Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   15   16   17   18   19   20   21   22   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
62 
adı ilə məĢhur olan bu qala Qarabağ xanlarının iqamət yeri olmuĢ-
dur. 
Xədim Ģah (Ağa Məhəmməd Ģah Qacar) ġuĢa qalasını müha-
sirə edərkən Vaqif ona bu Ģeiri yazıb göndərmiĢdir: 
 
ادٌم هك تسنآ نم رادهگن رگ
من
 
درادٌم هگن گنس لؽب رد ار هشٌش 
 
Xədim Ģah Qarabağı istila etdikdə onu həbs etdirmiĢ və onu 
qətlə  yetirməyi  qərara  almıĢdı.  Lakin  ertəsi  gün  Ģah  öz  adamları 
tərəfindən  öldürülmüĢ,  Ģair  xilas  olmuĢdu.  1211/1797-ci  ildə 
əmirlərdən Məhəmməd bəyin əmri ilə edam olunmuĢdur.   
Ruslar Qafqazı istila etdikdən sonra burada nüfuz sahibi olan 
və rus iĢğalına qarĢı çıxan Ģeyxləri və üləmanı sürgünə göndərirdi-
lər. Bu, qarabağlı ruhanilərdən Seyyid Nigarinin Türkiyəyə müha-
cirət etməsinə səbəb olmuĢdu. O, Krım müharibəsi zamanı (1853-
56) öz müridləri ilə bərabər Qars cəbhəsində türk ordusu tərkibin-
də ruslara qarĢı savaĢmıĢdır
148
.   
Xədim  xan  adı  ilə  məĢhur  olan  Ağa  Məhəmməd  Ģah  Qacar 
hakimiyyətə gəldikdən sonra Nadir Ģah ƏfĢarın nəslindən olan bə-
zi adamları aradan qaldırmıĢdır
149

Arif  Hikmət  Ġranda  hökm  sürən  Qacar  tayfasının  türk  oldu-
ğunu xüsusi qeyd edir və Fətəli Ģahın yaradıcılığı haqqında nümu-
nə verir, onun Xaqan təxəllüsündən istifadə etdiyini yazır.  
1835-ci  ildə  Tiflis  azərbaycanlılarından  olan  və  Qacar  sara-
yında xidmət edən Behcət təxəllüslü Ģair Xudadad (Xudaday) xan, 
Məhəmməd  Ģah  Qacar  adından  elçi  sifəti  ilə  Ġstanbula,  Osmanlı 
sarayına gəlmiĢdi
150
.  
Mahmud Kamal Ġnal təzkirəsində Türkiyəyə mühacirət etmiĢ 
azərbaycanlı Ģair Səbatinin böyük oğlu Əli Xavərin Əsgəri Tibbiy-
yə məktəbini bitirdiyini və Osmanlı ordusunda təbib yüzbaĢısı ol-
                                                 
148
 Мащмуд Кемал Инал. Сон асыр тцрк шаирлери. 3. ъ. Анкара: 2000. с. 1627. 
149
 Чинаръы Н. Шейщцлислам Ариф Щикмет Бейин Тезкиретцш-шуарасы. с. 109. 
150
 Йеня орада, с. 36. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
63 
duğunu  yazır.  O,  Balkan müharibəsində  iĢtirak  etmiĢ və gənc  ya-
Ģında ikən Yanya tərəflərində gedən döyüĢdə Ģəhid olmuĢdur
151
.  
Ġctimai-siyasi  hadisələrlə  yanaĢı,  Osmanlı  təzkirələrində 
Azərbaycanın sosial-iqtisadi tarixinə aid olan faktlara da rast gəli-
rik.  Məsələn,  AĢiq  Çələbi  təzkirəsindən  öyrənirik  ki,  XVI  əsrdə 
Səfəvilər  dövlətinin  pul  vahidlərindən  olan  1  Ģahi  Osmanlının  10 
axçasına bərabər idi, lakin eyni zamanda Osmanlı dövlətinin zərb 
etdiyi  sultani  adlı  qızıl  sikkə  Səfəvilərin  6  Ģahisinə  tən  gəlirdi. 
Hətta  bu  barədə  Əcəm  və  Rum  Ģairlərindən  Heyrəti  ilə  ġirinin 
müĢairəsi də mövcuddur: «Əcəm Ģüərasından Heyrəti rumilərə tən 
edüb,  bir  Ģahi  axça  on  Osmani  axçaya  sərf  olınduğın  təriz  edüb, 
Ruma bu beyti göndərmiĢdür: 
 
ﻦخ ﺍس ﻥﺎﻴﻣﻭس
گ
 
تغﻴﻧﺍدﺎﻧ صﺍ ﻰﻫﺎؽ
 
تغﻴﻧﺎﻤثﻋ ﻩد ﻪﺑ ﻰﻫﺎؽ ﻚﻳ ﻪﻛ ﻢﻳذﻳد ﺎدﻛ شﻫ
 
ġiri bu beyti cavab dimiĢdür, həqqa ki, səvab dimiĢdür: 
 
 ﻰتشﻴح
گ
ﺏ ﻰﻫﺎؽ ﻚﻳ تعﺍ ﻪﺘف
تغﻴﻧﺎﻤثﻋ ﻩد ﻩ
 
تغﻴﻧﺎطﻠع ﻚﻳ ﻪﺑ ﻰﻫﺎؽ ؼؽ ﻪﻛ ﻢﻨﻴﺑ ﻰﻤﻫ ﻦﻣ
 152

  
 
Azərbaycan  müxtəlif  Ģəhər  və  bölgələri  Osmanlı  təzkirələ-
rində mədh olunmuĢdur. Qınalızadə əsərində Əbhər qəsəbəsini bu 
Ģəkildə  təsvir  edir:  «Qəzvinün  müzafatından  qəsəbə-yi  Əbhər  di-
məklə Ģöhrə-yi dəhr olan Ģəhr…». Oranı  «diyar-i behiĢt-nijad» və 
«guĢe-yi Ġrəm-misal» adlandırır
153

Həmin müəllif Həmədanı da tərifləyir: «Diyar-i Əcəmdə qa-
yət-i hüsn ü məlahətlə büldan-i cahandan mümtaz və gülĢən-i mə-
malik-i  Ġran u Turan içrə sərv-i rəna gibi cümlədən sərəfraz olub, 
əksər-i xəlqi dəqiqəĢinas u nüktədan olan qəsəbə-yi Həmədan»
154

AĢiq  Çələbi  təzkirəsindən  bəlli  olur  ki,  XVI  əsrdə  Təbriz 
ġərq dünyasında çox böyük önəmə malik Ģəhər olmuĢdur. Belə ki, 
                                                 
151
 Мащмуд Кемал Инал. Сон асыр тцрк шаирлери. 4. ъ. с. 2135. 
152
 Кылыч Ф. Мешаирцш-шуара. с. 828. 
153
 Ейдуран А. Кыналызаде Щасан Челеби. Тезкиретцш-шуара. с. 913. 
154
 Йеня орада с. 468. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
64 
Osmanlı  saray  Ģairi  Xəyali,  Sultan  Səlimin  sayəsində  Ġstanbulun 
“manənd-i  Təbriz”  olduğunu,  yəni  Osmanlı  paytaxtının  Təbrizə 
bənzəməyə baĢladığını, mədəni və iqtisadi cəhətdən onun səviyyə-
sinə çatdığını dilə gətirmiĢdir. Fatin, Məhvi Əfəndidən bəhs edər-
kən  Təbrizi  «ariflər  mərkəzi  və  Ģairlər  məskəni  olan  Ģöhrətli  Ģə-
hər» deyə qeyd edir. 
Təzkirəçi Səfayi ġirvanı «iqlimi-irfan» adlandırır
155

Qarabağ xanı Pənah xan tərəfindən salınmıĢ ġuĢanın məĢhur 
bir Ģəhər olduğu Arif Hikmət təzkirəsində qeyd edilmiĢdir. Orada 
Vaqifin Qarabağ haqqında bu beyti yer almıĢdır: 
 
نٌرب تشهب غاب غابارق
 
گ
 شهاٌ
گ
 و تسل
گ
نٌربنع شل
 
 
Qarabağ ali behiĢt bağıdır, 
Onun samanı gülə bənzəyir, gülləri ənbər qoxuyur.
  
 
XVIII əsrin sonu XIX əsrin əvvəllərində Sami Əbu Bəkr pa-
Ģanın yazdığı bir Ģeirdən aydın olur ki, Əcəmdən iĢ adamları, tacir-
lər, sövdəgərlər pul qazanmaqdan ötrü Ġstanbula üz tuturdular: 
 
Səvad-i Hind ü Əcəmdən gəlir təməttö içün, 
Mətaf-i zümre-yi sövdəgərandır Ġstanbul
156

 
Osmanlı  təzkirələrində  Azərbaycan  tayfalarından  bayandur, 
əfĢar, qacar, ağcaqoyunlu, türkman, ağqoyunlu, qaraqoyunlu, qırx-
lı, qazax (qazaqlar) kimi oymaqların adları çəkilir. 
Osmanlı təzkirələrində tariximizlə əlaqədar dəyərli məlumat-
larla yanaĢı, Azərbaycanın tarixi coğrafiyasını təhrif edən faktlara 
da  rast  gəlirik.  Bu  kimi  yanlıĢlıqların  təzkirəçilərin  coğrafi  məlu-
matsızlığından irəli gəldiyi Ģübhə doğurmur. Belə ki, təzkirəçi Arif 
Hikmət  kobud  səhvə  yol  verərək,  öz  əsərinin  iki  yerində  XVIII 
                                                 
155
 Мустафа Сафаи Ефенди. Тезкире-и Сафайи. с.399. 
156
  Нури  Осман  Щанйеви.  Эирит шаирлери  /  щаз.Др.  О.Куртоьлу.  Анкара:  Акчаь, 
2006, с. 70.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə