Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   24   25   26   27   28   29   30   31   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
92 
Mehmed Azim (ö.1124/1712) «asarından Leyli vü Məcnun 
nam təlifi zeyl edüb, xeyli mərğub nəzm etmiĢdir»
244
.  
Ġstanbullu  Ġmamzadə  Hüseyn  Vehbi  (ö.1149/1737)  də 
«Leyli və Məcnun» yazmıĢdır. Salim öz təzkirəsinə bu poemadan 
Leylinin anası ilə söhbətinin  təsvir  olunduğu parçanı  daxil  etmiĢ-
dir: 
Məktəb sana bəd-əz-in yakıĢmaz, 
Ətfal ilə yıldızın barıĢmaz. 
 
Hifz eylə dü sətr-i əbruvanı, 
Bəsdir bu qədər səvadxanı
245
.  
 
Osmanlı  təzkirəçiləri  Nizamini  ehtiramla  yad edir,  bəzi hal-
larda  özlərini  və  ya  yüksək  səviyyəli  Ģair  hesab  etdikləri  ədibləri 
Nizami ilə müqayisə edir, Nizamiyə bənzətməyə çalıĢırdılar. 
XVI  əsr  təzkirəçisi  Lətifi  «Leyli  və  Məcnun»  yazanlardan 
Hatifinin,  Nizaminin,  Caminin,  Xosrov  Dehləvinin  və  Nəvainin 
adlarını  çəkir,  «bunların  hər  birisinin  fərid-i  əsr  və  vahid-i  dəhr» 
olduğunu  bildirir,  lakin  həmin  dövrdə  Hatifinin  «Leyli  və  Məc-
nun»unun  daha  məĢhur  olduğunu  qeyd  edir
246
.  Lətifi,  Nizaminin 
adını hörmətlə anır və bir-iki Ģeir yazıb özünü Ģair hesab edənləri 
ondan örnək almağa çağırır. O, Nizamiyə  «qail olmayan, ona baĢ 
əyməyən»  təkəbbürlü  Ģairləri  qınayır
247
.  Lətifi  KəĢfi  Saruxaniyə 
yazdığı bir nəzirədə özünü Nizami ilə müqayisə edir: 
 
Oldı nəzmiylə Nizamiyə Lətifi əqran, 
EĢidüb Əhməd ona səlləməhullah dedi
248

 
Sözügedən təzkirəçi yüksək dəyərləndirdiyi Valehi Belqradi-
ni Ģərəfləndirmək üçün onu Nizami ilə müqayisə edir
249
.  
                                                 
244
 Мустафа Сафаи Ефенди. Тезкире-и Сафайи. с. 416.  
245
 Салим Ефенди. Тезкиретцш-шуара. с. 703.  
246
 Латифи Тезкиретцш-шуара. с. 135. 
247
 Йеня орада, с. 96. 
248
 Йеня орада, с. 464. 
249
 Йеня орада, с. 557. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
93 
Lətifi  kitabın  xatiməsində  öz  dövrünün  poeziyasının  sabiq 
zamanlardakı Ģeiriyyatdan geri qaldığını etiraf edir, «bir kaç qəzəl 
və qəsidə ilə kendülərini Cami və Nizami təbəqəsinə qoyan» Ģair-
ləri ittiham edir. O, öz zəmanəsində Nizamiyə, Camiyə, Sədiyə və 
Xocəndiyə çata bilən Ģairlərin olmamasından təəssüflənir və «hanı 
müadil-i Nizami»  («hanı Nizamiyə tay olan kimsə»)  deyə fəryad 
edir
250
.  
XVII əsr təzkirəçisi Güfti də Nizamini hörmətlə yad edir: 
 
DüĢə bu tərx-i tazədən nicə 
Ruh-i pak-i Nizami-yi Gəncə
251

 
BaĢqa bir yerdə o, özünü Camiyə və Nizamiyə bənzədir: 
 
Xar-i pəhlu-yi Camiyəm Ģimdi, 
Dağ-i ruh-i Nizamiyəm Ģimdi
252

 
Nəsirəddin Tusi və Osmanlı ədəbiyyatı 
Osmanlı mədəniyyətinə təsir göstərən azərbaycanlı dahilər-
dən  biri  də  dünya  Ģöhrətli  alim  Nəsirəddin  Tusi  olmuĢdur.  Lətifi, 
ġeyx Sədrəddin Konevi haqqında yazır: «Xacə Nəsirəddin Tusi ilə 
rümuz-i əmr-i kün və künuz-i elm-i lədündə miyanlarında əqli və 
nəqli  çok sual  ü cəvab  və  bəhs ü  xitab keçmiĢdür»
253
.  Qınalızadə 
və Bəyani təzkirələrində Əli Çələbinin «Əxlaq-i əlayi» adlı əsərini 
Tusinin «Əxlaq-i Nasiri» ilə müqayisə edir
254
.  
 
Şəms Təbrizi və Osmanlı ədəbiyyatı 
Təzkirələrdə  ġəms  Təbrizi  və  onun  Osmanlı  ədəbiyyatı  nü-
mayəndələrinə  təsiri  və  s.  haqqında  qısa  bilgilər  və  Ģeir  nümunə-
ləri yer almaqdadır. 
                                                 
250
 Йеня орада, с. 580. 
251
 Эцфти ве Тешрифатцш-шуарасы. с. 85. 
252
 Йеня орада, с. 88. 
253
 Латифи Тезкиретцш-шуара. с. 116-117. 
254
  Ейдуран  А.  Кыналызаде  Щасан  Челеби.  Тезкиретцш-шуара.  с.  698;  Бейани 
Мустафа бин Ъаруллащ Тезкиретцш-шуара. с. 60. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
94 
Cəlaləddin  Rumini  «ġəms  Təbrizi  gəlüb  tərbiyət  qıldı  və 
nəqd-i təslimin məhəkk-i səxihul-əyar buldı»
255
.  
Ġndi  isə  bəzi  mövləvi  Ģairlərin  Ģeirlərində  ġəms  Təbrizinin 
xatırlanması haqqında nümunələrə nəzər salaq. 
DərviĢ Mehmed Birri: 
 
Misal-i ġəms-i Təbrizi yolında Monla Xünkarun, 
Sərindən ey kərəm kanı keçənlər mövləvilərdür
256

 
Həzrət-i Saqib Dədə: 
 
ġəmsül-Həqq-i Təbrizə mürid olmayan etməz, 
Nüh ta sədəfün gövhər-i sir-abına xidmət
257

 
Cəlal Ərğun: 
 
ﻡﺎﻳﺍ ﻰعﻮﻣ ﻰﻳﻮت ﻯضﻳشﺒت ﻖﺤﻟﺍ ظﻤؽ 
ﻯذﻨفﺍ تﺎﻘﻴﻣ ﻪﺑ ﻪﺘفس ﺍذخ سﻮط شﺑ
258

 
Qalib Dədə: 
 
Feyz ənzar-i cənab-i ġəmsdən gəldi bana, 
Gövhərin bir sübha-yi sad-danə kim çeĢmümdür ol
259

 
Rəhmətullah  Dədə  «dərgah-i  xurĢid-pənah-i  ġəmsəddin-i 
Təbrizidə» xidmət etmiĢdir
260

 
Nəimi və Osmanlı ədəbiyyatı 
Təzkirələrə  əsasən  Nəiminin  Osmanlı  ədəbiyyatına  təsirin-
dən danıĢmaq mümkündür.  
                                                 
255
 Латифи Тезкиретцш-шуара. с. 112. 
256
 Есрар Деде. Тезкире-и шуарайи мевлевийе. с. 65. 
257
 Йеня орада, с. 90. 
258
 Йеня орада, с. 103. 
259
 Йеня орада, с. 397. 
260
 Йеня орада, с. 214. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
95 
Osmanlı Ģairi Üsuli GülĢəninin müridlərindən idi. Onun ya-
radıcılığı  Azərbaycan  hürufilərinin  təsiri  altında  idi  və  ona  «Fəz-
lullah-i Sani və sirr-i Seyyid Nəsimi» deyirdilər
261
.  
Qeysəriyyəli  Təmənnayi  Fəzlullah  Nəiminin  təsirinə  düĢ-
müĢdü. Lətifi onun yaradıcılığından bəhs edərkən nümunə olaraq 
Nəimidən də farsca bir rübai verir
262
.  
Rumelindən  Hüseyni  də  hürufi  idi  və  Nəiminin  davamçıla-
rından idi
263

 
Gülşəni və Osmanlı ədəbiyyatı 
GülĢəni  də  Osmanlı  ədəbiyyatı  nümayəndələrinə  təsir  gös-
tərmiĢ azərbaycanlılardandır.  
ġifayi  (ö.  1075)  GülĢəni  təriqətindən  idi
264
.  Üsuli,  GülĢəni 
xəlifələrindəndir
265
.  Bəqai,  GülĢəni  təriqəti  dərviĢlərindən  idi
266

Arifi də GülĢəni təkkəsinə bağlanmıĢdı və ġeyx Ġbrahimin ölümü-
nə  (940)  tarix  demiĢdir
267
.  Yenicəli  Yusif,  GülĢəni  təkkəsində 
idi
268
. DərviĢ Dəruni əvvəllər GülĢəni təriqətindəndi
269
. Zafi Dədə 
gülĢənilərdən idi
270
. Üsuli də GülĢəninin müridlərindən idi
271

 
Füzuli və Osmanlı ədəbiyyatı 
Füzulinin  ġərq  xalqlarının  ədəbiyyatına,  xüsusilə  Osmanlı 
ədəbiyyatı  nümayəndələrinə  təsiri  danılmazdır.  Təzkirələrə  nəzər 
saldıqda bunun bir daha Ģahidi oluruq. 
                                                 
261
 Латифи Тезкиретцш-шуара. с. 175-176. 
262
 Йеня орада, с. 202. 
263
 Йеня орада, с. 228. 
264
 Мещмет Салищ Йцмни-Тезкире-и шуарайи-Йцмни // Тцрк дцнйасы араштырма-
лары, 1988 Аьустос, № 55, с. 98. 
265
 Бейани Мустафа бин Ъаруллащ Тезкиретцш-шуара. с. 29. 
266
 Йеня орада, с. 32. 
267
 Йеня орада, с. 56. 
268
 Йеня орада, с. 92.  
269
 Есрар Деде. Тезкире-и шуарайи мевлевийе. с. 201. 
270
 Йеня орада, с. 314. 
271
 Латифи Тезкиретцш-шуара. с. 175-176. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə