Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   7   8   9   10   11   12   13   14   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
37 
alınma  tarixi,  tərcümə  olunması,  əsərin  adı  və  baĢqa  məlumatlar 
verirdilər. Osmanlı təzkirələrində Ģairlərin əsərləri haqqındakı mə-
lumatlar müxtəlif Ģəkildə təqdim olunur.  
Məsələn:  «Xəlili:  Bu  müqəddimə  minvalincə  dərd-i  eĢqə 
mübtəla və ol Ģur-i sevda ilə valeh ü Ģeyda olduqda həsb-i halını 
və dərd-i ma-fil balını bir mənzum dastan idüb, aləmə dastan itdi. 
Beynəl-ənam  «Firəqname-yi  Xəlili»  diyü  təsmiyə  olunur»  (L  s. 
250). 
Bəzən  isə  təzkirəçi,  Ģairin  bütün  əsərlərinin  adını  sadalayır. 
Məsələn:  «Hafiz:  Təlif  itdügi  kitablarun  namı  budur:  «Mərəkül-
kətaib»,  «Fihristül-ülum»,  «Ġrcaül-elm  ila-nüqtatin  Vahidə».  Bu 
kitabları  cümlə  fərzəndi  Əbül-məaliyə  okıtmıĢlardur  və  əhval-i 
eĢqdə bir kitab diyüb, adını «Təfənnətül-məsdur» qomıĢdur» (KIN 
s.  282).  Və  ya  «Nigari:  Mərhumun  əsərləri:  «Fütühati  Məkkiy-
yə»yə  təvzihat,  farsi  və  türkcə  «Divan»-ı,  əĢar,  «Nigarnamə». 
Türkcə divanı 1301-də Ġstanbulda basıldı. Vəfatından bir kaç gün 
əvvəl «Xatime-yi Seyyid Nigari – «Təhdisiyyə» namıyla bir mən-
zumə yazdı» (MK s. 1627). 
XIX və XX əsr təzkirəçiləri Ģairlərin əsərləri haqqında daha 
geniĢ  məlumat  verirdilər.  «Əbdi:  «Nevpeyda»  namı  ilə  bir  risalə 
yazmıĢdır.  Ġstanbulda  «Əsir»  qəzətəsinə  təfriqə  edildikdən  sonra 
risalə Ģəklində 76 səhifədən ibarət olaraq 1287 /1870-71 də Tərəq-
qi mətbəəsində təb olunmuĢdur» (MK s. 33). 
Bəzən əsərin nə zaman çap olunması da xatırlanır. «Bəhayi: 
Məmləkətində ikən Azərbaycan türkcəsiylə «Məstnamə» namında 
yoğurt və ayran haqqında mənzumə yazıb təb etdirmiĢdir» (MK s. 
251). Və ya «Rəmzi: ƏĢarının bir qismi «Məcmue-yi əĢar» namıy-
la 16 sayfadan ibarət olaraq 1306-da basılmıĢdır» (MK s. 1858). 
Təzkirələrdə əsərin tərcümə və ya orijinal olması haqqındakı 
məlumatlara  da  rast  gəlmək  mümkündür.  Məsələn:  «Hafiz-i 
Əcəm: ġərəfəddin Yəzdinün «Təvarix-i Teymur»un tərcümə idüb 
bir kitab itmiĢlərdür» (AÇ s. 296). 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
38 
Təzkirəçi  bəzən  Ģairin  əsərini  görüb-görməməsi  məsələsinə 
də  toxunur.  «Nəbati:  Fəqir  təmam-ı  divanın  gördüm.  Və  nəzm  ü 
nəsrdə bəzi dastanın gördüm» (AÇ s. 446). 
Bəzən kitabın kimin istəyi ilə qələmə alınması da təzkirələr-
də zikr olunur. Məsələn «Arifi: ibtida yigirmi beĢ akça ülufə olub 
xane-yi  amali  dəst-i  nəvaziĢ-i  padiĢahi  ilə  məmur  oldı  və  kəndi 
«ġahnamə» təhrində nəzm-i «Təvarix-i Al-i Osman»la məmur ol-
dı» (AÇ s. 558). Yenə «Kitab iyirmi otuz min olduqda katiblər və 
nəqqaĢlar təyin itdilər və baĢqa karxanələr bina idüb, vəzaif ü rə-
vatib təbyin itdilər». 
Osmanlı  təzkirələrində  azərbaycanlı  Ģairlərin  əsərlərindən 
çox  saylı  nümunələrə  yer  verilmiĢdir.  Nümunələr  arasında  rübai, 
qəzəl, tarix, müəmma, lüğəz və s. rast gəlmək mümkündür.  
Təzkirələri nəzərdən keçirdikdə bəzi əcəmli Ģairlərin adla-
rına rast  gəldik.  Lakin  onların  dəqiq  olaraq azərbaycanlı olub-ol-
madığını bilmədiyimiz üçün sadəcə adlarını çəkməklə kifayətləni-
rik:  Yari  (L,  575),  Taib  (Saf,  113;  Sal,  254;  ĠB  36),  Razi  (Saf, 
204),  Arif  (Sal,  480),  Cövri  (Kın,  274),  Səbuhi  (Kın,  584),  AĢiq 
(Kın, 611), Əyani (Kın, 740), Miri (Kın, 992), Heyrəti (Kın, 563), 
ġah  Məhəmməd  Qəzvini  (Kın,  530),  Nəcmi  (AÇ,  456),  ġəmsi 
(AÇ,  806),  Rza  xan  (AH,  61),  Razi  (ĠB,  85),  Nigahi  (Mü,  60), 
Məntiqi (Mü, 57), Razi (Mü, 32), Vəhdəti Qəzvini (Y, 106), Əmi-
rək (B, 31). 
 
2.2. Osmanlı təzkirələri Azərbaycanın tarixi və mədəni həyatı 
haqqında 
 
Osmanlı  təzkirələrində  XV  əsrin  sonlarından  XX  əsrin  əv-
vəllərinədək  Azərbaycanın  icitimai-siyasi  tarixi  ilə  əlaqədar  bir 
sıra kiçik, sistemsiz, lakin dəyərli məlumatlara rast gəlirik. Oxucu-
lar və elm  adamları üçün maraqlı ola biləcəyini nəzərə alaraq, bu 
məlumatların icmalını təqdim edirik.  
Xronoloji  baxımdan  yanaĢsaq,  Osmanlı  təzkirələrində  ilk 
olaraq  Ağqoyunlu  dövləti  haqqında  bəzi  bilgilərin  mövcud  oldu-


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
39 
ğunu görürük. Lətifi, Osmanlı sultanı II Mehmed Fateh və Ağqo-
yunlu hökmdarı Uzun Həsən arasındakı diplomatik münasibətlərin 
kiçik bir nüansına toxunur. O, Osmanlı Ģairi, elm və dövlət xadimi 
NiĢani  Mehmed  paĢdan  bəhs  edərkən  «Sultan  Mehmed  xan  Qazi 
canibindən  diyar-i  Əcəm  sərdarı  Uzun  Həsənə  irsal  u  iĢal  olunan 
məktub-i mərğubı bu imla və inĢa itmiĢdür» deyə qeyd edir
41
. Mə-
lumdur ki, türk dünyasının iki qüdrətli hökmdarı olan Uzun Həsən 
və Mehmed Fateh  arasındakı münasibətlərdə  gərginlik  hökm  sür-
müĢ, bu, hətta 1472-73-cü illərdə müharibəyə gətirib çıxarmıĢ və 
eyni zamanda, tərəflər arasında intensiv diplomatik yazıĢmalar ol-
muĢdur
42
.  Daha  sonralar,  II  Bayəzid  zamanında  (1481-1512)  ni-
Ģançı olan Tacıbəyzadə Cəfər Çələbi Azərbaycana göndərilən sul-
tan məktublarının yazılmasında iĢtirak edirdi
43

AĢiq  Çələbi  Uzun  Həsənin  oğlu  olan  Ağqoyunlu  hökmdarı 
Sultan Yaqubun (1478-90) tarixi haqqında Xacə Monla-yi Ġsfaha-
ninin  bir  əsər  yazdığını,  orada  onu  mədh  etdiyini  bildirir:  «Xacə 
Molla-yi Ġsfahaninin məmduhı Sultan Yaqubdur ki, rütbe-yi səltə-
nətdə  padĢahımıza  nisbət  na-çizdür»
44
.  Burada  adı  çəkilən  Xacə 
Molla-yi  Ġsfahani  «Tarix-i  aləmara-yi  Əmini»  əsərinin  müəllifi 
Fəzlullah ibn Ruzbehan Xuncidir
45
.  
AĢiq  Çələbi  Sultan  Yaqub  Bayandurinin  «Əcəm  sultanları-
nın  yeganəsi» olduğunu  yazır, onun boy-buxunlu və  yaraĢıqlı bir 
gənc olduğunu göstərir. Təzkirəçinin Ģərhinə görə, Əcəm mövlala-
rından Qazı Ġsa Savəci çox arif və ziyalı bir Ģəxs olub, Sultan Ya-
qubun  xocası  idi  və  hökmdarın  yanında  böyük  hörmət  sahibi  idi. 
Ağqoyunlu dövlətinin baĢ vəziri (vəziri-əzəm) Sufi Xəlil onun sul-
tanla yaxınlığından narazı idi və Qazı Ġsanı görən gözü yox idi. O, 
Sultan Yaqubun ölümündən sonra Qazı Ġsanı fitnə-fəsad salmaqda, 
                                                 
41
 Латифи Тезкиретцш-шуара ве Табсыратцн-нузама. Анкара: АКМБ, 2000, с. 528. 
42
  Фярзялибяйли  Ш.  Азярбайъан  вя  Османлы  империйасы.  Б.  Азярняшр,  1995,  с. 
30-54. 
43
 Кылыч Ф. Мешаирцш-шуара. с. 215. 
44
 Йеня орада, с. 99. 
45
Бах:  Хунджи  Фазлуллах  ибн-Рузбихан.  Тарих-и  алам  ара-йи  Амини  (под 
редакцией З.М.Буниятова и О.А.Эфендиева). Баку: Элм, 1987, 172 c. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə