Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   22   23   24   25   26   27   28   29   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
85 
dür». O, həmçinin «Həft peykər bəhrində Leyli və Məcnun demiĢ-
dür»
213

Bursalı Mövlana Mahmud Lameyi (öl. 938 /1531-32) «Xos-
rov  və  ġirin»in  təsiri  ilə  «Fərhadnamə»  yaratmıĢdır.  O,  həmçinin 
«Xəmsə»dən  «Həft  peykər»i  tərcümə  etmiĢ,  lakin  bu  iĢi  tamam-
lamağa müyəssər olmamıĢdı
214
.  Bu  iĢ  onun  kürəkəni  RövĢənzadə 
tərəfindən davam etdirilmiĢdir
215
.  
Türkcə «Xəmsə» müəllifi olan XVI əsr Ģairi Üsküplü Müidi, 
Nizaminin «Həft peykər» əsərinin təsiri ilə «ġam və Pərvanə» əsə-
rini həzəc bəhrində nəzmə çəkmiĢdi. O, «Gül və Novruz» məsnə-
visində özünü Nizamiyə bənzətməyə çalıĢır:  
 
Könlüm dedi ki, əya Müidi, 
Sənsün bu zəmanənün fəridi. 
 
ġükr eylə ki, əhl ü nüktədansun, 
Dövründə Nizami-yi zamansun. 
 
Çün urdun əlüni «Pənc-gənc»ə, 
Xosrov tutamaz sənünlə pəncə
216

 
Bundan baĢqa, Müidi, Nizaminin  «Məxzənül-əsrar» («Sirlər 
xəzinəsi»)  əsərinin  bəhrində  «Vamiq  və  Əzra»  məsnəvisini  yaz-
mıĢdır
217

Türk  dilində  «Leyli  və  Məcnun»  mövzusunu  ayrıca  poema 
kimi  iĢləyən  türk  müəlliflərindən  biri  ġahididir
218
.  ġahidi  «Leyli 
və Məcnun»  yazmıĢdır
219
.  Üsuli isə türkcə  «Xosrov və ġirin» qə-
ləmə almıĢdır
220

                                                 
213
  Латифи  Тезкиретцш-шуара.  с.  437  ;  Бейани  Мустафа  бин  Ъаруллащ 
Тезкиретцш-шуара. Анкара: ТДК, 1997, с. 66. 
214
 Латифи Тезкиретцш-шуара. с. 475-476. 
215
 Кылыч Ф. Мешаирцш-шуара. с. 383. 
216
 Латифи Тезкиретцш-шуара. с. 504. 
217
 Кылыч Ф. Мешаирцш-шуара. с. 434. 
218
 Араслы Н. Низами вя Тцрк ядябиййаты. с.106. 
219
 Бейани Мустафа бин Ъаруллащ Тезкиретцш-шуара. с. 51. 
220
 Латифи Тезкиретцш-шуара. с. 175-176. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
86 
Böyük  Osmanlı  Ģairlərindən  sayılan  «QütbüĢ-Ģüəra»  ləqəbli 
Balıkəsirli  Mövlana  Eyvaz  Zatinin  (h.876/1471-h.953/1546) 
«Xosrov və ġirin» tərzində «Fərruxnamə»si vardır
221
.  
Türk  dilində  qələmə  alınan  «Ġsgəndərnamə»lər  içərisində 
XIV əsr Nizami ədəbi məktəbinin ilk türk davamçılarından biri ki-
mi  tanıdığımız  Əhmədinin  poeması  məĢhur  olub,  sonradan  bu 
mövzuda  yazılmıĢ  baĢqa  poemalara  da  təsir  göstərmiĢdir
222
.  Əsl 
adı  Tacəddin  Ġbrahim  ibn  Xızır  olan  XIV-XV  əsr  Ģairi  Mövlana 
Əhmədi,  Nizaminin  «Ġskəndərnamə»sini  Osmanlı  hökmdarı  Sul-
tan  Mir  Süleyman  üçün  türkcəyə  çevirmiĢdir.  Səhi  bəy  onun  bu 
tərcüməsini yüksək qiymətləndirir: «Nizaminin «Pənc-gənc»indən 
Ġsgəndərnamə adlı kitabı Ġldırım Bayəzidin oğlu Sultan Mir Süley-
man  adına  türkcəyə  çevirmiĢdir.  O  kitabda  təsadüfi  kimsəyə  mü-
yəssər  olmayan  mərifət  və  lətafəti  bir  araya  toplayıb  istifadə  et-
miĢdir. «CəmĢid və XurĢid» adlı bir baĢqa kitab da nəzm etmiĢdir. 
Fəqət  «Ġsgəndərnamə»də  bulunan  mərifət  və  lətafət  onda  yoxdur. 
«Ġsgəndərnamə»yi qayət gözəl söyləmiĢdir». Daha sonra Səhi bəy, 
Əhmədinin «Ġsgəndərnamə»sindən nümunələr verir: 
 
ġükür kim bu dəftər-i gövhər-nizam, 
Böylə xoĢ tərtib ilə buldı nizam. 
Haqqa minnət kim bu silk-i gövhəri, 
Töhfə itdüm ana ki oldur cövhəri. 
ĠĢbu rəsmə dürc-i pür nəqĢ-i nigar, 
Çin içində yazamaz gövhər-nigar. 
Ləfzi ziba vü ibaratı lətif, 
Nəzmi məvzun u iĢaratı Ģərif. 
Bir gülistandır açılmıĢ gülləri, 
Tazə olmuĢ laləvü sünbülləri. 
Dürci hikmətdə ləbaləb tolıdur, 
Dürc-i manidür qamu fəzlində pür. 
Hər birin bir nəsnəyə qıldum məsəl, 
Ta ki, sözümdə bulunmaya xələl. 
Bundan öndən necə söz söylədilər, 
Türlü dastanlar bəyan eylədilər. 
                                                 
221
 Йеня орада, с. 262.   
222
 Араслы Н. Низами вя Тцрк ядябиййаты. с. 125. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
87 
Qıl təfəhhüs qamusın öndən sona, 
Hiç birini gör ki, bənzərmi buna. 
 
 
Buna insaf ilə qılarsan nəzər, 
Görəsin kim nicədür silk-i gövhər
223

 
Lakin  Səhinin  əksinə  olaraq,  Lətifi,  Əhmədinin  Sultan  Mir 
Süleymana  ithaf  etdiyi  «Ġsgəndərnamə»  tərcüməsinin  bəyənilmə-
diyini yazır, Nizaminin bu gözəl əsərinin Əhmədi tərəfindən layi-
qincə tərcümə  edilmədiyini və o dövrün əyanlarının və dövlət  ər-
kanının bu tərcümə barəsində  «bundansa bir gözəl qəsidə  yazsay-
dı,  daha  yaxĢı  olardı»  dediklərini  qeyd  edir.  Buna  baxmayaraq, 
Lətifi, Əhmədinin «Ġsgəndərnamə»sindən bir beyt misal gətirərək, 
bunun çox yaxĢı deyildiyinə diqqət çəkməkdədir: 
 
Xar-püĢtün xar saxlar canını, 
Nərmlik dökər səmmurun qanını
224
.  
 
XV  əsr  Ģairi  Əhməd  BehiĢti,  Sultan  II  Bayəzidin  sarayında 
divan katibi olmuĢ, daha sonra ona qarĢı bir təqsir iĢləyərək, Hera-
ta  qaçmıĢ,  Teymuri  hökmdarı  Sultan  Hüseyn  Bayqaraya sığınmıĢ 
və orada ƏliĢir Nəvai, Əbdürrəhman Cami kimi görkəmli Ģairlərlə 
həmsöhbət  olmuĢdu.  Daha  sonra  Osmanlı  ölkəsinə  qayıdıb  güna-
hını əfv etdirən BehiĢti yenidən II Bayəzidin yanında xidmət gös-
tərməyə baĢlamıĢdı. O,  Nizami  «Xəmsə»sini bütünlüklə türk dili-
nə  tərcümə  etmiĢdir
225
.  Lətifi,  BehiĢtinin  Nizamidən  «Xəmsə»ni 
tərcümə etdiyindən bəhs edərkən bunu «Cavab-i Xəmsə» adlandı-
rır.  BehiĢti  «Xəmsə»nin  «Xatimə»sində  öz  tərcüməsini  ġeyxinin 
tərcüməsindən üstün tutaraq yazır: 
 
Dedüm hələ bən cəvab-i Xəmsə, 
Demədi bu dildə dəxi kimsə. 
Tərcüməmidür ki, etdi ġeyxi, 
                                                 
223
 Сещи Бей. Тезкире «Щешт-бищишт». с. 110-111. 
224
 Латифи Тезкиретцш-шуара. с. 162-164. 
225
 Сещи Бей. Тезкире «Щешт-бищишт». с. 168. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə