Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   8   9   10   11   12   13   14   15   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
40 
zındıqlıqda və dinsizlikdə ittiham edərək, onun qətlinə dair üləma-
dan  fitva  almıĢ,  bunun  nəticəsində  onu  dar  ağacından  asmaqla 
edam  etdirmiĢdi
46
.  Ġlk  mənbələrə  görə,  Sultan  Yaqub  24  dekabr 
1490-cı ildə vəfat etmiĢ, onu azyaĢlı oğlu Baysunqur əvəzləmiĢdi. 
Əslində  isə  hakimiyyət,  faktiki  olaraq,  Sufi  Xəlilin  əlində  cəm-
ləĢdi. O, 19 yanvar 1491-ci ildə Qazı Ġsanı edam etdirmiĢdi
47
.  
1474-cü ildə Uzun Həsənin oğlu Uğurlu Məhəmməd atasın-
dan üz döndərib, Osmanlıya sığındı. O, II Mehmedin qızı Gövhər-
xan sultanla evlənmiĢ, bu nikahdan Əhməd adlı oğlu dünyaya gəl-
miĢdi və sonradan bu oğlan qısa müddət ərzində Ağqoyunlu döv-
lətinin  padĢahı  olmağı  bacarmıĢdı.  Osmanlı  təzkirələrinə  əsasən, 
azərbaycanlı  Ģair  Bəsiri,  Uğurlu  Məhəmmədin  oğlu  Əhmədin 
xidmətində  olmuĢ,  1497-ci  ildə  Əhməd  Azərbaycan  taxtına  sahib 
olarkən  o  da  onunla  birlikdə  Təbrizə  getmiĢdir.  Daha  sonra  Əh-
məd onu elçi kimi dayısı Sultan II Bayəzidin yanına göndərmiĢdi. 
Lakin  Bəsiri  Osmanlı  sarayında  danıĢıqlar  apararkən  Əhmədin 
ölüm  xəbəri  gəlmiĢ  və  o,  geri  qayıtmayıb,  Ġstanbulda  qalmıĢdı
48

Tarix  əsərlərindən  bəlli  olur  ki,  Əhməd  «Osmanlı  padĢahlarının 
üsulu ilə» dövləti idarə etməyə, mərkəzi hakimiyyəti gücləndirmə-
yə,  ictimai-iqtisadi,  siyasi  islahatlar  aparmağa  cəhd  etmiĢ  və  bu-
nun  nəticəsində  əmirlər  tərəfindən  qətlə  yetirilmiĢdi.  Onun  haki-
miyyəti cəmi 7 ay sürmüĢdür
49
.  
AĢiq Çələbinin məlumatına görə, «Uğurluoğlu Sultan Əhmə-
din  diyar-i  Əcəmdə  Ģəhid  olması»  xəbəri  Ruma  yetiĢdikdə  xalq 
onun üçün matəmə qərq olmuĢdu
50
.  
1501-ci ildə ġah Ġsmayılın rəhbərliyi ilə yaradılmıĢ Azərbay-
can  Səfəvilər  dövləti  xalqımızın  dövlətçilik  tarixinin  Ģanlı  bir  sə-
hifəsini təĢkil etmiĢdir. Lakin təəssüf ki, Osmanlı təzkirəçiləri Sə-
fəvi-Osmanlı münaqiĢəsi üzündən bu dövlətə antipatiya ilə yanaĢ-
                                                 
46
Мешаирцш-шуара. 1994, с. 38-39, 313. 
 
47
 Хунджи Фазлуллах ибн-Рузбихан. Тарих-и алам ара-йи Амини, c.143. 
48
 Сещи Бей. Тезкире «Щешт-бищишт». с. 201. 
49
 Эфендиев О.А. Образование Азербайджанского государства Сефевидов в начале 
XVI века. Баку, 1961, c.53-54. 
50
 Кылыч Ф. Мешаирцш-шуара. с. 117. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
41 
mıĢ və öz əsərlərində Səfəvilərə və onların tərəfdarı olan qızılbaĢ-
lara  qarĢı  mənfi  münasibət  göstərmiĢlər.  XVI-XVII  əsrlərin  Os-
manlı təzkirələrində Səfəvi Ģahları həqarətlə «ġah Ġsmail-i ləin»
51

«ġah Ġsmail-i sürx-sər-i bəd-siyər-i iblis-rəhbər»
52
,  «fərman-dəh-i 
diyar-i Əcəm, Ģah-i Ģeytan-xadim ü həĢəm məzhər-i enva-yi bəd ü 
ebatil və sərdar-i əĢrar və rəis-i firqe-yi məxazil, Zöhhak-i xunxar-
əmr  olan  ġah  Ġsmail»
53
,  «Təhmas-i  anid»
54
,  “Ģah-i  nikbət-sipah 
Təhmasib-i  bi-əql  ü  intibah”,  “Ģeytan-i  pür-iĢyan  və  div-i  ləin-i 
pür-xizlan”, Səfəvi  sarayı  “xane-yi bum-aĢiyanə”, Səfəvi  məmlə-
kətləri “məmalik-i pür-məhalik”, Səfəvilərin tərəfdarları isə «sürx-
sər-i bəd-siyər»
55
, «tayife-yi bədnam»
56
 və s. nalayiq ifadələrlə ad-
landırılırlar.  Lətifi  qızılbaĢları  ilhad  (dinsizlik)  və  ibahətdə  (ha-
ramları  halal  bilmək)  ittiham  edir
57
.  AĢiq  Çələbi  12  dilimli  qızıl-
baĢ tacı haqqında məlumat verir
58
. Osmanlı təzkirəçiləri hətta XIX 
əsrin hadisələrindən danıĢarkən azərbaycanlıları «qızılbaĢ» adlan-
dırırlar
59

Osmanlı təzkirələrində qızılbaĢlara mənfi münasibətin olma-
sına  baxmayaraq,  bu  əsərlərdə  bəzi  Azərbaycan  Ģairlərinin  qızıl-
baĢlar haqqında müsbət Ģeirlərinə də rast gəlirik. Məsələn, Süruri 
yazır: 
 
Qönçədən gül  nizə çəkdi Ģaha yoldaĢ olmağa, 
Lalələr baĢına tac aldı qızılbaĢ olmağa. 
 
Sünbül-i tərdən səba cəm eyləyüb çarublar, 
Asitan-i Ģahda baĢ qodı fərraĢ olmağa. 
 
Ey Süruri yerdə Ģahun nail-i əsb-i Düldüli, 
                                                 
51
 Латифи Тезкиретцш-шуара. с. 308. 
52
 Йеня орада, с. 300. 
53
 Ейдуран А. Кыналызаде Щасан Челеби. с. 86. 
54
 Йеня орада, с. 930. 
55
 Латифи Тезкиретцш-шуара. с. 221. 
56
 Ейдуран А. Кыналызаде Щасан Челеби. Тезкиретцш-шуара. 591. 
57
 Латифи Тезкиретцш-шуара. с. 300. 
58
 Кылыч Ф. Мешаирцш-шуара. с. 59. 
59
 Мащмуд Кемал Инал. Сон асыр тцрк шаирлери. 3. ъ. с. 1627. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
42 
YaraĢur altında mahun ənbərin qaĢ olmağa. 
 
ġahinin farsca bu beyti də qızılbaĢlar haqqındadır: 
 
نركٌ جات
تسا رس رب ار ناتلود بحاص هك ىگ
 
تسا ردٌح لآ غاب خرس ىاهلگ همه نٌا 
 
Dövlət sahiblərinin baĢlarındakı bir rəngli tacların hamısı, 
Heydər nəslinin bağının qırmızı gülləridir. 
 
Osmanlı Ģairi Mövlana Nihani sanki Sürurinin laləni qızılba-
Ģa bənzətmsinə cavab olaraq yazırdı: 
 
Tac-i gülgün geydigiyçün lalə Ģahilər gibi, 
Çəkdi süsənlər qılıc sünni sipahilər gibi. 
 
Rafizidür lalə anınçün baĢında tacı var, 
Yasəmənlər Həqqə üz tutmuĢ ilahilər gibi
60

 
Bu  misal  gətirdiyimiz  Ģeir  parçaları  o  dövrün  gərgin  ide-
oloji  və  hərbi-siyasi  rəqabət  meydanında  baĢ  verən  hadisələrin 
Azərbaycan və Osmanlı ədəbiyyatına təsirinin nümayiĢ etdirilməsi 
üçün böyük əhəmiyyət kəsb edirlər.   
Qınalızadə  I  Sultan  Səlimdən  bəhs  edərkən  ġah  Ġsmayılın 
yüksəliĢini  təsvir  edir.  Onun  Ģərhinə  görə,  Əcəm  ölkəsi  müxtəlif 
tayfa hakimlərinin arasında bölüĢdürülmüĢ olduğundan ġah Ġsma-
yıl bu fürsətdən istifadə edib, onlara tək-tək qələbə çalmıĢ və haki-
miyyətə  yiyələnmiĢdi
61
.  Qınalızadə    Səfəvi  Ģahlarının  hər  birinin 
«Əfrasiyab-i  mərəke-yi  girudar»  olduğunu  və  onların  «nəf-i  ca-
handa  fərzanə  keçən  neçə  Ģahları  piyada  edüb,  əsb-i  dövlətdən 
xak-i  məzəllətə  düĢürdüklərini»  yazır
62
.Osmanlı  təzkirəçisi  tərə-
findən  Səfəvi  Ģahlarının  məhz  qədim  türk  hökmdarı  Əfrasiyaba 
bənzədilməsi  bu  sülalənin  bir  türk  nəsli  olmasından  irəli  gəlirdi. 
                                                 
60
 Сещи Бей. Тезкире «Щешт-бищишт». с. 181. 
61
 Ейдуран А. Кыналызаде Щасан Челеби. с. 86-88. 
62
 Йеня орада, с. 23.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə