Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   12   13   14   15   16   17   18   19   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
53 
Sultan Süleymandan sonra Osmanlı taxt-tacına onun vəliəhdi 
II  Səlim  (1566-1574)  yiyələndi.  AĢiq  Çələbi  II  Səlim  haqqında 
yazır: 
 
Salsa tiğün cahana nola hiras, 
Əcəmi oğlanunca yox Təhmas. 
ġah-i Təbrizi dərbədər etdün, 
BaĢına tac-i dərd-i sər etdün
107

 
Yenə həmin müəllif II Səlimdən bəhs edərkən onu ġah Təh-
masiblə müqayisə edir və Səlimin göndərdiyi hədiyyələr qarĢısın-
da  Təhmasibin  heyran  qaldığını  vurğulayır:  «Əgər  mənsəbdə  və 
malda və əgər halda və məalda ġah Təhmasib fərzane-yi nət-i lub-
i Ģahi ikən müft-i əsbab verməklə Ģöylə iltifat eyləmiĢdür ki, lub-i 
hiylədə  sehr-i  Samiri  edər  keçinürkən  cühud-i  xane-yi  heyrətdə 
mat eyləmiĢdür»
108

Tarixdən  bəllidir  ki,  Təhmasib  öz  oğlu  Ġsmayılı  itaətsizlik 
göstərdiyi  üçün 1556-cı  ildə Qəhqəhə qalasında  həbs etdirmiĢ və 
o, təxminən 20 il ərzində həbsdə qalmıĢdı
109
. Osmanlı təzkirələri-
nin məlumatına görə, Təhmasib öz oğlu Ġsmayılı Qəhqəhə qalasın-
da  həbs  etdiyi  zaman  o,  orada  kitab  oxumaqla  vaxtını  keçirir, 
xüsusən  də  əcdadları  olan  Səfəvi  Ģeyxlərinin  öz  xətti  ilə  qələmə 
aldıqları  əlyazmalara  maraq  göstərirdi.  Atası  öldükdən  sonra  II 
ġah  Ġsmayıl  (1576-1577)  hakimiyyətə  gəldikdə  tədricən  dövlətin 
dini  siyasətində  və  ideologiyasında  dəyiĢiklik  etməyi,  Ģiəliyin 
hakim  rolunu  aradan  qaldırmağı  və  sünnilik  cərəyanına  meydan 
verməyi qərara aldı. Bu prosesin icra olunmasında aparıcı rol Sey-
yid  ġərif  Cürcani  nəslindən  olan  Mirzə  Məxdum  ləqəbli 
Müiniddin  ƏĢrəf  adlı  din  xadiminə  məxsus  idi.  O,  hələ  Ġsmayıl 
zindanda  olarkən  onunla  görüĢmüĢ  və  dini  söhbətlər  etmiĢdi.  La-
kin  qızılbaĢ  əmirləri sözü bir  yerə  qoyub, Ģahın  hüzuruna  gəlirlər 
və ona «molla-yi mərqumun qəsəre-yi himmət və əqsa-yi nehməti 
                                                 
107
 Кылыч Ф. Мешаирцш-шуара. с. 77-78. 
108
 Йеня орада, с. 80. 
109
 Эфендиев О. Азербайджанское государство Сефевидов в XVI веке. с. 122. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
54 
məzhəb-i Ģiəyi mehr ü məhəbbət  gibi aləmdən götürüb, manənd-i 
Ənqa  müsəmmasını  mədum  etməkdür»  deyə,  Mirzə  Məxdumun 
əməllərindən  Ģikayət  edirlər.  Nəticədə,  II  Ġsmayıl  bu  tədbirlərdən 
əl çəkməyə və hətta Mirzə Məxdumu bir-iki gün həbsdə saxlama-
ğa vadar olur, daha sonra o, azadlığa buraxılır. Lakin çox keçmir 
ki, II ġah Ġsmayıl əmirlərin qəsdi nəticəsində öldürülür. Bu hadisə-
dən  sonra  Mirzə  Məxdum  Osmanlı  dövlətinə  sığınır,  müxtəlif 
vaxtlarda Diyarbəkrdə, Bağdadda, Trablusda, Məkkə və Mədinədə 
qazı olduqdan sonra nəqibül-əĢrəf təyin edilir
110
.   
II  Sultan  Səlimin  oğlu  III  Sultan  Muradın  (1574-1595) 
dövründə Səfəvi-Osmanlı münasibətlərində yenidən sülh pozuldu. 
Osmanlı sultanı «əsgər göndərərək, ġirvan, Rəvan və Azərbaycanı 
ölkəsinə qatdı»
111
.    
Zeyni 1578-1590-cı illər Səfəvi-Osmanlı müharibəsində Os-
manlı  komandanı  Osman  paĢanın  ġirvanı  tutması  haqqında  Ģeir 
demiĢdi:  «Vəziri-əzəm  Osman  paĢa  həzrətləri  vilayət-i  ġirvanı 
fəth  ü  təsxir  ilə  əlave-yi  məmalik-i  Osmani  etdükdə  təhniyyət-i 
fəth  içün  dedügi  əbyat  məĢhur-i  cəhan  olub,  sər-dəftər-i  nadirə-
quyan olan divanə insan təxmis eyləmiĢdür. Ol əbyat budur»: 
 
Bu gün meydan-i rəzm içrə sən etdün fəth ġirvanı, 
Umarım edəsin min-bəd zəmin Ġran u Turanı
112

 
Qınalızadə III Murad haqqında yazır: 
 
 ﺍس ضﻳشﺒت ﻰﻟﺍﻭ
گ
ذعس ﻰﻣ فشؽﺍ تخ س
 
 ص جﺎﺑ
گ
آ ﻥدس
 
ر
دسﻭآ ﻰﻣ ﻥﺎدﻳﺎﺑس
 
چ
ﻰﻛ دﺎﺑ ﺎت ﻥﺎﻬﻔصﺍ ﻞﻫﺍ ذﻨﻫﺍس شﺑ ﻢؽ  
 تﻫﺍس صﺍ ﻪﻣشع
دسﻭآ ﻰﻣ ﻥﺎﻬﻔصﺍ ﻞﻫﺍ ﻪﺑ
 113
.
 
                                                 
110
 Ейдуран А. Кыналызаде Щасан Челеби. Тезкиретцш-шуара. с. 984-985; Бейани 
Мустафа  бин  Ъаруллащ  Тезкиретцш-шуара.  с.  78-79.  Бу  щадисялярин  Сяфяви 
мянбяляриндяки  шярщи  цчцн  бах:  Эфендиев  О.  Азербайджанское  государство 
Сефевидов в XVI веке. с. 139-141.  
111
 Бейани Мустафа бин Ъаруллащ Тезкиретцш-шуара  с. 28. 
112
 Ейдуран А. Кыналызаде Щасан Челеби. Тезкиретцш-шуара. с. 456. 
113
 Йеня орада, с. 23. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
55 
 
III Sultan Murad dövrü Ģairlərindən DərviĢ yazır: 
 
Nə çokbaĢlu olur, ya Rəbb, o xətt-i fitnə-əngizi, 
Nə fitnə baĢıdur anunsər-i zülf-i dil-avizi. 
 
Qərar etdi səvad-i xətti ruy-i təbnakında, 
Qonub gərd-i sipah-i Rum tutdı sanki Təbrizi. 
 
Müqabil laləyə susən çəmən səhnində rumidür, 
QızılbaĢa çəkər san xəncər-i bürran-i sər-tizi
114

  
Osmanlı Ģairi Mühiti ġirvandakı Osmanlı ordusunda qazılıq 
etmiĢdir: «Mərhum Mustafa paĢa təsxir-i Ġran u Turan içün əzm-i 
girudar  edüb,  səhra-yi  vilayət-i  ġirvanı  qızılbaĢ-i  bəd-məaĢlarun 
baĢı ilə laləzar və nəhr-i Araz u Ceyhunı ol tayife-yi baqiyyənün 
xunı ilə sürx-ab etdükdə ordu-yi hümayunda qazı olmıĢ idi. Hala 
dəxi bər-nəhc-i mazi ol diyarda qazıdur»
115
. Mühiti «Mustafa paĢa 
qızılbaĢ səfərinə çıxınca, sultanın ordusunun qazısı olmuĢdu»
116

Qeysəriyyəli Mustafa Meyli, Osman paĢa ilə ġirvana getmiĢ, 
bir müddət dəftərdar, bir müddət mirliva olmuĢdur
117

XVII  əsrin  əvvəllərində  Səfəvi  hökmdarı  I  ġah  Abbas  Os-
manlıların  əlinə  keçmiĢ  Azərbaycan  torpaqlarını  geri  qaytarmaq 
üçün yeni bir müharibəyə baĢladı. Bu müharibələr müəyyən fasilə-
lərlə 1639-cu ilə kimi davam etdi və I Abbasın varisi ġah Səfinin 
zamanında  Qəsri-ġirin  sülh  müqaviləsinin  imzalanması  ilə  baĢa 
çatdı. Hərbi əməliyyatlar zamanı əldən-ələ keçən Azərbaycan tor-
paqları bu müqaviləyə əsasən Səfəvilərin hakimiyyəti altında qal-
dı.  
Osmanlı  Ģairləri  bu  müharibələr  zamanı  baĢ  vermiĢ  bəzi 
fəthlərə tarixi beytlər həsr etmiĢlər. Yəhya Əfəndi Ġrəvanın fəthinə 
dair tarix demiĢdir: 
                                                 
114
 Йеня орада, с. 391. 
115
 Ейдуран А. Кыналызаде Щасан Челеби. Тезкиретцш-шуара. с. 934. 
116
 Бейани Мустафа бин Ъаруллащ Тезкиретцш-шуара. с. 75.  
117
 Йеня орада, с. 80.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə