Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   9   10   11   12   13   14   15   16   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
43 
Maraqlıdır ki, Sultan Səlim də ġah Ġsmayıla yazdığı məktubda onu 
Əfrasiyaba bənzədirdi
63
 
Həmin  zaman  bəzi  Ģəxslər  Səfəvi  hakimiyyətinə  itaət  etmə-
yib,  Osmanlı  ölkəsinə  getməyi  qərara  aldılar.  Monla  Ġdris  Bitlisi 
Ağqoyunlu dövlətinin süqutundan sonra Osmanlıya,  II  Bayəzidin 
sarayına sığınmıĢdı
64
. EyĢinin  atası  din  xadimi  olmuĢ,  Qəzvindən 
Osmanlı ölkəsinə qaçmıĢdı. HaĢiminin də atası Əcəmdən mühaci-
rət  etmiĢ  və  Trabzonda  Sultan  Səlimin  xidmətinə  daxil  olmuĢ  və 
Səlimin  atası  Bayəzid  ilə  müharibəsində  həlak  olmuĢdur.  Həbibi, 
Sultan  Bayəzid  dövrünün  axırında  Ruma gəlmiĢdi. Əbhərli  Haki-
mi sünni olduğu üçün ġah Ġsmayıl hakimiyyətə gələndən sonra əv-
vəlcə Diyarbəkrə, sonra Ġstanbula qaçmıĢdı. 
Eyni zamanda, həmin illərdə  Osmanlıdan üz döndərib Səfə-
vilərə sığınanlar da olmuĢdur. Bursalı Firdovsi-yi Rumi II Bayəzid 
dövründə «padiĢah haqqında bir kaç əbyat-i na-Ģayəstə və na-səza 
diyüb,  vilayət-i  Rumdan  fərar  və  diyar-i  Əcəmdə  qərar  etdi»
65

Ədirnə yaxınlığndakı Dimetoka adlı qəsəbədən olan Vasiyi Çələbi 
II  Bayəzidin  qəzəbinə  tuĢ  gəlmiĢ  və  «çıkub  vilayət-i  Əcəmə  get-
miĢdi».  Vəziyyət  düzəldikdən  sonra  o,  təkrarən  Ruma  qayıtmıĢ-

66

Sultan  Sənayi  Divani,  Mövlana  «Divan»ını  ġah  Ġsmayıla 
təqdim  etmək  üçün  Təbrizə  gəlmiĢ,  Səfəvi  sarayında  məclislərdə 
və  söhbətlərdə  iĢtirak  etmiĢdir.  O,  geri  qayıdarkən  azərbaycanlı 
Ģair DərviĢ Səfi də onunla Ruma getmiĢ və orada mövləviliyi qə-
bul etmiĢdi
67
.  
Sultan  Səlim  hakimiyyətə  gəldikdən  sonra  yeni  qurulmuĢ 
gənc Səfəvilər dövlətinə qarĢı qəti hərəkətə keçmək qərarına gəldi. 
                                                 
63
  Аббаслы  М.  Шащ  Исмайылын  юмцр  йолу  миниатцрлярдя.  Бакы,  1981;  Browne 
E.G. A History of Persian Literature in the Modern Times (A.D.1500-1924). Cambridge 
University Press, 1924, s. 12. 
64
 Сещи Бей. Тезкире «Щешт-бищишт». с. 46.  
65
  Латифи  Тезкиретцш-шуара.  с.  426;  Ейдуран  А.  Кыналызаде  Щасан  Челеби. 
Тезкиретцш-шуара. с. 784.  
66
 Латифи Тезкиретцш-шуара. с. 555. 
67
 Есрар Деде. Тезкире-и шуарайи мевлевийе. s. 165. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
44 
Bəyani  yazır:  «918 / 1512-də səltənət onun  gücünə verildi. Səltə-
nəti dönəminin ilk zamanlarında yurddakı dinsizləri zərərsizləĢdir-
miĢ, sonra ġah Ġsmayılın ortadan qaldırılmasına qərar vermiĢdi»
68

Təzkirəçilər Sultan Səlimin ġah Ġsmayılla «fəza-yi Çaldıran-
da cəngə ahəng  etməsindən»
69
,  Sultan  Səlimin qızılbaĢlar  üzərinə 
«səfər-i zəfər-əsər»indən
70
 bəhs edirlər. Lətifi Sultan Səlimdən söz 
açarkən yazır ki, «müluk-i malik-i Təbriz ü Xorasan xof-i cəladə-
tindən hirasan … və təbrizlilər tir-i xədəngindən lərzidə idi»
71
.  
ġah Ġsmayıl 1514-cü ildə Sultan Səlim Əcəm səfərinə çıxar-
kən ona Mir Barmaqsız ləqəbi ilə tanınan azərbaycanlı Ģair, xəttat 
və din xadimi Mir Hüseyn Qəribini elçi göndərmiĢ, lakin o, Qey-
səriyyədə həbs olunmuĢdu. Səlimə yazdığı bir qəsidənin nəticəsin-
də həbsdən qurtulmuĢ, Osmanlı xidmətinə keçmiĢdi. AĢiq Çələbi-
yə  görə,  Əlqas  mirzə  Kəfəyə  gəldikdə  o  da  orada  yaĢayırmıĢ  və 
Ģahzadəyə  böyük  qonaqpərvərlik  göstərmiĢdi  və  elə  bu  səbəbdən 
də xidmətdən uzaqlaĢdırılmıĢdı. 
Qınalızadə Sultan Səlimin Səfəvilərə qarĢı müharibəsinə dini 
don geyindirərək, ġah Ġsmayılın «ilahi hökmlərdən üz döndərdiyi-
ni» iddia edir. Daha sonra o, Osmanlı əsgərlərini tərifləyir və Çal-
dıran  döyüĢünü  təsvir  edir:  «Səhra-yi  Çaldıranda  təlaqi-yi  əskə-
reyn  vaqe  olub,  səflər  bağlanub,  bahadıran  hər  tərəfdən  əlləĢüb, 
bir-biriylə dilləĢüb, səfarət-i siham zəban-avər-i hüsama mübəddəl 
və müharibe-yi bil-kəlam vəl-hüruf müqərəə bil-rimah vəs-süyufa 
mühəvvəl olub, tir-i ahənin peykan-qüvvət və müzahirət-i kəman 
ilə  qəlb-i  düĢmənana  yüz  urmuĢ  idi.  Cümle-yi  gürz  ü  təbərə  cöv-
Ģən ü sipər mane olmayub, neçə dilavərlərün ruy-i həyatını xak-i 
məmata sürmüĢ idi… Tib-i yılan ümman-i zireh və xəftanda qəv-
vaslar  gibi  ləali-yi  həyatı  ararlar  və  tir  ü  xəncər-misal-i  ayaran 
xizane-yi sine-yi pəhləvanı dələrlər idi… Qönçe-yi dövlət nəsim-i 
zəfər ü nüsrət ilə xəndan … olub… ġah Ġsmayıl baqiyyətüs-süyuf 
                                                 
68
 Бейани Мустафа бин Ъаруллащ Тезкиретцш-шуара. с. 27. 
69
 Латифи Тезкиретцш-шуара. с. 300. 
70
 Йеня орада, с. 221. 
71
 Йеня орада, с. 149. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
45 
olan məxazil ilə qərarı fərara və əziməti həzimətə təbdil eylədi»
72

Bu döyüĢdə QızılbaĢ ordusunun bir çox sərdarları öldürüldü. 
Səhi bəy qeyd edir ki, Sultan Səlim «ġah Ġsmayıl ilə savaĢdı 
və Allahın izni ilə ġərq padĢahı Ġsmayıl Ģah həzimətə uğradı»
73

Sultan Səlim öz farsca Ģeirində «əsgərimlə Ġstanbuldan hərə-
kət edib Əcəm səfərinə çıxdım, qızılbaĢı məlamət qanına qərq et-
dim»  deyə  bu  yürüĢü  təsvir  etmiĢdir
74
.  Suni  təxəllüsü  ilə  Ģeirlər 
yazan Ġsgəndər paĢanın oğlu Mustafa bəy, Sultan Səlim zamanın-
da sancaqbəyi olmuĢ və Çaldıran döyüĢündə iĢtirak etmiĢ, «Ģücaət 
və  mərdanəlik»  göstərmiĢdi,  sultan  tərəfindən  mükafatlandırıl-
mıĢdı
75
. Həmçinin Ģair olan Sultan Səlimin niĢançısı Tacizadə Cə-
fər  Çələbi  də  «əzimət-i  cəng-i  ġah  Ġsmayıl»da  iĢtirak  etmiĢdi
76

Monla Ġdris, Həlimi Çələbi və Cəfər Çələbi  «səfər-i Ərdəbildə və 
əzmiət-i ġah Ġsmayılda» Sultan Səlimin yanında olmuĢlar
77
.  
Çaldıran döyüĢü Osmanlı ədəbiyyatında geniĢ surətdə əksini 
tapmıĢdır.  AĢçızadə  Həsən  Çələbi  Çaldıran  döyüĢünə  dair  farsca 
və türkcə tarixlər demiĢdir. Türkcəsi belədir: 
 
PadiĢah-i sərir-i həft-iqlim, 
Yəni Sultan Səlim-i ədl-ayin. 
 
Payimal etdi sürxsər ceyĢin, 
Sərnigün oldı mülhid-i bi-din. 
                                                 
72
 Ейдуран А. Кыналызаде Щасан Челеби. Тезкиретцш-шуара. с. 86-88. 
73
 Сещи Бей. Тезкире «Щешт-бищишт». с. 49. 
74
 Йеня орада, с. 50. 
75
 Ейдуран А. Кыналызаде Щасан Челеби. Тезкиретцш-шуара. с. 591-592. 
76
  Йеня  орада,  с.  252.  Bəzi  tarixçilər  Çaldıran  döyüĢündə  guya  ġah  Ġsmayılın  həyat 
yoldaĢı  Taclı  xanımın  Osmanlılara  əsir  düĢdüyünü  və  onun  Sultan  Səlim  tərəfindən 
Tacizadə Cəfər Çələbiyə ərə  verildiyini əsassız olaraq iddia etmiĢlər (bu kimi  fikirlərin 
tənqidi üçün bax: S.M.Onullahi. Taclı xanım // Azərbaycan SSR EA-nın Xəbərləri. Dil, 
ədəbiyyat  və  incəsənət  seriyası.  Bakı,  1981,  №  1,  s.  44-51).  Lakin  Tacizadənin 
bioqrafiyası haqqında ən ilkin və dolğun mənbələrdən biri olan Qınalızadə təzkirəsində 
onun  həyatının  bir  çox  nüanslarına  diqqət  çəkilsə  də,  onun  Taclı  xanımla  evlənməsi 
məsələsi  əksini  tapmamıĢdır.  Fikrimizcə,  Ģah  xanımının  əsir  alınması  və  Tacizadəyə 
verilməsi  məsələsinin  həqiqətlə heç  bir  əlaqəsi  yoxdur  və  bu  əhvalat  Səfəviləri  gözdən 
salmaq istəyən bəzi Osmanlı salnaməçiləri tərəfindən sonradan uydurulmuĢdur.    
77
 Кылыч Ф. Мешаирцш-шуара. с. 216. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə