Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   ...   6   7   8   9   10   11   12   13   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
34 
Bəzi Ģairlərin isə öz istəkləri ilə təhsil almaq və s. səbəblərlə 
Osmanlı  dövlətinə  gəldikləri  aydın  olur.  Məsələn:  «Hafiz:  Qarın-
daĢı  Quqla  Əcəm  ilə  məan  diyar-i  Ruma  gəlmiĢlərdür»  (AÇ  s. 
296). Və ya «Nütqi: «…bad-i səba gibi vihad ü tilal və səhab-mi-
sal hizbat ü cibaldə püyan və ənhar-girdar-i gülistan-ı cahanı sey-
ran  idərək  Darüs-səltənətül-aliyyəyə  ki,  mərkəz-i  mədar-i  cümlə-
yi adəm və Kəbe-yi murad u məram-i xəlq-i aləmdür, daxil olduq-
da …» (KIN s. 1044). Və ya «Hakimi: ġah Ġsmayıl-i ləin ol diyarı 
qəbze-yi iqtidarına gətirüb, ol məmalikdə zöhhak-i rüzgar olmaqla 
əhl-i sünnət ü icmaün ictimainə iftiraq düĢüb, mah-i asiman-i din ü 
iman ol bürc-i ali-məkanda rəhin-i mühaq və qərin-i ihtiraq olma-
ğın, əhalisi ətraf ü əknaf-ı diyara kakul-i dilbəran gibi pəriĢan ü ta-
rumar  olmıĢ  idi…qövl  ilə  amil  olub  səyahət  ü  müsafərət  idərək 
məmalik-i  Ģərifə-yi  Osmaniyyəyə  vasil,  ələlxüsus  qaide-yi  Diyar-
bəkriyyə olan Qara Amidə daxil olduqda…» (KIN s. 308). 
Bəzən Ģairlərin Ġstanbula nə zaman, hansı tarixdə, kimin ha-
kimiyyəti zamanı gəlmələri haqqında da bilgi almaq mümkündür. 
Məsələn,  «Pənahi:  Sultan  Bayəzid-i  mərhum  zamanında  diyar-i 
Əcəmdən – Təbrizdən gəlüb» (AÇ s. 199). Və ya «Həbibi: Sultan 
Bayəzid  dövrinün  axırında  diyar-i  Əcəmdən  gəlmiĢ  …»  (AÇ  s. 
302). 
Təzkirəçilər bəzən Ģairin Osmanlı ölkəsinə kiminlə gəlməsi-
nə  də  diqqət  yetirmiĢlər.  Məsələn:  «ġah  Qasım:  Sultan  Səlim-i 
mərhum Təbrizə varduqlarında xacələri Həlim Çələbi müqəddəma 
səyahətlə  Təbrizə  varduqlarında  ġeyx  Məxdumi  xidmətində  bir 
kaç  gün  tövbə  vü  inabət  və  çillə  vü  riyazət  itmiĢ,  ġah  Qasım-i 
mərhumla dəxi əlaqe-yi məhəbbət itmiĢ imiĢ. Ol təqriblə izz-i hü-
zur-i səltənətə tərtib idüb, Sultan Səlim-i mərhum dəxi ġah Qasımı 
Təbrizdən Ruma bilə gətürmiĢdür» (AÇ s. 22). Və ya  «Zehni: Ġs-
gəndər PaĢanun oğlu Əhməd paĢa ilə Ġstanbula gəlmiĢ idi» (KIN s. 
411). Və  ya  «Feyzi: Əcəm diyarından  ġamaxı  nam  məhəldən  zü-
hur edib, əvail-i halində diyar-i Əcəmə elçilik ilə gedən Ġncili Ça-
vuĢ ilə məan dövlət-i aliyyəyə gəlib» (SAF s. 448).  


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
35 
Təzkirəçilərin  diqqət  yetirdikləri  mövzulardan  biri  də  Ģairin 
təhsili və yetiĢdiyi mühitdir. Məsələn, «Ġzzi: Ġqlim-i irfan və Ģəhr-i 
ġirvandan zühur edib, Ġstanbula gəlib, təhsil-i mərifət və fənn-i in-
Ģada kəsb-i məharət etməklə dövlət-i aliyye-yi Osmaniyyədə bəzi 
kibarın  katibi  və  nədim  ü  müsahibi  və  Ģüəra-yi  əsrdən  bir  Ģair-i 
sehrkar olub» (SAF, 399). 
Təzkirəçilər Ģairlərin inanc dünyasına da aydınlıq gətirməyə 
çalıĢmıĢlar.  Burada  məsələyə  daha  çox  dini-təsəvvüfi  baxımdan 
yanaĢılmıĢdır.  Verilən  məlumatlardan  bəzi  Ģairlərin  hər  hansı  bir 
təriqəti seçməsini və müəyyən üsul və adətlərlə yaĢamasını öyrəni-
rik. Məsələn: «Səhabi: Neçə yıllar dəxi Seyyid Məhəmməd-i Nur-
bəxĢ  təriqinə  süluk  idüb,  rahnümayan-i  təriq-i  həqiqətdən  və  mə-
Ģayix-rah-i  təriqətdən  tövbə  vü  inabət  idüb»  (AÇ  s.  510).  Və  ya, 
«Nəbati: Kəlimatından təsəvvüfə çalıĢmıĢ sofi, bəlki hürufi olmaq 
fəhm olınur» (AÇ s.446). Və ya «ġəmsi: Təriq-i təriqətdə qələndə-
ran-i mücərrədan minvalində dərviĢ-i yek-cəhət və bidayət-i halin-
də abdal ü əbrarla həm-məĢrəb və həm-söhbət idi» (L s. 331). 
Osmanlı təzkirəçiləri Azərbaycan Ģairlərini çox gözəl ifadə-
lərlə tərif etmiĢlər. Məsələn: «Nütqi: Nəzər-i qəbul-i əkabir ü əma-
silə vasıl  olmıĢ  idi və  qissə-xanlıqda  nadire-yi  zaman və  Ģöhre-yi 
dövran olmaq təqribiylə nəzər-i iksir-i əsər-i sultan-i cahan-fərman 
fərma-yi zəmin ü zaman Həzrət-i Sultan Murad Xan ilə məğbut ü 
məhsud-i  ərkan  olmaq  mərtəbəsinə  nail  olmıĢ  idi.  Hala  Ģəkkə-
ristan-i məclis-i Ģah-i cahanda Ģəkkər-i mükərrər-i lütf ü ehsanıyla 
nutqi  fəsih  bir  tuti-yi  Ģirin-zəban  və  gülüstan-i  söhbət-i  sultan-i 
zamanda  gül-i  sadbərg  inam-i  firavanı  Ģövqiylə  ədası  məlih  bir 
bülbül-i hezar-dastandır» (KIN s. 1044). Və ya «Bəsiri: XoĢ-ayən-
də,  xub  əĢarı  və  pəsəndidə  farsi  və  türki  mərğub  güftarı  vardur  » 
(L s. 189). Və ya «Hafiz: Hikmətin gözəllikləri və fəzilətin bəzəyi 
ilə mümtaz olub, onda olan fəzilət və ululuq kimsədə yoxdur. Əs-
rinin  məĢhuru,  dövr-i  xalqının  bəyəniləni,  fəzilət  sahibi,  alimlər 
arasında etibarlı, hər fənnə və hər elmə çatmıĢ fazil və kamil kim-
səydi.  ġeirində  xüsusi  mənalar  elə  çoxdur  ki,  bir  çox  kimsənin 
Ģeirində yoxdur (S s. 97)». 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
36 
Pənahi: «NəqqaĢluqda sani-i Mani və zəmin-i Rumda Mani-
yi  zəmani  idi,  bəlkə  Mani  bunun  bənde-yi  fərmanı  idi.  Həft  əsl 
nəqĢ yazsa qeyrət-i HəĢt-BehiĢt olurdı. Gülzarda rəsm itdügi nilu-
fərinün  Ģikafətindən  Ərjəng-i  Çini  və  ustad-i  Firəngi  həyadan 
qərq-i  baran-i  əraq  olub,  tarix  itdügi  baharı  rəĢk-i  vərd-i  behiĢt 
olurdı. Və yazduğı bərg-i bahar ilə mövsim-i Ģita fəsl-i ord-ibehiĢt 
olurdı. Çərx-i pür-əncüm iynələnmiĢ ovraqından nümunə asiman-i 
nilgün kase-yi lacivərdindən bir günədür. Dəvatı züləmat və mida-
di guya ab-i həyatdur ki, yazduğı mahi tazə can bulub, dəryayadək 
can  atardı  və  yaxud  həlqe-yi  əngüĢtin  Ģəbike-yi  mahi  sanub,  can 
qurtarmağı çün dərya-yi ümmanadək qaçardı. Ġzar-i yar yazsa, ruxı 
alından  sürxi  rəng  alurdı  və  zülf-i  nigar  yazsa,  bənəfĢə  boynın 
əyüb  qalurdı.  Müsəvvirlükdə  Behzad  ana  görə  təsvirə  surət  vir-
məzdi» (AÇ s. 199). 
Nəzərdən  keçirilən  təzkirələrdə  Ģairlərin  sənəti  və  peĢəsi 
haqqında  da məlumata  rast  gəlirik.   «Qəribi:  nəsəbdə Ģərif  və  hə-
səbdə,  təfsirdə  və  sair  ülumda  xərif  ü  ba-vücud,  barmağı  naqis 
ikən təliqnüvislükdə bimanənd və Ģan-ı zərif idi» (AÇ s. 992). Və 
ya  «Ġzzi: övlət-i aliyye-yi Osmaniyyədə bəzi kibarın katibi və nə-
dim ü müsahibi və Ģüəra-yi əsrdən bir Ģair-i sehrkar olub…» (SAF 
s.  399).  Və  ya  «Nəbati:  Niğbolıya  gəlüb,  hüdud-i  səlasin  və  tisa-
miədə bir miqdar anda  Ġskələ katibi olub»  ( AÇ s. 446).  «Pənahi: 
Sultan  Süleyman-i  mərhum  dövrində  nəqqaĢbaĢı  olmıĢdı»  (AÇ  s. 
199). Və ya «Əbdi: Hüsn-i xəttə malik və həkkaklıq sənətinə vaqif 
idi» (MK s. 33). 
Bəzən  təzkirələrin  vasitəsilə  Ģairin  xarici  görünüĢü  (gözəlli-
yi, fiziki qüsurları və s.) haqqında da məlumat əldə edirik. «Qəri-
bi: sağ əlinün səbbabə barmağı əvvəl doğumından məqtu olmağın 
rumilər «Barmaqsız Əmir» və əcəmlər «Mir Barmaqsız» dirlərdi» 
(AÇ  s.  920).  «Rəmzi:  Qiyafəti  pəriĢan,  sarığı  qarma-qarıĢıq  idi. 
Yırtıq-pırtıq cübbəsinin üstünə qurĢaq bağlardı» (MK s. 14). 
Təzkirələrdə  Ģairin  tərcümeyi-halından  sonra  verilən  əsas 
bilgi onun əsərləri haqqındakı məlumatlardır. Belə ki, təzkirəçilər 
Ģairin  hansı  mövzuda  və  ya  janrda  əsər  yazması,  əsərin  qələmə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə