Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   14   15   16   17   18   19   20   21   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
59 
 
Əcəmdən keçdi Sultan Əhməd aldı müjdə Təbrizi 
                                        Sənə: 1137 (1724-25)
131

 
Səid paĢa Təbriz qalasının fəthinə tarix demiĢdir: 
 
Alındı, padiĢahım, müjdə Təbriz - sənə 1137
132

 
Əli Savni Təbriz fəthinə bu tarixi söyləmiĢdir: 
 
Zihi müjdə cahana Savniya ol fəth-i firuzi, 
Müəyyəd ola Sultan Əhməd aldı hısn-i Təbrizi
133

 
Təbriz  və  Gəncə  1725-ci  ildə  Osmanlılar  tərəfindən  tutul-
muĢdur
134

Vəzir  Arifi  Əhməd  paĢa  Əcəm  səfərlərinə  sərəsgər  təyin 
olunmuĢdu
135
.  Əhməd  Mərami  onun  ordusu  tərkibində  olmuĢ  və 
Əli  paĢa  zamanında  Rəvan  dəftərdarı  təyin  olunmaqla  Ģərəf  və 
izzətə nail olmuĢdu
136
.  
«Əvaxir-i  səltənət-i  Sultan  Əhməd  xanidə  Ģah-i  Əcəmə  baĢ 
elçilik ilə bir zat-i mümtazül-əmsalin təyin ü irsalı lazime-yi mü-
qəddime-yi əhval-i dövlət-i aliyyə» olduqda RaĢid Əfəndi «rüĢd ü 
fətanət və elm ü mərifət ilə kasabüs-sabakil-əqran olmaqla elçi və 
səfir təyin olundu». O, «xidmət-i məmuriyyətləri qərin-i icabə ol-
maqla 1141/1728-29 sənəsi xilalında» Ġstanbula geri döndü
137
. Hə-
min Mehmed RaĢid Əfəndi Təbriz fəthinə tarix deyibdir: 
 
 
Hələ peyk-i bəĢarət müjdə birlə dedi tarixin, 
                                                 
131
 Мустафа Сафаи Ефенди. Тезкире-и Сафайи. с. 248. 
132
 Рамиз ве Адаб-ы Зурафасы. с. 163. 
133
 Йеня орада с. 192. 
134
  Азярбайъан  тарихи.  Йедди  ъилддя.  ЫЫЫ  ъилд  (ХЫЫЫ-ХВЫЫЫ  ясрляр).  с. 
364. 
135
 Рамиз ве Адаб-ы Зурафасы. с. 201. 
136
 Йеня орада с. 266. 
137
 Рамиз ве Адаб-ы Зурафасы. с. 108-109. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
60 
Hücum-i cünd-i Sultan Əhməd aldı hısn-i Təbrizi 
                                                         sənə - 1137/1724-25
138
.  
 
Təbriz  alındıqdan  bir  qədər  sonra  Osmanlı  Ģairi  Mehmed 
Əzizə orada vəzifə verilmiĢdir. O, «1138/1725-26 tarixində fəth ü 
təsxiri müyəssər olan Təbrizə hələbüĢ-Ģəhba mevliyyəti rütbəsiylə 
qazı olmuĢdur»
139

Rağib  paĢa  Əcəm  səfərində  məiyyəti  ilə  iĢtirak  etmiĢ, 
1140/1727-28-ci  ildə  Rəvan  dəftərdarlığına,  daha  sonra  Əcəmdə 
fəth olunan vilayətlərin timar, zəamət və süvari müqabiləsi payəsi 
ilə dəftərdar olmuĢdur. 1145/1732-33-cü ildə oradan geriyə, Ġstan-
bula qayıtmıĢdı
140
.  
Mehmed  ġakir  «1145/1732-33  rəcəbində  qəza-yi  Gəncəyə 
inayət-i  övliya-yi  niam  və  dua-yi  pənc-ganəsinə  istidaları  olan 
mədrəse-yi xariclə möhtərəm olub, hərəkət-i daxildən Gəncə möv-
ləviyyəti ilə amalı mala-mal» olmuĢdur
141

Həmin dövrdə Mustafa Səmi yazır:  
 
Pərçim-i Ģah-i Əcəm, kakul-i xuban-i Xötən, 
RəxĢ-i iqbal-i hümayuna məgəs-ran olsun
142

 
Mövla  Abdullah  Vəssaf  Əfəndi  1150/1737-38-ci  ildə  Nadir 
Ģahın  hüzurunda  Ġslam  məzhəblərinin  alimləri  arasında  keçirilən 
mübahisədə iĢtirak etmiĢdi…
143

Nadir Ģahın (1736-1747) ölümündən sonra Azərbaycan xan-
lıqlara parçalandı. Həmin dövrdə yaĢamıĢ bəzi Osmanlı Ģairləri öz 
Ģeirlərində  Təbrizin  adını  çəkmiĢlər.  Osmanlı  təzkirələrində  ġəki 
və Qarabağ xanlıqları haqqında müəyyən məlumatlar vardır.  
Həmin illərdə  SilahĢor Sədr  Əli  Seyyid  (ö. 1183/1769-70) 
öz Ģeirlərinin birində Təbrizin adını çəkir: 
                                                 
138
 Йеня орада с. 110. 
139
 Йеня орада с. 411. 
140
 Йеня орада с. 111. 
141
 Йеня орадас. 170. 
142
 Салим Ефенди. Тезкиретцш-шуара. с. 416; Рамиз ве Адаб-ы Зурафасы. с. 166. 
143
 Рамиз ве Адаб-ы Зурафасы. с. 214. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
61 
 
Verməz qumaĢ-i hüsnini Təbrizə xacə kim, 
Ol məhliqa püsərlərinin Tiflisi Seyyiddir
144

 
YeniĢehirli Seyyid Əta öz Ģeirində Təbrizi xatırlayır: 
 
Çünki təb-lərze-yi eĢqin imiĢ, ey ruh-i rəvan, 
Lütf et, əğyara səza cay ola dəĢt-i Təbriz
145

  
Arif Hikmət ġəki xanı Hacı Çələbinin  «Təbrizə qədər hökm 
etdiyini» yazır. Maraqlıdır ki, ġəki xanlığının tarixini yazan Kərim 
ağa  Fateh  də  «Hacı  Çələbi  çox  böyük  olub,  Təbriz  vilayətinəcən 
buna qulluq edibdirlər»  deyə  qeyd  edir
146
. Təzkirəçi  onun  nəslin-
dən olan Ģair ġəki xanlarından Hüseyn xan və Məhəmməd Həsən 
xan  haqqında  çox  qısa  məlumat  verir.  O,  Məhəmməd  Həsən  xan 
ibn Hüseyn xan ibn Həsən bəy ibn Hacı Çələbi haqqında məlumat 
verərkən bu ġəki xanının fars və türk dillərində Ģeir demək məha-
rətinin  olduğunu  qeyd  etmiĢ,  onu  Ģücaətli,  bahadır,  ləyaqətli,  vü-
qarlı  bir  Ģəxs,  alimləri  və  elmi  mübahisələri  xoĢlayan,  dindar  bir 
hökmdar  kimi  təqdim  etmiĢdir.  O,  xeyli  müddət  ġəkidə  xan  olsa 
da, «moskvalıların istilasından öncə ġəki əhalisi qiyam edib onun 
qardaĢı  Səlim  xanı  hakimiyyətə  gətirmiĢdi».  Təzkirəçi  hakimiy-
yətdən  devrilən  xanın 1237/1821-22-ci  ildə  HəĢtərxanda  vəfat  et-
diyini yazır. Lakin XIX əsr Azərbaycan tarixçisi Hacı Seyyid Əb-
dülhəmid Məhəmməd Həsən xanın HəĢtərxanda 1246-cı ilin rəbi-
üləvvəl (1830-cu ilin avqust) ayında vəfat etdiyini yazmıĢdır
147
.  
Təzkirələr Qarabağ xanlığı haqqında da qısa məlumat verir-
lər. Ġbrahim xanın atası Pənah xan ġiĢə qalasını inĢa etdirmiĢdir və 
ona həm də Pənahabad da deyərmiĢlər. Xalq arasında ġuĢa qalası 
                                                 
144
 Рамиз ве Адаб-ы Зурафасы. с. 168. 
145
 Юндер М. Шефкат ве Тезкире-и шуарасы. с. 169. 
146
  Шяки  ханлыьынын  тарихиндян  /  Няшря  щаз.:  Ф.Бабайев.  Бакы:  Азярбайъан 
Енсиклопедийасы НПБ, 1993, с. 14. 
147
 Шяки ханлыьынын тарихиндян.  с. 29.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə