Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   16   17   18   19   20   21   22   23   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
65 
əsrin  ikinci  yarısında  yaĢamıĢ  ġəki  xanlarından  bəhs  edərkən 
Azərbaycanın ġəki bölgəsini Dağıstana aid edir:  «Həsən Məhəm-
məd xan ibni Hüseyn xan ibni Həsən bəy ibni Hacı Çələbi Dağıs-
tanda ġəki xanı idi»
157
; «Hüseyn xan ibni Həsən bəy ibni Hacı Çə-
ləbi  Dağıstanda  ġəki  xanı  idi»
158
.  Halbuki  ġəki  tarixən  Azərbay-
can  coğrafi  anlayıĢına  daxil  olmuĢ  və  vətənimizin  tarixi 
coğrafiyasının  ayrılmaz  tərkib  hissəsi  hesab  edilmiĢdir.  Bu  tarixi 
gerçəklik  bir  sıra  mötəbər  qaynaqlarda  öz  əksini  tapmıĢdır.  Belə 
ki,  Elxanilər  (Hülakülər)  dövlətinin  vəziri  olmuĢ  məĢhur  alim 
Fəzlullah  RəĢidəddin  ibn  Ġmadüddövlə  Əbülxeyr  əl-Həmədaninin 
(1247-1318)  «Mükatibat-i  RəĢidi»  adlanan  rəsmi  yazıĢmalar 
toplusundakı  36  saylı  sənəddə  Elxanilər  dövlətinə  daxil  olan 
məmləkətlər sadalanarkən ġəki bölgəsinin adı «Azərbaycanın vila-
yət və naiblikləri» sırasında çəkilir və ġəkinin Azərbaycana aid ol-
duğu  göstərilir
159
.  Səfəvilərin  dövlət  quruluĢu  və  inzibati  sistemi 
haqqında ən müfəssəl mənbə sayılan Mirzə Səmianın «Təzkirətül-
müluk» («Hökmdarlar üçün təzkirə») əsərində (1725-1729-cu illər 
arasında yazılmıĢdır) Azərbaycan ölkəsinin dörd bəylərbəyilikdən 
(Təbriz, Çuxursəəd, Qarabağ və ġirvan) ibarət olduğu göstərilir və 
bu  bəylərbəyiliklərdən  hər  birinə  daxil  olan  nahiyələrin  adları 
açıqlanır. Mirzə Səmianın məlumatına görə, ġəki və ƏrəĢ bölgəsi 
Azərbaycanın  ġirvan  bəylərbəyiliyinə  daxil  olan  altı  nahiyədən 
birini  təĢkil  edirdi
160
.  Rus  ordusunun  polkovniki  S.D.BurnaĢev 
vəzifə  təyinatı  ilə  əlaqədar  olaraq  bir  müddət  Tiflisdə  yaĢamıĢ, 
Qafqazın vəziyyəti ilə yaxından tanıĢ olmaq imkanı əldə etmiĢ və 
bu  barədə  kitablar  nəĢr  etdirmiĢdi.  O,  1786-cı  ildə  yazdığı  və 
Azərbaycan  xanlıqlarının  təsvirinə  həsr  etdiyi  əsərində  Nuxa 
(ġəki)  xanlığının  adını  Azərbaycan  vilayətləri  sırasında  çəkmiĢ, 
onun haqqında məlumat vermiĢ və ġəkini Azərbaycan torpağı he-
                                                 
157
 Чинаръы Н. Шейщцлислам Ариф Щикмет Бейин Тезкиретцш-шуарасы. с. 43. 
158
 Йеня орада с. 44. 
159
 Рашидаддин. Переписка, с.269-270. 
160
  Мирза  Сямиа.  Тязкирятцл-мцлук.  Тещран,  1368,  с.  72-78;  Minorsky  V. 
“Tadhkirat al-muluk”: A Manual of Safavid Administration. London, 1943, p.39. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
66 
sab  etmiĢdir
161
.  Bu  faktlar  onu  göstərir  ki,  istər  orta  əsrlərdə, 
istərsə  də  Arif  Hikmətin  söz  açdığı  XVIII  əsrin  ikinci  yarısında 
ġəki  Azərbaycanın  tarixi  coğrafiyasının  ayrılmaz  tərkib  hissəsi 
olmuĢ və bu həqiqət ilkin mənbələrdə öz əksini tapmıĢdır.  
Digər  bir  təzkirəçi  Mahmud  Kamal  da  Ģair  Səbati  haqqında 
məlumat verərkən onun «Dağıstanda ġəki müzafatından QutqaĢini 
qəryəsi  əhalisindən»  olduğunu  və  1846-cı  ildə  doğulduğunu  ya-
zır
162
. Buradan belə bir səhv nəticə doğa bilər ki, guya Səbati ana-
dan olan zaman,  yəni 1846-cı ildə ġəki və onun bir nahiyəsi olan 
QutqaĢen  (Qəbələ)  inzibati  baxımdan  Dağıstana  tabe  imiĢ.  Lakin 
biz tarixi dəlilləri incələdik və Mahmud Kamalın bu mülahizəsinin 
tamamilə yanlıĢ olduğunu gördük. Belə ki, Çar Rusiyası zamanın-
da  Nuxa  (ġəki)  qəzası  1  yanvar  1841-ci  ildə  yaradılmıĢdı  və  o, 
Nuxa, Xaçmaz, Qəbələ və ƏrəĢ məntəqələrindən ibarət idi
163
. Nu-
xa qəzası yaradıldığı vaxtdan etibarən mərkəzi ġamaxı Ģəhəri olan 
və  bir  sıra  ġimali  Azərbaycan  qəzalarını  (ġamaxı,  ġuĢa,  Nuxa, 
Lənkəran, Bakı, Dərbənd və Quba) özündə birləĢdirən  «Kaspi vi-
layəti»nin tərkibinə daxil edilmiĢdi
164
. 1846-cı ildə «Kaspi vilayə-
ti» ləğv olunduqdan sonra Nuxa (ġəki) qəzası ġamaxı quberniya-
sının, 1859-cu ildən Bakı quberniyasının, 1868-ci ildən isə Yeliza-
vetpol  (Gəncə)  quberniyasının  tərkib  hissəsi  olmuĢdu
165
.  Buradan 
məlum  olur  ki,  nə  Səbatinin  doğulduğu  1846-cı  ildə,  nə  ondan 
öncə,  nə  də  ondan  sonra  ġəki  və  o  zamanlar  onun  bir  məntəqəsi 
sayılan  Qəbələ  Dağıstana  aid  edilməmiĢlər.  Onlar  Dağıstandan 
deyil, bəzi digər Azərbaycan qəzaları ilə birlikdə ġamaxıdan, daha 
sonralar isə  Bakıdan və Gəncədən idarə olunmuĢlar. 
                                                 
161
  Описание  областей  Адребижанских  в  Персии  и  их  политического  состояния 
сделанное  пребывающим  при  его  Высочестве  Царя  Картлинском  и  Кахетинском 
Ираклии Темуразовиче Полковником и Кавалером Бурнашевым в Тифлисе в 1786 
г. Курск, 1793, с. 7-9. 
162
 Мащмуд Кемал Инал. Сон асыр тцрк шаирлери. 4. ъ. с. 2135. 
163
 Азярбайъан Совет Енсиклопедийасы (АСЕ), ъ. ВЫЫ, с.305. 
164
 АСЕ, ъ.В, с.291. 
165
 АСЕ, ъ.ВЫЫ, с.305. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
67 
Göründüyü kimi, tarixi qaynaqlar və rəsmi sənədlər ġəkinin 
əsrlər boyunca tarixi, coğrafi, mədəni və siyasi cəhətdən Dağıstana 
deyil,  Azərbaycana  aid  olduğunu  təkzibedilməz  Ģəkildə  ortaya 
qoyur.  Belə  olan  halda,  Arif  Hikmətin  və  Mahmud  Kamalın  ġə-
kini  Dağıstana  aid  etmələri onların  Qafqazın  tarixi və  coğrafiyası 
haqqında səthi biliklərə malik olduğunu göstərir. Çünki elə həmin 
müəlliflər  öz  təzkirələrinin  digər  yerlərində  XVIII-XIX  əsrlərin 
Ģairlərindən bəhs edərkən Qarabağı və ona tabe olan BərgüĢad və 
Qazaxı da əsassız surətdə Dağıstana aid edirlər:  «Vaqif Dağıstan 
qitəsində,  Qarabağ  nam  ölkədə  Qazax  tayifəsindən  zühur  …  et-
miĢdir»
166
;  və  ya  Mahmud  Kamal,  Nigaridən  bəhs  edərkən 
«Nigari … Dağıstanda Qarabağa tabe BərgüĢad qəsəbəsində 1220 
(1805)-də doğdu» Ģəklində bilgi verir
167
. Bu kimi məlumatlar heç 
bir mənbənin faktları ilə təsdiqlənmir. Əksinə, tarixi qaynaqlar sö-
zügedən ərazilərin tarix boyunca Azərbaycan coğrafiyasının tərki-
bində  olduğunu  nümayiĢ  etdirir.  Hələ  məĢhur  ərəb  tarixçisi  Əh-
məd ibn Əsəm əl-Kufi (ö. 926) özünün «Fütuh əl-buldan» («Ölkə-
lərin fəthi») əsərində «Bərdədən 40 fərsəx … aralı olan Qazax adlı 
məntəqənin»  Azərbaycana  aid olduğunu bildirmiĢdir
168
.  Fəzlullah 
RəĢidəddin,  ġərəf  xan  Bidlisi,  Övliya  Çələbi,  Mirzə  Səmia, 
S.D.BurnaĢev,  Hacı  Zeynalabidin  ġirvani,  Ġsa  Ziyai  və  baĢqaları 
öz əsərlərində Qarabağın aĢkar surətdə Azərbaycan ərazisi olduğu-
nu qeyd etmiĢlər. Yuxarıda adlarını çəkdiyimiz Osmanlı təzkirəçi-
lərinin  bəhs  etdikləri  XVIII  əsrin  sonları  -  XIX  əsrin  əvvəllərinə 
dair ən mötəbər qaynaqlardan biri məĢhur səyyah Hacı Zeynalabi-
din ġirvaninin səyahətnamələridir. Bu müəllif özünün «Bustan üs-
səyahət»  əsərində  yazır:  «Qarabağ  Azərbaycanın  vilayətlərindən 
biridir, hər yeri firavandır və əhalisi türkdillidir»
169
. Bütün bunlar-
                                                 
166
 Чинаръы Н. Шейщцлислам Ариф Щикмет Бейин Тезкиретцш-шуарасы. с. 109. 
167
 Мащмуд Кемал Инал. Сон асыр тцрк шаирлери. 4. ъ. с. 1627. 
168
  Orta  əsr  ərəb  mənbələrində  Azərbaycan  tarixinə  aid  materiallar  (ön  söz:  F.Əsədov; 
tərcümə  edənlər:  Z.Bünyadov,  C.Ġskəndərli,  H.Əkbərov,  S.Süleymanova,  E.Ağayeva). 
Bakı, 2005, s. 59. 
169
 Щаъы Зейналабидин Ширвани. Bustanus-səyahət. Tehran, 1315, с. 425.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə