söhbət etməz, Kaplıca yolu üzərində yerləĢən evi-
nin  önündə  dizini  dayayıb  oturur,  salam  verənlərin  salamını  alır, 
danıĢmaq  istəyənlərlə  danıĢmaz,  nə  səbəbdən  belə  davrandığını 
soruĢanlara  and  içdiyini  söylərmiĢ.  Əcəmlər  kimi  geyinər,  baĢına 
böyük sarıq sarıb, üzərinə bir dəstə çiçək qoyarmıĢ
295
.  
AĢiq  Çələbi  təzkirəsində  Cəlili  ilə  görüĢmək  üçün  nə  qədər 
səy  göstərdiyini,  söz  açmaq  üçün  ondan  beytlər  soruĢduğunu 
yazır. Nəhayət, bir dəfə Cəlili hamama gedərkən AĢiq Çələbi onun 
ardınca getmiĢ və ona aid beytləri və qəzəlləri bilərəkdən yanlıĢ və 
yüksək  səslə  oxumağa  baĢlamıĢdır.  Bundan  sonra  Cəlili  öncə  ah 
çəkib  baĢını  bulamıĢ  və  dözə  bilməyib,  «bu  qəzəllər  mənim-
dür!»… deyib, doğru oxunuĢlarını söyləmiĢdir. AĢiq Çələbi fürsət-
dən  istifadə  edib,  ondan  nə  iĢlə  məĢğul  olduğunu  soruĢmuĢdur. 
Cavabında  Cəlili  «kitabçıqlar  vardur…»  deyib,  kitabları  ilə  məĢ-
ğul olduğunu bildirmiĢdir. Daha sonra təzkirəçi ona «sizi «ġahna-
mə» tərcümə idər dirlər, vaqimidür?» deyə sual vermiĢ və qarĢılı-
                                                 
295
  Шентцрк  А.,  Картал  А.  Ески  Тцрк  едебийаты  тарищи.  Истанбул:  Акьчаь 
йайынлары, 2007, с. 340. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə