Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   30   31   32   33   34   35   36   37   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
119 
mədiyimdən  bi-t-təbi  ləyaqətinə  müttəli  olamadım.  Vəfatından 
sonra  müdirin  kamal-i  təəssürlə  nəql  etdiyinə  görə bəni  gördükcə 
nəzər-i  niyaz  ilə  bakar,  «ah,  nə  olur,  bənim  tərcüme-yi  halimi  və 
əĢarımı  da  kitabına  yazsa»  dermiĢ.  Vəqtiylə  vaqif-i  hal  ü  kal  ol-
saydım, həsisa-yi qədir-Ģinasinin icab etdiyi surətdə hərəkət edər-
dim. Vəfatından sonra arzusunun hüsulü, bir dərəcəyə qədər təlafi-
yi mafat etmiĢ deməkdir.  
Təbrizli  bir  fəqir  Əcəmin  Ġstanbul  Ģivəsiylə  söylədiyi  əĢar-i 
bəliğaya ətf-i nəzər-i iman etdikcə «fərzənd-i Sitanbulum, fərzənd-
i  Sitanbul»  məaliylə  elan-i  mübahat  edən  bir  Ģair-i  Ģəhri  ilə  həm-
zəban olduğuna hökm etməmək qabil deyildir. 
Ġranilər  arasında  gözəl  türkcə  Ģeir  söyləyənlər  vardır,  fəqət 
bir  zavallı  hizmətçinin  ləfzən  və  mənən  düzgün  Ģive-yi  Ģəhrə 
uyğun Ģeir söyləyə bilməsi Ģayan-i diqqətdir. 
Malin  kamala  təvəkküf    etdiyinə  qənaət  edənlərdən  olsay-
dım, Ģu fəqir və müqtədir Ģairin haliylə bərabər kamalına da təəs-
süf edərdim. 
 
Yad-i Canan 
Vəqta ki, Ģəms-i qərib olur didədən nihan, 
Simurğ-i ruzi rövĢən edər meyl-i aĢiyan. 
CeyĢ-i zəlam səth-i zəminə edər hücum, 
Məğlub-i dəst-i zülmət olur ləĢkər-i nücum. 
Göy üzrə nə sitarə, nə əncüm, nə mahitab, 
Əcsam-i nuri sətr qılar pərde-yi səhab. 
Hər səmt ü hər tərəfdə olur sumt sər-nümun, 
Bir məqbər-i siyəh gibi afaq pür-sükun. 
Həp kainat lücce-yi ləvnə dalub gidər, 
MəĢğul xab-i naz ilə sükkan-i bəhr ü bər. 
Bu tərz ilə təkərrür edər leyle-yi firaq, 
Qanun-i dildə Ģölələnir nar-i iĢtiyaq. 
Su-yi diyara yüz çevirib eylərim nigah, 
Yad-i vətən qılub çəkərim həsrət ilə ah. 
Cular misali cuĢ u xurĢid ilə çağlarım, 
Xunin siriĢkimi akıtub ruyə ağlarım. 
Dünya vü masiva nəzərimdən olur bəid, 
Yüz göstərir o vəqtdə bir aləm-i cədid. 
Mirat-i dildə cilvə edər ru-yi dilbərim, 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
120 
Yəni ruh-i bəradər-i ba-can-bərabərim. 
Ba-sad sürur seyr edərək gül camalını, 
Gisu-yi tabdarını, əbru vü halini. 
Vəhm aləmində bus qılıb dəst ü ruyini, 
Gahi siyah didəsini, gah muyini. 
Raz-i dərunumu edərək Ģərha-Ģərha baz, 
ƏĢar-i atiyəylə olur təranə-saz. 
Ey qəlbimin yeganə ənis-i güzidəsi, 
Ey nəhl-i ruhumun səmər-i nev-rəsidəsi. 
Sübh-i həyatımın Ģəfəq-i rəng-pərvəri, 
Əflaq-i ömrümün qəmər-i nur-güstəri. 
ġəm-i ümidimin ləməat-i münirəsi, 
Ənzar-i çeĢmimin fərah-əfza məsirəsi. 
Qanun-i saz-i razımın ən gizli pərdəsi, 
Amal-i fikr ü zikrimin ağuĢ-gərdəsi. 
Hər an və hər dəqiqədə yad eylərim səni, 
Yad et, unutma sən dəxi ey sevgilim bəni. 
ĠĢtə bu nev ilə Ģəb-i firqət edər mürur, 
Eylər tulu sübh, ötər bülbül-i sühur. 
Nəğmat-i əndəlibə edib həsr-i guĢ-i xuĢ, 
Mürğ-i xəzan gibi qalırım nütqdən xamuĢ. 
 
Qəzəl 
Nədən, ey afət-i can, piĢ-i çeĢmimdən nihan oldun, 
Unutdun aĢiq-i zarı, rəqibə mehriban oldun. 
 
DüĢərkən xak ü xun içrə Ģəhid-i xəncər-i qəmzən, 
Təəssüf eyləmək lazım gəlirkən Ģaduman oldun. 
   
Çək ey sinəm dəm-a-dəm nalə ahı, aha peyvənd et, 
Ki bundan böylə tir-i möhnətə sən də niĢan oldun. 
 
Axıt ey əbr-i didəm ləl-gün hunabe-yi həsrət, 
Ki sən də bən gibi cam-i ələmdən sər-giran oldun. 
 
Degil dildardan Ģəkva qəbahət səndədir, ey dil, 
Ki pir-i əqlə sormazdan rəh-i eĢqə rəvan oldun. 
 
Düruğ-amiz olan bir xande-yi canana aldandın, 
Cənah-i vəhm ilə ovc-i vüsalə pərfəĢan oldun. 
 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
121 
YetiĢ, ey Ģəhsüvar-i mərg, öldür də bəni qurtar, 
Məmatım sər zəminində niçün ahəstə-ran oldun. 
 
Bəhayi, halını anlatmaq istərdi o bəd-mehrə, 
TəĢəkkür eylərim xamə bənimçün tərcüman oldun. 
 

 
Gül gibi nazik olan qəlbinə ey simbərim, 
Etməz əfsus əsər zərrə qədər nalələrim. 
 
Nəzərimdən bənim ey nur-i bəsər dur olalı, 
Gözlərimdən fəvəran etmədədir eĢq-i tərim. 
 
Bırakıb badiye-yi hicr ü təhəyyürdə bəni, 
Qaldı matuf güzərgahıma mədd-i nəzərim. 
 
SuziĢ-i naire-yi həsrət-i didarın ilə, 
Ah pərvanə-sifət, yanmadadır bal u pərim. 
 
Qapan ey pərde-yi nəvmid-i siyəh-fam-i fəraq, 
Açıl ey lövhe-yi ümmid-i vüsal-i səhərim. 
 
Raz-i sər-bəste-yi amalimi tərkim edərək, 
Qala cananıma bir xatire-yi eĢq əsərim.   
     


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
122 
Bəsiri 
Müəllifin  fars  dilindəki  avtoqraf  divanının  müqəddiməsin-
dəki  qeyddə  adı  Məhəmməd  bin  Əhməd  bin  Əbül-Məali  əl-Mür-
təza  kimi  qeyd  edilmiĢdir.  Bəsiri  gəncliyində  Ağqoyunlu  Uğurlu 
Məhəmməd  və  Sultan  Yaqubun  yanında  olmuĢ,  onlara  qəsidələr 
təqdim  etmiĢdir.  Çox  səyahət  etmiĢ,  h.892  /1487-ci  ildə  Heratda 
ƏliĢir  Nəvai,  Cami,  Mirzə  Hüseyn  Bayqara  ilə  görüĢmüĢdür. 
Nəvai,  Bəsirinin  adına  müəmma  yazaraq,  onu  yeni  mühitdə 
tanıtmıĢdır.  
1491-ci  ildə  qısa  bir  müddətdə  Ġstanbulda  olan  Ģair  gələcək 
Ağqoyunlu hökümdarı, Uzun Həsənin Osmanlıya sığınmıĢ övladı 
Uğurlu Məhəmmədin II Mehmed Fatehin qızından doğulmuĢ oğlu 
Gödə Əhməd bəyin müsahibi olmuĢdur. Gödə Əhməd bəy 1497-ci 
ildə  Azərbaycanda  hakimiyyətə  gəldikdən  sonra  onu  II  Bayəzidə 
elçi  göndərilmiĢ  və  bundan  sonra  Bəsiri  Ġstanbulda  qalmıĢdır.  O, 
Tacizadə  Cəfər  Çələbi,  Müəyyədzadə  Əbdürrəhman  Çələbi  və 
dəftərdar Ġsgəndər Çələbinin yardım və dəstəyini görmüĢdür.    
Bəsirinin  üslubunu  təhlil  edərkən  M.ÇavuĢoğlu  yazır:  «Os-
manlı Ģuara tezkirecilerinin deyimiyle «Acemane», yani kendi dili 
olan  Azeri  Ģivesiyle  Ģiirler  yazan  Basiri  daha  sonra  Ġstanbul 
türkçesini kullanmaya baĢlamıĢtır. Bununla beraber kendi el yazısı 
ile kaydettiği Ģiirlerinde yer yer Azeri Ģivesinin izleri görülür»
287
.  
Zati,  Qəndi və KəĢfi kimi Ģairlərlə  yaxın münasibəti olmuĢ-
dur.  Təzkirələrdə  Bəsirinin  nüktədanlığı  xüsusilə  vurğulanmıĢdır. 
ġeirləri vəzn və üslub baxımından qüsursuzdur.  
Bəsiri  941/1534-35-ci  ildə  vəfat  etmiĢ  və  Ədirnəqapısı    kə-
narındakı məzarlıqda dəfn olunmuĢdur. 
                                                 
287
 Чавушоьлу М. Басири. ДИА. Ъ. 5. Истанбул, 1992, с. 105. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə