Azərbaycan Ģairləri Osmanlı təzkirələrində
71
3.1. Təzkirəçilərə görə Azərbaycan şairlərinin Osmanlı
ölkəsinə gəlmə səbəbləri
Osmanlı təzkirələrində xatırlanan Azərbaycan Ģairlərinin de-
mək olar ki, böyük əksəriyyəti Osmanlı ölkəsinə bu və ya digər
səbəblə getmiĢ azərbaycanlılardır. Sözügedən təzkirələri araĢdır-
dıqda azərbaycanlı Ģairlərin siyasi hadisələr, maddi-sosial çətinlik-
lər, təhsil almaq və səyahət etmək məqsədilə Osmanlı ölkəsinə
getmələri məlum olur. Bundan baĢqa, təzkirəçilər bəzi Ģairlərin
ata-babalarının Azərbaycandan bu ölkəyə gəlmələri haqqında bilgi
verirlər.
Azərbaycan Ģairlərinin Osmanlı ölkəsinə gəlmə səbəbini ay-
dınlaĢdırmaq üçün təzkirəçilərin Ģairlər haqqında verdiyi
məlumat-
ları nəzərdən keçirək.
Siyasi səbəblə gedənlər
XVI əsr Ģairi Bəsiri elçi olaraq Osmanlı ölkəsinə gəlmiĢdir.
Təzkirəçilər onun Uğurlu oğlu Məhəmməd Mirzənin xidmətində
olduğunu, Uğurlu oğlu Əcəmə dönüb padĢah olunca mərhum Sul-
tan Bayəzidə elçi olaraq göndərildiyini yazır. Anadoluya gəldiyi
zaman Uğurlu oğlu bir hadisəyə məruz qalıb taxtdan endirildiyin-
dən onun geriyə dönməsi müyəssər olmamıĢ və evlənərək Ġstan-
bulda qalmıĢdır.
EyĢinin atası din xadimi olmuĢdur. Siyasi səbəblər üzündən
Səfəvi dövlətini tərk edib Osmanlı dövlətinə sığınmıĢ və Sultan
divanında katib təyin olunmuĢdur.
Qınalızadə Həsən Çələbi və Əsrar Dədə, Əbdi təxəllüslü
Azərbaycan Ģairinin ġah Təhmasib zamanında sünni məzhəblərinə
olan təsir səbəbiylə Anadoluya və ya Misirə getdiyini yazır. «Təh-
mas-i xənnas-i pür-vəsvas-i dəlalət-istinas zamanında din ü iman-
dan mübərra əhl-i təbərra ruz u Ģəb itməklə əhl-i sünnət ü camaata
iftiraq düĢüb sine-yi pür-səkinələri dağ-i hicran və atəĢ-i mihən ü
əhzan ilə ihtiraq üzrə olduqda mərhum dəxi azim-i diyar-i Rum