Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   25   26   27   28   29   30   31   32   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
96 
Əsl adı Ġsmayıl olan DərviĢ Xülusinin Ģeirlərində Füzuli ya-
radıcılığının təsiri vardı
272
.  
Fədayi  Dədə  «əsna-yi  səyahət-i  dar  u  diyarlarında  darüssə-
lam-i  Bağdada  varub,  Füzuli-yi  Bağdadi  və  sair  Ģüəra-yi  Ġraq  tə-
təbbu-yi əĢar-i lətifələri ilə təməttü etmiĢlərdür. Bu qəzəl-i arifanə-
lərinə Füzulinün nəzirəsi vardur»: 
 
Təne-yi düĢməndən idüb ictinab, 
Ərz-i camal eyləməz ol afitab. 
 
 
Sun bizə saqi içəlüm badəyi, 
Oldı gönül xanəsi qəmdən xarab. 
 
Bəkləyəlüm gəl dər-i meyxanəyi
Bu qapudan Ģayəd ola fəth-i bab. 
 
Ömr axar su gibidür fil-məsəl, 
Cismün o su üzrə yürür bir həbab. 
 
Yapsa gönül xanəsini ol sənəm, 
Kəbəyə varmıĢ qədər eylər səvab. 
 
Qılsa Fədayi eĢiyində məqam, 
Gökdə mələklər diyə niməl-məab
273
 . 
 
Saib Təbrizi və Osmanlı ədəbiyyatı 
Akademik H.Araslı Saib Təbrizini Türkiyə ədəbiyyatına mü-
hüm təsiri olan sənətkar adlandırır. ġairin müəyyən müddət Türki-
yəni səyahət etməsi, əsərlərinin intiĢarı, nəhayət divanının mədrə-
sələrdə  bir dərslik  kimi  tədris  olunması,  Saib  yaradıcılığının Tür-
kiyə  Ģairlərinə  mühüm  təsir  etməsinə  səbəb  olmuĢdur
274
.  Bu  xü-
susda müəllim Naci yazır: «Saib Təbrizi Məhəmmədəli Səraməda-
ni Ģüərayi Əcəmdəndir. Divanı Rumda ən ziyadə Ģöhrət tapan fars 
                                                 
272
 Есрар Деде. Тезкире-и шуарайи мевлевийе. с. 160. 
273
 Йеня орада, с. 414-415. 
274
 Араслы Щ. ХВЫЫ-ХВЫЫЫ яср Азярбайъан ядябиййаты тарихи. Бакы: 1956, с. 
144. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
97 
divanlarındandır,  hətta  əvvəlləri  Hafiz  divanı  kimi  tədris  olunur-
du»
275
.  
Saib  «Divan»ını  Azərbaycandan  Türkiyəyə  ilk  dəfə  olaraq 
Osmanlı Ģairi DərviĢ Həsən Zehni aparmıĢdır
276
.  
Əli Yəqina Ġsfahani (ö. 1107 hicri) Ġstanbulda Saib Divanını 
tədris edərdi
277
.  
Qalib  Dədənin  yaradıcılığında  Saib  Təbrizinin  təsiri  olmuĢ, 
o,  öz  Ģeirlərində  özünü  Saibə  bənzətmiĢ  və  ona  nəzirə  yazmıĢ-
dır
278

Salih  Ġmam  Əta  (ö.  1160)  «Ģərh-i  divan-i  Saibi»  yazmıĢ-
dır
279
.  
Bütün bu qeyd olunanlar Azərbaycan klassiklərinin Osmanlı 
ədəbiyyatına təsirini bir daha sübut edir. 
 
 
                                                 
275
 Мцяллим Наъи. Ясами. Истанбул: 1308, с. 189. 
276
 Йеня орада, с. 208. 
277
 Мустафа Сафаи Ефенди. Тезкире-и Сафайи. с. 737. 
278
 Есрар Деде. Тезкире-и шуарайи мевлевийе. с. 391-393. 
279
 Рамиз ве Адаб-ы zурафасы. с. 179. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
98 
 
NƏTİCƏ 
 
Osmanlı  təzkirələri  üzərində  apardığımız  araĢdırmalar  nəti-
cəsində aĢağıdakı qənaətlərə gələ bilərik: 

 
Osmanlı təzkirələrində 58 nəfər Azərbaycan Ģairi haqqında 
məlumat verilmiĢdir; 

 
Təzkirələrdə  bəhs  olunan  58  Azərbaycan  Ģairindən  27  nə-
fəri  Azərbaycan  ədəbiyyatı  tarixində  öyrənilməmiĢdir.  Bunlara 
misal olaraq Bahar, Behçət, Bəhayi,  Cəlili, DərviĢ Səfi, Ağqoyun-
lu  Əbdi,  Fateh,  Feyzi,  Ġzzi,  Kamil,  Qəribi,  Məhəmməd  Əmin, 
MəĢrəbi, Nəbati, Rəmzi, RüĢdi, Sayi, Səburi, Vəfayi və s. Ģairlərin 
adlarını sadalamaq mümkündür. Məhz buna görə Osmanlı təzkirə-
lərini  Azərbaycan  ədəbiyyatının  mühüm  qaynağı  hesab  edə  bilə-
rik. 

 
Osmanlı  təzkirələrində  haqlarında  məlumat  verilən  Ģairlə-
rin  böyük  əksəriyyəti  Türkiyəyə  köçmüĢ  Ģairlərdir.  Təzkirələrin-
dən azərbaycanlı Ģairlərin Osmanlı ölkəsinə gəlmə səbəblərini öy-
rənmək  mümkündür.  Təzkirələrdə  29  nəfər  Azərbaycan  Ģairinin 
Osmanlı  ölkəsinə  gəlmə  səbəbi  qeyd  olunmuĢdur.  AraĢdırmaları-
mız nəticəsində məlum olmuĢdur ki, onlardan 5-nin (Arifi, Cəlili, 
HaĢimi,  RüĢdi,  Səbati)  ata-babası  Türkiyəyə  köçmüĢdür.  ġairlər-
dən 10 nəfəri hərbi-siyasi hadisələr üzündən köç etməli olmuĢlar. 
Bundan əlavə, Ģairlərdən 6 nəfəri təhsil almaq, 5 nəfəri səyahət, 3 
nəfəri maddi-sosial səbəblərlə bağlı Osmanlı ölkəsinə getmiĢdir.   

 
XVI əsr təzkirələrində daha çoz azərbaycanlı Ģair haqqında 
məlumat  verilmiĢdir  və  bu  bilgilər  digər  əsrlərdə  qələmə  alınmıĢ 
təzkirələrdəkilərdən geniĢliyi və dolğunluğu ilə fərqlənir. Belə ki, 
Qınalızadə  Həsən  Çələbi  təzkirəsində  22  nəfər  azərbaycanlı  Ģair 
haqqında məlumat verməklə ilk yeri tutur. AĢiq Çələbi isə əsərin-
də 17 Azərbaycan Ģairini xatırlamıĢdır. 

 
Osmanlı təzkirələrində ən çox xatırlanan Ģairlər Bəsiri, Cə-
lili  və  Hafizdir.  Adları  qeyd  olunan  bu  Ģairlər  XVI  –  XVII  əsrdə 
qələmə  alınmıĢ  təzkirələrin  əksəriyyətində  (7  təzkirədə)  xatırlan-


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
99 
mıĢdır.  Bundan  sonrakı  yeri  Füzuli  və  Səhabi  tutur.  Bu  Ģairlərin 
adı 6 təzkirədə keçir.  

 
Osmanlı təzkirələrində haqlarında məlumat  verilən 58 nə-
fər Ģairdən 29-u XVI əsr, 17-si XIX əsr, 5-i XVII əsr, 4-ü XV əsr, 
2-si XIII əsr, 1-i isə XIV əsrdə yaĢayıb-yaratmıĢdır. Bu qeyd olu-
nanlardan  məlum  olur  ki,  təzkirələrdə  daha  çox  XVI  əsr  Ģairləri 
xatırlanmıĢdır.  

 
ġairlərin  doğulduğu  bölgə,  Ģəhər  və  s.  məlumatları  nəzər-
dən  keçirdikdə  aĢağıdakı  nəticələri  əldə  etmək  mümkündür.  Belə 
ki,  təzkirələrdə  bəhs  olunan  Azərbaycan  Ģairlərindən  12  nəfəri 
Təbrizdən, 7 nəfəri ġamaxıdan, 5 nəfəri Bağdaddan, 3 nəfəri Qəz-
vindən, 3 nəfəri Həmədandan, 2 nəfər Qarabağdan, 2 nəfəri ġəki-
dən, 2 nəfəri Bərdədən, 1 nəfəri Ərdəbildən, 1 nəfəri Qazaxdan, 1 
nəfəri Göyçaydan, 1 nəfəri Qəbələdən, 1 nəfəri Ġrəvandandır. Bun-
dan  əlavə,  təzkirələrdə  qacar,  ağcaqoyunlu,  ağqoyunlu,  əfĢar  tay-
falarına məxsus Azərbaycan Ģairlərinə də rast gəlmək mümkündür. 
Azərbaycanlı  olduğu  dəqiq  məlum  olan  digər  10  Ģairin  isə  hansı 
bölgədən  olduğu  göstərilməmiĢ,  sadəcə  olaraq  onların  Əcəmdən 
gəldikləri qeyd olunmuĢdur.   

 
Təzkirələrdə xatırlanan Ģairlərin demək olar ki hamısı təm-
təraqlı  cümlələrlə  təriflənmiĢlər.  Bu  da  Azərbaycan  Ģairlərinin  nə 
dərəcədə qabiliyyətli olduğunu sübut edir. 

 
Osmanlı  təzkirələri  XV-XX  əsrlərdə  Türkiyəyə  müxtəlif 
səbəblərlə mühacirət etmiĢ Azərbaycan ədəbiyyatının nümayəndə-
lərinin  həyat  və  yaradıcılığının,  eləcə  də  Azərbaycan  mühacirət 
ədəbiyyatının  qeyd  olunun  bölümünü  araĢdırmaq  üçün  mühüm 
qaynaqlardandır.  
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə